Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1554/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “paylı mülkiyyətin bölünməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və Cavabdeh1 vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə) paylı mülkiyyətin bölünməsi tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 cəlb edilməklə) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi, naturada bölünmək mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun payçılar arasında paylara uyğun bölünməsi barədə iddiası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı 4/5 hissədə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1/5 hissədə olmaqla bölünməsi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 100800 manat müəyyən olunması, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaitinin İddiaçı 25 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 manat alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləğinin İddiaçı 150 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat tutularaq "X16 Mərkəzi” MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4, 220.6, 1133.1, 1243.1, 1243.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin 4/5 hissəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq, həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaratmışlar. İddiaçı ona məxsus 4/5 hissəsini almasını təklif etmiş, həmin təklif məktubu cavabdehlər tərəfindən alınmış, lakin cavabdehlər həmin təklifə cavab vermədiyindən, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının orada yaşaması mümkünsüz olduğundan Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X12 14000 manat, Cavabdeh1 12000 manat və Cavabdeh2 12000 manat kompensasiya (cəmi 38000 manat) ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları, X1 müvafiq kompensasiya məbləğlərinin alınıb X12, Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, həmin qətnamənin icrası onun icra qaydasında X2 vərəsələrindən tələb edilə bilər.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- Poçt göndərişlərinin izlənməsinin surətinə əsasən təklif məktubu xx.xx.2021-ci il tarixdə Cavabdeh1 çatdırılmış və onun tərəfindən alınmışdır;- xx.xx.2021-ci il tarixli təklif məktubundan məlum olur ki, cavabdehlərə göndərilmiş məktubda İddiaçı Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə payı olan 4/5 hissəsini satmaq qərarına gəldiyini bildirmiş, həmin payı satın almaları üçün onlara təklif göndərmiş və 30 gün müddətində satın almaları barədə ona məlumat verilməsini xahiş etmişdir;- Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili iddiaçının anası - xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmuşdur;- Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili İddiaçı adına xx.xx.2021-ci il tarixdə 4/5 hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin 1/5 hissəsi isə X2 adına açıq saxlanılmışdır;- xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, X13, X8, X9 və İddiaçı miras əmlakdan 1/5 hissədə irs almalıdırlar;- xx.xx.2021-ci il tarixli miras payının bağışlanması müqaviləsi ilə İddiaçı, X13, X8 və X9 xx.xx.2021-ci il tarixli, 2V/23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən anaları X1 miras qalmış əmlakdan onlara ayrı-ayrılıqda çatası 1/5 hissədə miras paylarını bacıları İddiaçı bağışlamışlar;- Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir;- "X16 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin bazar dəyəri 100800 manat, likvid dəyəri 95000 manat təşkil etmişdir (iş səh. 12, 28, 25, 31, 26, 98, 119). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı qətnaməsinin dəyişdirilərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 38000 manatın X12, Cavabdeh2 və Cavabdeh1 ödənildikdən sonra həyata keçirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 Aprel 2017-ci İl tarixli, 2(103)-4695/2017 saylı qətnaməsi ilə tərəflərindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X12 14000 manat, Cavabdeh1 12000 manat, ona 12000 manat kompensasiya (cəmi 38000 manat) ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları, eyni zamanda X1 müvafiq kompensasiya məbləğlərinin alınıb onlara verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə mənzildən çıxarılmalarının eyni vaxtda icra olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci ildə Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. Bundan sonra onlar dəfələrlə Nizami Rayon İcra Şöbəsinə müraciətlər edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin onlara ödənilməsini xahiş etmiş, lakin hər dəfə onlara bildirilmişdir ki, X2 hələ onlara ödəməyə pulu yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli 2(007)-4122/2016 saylı icra sənədi üzrə icraat dayandırılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 8(007)-10178/2018 nömrəli qərardadı ləğv olunmuşdur. Onlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin onlara verilməsini tələb etdikləri ərəfədə X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Bakı Şəhəri 11 Saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etmiş, vərəsələrin dairəsini gizlədərək X5 vərəsə kimi adını göstərməmiş və nəticədə X1 miras qalmış mübahisəli mənzilə dair 4/5 hissədə pay olması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almağa müvəffəq olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, anası X17 mübahisəsi gedən Bakı şəhəri, Babək prospekti, 67 saylı evin 10-cu mənzilinə gəlin gəlmişdir, o və qardaşı Cavabdeh1 bu mənzildə doğulmuş, miras qoyan nənəsi X2 ailə üzvü kimi onunla birlikdə bu mənzildə yaşamışlar. Nənəsi vəfat edəndən sonra da onlar bu mənzildə yaşamaqda davam etməklə həmin mənzilə faktiki sahiblik etmiş, hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. İddiaçı onlarla birlikdə mübahisəsi gedən mənzildə yaşamamışdır, həmin mənzildən istifadə etməmiş və həmin mənzilə sərəncam vermək hüququna malik olmamışdır. Bundan əlavə, məhkəməyə X2 digər vərəsəsi X5 etibarnaməsi təqdim edilmişdir, hansı ki, həmin etibarnamədə vərəsə X10 mübahisəli mənzil ilə əlaqədar bütün hüquqları X12 etibar etmişdir, lakin məhkəmə səbəbini bildirmədən həmin etibarnaməni və ərizəni qəbul etməmişdir.
5. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə istinadən apellyasiya şikayətinə dair mülahizə təqdim edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzilin miras qoyanı X6 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilində yaşayan Cavabdeh1 və Cavabdeh2 ataları X15 31 avqust 2012-ci ildə vəfat etdiyindən ona çatası miras əmlakı faktiki olaraq qəbul etmişlər və bu günə qədər həmin əmlaka faktiki sahiblik edirlər. Miras qoyan X2 digər birinci dərəcəli vərəsələri İddiaçı, X13, X8 və X9 Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət edərək miras əmlakı rəsmi qəbul etdiklərini bəyan etmişlər. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 miras qalmış əmlakdan İddiaçı 1/5 pay, X13 1/5 pay, X8 1/5 pay və X9 1/5 pay irs almışlar. Bacılar öz paylarını İddiaçı bağışladıqları üçün, miras əmlaka İddiaçı 4/5 payı müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakı faktiki qəbul etməklərinə baxmayaraq, notariat ofisinə gəlib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar, yəni qanun üzrə vərəsəlik hüquqlarını rəsmiləşdirməmişlər. Ona görə də onlara çatacaq 1/5 pay miras qoyan X2 adına açıq saxlanmışdır. Cavabdehlər bugünə qədər öz hüquqlarından sui-istifadə edərək, miras əmlaka sahiblik hüquqlarını rəsmiləşdirməkdən qəsdən yayınırlar. Əmlak açıq hərracda satıldıqda, İddiaçı əmlakın satışından ona çatacaq payı götürəcək, cavabdehlər isə miras qoyan X2 adına açıq saxlanmış 1/5 paya hüquqlarını rəsmiləşdirərək, əmlakın satışından onlara çatacaq payı götürəcəklər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini ədalətli hesab etmədiyini, məhkəmə qətnaməsi ilə müəyyən edilən 38000 manat kompensasiyanın onlara verilməsini tələb etdiyini bildirmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 30 ildir həmin mənzildə yaşadığını, ərinin və qayınanasının vəfat etdiyini, qayınanasına onun baxdığını, 2016-cı ildə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onlara 38000 manat pul ödənilməsinin qət edildiyini, həmin pulu ala bilmədiklərini, pay bölgüsündə baldızının birinin adının olmadığını bildirmişdir.
8. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin işlə əlaqəsi olmadığını, o vaxt 38000 kompensasiyanın ödənilməsinin qət olunduğunu, sonra tərəflər arasında razılıq olmadığını, evi satıb pulu götürmək təklif olunduğunu, qarşı tərəfin razılaşmadığını, 2020-ci il iyun ayının 6-da miras qoyanın vəfat etdiyini, bununla da münasibətlərə son qoyulduğunu, daha sonra vərəsələrin miras əmlakı qəbul etdiyini, digər vərəsələrin də İddiaçı öz paylarını bağışladıqlarını, notariat kontorunda vərəsəlik işi açılaraq şəhadətnamə verildiyini, həmin şəhadətnamə əsasında da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində 4/5 hissədə İddiaçı mülkiyyət hüququnun tanındığını, cavabdehlərin notariusa yaxınlaşıb paylarını qəbul etmədiklərini bildirmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, cavabdehlərin hazırda mübahisəli mənzildə yaşadıqlarını, paylarının satışı ilə bağlı təklif məktubunu Cavabdeh1 qəbul etdiyini, iş materiallarında bununla bağlı çatdırılma qəbzinin olduğunu, iddiaçının notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etdiyini, cavabdehlərin isə mirası faktiki qəbul etdiklərini, üçüncü şəxsin vərəsəlik hüquqları olmadan mübahisəli mənzildə yaşadığını, sonra payların bağışlanması prosesinin baş verdiyini və iddiaçıya 4/5 hissədə miras əmlakın verilməsi ilə bağlı şəhadətnamə verildiyini, 1/5 hissənin isə cavabdehlər notariat kontoruna gəlmədiyi üçün açıq qaldığını, cavabdehlərin miras əmlakı rəsmiləşdirməkdən yayındıqlarını bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili təmsil etdiyi şəxsin ərizəsini təqdim edərək, payın dəyərinin ödənilməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən natamam qiymət verildiyini, təklif məktubunun “Poçt haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehlərə çatdırılmasının iş materiallarında öz əksini tapmadığını, qeyd olunan təklifin məzmununda payın dəyərinin ödənilməsi ilə əlaqədar hər hansı pul ekvivalentinin göstərilmədiyini, digər məsələnin əmlakın açıq hərracdan satılması və bölünməsi ilə bağlı olduğunu, həmin mənzilin cavabdehlərin son yaşayış yeri olduğunu, hər hansı pul ekvivalenti təklif olunmadan, payın dəyəri ödənilmədən birbaşa açıq hərracdan satılmanın tətbiqinin qanunazidd olduğunu, cavabdehlərin qeyd olunan iş üzrə payçı olmadıqlarını, iddiaçının Rzayeva Həqiqət adlı bacısı olduğunu, onun da faktiki olaraq miras əmlakı qəbul etdiyini, ümumiyyətlə vərəsəlik paylarının düzgün müəyyən edilmədiyini, mütənasibliyin pozulduğunu bildirmişdir.
11. Cavabdeh1 vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıdakı mühüm məsələlərə diqqət yetirməmişdir: Birincisi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi məsələsində məhkəmə nəzərə almayıb ki, mülkiyyət hüququndan məhrum etmə son və müstəsna hallarda olmalıdır. Məhkəmə onu da nəzərə almayıb ki, cavabdehlər iddiaçının mənzildən istifadə etməsinə etiraz etmirlər. Yəni hazırda mənzildən istifadə edilmə ilə bağlı hər hansı mübahisə yoxdur. Belə olan halda mənzilin naturada bölünməsinə də ehtiyac qalmır. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin normasını tətbiq edərkən 220.4-cü maddəsində nəzərdə tutulmuş cüzi pay və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi məsələsinə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Ona görə də xahiş edilir ki, bu məsələyə qiymət verib Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilsin. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəaları münasibətlərin tənzimi kimi nəzərə alınmalıdır: 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir; 219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6. Bu Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir; 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir; 1262. Vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın; 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir; 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir; 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər; 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 178, 213-223, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217, 372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim (təmin) edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. İddiaçı daşınmaz əmlak üzrə mülkiyyət hüquqları əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini – cavabdehlərin mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır. Apellyasiya şikayətində göstərilən tələb hazırkı tələbə aidiyyəti və cavabdehlərin iş üzrə qarşılıqlı tələbləri olmadığından, şikayətin dəlillərindən asılı olmayaraq iş üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
15. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı fərqli münasibətlərin tənzimlənməsinə yönəldiyindən hazırkı münasibətlərə şamil edilə bilməz. Bu mövqedən hazırkı münasibətlərə qiymət verilməsi prosessual qanunvericiliyin tələb həddində işə baxılması əsaslarına ziddir və hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
16. İddiaçıya izah edilməlidir ki, açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələrini həyata keçirmədiyindən, tərəflərə açıq qalan 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. Cavabdehlərin faktiki mirası qəbul etməkləri bunun rəsmiləşdirilməsi üçün əsas olan dəlildir və hazırkı tələb çərçivəsində müzakirə predmeti ola bilməz. İddianın faktiki halları üzrə sübutlar və hüquqi əsaslar təsdiq edilmədiyindən, habelə vərəsəlik hüquqları ilə bağlı paylar üzrə mübahisə olduğundan, miras payların mülkiyyət payları kimi də nəzərdən keçirilməsi istisna edilir.
17. Kollegiya hesab edir ki, dövlət rüsumlarının ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməli, ekspertiza xərcləri isə iddiaçıya aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı iddiası rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Məhkəmə tikinti-texniki ekspertizası və əmlakın qiymətləndirilməsi ilə bağlı xərclər İddiaçı tutularaq, müvafiq olaraq, 50 manat pul vəsaitinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat pul vəsaitinin isə "X16 Mərkəzi” MMC-nin hesabına ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.