Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1560/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-5121/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlikram oğlundan 1350 manat məbləğində pul və ödəmiş olduğu 34 manat dövlət rüsumun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 5121/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1300 manat məbləğində pul vəsaitinin və 32 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-5121/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılaraq Cavabdeh qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra şikayətlə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-5121/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 5121/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-5121/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Məhkəmə eyni zamanda verilmiş ərizənin dəlillərini, habelə mülki işin materiallarını nəzərdən keçirərək qeyd etmişdir ki, mülki iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh qətnamə xx.xx.2024-cü il tarixdə çatdırılmış, daha sonra xx.xx.2024-cü il tarixdə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 il tarixli, e-2(001)-5121/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Yəni, cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan xəbəri olmuş, eyni zamanda cavabdeh bu halı öz ərizəsində də (səh.131) qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-5121/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-5121/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001) 5121/2024 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 1300 manat məbləğində pul vəsaitinin və 32 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5121/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də göstərildiyi formaya riayət edilmədən, yəni mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbini dəqiq bildirməmişdir. Qeyd edilən qərardadın mövcudluğu barədə o, icra şöbəsinə dəvət edilən zaman məlumatlı olmuşdur. Daha sonra tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətin bərpa edilərək ötürülmüş müdddətin üzürlü hesab edilərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhəməsinə göndərilməsini xahiş etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(001)-5121/2024 saylı qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməmişdir. Hesab edir ki, qeyd edilən qərardad ləğv edilməli və ərizə təmin edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edir ki, tərəfindən adı çəkilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətin bərpa edilərək ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bunun üzrlü səbəbi kimi apellyasiya şikayətinin "şikayət verən şəxsin tələbi" bölməsində tələbi aşkar olaraq qeyd edilməsinə baxmayaraq həmin hissə, o cümlədən, digər hissələr ondan asılı olmayan sistemdə yaranmış texniki səbəblərdən öz əksini tapmamasını, həmçinin verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə ona Binəqədi rayon İcra şöbəsindən bildiriş gələn zaman məlumatlı olduğunu, onun elektron məhkəmə informasiya sistemində elektron kabinetinin olsa da belə o, həmin kabinetdən mütəmadi olaraq istifadə etmədiyini, hətta həmin elektron kabineti belə qətnamədən şikayət verilməsi üçün hazırkı iş üzrə qətnamə qəbul edildikdən sonra yaradıldığını qeyd etmişdir. Göründüyü kimi, onun apellyasiya şikayəti verilən zaman Əlavə 2 də göstərilən xanaları doldurmasına baxmayaraq, sistemdə baş vermiş texniki xətanın nəticəsində tələbi və digər xanalarda qeyd etdiklərinin bir hissəsi öz əksini tapmamışdır. Lakin məhkəmə sadalanan halların heç birini üzrlü səbəb kimi nəzərə almamış və ərizəni təmin etməmişdir. Ona görə də Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5121/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edərək, ötürülmüş müddətin üzrlü hesab edilərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5121/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5121/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdeh mübahisələndirdiyi məhkəmə aktını xx.xx.2024-cü il tarixdə almış, ilk dəfə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini elektron kabineti vasitəsi ilə birinci instansiya məhkəməsinə təqdim etmiş, həmin şikayət geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixdə təkrarən apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etmiş, buraxılmış müddətin bərpası üçün üzürlü səbəb olaraq qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün açdığı elektron kabinetindən istifadə etməməsi ilə əsaslandırmışdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh razılaşmadığı məhkəmə aktını mübahisələndirmək, ondan şikayət vermək hüququndan istifadə edə bilməsi üçün elektron sistemdə qeydiyyatdan keçsə də, yaradılmış elektron kabinetindən istifadə etməməsi qanunu qüvvəsini alan məhkəmə aktından şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı işdə isə cavabdeh apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirildiyini bilmiş, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçsə də, yaratdığı elektron kabinetindən istifadə etməmişdir. Ona görə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-5121/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1560/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1560/2025
05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver