Məhkəmə qərarları › İş №2(103)-1561/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1561/2024

26.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1561/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı MTK və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2004-cü il tarixli maliyyə arayışının, 07 aprel 2004-cü il tarixli müqavilənin, 20 aprel 2004-cü il tarixli orderin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun, eləcə də ekspertiza tədqiqatı xərcinin iddiaçıdan tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı MTK-nın və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı MTK (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olarkən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində hazırki mülki iş üzrə iddia tələbindən imtina etdiklərini bildirmiş və məhkəmədən iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə iddiadan imtinaya etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı MTK-nın iddiadan imtinasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar