Məhkəmə qərarları › İş №2(103)-1569/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1569/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1569/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 12,2 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilib ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 15 iyul 2022-ci il tarixli Qətnaməsi bu günə qədər ona rəsmi qaydada təqdim olunmamışdır. Səhhətində yaranmış ciddi problemlərə görə, xəstəliyinə görə xx.xx.2018-ci il tarixindən 10 mart 2023-cü il tarixinə qədər “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzində Epitidik proksitimal həyəcan (panik pozuntusu) panik atak diaqnozundan Sağlamlıq mərkəzində və ev şəraitində ciddi şəkildə uzunmüddətli müalicə almışdır. Sağlamlığında yaranmış ciddi problemlərə görə o, üzürlü səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsinin mövcudluğu ilə tanış ola bilməmişdir. Hətta yaddaşında da ciddi problemlər olduğu üçün o tarixlərdəki hadisələri tam xatırlaya bilmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 2(003)- 158.2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsinin məzmunu ilə tam şəkildə tanış olmaq üçün və həmin qətnamənin rəsmi qaydada alınması üçün xx.xx.2023-cü il tarixində Kapital Banka 10 mafınat dövlət rüsumu ödəyərək ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət elədi. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsini o, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən qəbzə imza etməklə almışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qənaətində göstərib ki, məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, 2(003)-158.2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Yəni, maraqlarına toxunan şəxs qətnaməni xx.xx.2022-ci il tarixdə almışdır, lakin bu qətnamədən verilmiş şikayət məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 06 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Birinci instansiyası məhkəməsi məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa istinad edərək 2(003)-158.2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnamənin elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirildiyini göstərsə də, iş materiallarında belə bir çıxarış mövcud deyil. Üstəlik qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsinə dair Elektron məhkəmə informasiya sistemindədə belə bir məlumat yoxdur. Məhkəmənin hansı məlumatlara əsasən bu qənaətə gəldiyi bəlli deyil. Əlbətdə ki, məhkəmə qətnaməsi cavabdehə çatmış olması yaxud bundan məlumatlı olması mümkün sayılır. Ən azından qətnamənin çıxarılmasından bir ildən artıq vaxt keçdikdən sonra cavabdeh belə bir ərizə ilə məhkəməyə müraciət edib. Burada cavabdehin prosessual hüquqlarından sui-istifadə etməsi də ola bilər. Ancaq bu hallar, yəni qətnamədən cavabdehin məlumatlı olması iş materialları ilə təsdiq olunmalıdır. Lakin bu hallar işdən görünmür. Əksinə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehə göndərilən məhkəmə sənədinin ünvan tapılmadı qeydi yazılmaqla geri qaytarıldığı və işə əlavə edildiyi bəlli olur. Ona görə də, birinci instansiya məhkəməsi prosessual müddətin bərpası barədə ərizəyə tərəflərin, zərurət olduğu halda icra məmurunun iştirakı ilə baxaraq qanuni və ədalətli qərar qəbul etməli idi ki, tərəflərdən hansınınsa hüquqları pozulmasını. Lakin məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxıb həqiqəti müəyyən etməyən qərardad qəbul etmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar