Məhkəmə qərarları › İş №2(103)-1579/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1579/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1579/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin maraqlı şəxs “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə dair dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin maraqlı şəxs “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən dövlət büdcəsinə olan 774823 (yeddi yüz yetmiş dörd min səkkiz yüz iyirmi üç) manat 12 (on iki) qəpik vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs “xxxx” MMC vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2016-cı il tarixə 774823.12 manat vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqssədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx xxxxx 2016-cı il tarixli **********367900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyişici yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu “xxxx” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, borclu “xxxx” MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğum tarixi xx.xx.1951-ci il, doğulduğu yer Azərbaycan Respublikası Qazax şəhəri, vətəndaşlığı – Azərbaycan Respublikası, cinsi – kişi, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi: 3XG4SX4, seriya və nömrəsi: AZE 16229099) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (sədrlik edən: Azər Paşayev). Qətnamədən maraqlı şəxs “xxxx” MMC-nin rəhbəri Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs “xxxx” MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli qərarına əsasən həmin MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Hazırda həmin MMC-nin direktoru X1r. Maraqlı şəxs ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq, 2007-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yaşayır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında, eyni zamanda məhkəmənin müvafiq qətnaməsi barədə heç bir məlumatı olmamışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə bu yaxınlarda məlumatı olmuşdur. Maraqlı şəxs apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 305.1.12, 355-5.1, 355-5.2, 355-7.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə ərizəçiyə lazımi qaydada məlumat verilməsinə bamayaraq ərizəçi kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” MMC-yə (rəhbər Maraqlı şəxs) ünvanlanmış xx xxxxxxx 2016-cı il tarixli, **********723000 nömrəli bildirişin surətindən görünür ki, onun xx xxxxxxx 2016-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 529803 (beş yüz iyirmi doqquz min səkkiz yüz üç) manat 31 (otuz bir) qəpik məbləğində (o cümlədən vergilər üzrə 395558 (üç yüz doxsan beş min beş yüz əlli səkkiz) manat 06 (altı) qəpik, maliyyə sanksiyası 65422 (altmış beş min dörd yüz iyirmi iki manat 17 (on yeddi) qəpik vergi borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs doğulduğu tarix – xx.xx.1961-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Qazax şəhəri, vətəndaşlığı – Azərbaycan Respublikası, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi – 3XG4SX4, seriya və nömrəsi – AZE 16229099, Yaşayış yeri – Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 251-dir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə görə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.2-ci maddəsinə görə, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən, sadalanan hüquq normalarının tələblərini rəhbər tutmaqla hesab edir ki, borclu “xxxx” MMC-nin xx xxxxxxx 2016-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 529803 (beş yüz iyirmi doqquz min səkkiz yüz üç) manat 31 (otuz bir) qəpik məbləğində (o cümlədən vergilər üzrə 395558 (üç yüz doxsan beş min beş yüz əlli səkkiz) manat 08 (altı) qəpik, faizlər üzrə 68823 (altmış səkkiz min səkkiz yüz iyirmi üç) manat 06 (altı) qəpik, maliyyə sanksiyası 65422 (altmış beş min dörd yüz iyirmi iki manat 17 (on yeddi) qəpik vergi borcu vardır və bununla əlaqədar borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuş və ondan 5 gün ərzində borcun ödənilməsini təmin etmək tələb edilsə də, Maraqlı şəxs tələbi yerinə yetirməmişdir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qeyd edilən hal onu deməyə əsas verir ki, borclu Maraqlı şəxs qeyd edilən məbləğdə borcu 5 gün müddətində dövlət büdcəsinə ödəməməklə Vergi Məcəlləsinin qeyd edilən 65.1-ci maddəsinin, eləcə də yuxarıda sadalanan normativ hüquqi aktların tələblərini pozmuşdur. Borclu apellyasiya şikayətində MMC-nin direktoru vəzifəsindən azad edildiyini və hazırda həmin vəzifənin X2 tərəfindən icra edildiyini bildirsə də, kollegiya qeyd edir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi zaman MMC-nin rəhbəri olduğundan borclu həmin şəxs hesab edilir. Borclu Maraqlı şəxs apellyasiya şikayətində ona istinad etmişdir ki, onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamış və ölkədən getmək hüququnun məhdudlaşdırılmasından bu yaxınlarda məlumatı olmuşdur. Qeyd edilən apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun məlum olan qeydiyyat ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərmiş, lakin zərf “köçüb” qeydi ilə geri qayıtmışdır (i.v. 33). İş materiallarında borclunun faktiki yaşayış ünvanı barədə hər hansı məlumat olmadığından, məhkəmə borclunun qeydiyyat ünvanına bildiriş göndərməklə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Kollegiya hesab edir ki, borclu “xxxx” MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Azərbaycan Respublikası Vergilər Departamentinin ərizəsinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, borclunun apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclu Maraqlı şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Borclu Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar