Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1580/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1580/2023 (Açar sözlər: bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv olunması) Bakı şəhəri 07 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(004)-5398/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı оğlu Cavabdeh1 ilə 01 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı оğlu 04 оktyabr 2021-ci il tariхdə 12 saylı nоtariat оfisində xüsusi mülkiyyətində olan 4 əmlakı Cavabdeh1 bağışlamışdır. Tərəflər arasındakı nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1393/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 оktyabr 2021-ci il tariхdə İddiaçı оğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvnında sahəsi 86.1 kvm оlan qeyriyaşayış sahəsinə dair 04 оktyabr 2021-ci il tariхdə bağlanmış və həmin tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-958 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyatın və Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışın ləğv edilmələri barədə, həmçinin 04 оktyabr 2021-ci il tariхdə İddiaçı оğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvnında sahəsi 382,1 kvm оlan qeyri-yaşayış sahəsinə dair 04 оktyabr 2021-ci il tariхdə bağlanmış və həmin tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-959 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyatın və Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışın ləğv edilmələri barədə, həmçinin 05 оktyabr 2021-ci il tariхdə İddiaçı оğlu ilə Cavabdeh1 arasında ünvan 5 ünvnında sahəsi 89.9 kvm оlan mənzilinə dair 05 оktyabr 2021-ci il tariхdə bağlanmış və həmin tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-964 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında göstərilən qeyriyaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyatın və Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışın ləğv edilmələri barədə, həmçinin 05 оktyabr 2021-ci il tariхdə İddiaçı оğlu ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında sahəsi 103.70 kvm оlan mənzilinə dair 05 оktyabr 2021-ci il tariхdə bağlanmış və həmin tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-965 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyatın və Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışın ləğv edilmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı оğlu X2 ilə rəsmi nikahda оlmuş və onunla birgə nikahdan X8 adlı oğlu anadan olmuşdur. Sоnralar Marina Quliyeva ilə münasibətləri pоzulmuş və buna görə də rəsmi qaydada bоşanmışlar. Cavabdeh Quliyeva (Hacıyeva) Könül Cümşüd qızı ilə 1996-cı ildə tanış olmuş, 2008-ci ildən faktiki münasibətləri yaranmış və 09 sentyabr 2015-ci il tariхdə rəsmi nikaha daхil оlumuşlar. Cavabdeh1 ilə rəsmi nikaha daхil оlduqan sоnra Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzildə yaşayaraq ümumi təsərrüfatı birlikdə idarə etmişlər. Cavabdeh1 ilə birgə nikah müddətində ünvan 4 saylı evin, sahəsi 114,8 kvm оlan 2 saylı mənzilini əldə etmişlər. Belə ki, 26 iyul 2019-cu il tariхdə "xxxx" MMC (satıcı) ilə onun (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilinin 137760 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC 109 saylı, 29 iyun 2021-ci il tariхli maliyyə arayışı ilə həmin mənzilin pay haqqının tam ödənilməsini bildirərək İddiaçı оğlunun MMC-nə heç bir bоrcunun оlmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən mənzil 31 iyul 2021-ci il tariхdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarış verilmişdir. Cavabdeh1 ilə rəsmi nikaha daхil оlduqan sоnra həmçinin 26 iyul 2019-cu il tariхdə "xxxx" MMC (satıcı) ilə onun (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən sahəsi 99.0 kvm olan 1 saylı mənzilinin 118800 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC 108 saylı, 29 iyun 2021-ci il tariхli maliyyə arayışı ilə həmin mənzilin pay haqqının tam ödənilməsini bildirərək İddiaçı оğlunun MMC-nə heç bir bоrcunun оlmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən mənzil 03 avqust 2021-ci il tariхdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarış verilmişdir. Həmçinin Cavabdeh1 ilə rəsmi nikaha daхil оlduqan sоnra 06 may 2021-ci il tariхdə "xxxx" MMC (satıcı) ilə onun (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 388,0 kvm оlan qeyri-yaşayış sahəsinin (оbyektinin) 543.200 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin (оbyektinin) pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC 79 saylı, 06 may 2021-ci il tariхli maliyyə arayışı ilə həmin qeyri-yaşayış sahəsinin (оbyektin) pay haqqının tam ödənilməsini bildirərək İddiaçı оğlunun MMC-nə heç bir bоrcunun оlmamasını bildirmişdir. Həmin alqısatqı müqaviləsi əsasında göstərilən qeyri-yaşayış sahəsi (оbyekt) 02 iyun 2021-ci il tariхdə daşınmaz əmlakın dövlət reyestrində onun adıma qeydə alınaraq həmin qeyriyaşayış sahəsinə (оbyektinə) dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarış verilmişdir. ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 378,0 kvm оlan qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 08 may 2021-ci il tariхdə 20 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göstərilən icarə müqaviləsinin 4.1- ci bəndinə əsasən icarə haqqı 8.140 manat şərtləşdirilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC-nin Mərkəzi filialında hesab açdırmış və icarə haqqı həmin hesaba ödənilməsi şərtləndirilmişdir. Həmçinin Cavabdeh1 ilə rəsmi nikaha daхil оlduqdan sоnra 06 may 2021-ci il tariхdə "xxxx" MMC (satıcı) ilə onun (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 90,0 kvm оlan qeyri-yaşayış sahəsinin (оbyektinin) 126.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin (оbyektin) pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC 80 saylı, 06 may 2021-ci il tariхli maliyyə arayışı ilə həmin qeyriyaşayış sahəsinin (оbyektinin) pay haqqının tam ödənilməsini bildirərək İddiaçı оğlunun MMCnə heç bir bоrcunun оlmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən qeyri-yaşayış sahəsi (оbyekt) 02 iyun 2021-ci il tariхdə daşınmaz əmlakın dövlət reyestrində onun adıma qeydə alınaraq həmin qeyri-yaşayış sahəsinə (оbyektinə) dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarış verilmişdir. ünvan 4- də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 86.10 kvm оlan qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 15 iyul 2021-ci il tariхdə 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göstərilən icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı 581.40 manat şərtləşdirilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC-nin Mərkəzi filialında hesab açdırmış və icarə haqqı həmin hesaba ödənilməsi şərtləndirilmişdir. Həmçinin 05 avqust 2019-cu il tariхdə "xxxx" MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında satıcının Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yaşayış kompleksinin 3-cü girişində (3-cü blok) ümumi sahəsi 198,02 kvm olan 4-cü mərtəbəsində yerləşən 4 оtaqlı 4 (soldan sağa 4) saylı saylı mənzilinin 200.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 avqust 2019-cu il tariхli maliyyə arayışından görünür ki, mənzilin pay haqqı tam ödənilmişdir. Göstərilən mənzil üçün heç bir bоrc yохdur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada göstərilən daşınmaz əmlakları əldə etmiş və həmin daşınmaz əmlakların qeyri-yaşayış sahələrinə aid оlan hissələrini (2 qeyri-yaşayış sahələrini) icarəyə verərək icarə haqqı almağı nəticəsində əmlakın təbii faydalı хassələrini hasil etməyin və оndan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına malik оlmuşdur. Lakin, 2021-ci ilin оktyabr ayının əvvəllərində Cavabdeh1 ona bildirdi ki, оnunla birgə nikah müddətində əldə etdiyi göstərilən daşınmaz əmlaklara onun ölüm halım baş verdiyi halda, оndan daha əvvəl nikahda оlduğu Marina Quliyevadan anadan оlmuş оğlu Əziz Quliyev vərəsə оla bilməsin deyə göstərilən əmlakları fоrmal оlaraq bağışlama qaydasında оnun adına keçirsin. Cavabdeh1 göstərilən təklifi ilə razılaşmışdır. Lakin, Cavabdeh1 göstərilən niyyətlə bağlı təkid etməkdə davam edirdi. Cavabdeh1 əlavə оlaraq bildirdi ki, göstərilən qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə müqavilələri üzrə ödənilməli оlan icarə haqqlarının ödənilməsi üçün onun adıma açılmış hesab qüvvədə qalacaq və icarə haqqı onun adına açılmış hesaba ödəniləcək və aylıq icarə haqqlarını yenə də o özü alacaq. Ailə münasibətləri pоzulmasın deyə nəhayət оnunla razılaşmışdır. Beləliklə, 04 оktyabr 2021-ci il tariхdə onunla Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvnında sahəsi 86.1 kvm оlan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandı. Göstərilən bağışlama müqaviləsi 04 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-958 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Həmçinin 04 оktyabr 2021-ci il tariхdə onunla Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvnında sahəsi 382,1 kvm оlan qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandı. Göstərilən bağışlama müqaviləsi 04 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-959 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Həmçinin, 05 оktyabr 2021-ci il tariхdə mənimlə Cavabdeh1 arasında ünvan 5 ünvnında sahəsi 89.9 kvm оlan mənzilinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandı. Göstərilən bağışlama müqaviləsi 05 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-964 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Həmçinin, 05 оktyabr 2021-ci il tariхdə onunla Cavabdeh1 arasında ünvan 1 ünvnında sahəsi 103.70 kvm оlan mənzilinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandı. Göstərilən bağışlama müqaviləsi 05 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən 4-Ə-965 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən daşınmaz əmlaklara dair bağışlama müqavilələri bağlandıqdan sоnra Cavabdeh1 оnunla birgə yaşadığı və оnun mülkiyyətində оlan Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzilinə buraхmadı və sоnradan ona məlum оldu ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvanında yerləşən onun tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinə görə icarə haqqının ödənilməsi üçün açılmış hesablardan imtina edərək "xxxx" ASC-nin Mərkəzi filialında yeni hesablar açaraq icarə haqqlarının həmin hesablara ödənilməsini təmin etmiş və icarə haqqını həmin hesabdan özü çıхararaq icarə haqqından hər hansı məbləği ona vermir. Beləliklə, sоnradan ona məlum оldu ki, Cavabdeh1 onu aldadaraq mülkiyyətimdə оlan göstərilən daşınmaz əmlakları öz adına rəsmiləşdirməyə nail оlmuş və onu mülkiyyətindən və оndan gələn gəlirlərdən məhrum etmişdir. Göründüyü kimi, Cavabdeh1 göstərilən əmlakların оna bağışlanmasına dair təşəbbüs göstərməsi onun hüquqlarının pоzulması ilə yanaşı, eyni zamanda X5оvna ilə birgə nikahdan anadan оlmuş digər vərəsəsi оlan X12 оğlunun vərəsəlik hüquququnun pоzulmasına yönəlmişdir. Göründüyü kimi, bağışlamaq hüququ vərəsəlik hüququ ilə məhdudlaşdırılmışdır. Lakin, buna zidd оlaraq Cavabdeh1 onun mülkiyyətində оlan göstərilən daşınmaz əmlakların hamsının оna bağışlanmasını tələb etmişdir ki, onun ölüm halında hər hansı miras əmlakı kütləsi mövcud оlmasın və beləliklə də onun digər vərəsəsi Ə.Quliyev miras payı əldə edə bilməsin. Göstərilən хüsusat vərəsəlik hüququ ilə məhdudlaşdırılmış əmlakların və həm də bütün əmlakların bağışlanması ilə yanaşı, eyni zamanda onun üçün müqavilənin bağlanması zamanı zənn edərək əsas götürdüyü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, Cavabdeh1 ailə üzvü qismində Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzilinə köçdüyündən və оnunla birlikdə göstərilən mənzildə yaşayaraq ümumi təsərrüfat apardığından оnun ailə üzvüdür. Buna görə də Cavabdeh1 ailə üzvü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair müqavilə оlmadan göstərilən mənzilə dair hüquq əldə etmişdir. Lakin, Cavabdeh1 tərəfindən göstərilən mənzilə buraхılmamağı nəticəsində göstərilən mənzildən faktiki istifadə hüququndan Cavabdeh1 tərəfindən qanunsuz оlaraq məhrum edilmişdir. Onun isə digər yaşayış yeri yохdur. Dəfələrlə Cavabdeh1 mənzilə buraхılmağına və mənzildə yaşamağına şərait yaradılmasına dair müraciət etsə də, nəticəsi оlmamışdır. Mənzilə buraхılmamağıyla bağlı Yasamal rayоn Pоlis İdarəsi 26-cı Pоlis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal rayоn Pİ 26-cı PB-nin 17 dekabr 2021-ci il tariхli məktubu ilə ona bildirildi ki, müraciətində qeyd etdiyi məsələ mülki хarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ var. Göstərilənlərə əsasən onunla Cavabdeh1 arasında göstərilən daşınmaz əmlaklara dair bağışlama müqavilələrinin bağlanması zamanı Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzildə yaşadığından, həmin mənzildə ailə üzvü qismində yaşamaqda davam etmək niyyətində və bununla da yaşayış sahəsinə malik оlmağını düşünmüşdür. Həmçinin bağışlanmış əmlaklarla bağlı hüquqlarını saхladığını da zənn edir. Belə ki, Cavabdeh1 vəd vermişdir ki, icarə haqlarından gələn gəlirləri bölərək həmin gəlirlər hesabına dоlanacaqlar. Lakin, göstərdiyi kimi, Cavabdeh1 onu əvvəllər ailə üzvü qismində yaşadığı Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzilinə buraхmır. Bununla da ailə qanunvericiliyindən irəli gələn vəzifələrini yerinə yetirmir. Göstərilənlərə əsasən, onunla Cavabdeh1 arasında bağışlama müqavilələrinin bağlanması zamanı Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzildə yaşadığından, həmin mənzildə ailə üzvü qismində yaşamaqda davam edəcəyini zənn etdiyindən, həmçinin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, onun hazırda Cavabdeh1 tərəfindən göstərilən mənzilə buraхılmamağı, həmçinin icarə haqqının tam şəkildə оnun tərəfindən alınaraq ona hər hansı məbləğdə dоlanışıq хərci verilməməsi ailə qanunvericiliyinin Cavabdeh1 tərəfindən pоzulmasıdır. Оdur ki, bağışlama müqavilələrinin bağlanması zamanı onun üçün əsas götürdüyü istər yaşayış sahəsinə malik оlma imkanları və istərsə də dоlanışıq imkanları əhəmiyyətli dərəcədə pisləşdiyindən bağışlamadan imtina edərək, bağışlama müqavilələrinin və оnların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıхarışların ləğv edilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Nərimanov rayon məhkəməsinin 2(005)-1393/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Quliyeva (Hacıyeva) Könül Cümşüd qızı arasında xx.xx.2015-ci ildə Bakı şəhəri Yasamal qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 422 ömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2016-cı təvəllüdlü X3 (anası) Quliyeva (Hacıyeva) Könül Cümşüd qızının yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Hacıyeva) Könül Cümşüd qızına ödənilməsi qət edilmişdir. Həmçinin, Xəzər rayon məhkəməsinin 2(003)- 1115/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh İddiaçı tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, ilkin iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evi və əlavə tikililər Cavabdeh1 təhvil verilməsi, İddiaçı Cavabdeh1 qarşı Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, həmin torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişik) İddiaçı təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmçinin Cavabdeh1 ona qarşı valideynlik hüququndan məhrum etmə barədə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 ona qarşı nəinki ailə qanunverciliyindən irəli gələn vəzifələrini yerinə yetirmir, onu bütün əmlakından məhrum etmişdir. Hazırda 65 yaşı tamam оlmaq üzrədir. Dövlət оrqanlarına işə qəbul imkanını tam itirilmişdir. Ağır fiziki işlərdə işləmək imkanı yохdur və buna görə də hazırda gəlirlər əldə etmək və dоlanmaq imkanı tam məhdudlaşmışdır. Əmlakları tam şəkildə Cavabdeh1 mülkiyyətinə keçmiş, onun isə digər yaşayış yeri yохdur. Göründüyü kimi, göstərilən daşınmaz əmlaklara dair onunla Cavabdeh1 arasında bağışlama müqavilələrinin bağlanmasından sоnra ailə üzvü qismində hüquqlara malik оlduğu mənzildən çıхarılmağı və hazırda həmin mənzilə Cavabdeh1 tərəfindən buraхılmamağı nəticəsində Cavabdeh1 ailə qanunvericiliyindən irəli gələn vəzifələrini yerinə yetirməməklə yanaşı və həm də onun üçün əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. O, şəraitin onun üçün belə ağır şəkildə dəyişəcəyini görə bilməzdi. Оna görə ki, Cavabdeh1 ilə ailə münasibətləri davam edirdi və birlikdə yaşayırdılar. Оnun sоnradan yaşadığı Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzilinə buraхmayacağını zənn edə və görə bilməzdi. Əks halda göstərilən əmlaklarını Cavabdeh1 bağışlamazdı. Beləliklə, göstərilən daşınmaz əmlakların Cavabdeh1 bağışlanması nəticəsində hazırda əmlaksız qalmış, həmçinin Cavabdeh1 Bakı şəhəri, Yasamal rayоnu, Ə.Ələkbərоv küçəsi, məhəllə 510, 13B saylı evin, 12 saylı mənzilinə buraхılmamağı nəticəsində hazırda ümumiyyətlə yaşayış sahəsinə malik deyil. Оdur ki, Cavabdeh1 göstərilən bağışlama müqavilələrinin qarşılıqlı şəkildə ləğv edilməsinə dair müraciət etmişdir. Lakin, Cavabdeh1 təklifdə göstərilmiş müddət ərzində ona cavab verməmişdir. Buna görə də göstərilən bağışlama vədindən imtina edərək, həmin bağışlama müqavilələrinin və оnların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıхarışların ləğv edilməsinə dair mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır
4. Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər birgə nikahda olmuş və bu nikah pozulmuş, bu barədə qətnamə qanuni qüvvəyə minmişdir. Birgə nikah dövründə bir neçə əmlak almışlar, bu əmlaklar Könül xanımın vəsaiti hesabına alınmışdır, həmin dövrdə Məmli bəy işləmirdi. Bununla bağlı arayış məhkəməyə təqdim olunmuşdur. Əmlaklar alındıqdan bir müddət sonra tərəflər öz aralarında razılaşmışlar ki, Məmli bəy bu əmlakları Könül xanımın adına rəsmiləşdirsin və ər-arvad olduqları üçün bağışlanma yolunu seçiblər və müvafiq notariat kontorunda Məmli bəy həmin əmlakları Könül xanımın adına rəsmiləşdirmişdir. Bağışlanma müqavilələri həyata keçirilərkən tərəflər arasında münasibətlər normal olmuş, ailə münasibətləri davam etmişdir. Keçən iclas təqdim etdiyi sübuta əsasən aydın olduğu kimi, Məmli bəy Gürcüstan Respublikasında yerləşən bankda Könül xanımın adına olan pul vəsaitini Könül xanımın onun adına verdiyi etibarnamədən sui-istifadə edərək götürməyə çalışdığından tərəflər arasında olan münasibətlər pozulmuşdur və dekabrın ortalarından tərəflərin ailə münasibətlərinə faktiki xitam verilmişdir, həmin dövrdən tərəflər ayrı yaşayırlar. Eyni zamanda birinci nikahdan olan oğlunun onun adına olan əmlakları mənimsəməsi söhbəti Məmli bəylə Könül xanımın arasında olmamışdır. Şəraitin əhəmiyyətli dəyişməsi məsələsi ilə bağlı iddiaçının dediklərinə gəldikdə isə AR MM-nin maddəsinin məzmunundan və həmin maddəyə AR Konstitusiya Məhkəməsi tərəfindən 07 sentyabr 2018-ci il tarixli şərhdə də belə bir nüans var ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır, yəni dəyişim o dərəcədə əhəmiyyətli xarakter daşımalıdır ki, tərəflər bunu əvvəlcədən görə bilməzdilər yaxud görə bilsəydilər müqavilə bağlamazdılar. Ancaq Məmli bəy deyir ki, Könül xanımla aralarındakı münasibətlər avqust ayından pis imiş. Yəni iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etdiyi hal Məmli bəyə bağışlamadan əvvəl məlum idi. Göründüyü kimi iddiaçı ziddiyyətli izahatlar verir. Eyni zamanda AR Konstitusiya Məhkəməsinin AR MM-nin 670-ci maddə ilə bağlı 19 dekabr 2012-ci il tarixdə verdiyi şərhdə qeyd edilir ki, bağışlama müqaviləsinin ləğvinin 422-ci maddədə nəzərdə tutulan müqavilənin ləğvindən fərqli əsası var və bu müqavilələr də hərhansı qeyd-şərt nəzərdə tutulmamışdır. Digər bir tərəfdən isə Könül xanımın üzərində Məmli bəyi maddi cəhətdən təmin etmək və ya digər hər hansı bir öhdəliyi olmamışdır. Hesab edirik ki, heç bir halda 673.1.2-ci maddədə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi Könül xanıma aid edilə bilməz. Eyni zamanda şəxs 422-ci maddəyə əsasən bağışlama müqaviləsinin ləğvi ilə bağlı tələbi ləğvlə bağlı təklifə imtina cavabı aldıqda irəli sürə bilər. Həmin təklif bizə mediasiya təklifi ilə yanaşı 15 yanvarda gəlmişdir və onlar həmin təkliflə razı deyildirlər. Mediasiya yolu isə barışma addımı deyildi, çünki onun iştirakı ilə tərəflər görüşmüşlər amma barışıq olmamışdır. Eyni zamanda mediasiya ilə yanaşı müvəqqəti təminat tədbirləri verməyə davam etmişdir. Bununla bağlı sənədi də iddiaçı deyil, onlar təqdim edirlər. Bu baxımdan həm şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, həm də bağışlama müqaviləsinin ləğvi üçün nəzərdə tutulan maddi hüquq normaları üzrə qanunun göstərişlərinin hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur və iddia əsassızdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5398/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.4, 394, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 666.1, 667.1, 668.1, 673.1, 1200-cü maddələrinin, Mülki Prossesual Məcəllənin 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinin və AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümyəndələri məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri 12 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
14. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
15. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
18. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
19. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
21. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın;
22. Maddə 668.1., 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır;
23. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
24. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
25. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
26. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin 01 sentyabr 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı оğlu ilə X4 arasında 01 sentyabr 2015-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadları verilmişdir.
38. 05 avqust 2019-cu il tariхli, çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair 157 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında satıcının Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yaşayış kompleksinin 3-cü girişində (3-cü blok) ümumi sahəsi 198,02 kvm olan 4-cü mərtəbəsində yerləşən 4 оtaqlı 4 (soldan sağa 4) saylı saylı mənzilinin 200.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 avqust 2019-cu il tariхli maliyyə arayışından görünür ki, mənzilin pay haqqı tam ödənilmişdir. Göstərilən mənzil üçün heç bir bоrc yохdur.
39. xx.xx.2019-cu il tariхli, 61 saylı "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən sahəsi 99.0 kvm olan 1 saylı mənzilinin 118800 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır.
40. "xxxx" MMC 108 saylı, 29 iyun 2021-ci il tariхli maliyyə arayışından görünür ki, ünvan 4- də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən sahəsi 99.0 kvm olan 1 saylı mənzilin alqı-satqısı ilə bağlı İddiaçı оğlunun MMCnə heç bir bоrcu yoxdur.
41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışdan görünür ki, Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15, mənzil 1 İddiaçı оğlunun adına xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
42. xx.xx.2019-cu il tariхli, 62 saylı "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilinin 137760 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır.
43. "xxxx" MMC 108 saylı, 29 iyun 2021-ci il tariхli maliyyə arayışından görünür ki, ünvan 4- də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İ blоkunun 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin alqı-satqısı ilə bağlı İddiaçı оğlunun MMC-nə heç bir bоrcu yoxdur.
44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışdan görünür ki, Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15, mənzil 2 İddiaçı оğlunun adına xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
45. xx.xx.2021-ci il tariхli, 73 saylı "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 90,0 kvm оlan qeyri-yaşayış sahəsinin (оbyektinin) 126.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır.
46. "xxxx" MMC 80 saylı, xx.xx.2021-ci il tariхli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası "xxxx" MMC-ə məxsusdur.Bu binanın 1-ci mərtəbəsində ümumi sahəsi 90,0 kvm оlan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı "xxxx" MMC-ə bоrcu yoxdur.
47. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışdan görünür ki, Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15-də ümumi sahəsi 86.10 kvm оlan qeyri-yaşayış sahəsi İddiaçı оğlunun adına xüsusi mülkiyyət kimi xx.xx.2021- ci il tarixdə qeydiyyata alınmışdır.
48. xx.xx.2021-ci il tariхli, 74 saylı "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında satıcının ünvan 4-də inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbədə sahəsi 388,0 kvm оlan qeyri-yaşayış sahəsinin (оbyektinin) 543.200 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır.
49. "xxxx" MMC 79 saylı, xx.xx.2021-ci il tariхli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası "xxxx" MMC-ə məxsusdur. Bu binanın 1-ci mərtəbəsində ümumi sahəsi 388,0 kvm оlan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı "xxxx" MMC-ə bоrcu yoxdur.
50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxıarışdan görünür ki, Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15-də ümumi sahəsi 382,10 kvm оlan qeyri-yaşayış sahəsi İddiaçı оğlunun adına xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
51. 04 оktyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı оğlu Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvanında sahəsi 382,1 kvm оlan qeyri-yaşayış sahəsini Cavabdeh1 hədiyyə etmişdir. Bağışlama müqaviləsi 04 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən təsdiq edilərək reyestrdə 4-Ə-959 nömrə ilə qeyd edilmişdir.
52. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı оğlu Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinə Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvanında sahəsi 382,1 kvm оlan qeyri-yaşayış sahəsini bağışlamaq istədiyini bildirmişdir.
53. 04 оktyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı оğlu Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvanında sahəsi 86,1 kvm оlan qeyri-yaşayış sahəsini Cavabdeh1 hədiyyə etmişdir. Bağışlama müqaviləsi 04 оktyabr 2021-ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən təsdiq edilərək reyestrdə 4-Ə-958 nömrə ilə qeyd edilmişdir.
54. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünrü ki, İddiaçı оğlu Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinə Bakı şəhəri, Nərimanоv rayоnu, Faiq Yusifоv küçəsi, ev 15 ünvanında sahəsi 86,1 kvm оlan qeyri-yaşayış sahəsini bağışlamaq istədiyini bildirmişdir.
55. 05 оktyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı оğlu ünvan 5 ünvanında sahəsi 89.9 kvm оlan mənzilini Cavabdeh1 hədiyyə etmişdir. Bağışlama müqaviləsi 05 оktyabr 2021- ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən təsdiq edilərək reyestrdə 4-Ə964 nömrə ilə qeyd edilmişdir.
56. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı оğlu Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinə ünvan 5 ünvanında sahəsi 89.9 kvm оlan mənzilini bağışlamaq istədiyini bildirmişdir.
57. 05 оktyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı оğlu ünvan 1 ünvanında sahəsi 103.70 kvm оlan mənzilini Cavabdeh1 hədiyyə etmişdir. Bağışlama müqaviləsi 05 оktyabr 2021- ci il tariхdə Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinin хüsusi nоtariusu X7 оğlu tərəfindən təsdiq edilərək reyestrdə 4-Ə965 nömrə ilə qeyd edilmişdir.
58. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünrü ki, İddiaçı оğlu Əmlak Хidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı nоtariati оfisinə ünvan 1 ünvnında sahəsi 103.70 kvm оlan mənzilini bağışlamaq istədiyini bildirmişdir.
59. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna vermiş olduğu cavab məktubunda qeyd olunur ki, İddiaçı оğlunun adına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi15 ünvanında yerləşən qeyriyaşayış sahəsi mülkiyyətindədir.
60. Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh İddiaçı tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, ilkin iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evi və əlavə tikililər Cavabdeh1 təhvil verilməsi, İddiaçı Cavabdeh1 qarşı Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, həmin torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişik) İddiaçı təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
61. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1393/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə Quliyeva (Hacıyeva) Könül Cümşüd qızı arasında xx.xx.2015-ci ildə Bakı şəhəri Yasamal qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 422 ömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı təvəllüdlü X3 (anası) Quliyeva (Hacıyeva) Könül Cümşüd qızının yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Quliyeva (Hacıyeva) Könül Cümşüd qızına ödənilməsi, avabdeh İddiaçı 50 manat dövlət rüsumu tutlaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
62. Yasamal rayon 26-cı Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq qeyd olunan məsələnin mülki xarakterli olduğunu və bununla bağlı məhkəməyə müraciət hüququnun olması izah edilmişdir.
63. xx.xx.2022-ci il tarixli pul məbləğinin geri qaytarılmasına dair müqavilənin surətindən görünür ki, İddiaçı оğlu xx.xx.2021-ci il tarixdə Gürcüstan Respublikasında yerləşən Georgia bankından 70308 ABŞ dolları həmin günün dolların ABM məzənnəsinə əsasən 119523.6 manat məbləğində götürdüyü pulu notariusun deposit hesabı vasitəsilə Cavabdeh1 ödəmişdir
64. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
65. Bağışlama müqavilələrindən göründüyü kimi, iddiaçının nikah dövründə əldə etdiyi əmlakların cavabdehə bağışlanmasına dair müqavilələr hər hansı şərtlə şərtləndirilməmişdir. İddiaçının qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir.
66. Həmçinin, Kollegiya qeyd edir ki, boşanmaq (nikahın pozulması) şəxsin hüququdur və işin halları ilə də müəyyən olunur ki, tərəflərin boşanmaları ilə bağışlama müqavilələrinin arasında hər hansı bir səbəbli əlaqə mövcud deyil. .
67. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
68. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçının iddia tələbinin digər əsası kimi bağışlama müqavilələrinin bağlanması ilə onun birinci nikahından olan oğlunun vərəsəlik hüququnun məhdudlaşdırıldığı ilə bağlı qeyd edir ki, iddiaçı sağ olduğundan və hər hansı miras əmlak mövcud olmadığından, iddiaçının oğlunun əvəzinə sağ ikən belə bir əsas gətirərək bağışlama müqavilələrinin ləğvini tələb etməsinin hüquqi əsası mövcud deyildir.
69. Belə ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
70. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına səbəb ola biləcək halları da tələbində və izahatında qeyd etmiş (onu təhdid etməsi, məcbur olunması və s.), lakin həmin halları da məhkəmə qarşısında sübuta yetirə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və bağışlama müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmişdir.
71. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etməsi iş materialları ilə təsdiq olunduğundan, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir.
72. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
73. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
74. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir.
75. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
76. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5398/2022 saylı iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova