Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1587/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universiteti X14 (AR Elm və Təhsil Nazirliyi və AR Qaçqın və X7 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1587/2025 (Açar sözlər: Təhsil haqqı tələbi, iddiaya cavab verməli olmayan şəxs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh Bakı Dövlət Universiteti X11 nümayəndəsi Nümayəndə2, cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4748/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2020-ci ildə Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi - Rus dili” ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur. 2021-ci ilin fevral ayında isə qanunamüvafıq şəkildə həmin universitetdən Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinə ödənişli əsaslarla transfer olmuşdur. X5 və anası X2 rayonundan məcburi köçkündür və bununla bağlı doğulduğu xx.xx.2001-ci il tarixindən ona da məcburi köçkün statusu verilmişdir və məcburi köçkünlərə verilən aylıq müqavinət alır. Lakin buna baxmayaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan təhsil güzəşti ona münasibətdə tətbiq olunmamışdır. Hazırda tərəfindən ödənilən təhsil haqqı məbləğlərini tələb etməkdədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universitetinə qarşı ( Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusuna malik olması ilə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin onun tərəfindən Bakı Slavyan Universitetinə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və Bakı Dövlət Universitetinə ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq universitetlərdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
4. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universiteti tərəfindən hazırkı iddiaçı X4 barəsində verilmiş 3-29-45/3-1T-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli təhsil haqqının ödənilməsindən azad edilmə haqqında əmrin ləğv edilərək, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakülətəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının İ (birinci) kurs 110K qrupuna köçürülmüş, tələbəsi X1 xx.xx.2021-ci il tarixindən etibarən təhsil müddəti ərzində (bütün dövrlər üzrə) təhsil haqqını ödəməkdən bütünlükdə azad edilməsinə dair yeni əmrin verilməsi öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinin üzərinə qoyulması, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin X4 tərəfindən “Bakı Slavyan Universiteti”nə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və “Bakı Dövlət Universitetinə” ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq cavabdeh universitetlərdən tutularaq, iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı 2020-ci ildə Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi - Rus dili” ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur. 2021-ci ilin fevral ayında isə qanunamüvafıq şəkildə həmin universitetdən Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinə ödənişli əsaslarla transfer olmuşdur. X5 və anası X2 rayonundan məcburi köçkündür və bununla bağlı doğulduğu xx.xx.2001-ci il tarixindən ona da məcburi köçkün statusu verilmişdir və məcburi köçkünlərə verilən aylıq müqavinət alır. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamına müvafiq olaraq, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsilalan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Lakin buna baxmayaraq, ona məcburi köçkün olmağı ilə bağlı vəsiqə, müvafiq inzibati orqanın hərəkətsizliyi nəticəsində gec verildiyinə görə o, yuxarıda göstərilən hüququndan məhrum olmuş və xx.xx.2020-ci il tarixli ödəniş çekindən də məlum olduğu kimi, “Bakı Slavyan Universiteti”nə 850 manat məbləğdə təhsil haqqı, xx.xx.2023-cü il tarixdə “Bakı Dövlət Universitetinə 5000 (beş min) manat, xx.xx.2024-cü il tarixdə 2308 manat, 5 manat və 1052 manat olmaqla 3365 (üç min üç yüz altmış beş) manat, ümumilikdə Bakı Dövlət Universitetinə 8365 (səkkiz min üç yüz altmış beş) manat məbləğdə təhsil haqqı ödəmişdir. Ona görə də, məcburi köçkün statusuna malik olması ilə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin onun tərəfindən müvafiq universitetlərə ödədiyi təhsil haqqlarının ona geri qaytarılmasını tələb edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4748/2024 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına, həmin sərəncama dəyişiklik edilməsinə dair 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına və “Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə baxışı zamanı cavabdeh Bakı Dövlət Universiteti X11 nümayəndəsi Nümayəndə2 verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
11. Məhkəmə baxışı zamanı cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə1 verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq başqa bir cinayət işində iştirak etdiyindən iclasa gələ bilməyəcəyini bildirmiş, həmçinin iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İşin halları, şikayətə işdə olan materiallarla baxılmasının mümkünlüyü, o cümlədən nümayəndə və vəkilin iclasına yenidən təxirə salınması üçün əsasın olmaması əsas götürülərək işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
15. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 17Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
18. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin yenə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, iddianın təmin edilməmə əsasını düzgün müəyyənləşdirməmişdir və buna görə də onun gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz
25. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Belə ki, işin hallarına əsasən İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbini irəli sürmüşdür.
27. Lakin qeyd edilməlidir ki, cavabdehlərin hər ikisi: istər Bakı Dövlət Universiteti, istərsə də Bakı Slavyan Universiteti dövlət ali təhsil müəssisələri olmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu isə onu deməyə əsas verir ki, baxılan iş üzrə iddiaçının tələb etdiyi təhsil haqqının ödənilməsi tələbi cavabdehlərə qarşı deyil, üçüncü şəxs kimi işə cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə yönəlməlidir. Cavabdehlər isə yalnız qeyd olunan qurumdan alınan maliyyə məbləğləri əsasında iddiaçıya aidiyyatı qaydada güzəştin tətbiqini həyata keçirmək səlahiyyətinə malikdirlər.
28. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universitetini göstərmiş və tələbini ona qarşı yönəltmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən isə iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
29. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi hazırki iş üzrə cavabdehlərə qarşı deyil, üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı qaldırılmalı, sonuncu orqan sözügedən tələbə münasibətdə inzibati orqan kimi çıxış etdiyindən və mübahisənin təbiəti məhz həmin münasibətlərdən irəli gəldiyindən işə müvafiq inzibati məhkəmədə baxılmalıdır.
30. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
31. Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş üzrə iddia ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən artıq təhsil haqqının ödənilməsi tələbinə dair iddiaya onun əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz.
32. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Halbuki nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinə müvafiq olaraq, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.
33. O cümlədən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddianın əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olub-olmadığı barədə məsələyə məhz həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddia ona cavab verməli olan şəxs cavabdeh kimi cəlb edilmədən verildiyi üçün rədd edilməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4748/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X14 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev