Məhkəmə qərarları › İş №2(103)-1589/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1589/2025

14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1589/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Maraqlı şəxs ərizəsi əsasında qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin “qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi barədə” xx.xx.2024-cü il tarixli 2(001)-2118/2019 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, Maraqlı şəxs ərizəsi təmin olunsun, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6092/2019 nömrəli qərardadı ilə qoyulmuş həbs götürülsün. İddiaçı şikayətində tələb olunub ki, həbsin götürülməsi barədə qərardad ləğv edilsin və həbsin götürülməsi barədə ərizə təmin edilməsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üzərinə həbs qoyulmuş əmlak, yəni ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi Maraqlı şəxs mülkiyyətindədir. Onun mülkiyyət hüququ həbs qərardadının qəbul edilməsindən əvvəl qeydə alınıb. Belə ki, mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu ildə qeydə alınıb (iş v. 204), həbs qərardadı isə bundan 27 gün sonra – xx.xx.2019-cu ildə qəbul olunub. Həbs qərardadının aid olduğu mülki işin Maraqlı şəxs aidiyyəti yoxdur, o, həmin işdə tərəf deyil. AR Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsindən görünür ki, cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Ona görə də həmin iş üzrə Maraqlı şəxs əmlakına həbs qoyula bilməzdi. Beləliklə, məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həbsin götürülməsini qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2118/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar