Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1592/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlundan və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 8391/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikiliyə (“A” tikilisi) istifadə hüququnun itirilmiş hesab edilməsi və işin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh ona qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədə qeyd olunmuşdur ki, cavabdeh (Cavabdeh) 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra onun ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Aşağıdakılara görə hesab edir ki, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikilidən (“A”tikilisi) istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 iyun 2019-cu il tarixli ********** saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən “A” və “B” tikilisindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. O, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikilini (“A”tikilisini) Cavabdeh müvəqqəti yaşaması üçün 2004-cü ildən kirayəyə vermişdir. Cavabdeh orada müəyyən müddət yaşadıqdan sonra öhdəliyin şərtlərini pozmuş, kirayə haqqlarını və kommunal ödənişləri ödəməmişdir. O, cavabdehdən kirayə haqqlarını, kommunal ödənişləri ödəyərək evin boşaldılmasını dəfələrlə xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, əşyalarını evindən çıxarmamış, evində 2009-cu ilədək kirayə yaşamış, faktiki olaraq 2009cu ildən həmin evdə yaşamamış, kirayə yaşadığı evi baxımsız saxlaması və digər hüquqazidd hərəkətləri nəticəsində evi yararsız vəziyyətə salmış evə və mülkiyyətçi kimi ona külli miqdarda ziyan vurmuşdur. Ev kirayə verilərkən yaşayış üçün zəruri şəraiti olsa da hazırda həmin ev yaşayış üçün tam yararsız vəziyyətdədir. Evə dəymiş ziyan və uzun müddət evdən istifadə olunmaması "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli, LP- 137/2021 saylı rəyi və rəyə əlavə olunmuş şəkillərlə bir daha öz təsdiqini tapır. Belə ki, rəyə əlavə olunan şəkillərdən görünür ki, ev yaşayış üçün tam yararsızdır və cavabdeh uzun müddətdir ki, həmin evdən istifadə etmir. 2009-cu ildən Cavabdeh faktiki olaraq mülkiyyətçisi olduğu “A” tikilisində yaşamamışdır. Hazırda cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh daimi yaşamaq üçün uzun müddətdir ki, başqa ünvanda məskunlaşmışdır və ona məxsus “A” tikilisinə istifadə hüququnu itirmişdir. Bu hal mülkiyyətçi kimi mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı əlavə olaraq kommunal xərclər ödəməyinə səbəb olmuşdur. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının özünün iddia ərizəsində göstərdikləri, istinad etdiyi qətnamə və həmin qətnamə ilə müəyyən olunan tanınan hallar iddia ərizəsinin rədd olunmalı olduğunu deyir. İddiaçı özü iddia ərizəsində qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinə istinad edərək göstərir ki, o, 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra onun (iddiaçının ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da həmin yaşayış sahəsinə istifadə hüququ yaranıb). Bundan başqa, bu iddiaçının bundan öncə də (hansı ki, ona qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə qiymət verilib və əsassız sayılaraq rədd olunub) eyni təbiətli ona qarşı iddiasına Binəqədi Rayon Məhkəməsində 2(001)-7707/2019 nömrəli mülki iş olaraq baxılıb. Həmin iddiası ilə İddiaçı məhkəmədən: onun, özünün mülkiyyətində olan, ünvan 2 ünvanında, 0,0443 ha ərizidə yerləşən fərdi tikililərdən (“A” tikili adlanan) əşyaları ilə birlikdə çıxarılmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin onun bu iddiasının təmin olunduğu barədə 16 dekabr 2019cu il tarixli qətnaməsi isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,0443 ha ərazidə yerləşən fərdi tikililərdən (“A” tikili adlanan) əşyaları ilə birlikdə çıxarılması barədə iddia əsassız sayılaraq rədd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçının nümayəndəsi-vəkili həmin qərardaddan verdiyi şikayət məhkəmənin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, baxılan iş üzrə məhkəmənin yekunda gələcəyi nəticənin mübahisəli tikiliyə Cavabdeh istifadə hüququna maneələrin yaradılmasının cavabdeh İddiaçı qadağan edilməsindən va ya edilməməsindən asılı deyildir. Ona görə ki, MPM-nin 254.1.4-cü maddəsində göstərilən “mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır” norması hazırki işin təsir dairəsinə düşmür. Binəqədi Rayon Məhkəməsində hazırda baxılan 2(001)-8391/2021 saylı mülki iş üzrə iddianın təmin edilməsi və ya rədd edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsindən asılı deyildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Konstitusiya Məhkəməsi Plənumunun Mülki Prosəssual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. İş materiallarında olan və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh yaşayış sahəsinə istifadə hüququ müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəmsinin 2(001)-5576/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə isə isitifadə hüququ tanınması predusial xarakter daşıması əsas götürülərək Cavabdeh istifadə hüququna manelərin yaradılması İddiaçı Hümbət qızına qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11121/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qatnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə işin icraatını Binəqədi Rayon Məhkəmesinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minənədək dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, işlər arasındakı asılılığın dərəcəsi, eləcə də həmin iş üzrə olan məsələ nizamlananadək hazırki işə baxılmasının mümkün olması yaxud olmaması tam və dəqiq müəyyən edilməmişdir. Belə ki, icraatın dayandırılması üçün işlərin hər hansı bir qarşılıqlı bağlılığı deyil, yalnız birinin baxılmasını digərindən məcburi asılı edən mütləq asılılığı nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8391/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1592/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1592/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver