Məhkəmə qərarları › İş №2(103)-1592/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1592/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1592/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə Səbial Rayon Məhkəməsinin 2(009)-1820/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Baş Prokurorluğu, X3, X2 X6) cavabdeh AR Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı «əmlakın həbsdən azad edilməsi və icra sənədinin icra edilməməli hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1820/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 protokola dair qeydlər təqdim edərək və həmin ərizənin Səbail Rayon Məhkəməsinə daxil olduğunu bildirərək qeydlərə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, protokola dair qeydlərə baxılması üçün mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Protokola dair qeydlərə baxılması üçün 2(103)-1592/23 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar