Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1596/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (maraqlı şəxs "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti qeyd edilməklə) Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("qəzalı vəziyyətin aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, cavabdeh və maraqlı şəxs Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (maraqlı şəxs "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti qeyd edilməklə) Cavabdeh qarşı "qəzalı vəziyyətin aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2022 saylı işi üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı xx.xx.2022-ci il tarixində bina 94, 14 A mənzili giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzili aynabəndi və eyvanının “2 metrilik sol cinah istinad divarının” yerinə bərpa edilməsi və 14 A mənzilində istinad divarının Rəşad tərəfindən bərpasının təmin olunmasına nəzarət, həmçinin içəri şəhər qoruq idarəsi əməkdaşlarına həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsinə əlavə ərizəsi ilə (qəzalı vəziyyətin aradan qaldırılması və siğortaya cəlb olunma tələbinə dair) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən Cavabdeh məxsus 9 və 12 saylı mənzillərin icbari siğortalanmasını və 9 və 12 saylı mənzillərin siğortalanması işlərin icrasına nəzarət həmçinin ADS-ta agentliyinə həvalə edilməsini xahiş etmişdir.xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Dövlət Siğorta Agentliyinin adının dəyişdirilib Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti kimi qeyd olunmasını xahiş etmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixində iddia predmetinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94, 14 A mənzili giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilinin aynabəndi və eyvanının “2 metrilik sol cinah istinad divarının” yerinə bərpa edilməsi və Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də yerləşən Cavabdeh məxsus 9 və 12 saylı mənzillər icbari siğortalanmasını xahiş etmişdir.
4. İddiaçı xx.xx.2022-ci ildə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilində cavabdeh tərəfindən aparılmış qanunsuz söküntü işləri nəticəsində ona məxsus olan mənzilin qəzalı vəziyyətə düşməsi nəticəsində dəymiş 6600 manat maddi ziyanın və 86 manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-412/2022 saylı işi üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Məcəllənin 21.1, 157.4, 1096.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin mənzilində 2 metrlik divarın sökülməsi, divarın sökülməsi nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin qəzalı vəziyyətə düşməsi ilə 6600 manat ziyanın vurulması təsdiq olunmadığından iddia təmin edilməməlidir və həmin xərc iddiaçının özünə aid edilməlidir, həmçinin keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci - 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
6. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Səbail rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülmüş və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilmiş, 333 manat maddi ziyanın cavabdehdən tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 14a və 9a saylı mənzillərinin üst-üstə düşən hissələri üzrə istinad divarlarının söküldüyü və dəyişən hissələrinin arxiv sənədindən fərqli olduğu, Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilində quraşdırılmış qaz cihazları, su və digər kommunikasiya vasitələri Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli V-01/05/03 saylı məktubuna və baxış zamanı əldə olunmuş məlumatlara əsasən mənzildə texniki sənədlərdə öz əksini tapmayan tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmiş və həmin mənzilin sanitar qovşaq və mətbəx kommunikasiya xəttlərinin çəkilişi texniki normativlərə cavab vermədiyi, Bakı şəhəri, M.Mənsur küçəsi 94 saylı evin 14a saylı mənzilin tavanında olan qüsurları, qüsurların mövcud olan hissədə qab və paltaryuyanın yerləşdiyini və eləcə də mülki iş materiallarında olan Mənzil Kommunal və Təmir Xidmətinin məktublarını və aktın məlumatlarını nəzərə alaraq 9a saylı mənzildən 14a saylı mənzilə su axması, tədqiq olunan 14a saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 333 manat məbləğində müəyyən olunmuşdur; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li çıxarışa və xx.xx.2021-ci il tarixli Texniki pasporta əsasən, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzili xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********22-05101-093005 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə X3 adına 2530 nömrəli reyestr kitabında 235609 nömrəli vərəqdə qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 14a saylı mənzili xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********22-05101-093002 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 381 nömrəli reyestr kitabında 35521 nömrəli vərəqdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 14 a saylı mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9a saylı mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarı ilə İddiaçı əvvəllər sökülməsini tələb etdiyi 3 metrlik divarla eyni divar olub-olmamasını müəyyən etmək mümkün olmamışdır(səh. 7, 8, 22, 25, 78, 84, 97, 227). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (009)-412/2022 saylı qətnaməsinin ləğv edilməsi, 14A mənzilində 2 metrlik sol cinah istinad divarının yerinə bərpa olunması, 9 və 12 saylı mənzillərin icbari sığortalanmasına dair, eləcə də, ona vurulmuş 6600 manat məbləğində maddi ziyanın Cavabdeh alınıb ona verilməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097; Mülki Prosessual Məcəllənin 88, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh evinə baxış keçirilərkən onun 14a saylı mənzili “lüstur alçıpan tavanında” çatlama görmüşlər, buna səbəb isə 1-ci mərtəbədə yaşayan Rəşadın üst 2-ci mərtəbədəki 9a saylı mənzilinin aynabəndinin və eyvanının 2m-lik sol cinah istinad divarını 14a saylı mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökməsidir. Sökməkdə məqsədi isə 14a saylı mənzilinin sahəsini genişləndirmək və ümumi həyət sahəsini zəbt etmək olmuşdur. Bununla da kifayətlənməyən cavabdeh İçərişəhər Qoruq ərazisində tarixi əhəmiyyətli binada daha 8 divarı dağıtmışdır. Cavabdeh 14 a saylı mənzilində sökdüyü divarlarla kifayətlənmir, onun 9a saylı mənzilində də sökməli məkanlar olduğunu israrla bildirir. Bu hal cavabdehin digər niyyətinin binada qəza yaradıb sığorta haqqından yararlanması məqsədini ortaya qoyur. Qanunsuz əməllərini örtbasdır etməyindən ötrü cavabdeh 2019-cu il tarixdə təkrarən DƏDRX-də14a saylı mənzilin texniki sənədlərində dəyişiklik etmişdir. Bunu evin yeni sahəsinin 82 kv.m-dən 133 kv.m-dək artması ilə müşahidə etmək olar. Evin sahəsinə 33 kv.metrlik 2-ci dəhliz otağı da salınmışdır. Şəxsi mənafeyini düşünən cavabdeh dərk etmir ki, sakinlər yaşayan 1890-cı il tarixli binada bu kimi ekstremal divar söküntüsü işləri həyati təhlükəlidir. Cavabdeh qonşusu 9a saylı mənzilinin köhnə sahibi Mehmanı da divar sökməyə təhrik etmiş və o da 9a saylı mənzilində istinad divarını 70 sm-dən 22 sm-ə qədər nazikləşdirmişdir. Onun cavabdehin 14a saylı evində söküntü işlərinin aparmasına dair məhkəməyə təqdim etdiyi əsas sübutlar Qoruq İdarəsinin texniki pasport əvəzləyicisi olan 1997-ci il 14a saylı mənzilinin cizgi planı və 14a saylı mənzilinin köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsidir. Belə ki, cavabdeh tərəfindən 1-ci mərtəbədə 14 a saylı mənzilində aparılan rekonstruksiya işləri binanın özülünün zəifləməsinə, bu da öz növbəsində tarixi 94 saylı binanın qəzalı vəziyyətə düşməsinə və çökməsinə səbəb olacaq. Cavabdeh 14a saylı mənzilində divarları sökməklə yetməmiş, sanitar qovşağın və mətbəxin yerini də dəyişmişdir. Cavabdeh hərracla əldə etdiyi halal olmayan 14a saylı mənzilində xərc çəkib bu mənzili dağıdıb tanınmaz hala salmışdır. Bunu 14 A saylı mənzilinin köhnə sahibi Ziba xanım da öz şahid ifadəsi ilə təsdiq etmişdir.
8. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və etiraz ərizəsində qeyd etmişdir ki, şikayət ərizəsinin ilk cümləsində iddiaçı bildirir ki, ona məxsus 14a saylı mənzilə baxış keçirilərkən, tavanın alçipan hissələri üzrə çatların olduğunu görmüş, səbəb kimi isə guya onun mənzilində daş istinad divarlarının söküldüyünü göstərmişdir.Əslində isə onun, iddiaçıya qarşı xx.xx.2021-ci il tarixlı iddia ərizəsi üzrə (iddia ərizəsinin surəti işə əlavə edilmişdir), Səbail rayon məhkəməsində 2(009)-720/2021 nömrəli mülki icraat başlanılmış və İddiaçı da, ona qarşı eyni tələb üzrə qarşılıqlı iddia ilə çıxış etmiş (Qarşılıqlı iddia ərizəsinin surəti işə əlavə edilmişdir), məhkəmə baxışı dövründə hər iki tərəfin sualları üzrə, hakim tərəfindən tikintitexniki ekspertiza təyin edilmiş və ekspertin yerli baxışı zamanı, sözügedən qüsurların yəni, alçipanda olan çatların, şişmələrin, ləkələrin və s-nin, 9a saylı mənzildən çirkab suyun axıdılması nəticəsində yaranması rəsmi olaraq bildirilmiş (xx.xx.2021-ci il tarixlı ekspert rəyinin surəti işə əlavə edilmişdir), nəticə olaraq isə, Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixlı Qətnaməsi ilə, Ağazadədən 333 manatın tutularaq ona ödənilməsi qət edilmişdir (Qətnamənin surəti işə əlavə edilmişdir). Fakt üzrə dedikləri digər sübutları kimi, Mənzil-kommunal və Təmir Xidmətinin məktubunu və çox sayda aktları misal göstərə bilər (25 Yanvar tarixli məktubun və aktların surətləri işə əlavə edilmişdir)... Həmçinin ona məxsus mənzildə "istinad divarlarının sökülməsi” kimi, absurd iddianın əksi olaraq bildirir ki, 14a saylı mənzildə heç bir istinad və ya köməkçi daş divarlar sökülməmiş, əksinə təmir dövründə, yararsız vəziyyətdə olan, yüngül konstruksiyalı hissələr (taxta şüşəbənd, dəmir və gipsalid arakəsmələr), daş hörgü ilə möhkəmləndirilmiş, taxtadan olan çürümüş eyvan isə betonla əvəzlənmişdir (14a saylı mənzilin təmirdən əvvəlki vəziyyətini əks etdirən foto şəkillər işə əlavə edilmişdir). Bütün təmir işləri texniki sənədlərə uyğun olmaqla, müvafiq nəzarət altında aparılmışdır. Hətta mənşəyi bilinməyən, üzərində müxtəlif qeydlər aparılmış, 14a saylı mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan, işə əlavə edilmiş məlum sxemlə, qanuni əsaslarla tərtib edilmiş 14a saylı mənzilin texniki pasportundakı göstəricilərin 99% eyniliyi dediklərinin sübutudur (14a-nın tex.pasportunun surəti işə əlavə edilmişdir). Daha sonra şikayətçi öz ərizəsində, onun 94 saylı binanın daha 8 divarını dağıtdığını iddia edir, lakin bunun sübutu kimi heç bir faktı ortaya qoymur və bununla da qərəzli, böhtançı mövqeyi ortaya çıxmış olur. Belə ki, iddiaçı özünə məxsus 9a saylı mənzildə sökülmüş istinad divarını örtbastır etmək və gələcək məsuliyyətdən yayınmaq məqsədi ilə, habelə, sözügedən mənzilində özbaşına quraşdırılmış və sökülməsi qanunun tələbi olan, bir ədəd sanitar qovşaq və kommunikasiya xətlərinin gələcək taleyindən narahatlığı, sonuncunun ona qarşı məlum mövqeyindən xəbər verir ki, bunu da ərizəsində öz sözləri ilə bir daha bildirməsi dediklərinin sübutudur. Həmçinin şikayət ərizəsində guya onun, "qəza yaradıb sığorta haqqından yararlanmaq məqsədinin” olması kimi absurd fikir yürüdülür. Bununla əlaqədar bildirir ki, ona məxsus 14a, həmçinin 9 və 12 saylı mənzillər, hal-hazırda sığorta məsuliyyəti altında deyillər... Daha sonra şikayət ərizəsində bildirilir ki, guya o "qanunsuz əməllərinin örtbastır edilməsi üçün”, 2019-cu ildə təkrarən DƏDRX-ində 14a saylı mənzilin texniki sənədlərində dəyişiklik etmiş, 82 kv. metrdən 133 kv. metrə qədər mənzili artırmış və 33 kv metrlik 2-ci dəhliz otaq da texniki sənədə salınmışdır. Əvvəla bildirir ki, 133-dən, 33 çıxılanda 100 qalır, iddiaçınin isə 82 kimi nəticəyə gəlməsi, sonuncunun məkirli və qərəz dolu niyyətindən irəli gələn, emosional durumudur ki, bu da sağlam məntiqlə bir araya sığmır... Bununla əlaqədar bildirir ki, 14a saylı mənzil tək payla ona məxsusdur, mülkiyyət eləcə də texniki sənədlərdə yaşayış sahəsi ilə yanaşı ümumi sahənində göstərilməsi ilə bağlı, tərəfindən DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilmiş, məsələ məhkəmə müstəvisində baxılaraq, İnzibatı məhkəmənin Qərarına əsasən, 2019-cu il tarixində sözügedən mənzilin sənədləri yenilənmişdir ( Qərarın surəti işə əlavə edilmişdir). Daha sonra şikayətçi, özünü təəsübkeş kimi göstərməyə çalışaraq, onu, "şəxsi mənafeyini düşünməkdə” ittiham etmiş və daha qabağa gedərək tarixi faktları da təhrif etməklə, nə birgəyaşayış qaydalarına hörmət etmək, nə də tarixə ekskursiyanın, onun ağlı və dərrakəsi üçün olmadığını və miskin yalançı olduğunu bir daha ortaya qoymuşdur. Məlumat üçün bildirir ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi 94 saylı ev, 1850-ci ildə inşa edilmiş və evin mənə məxsus 9, 12 və 14a saylı mənzillərində heç bir istinad və ya köməkçi divarları sökülməmiş, iddiaçıya məxsus 9a saylı mənzildə isə, 7 metr uzunluğu, 0,70 metr eni olan və abidənin tərkib hissəsi olmaqla, daşıyıcı divarın sökülməsi faktı isə, mötəbər sənədlərdə öz əksini tapmışdır (xx.xx.2021-ci il tarixlı,ekspert rəyinə bax).İddiaçı, yuxarıda qeyd etdiyi kimi, mənşəyi bilinməyən, üzərində müxtəlif qeydlər aparılmış, 14a saylı mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan, tarixi bilinməyən, işə əlavə edilmiş məlum sxemi və Ziba Süleymanovanın şahidliyini, özünün dediyi kimi əsas sübut olaraq təqdim etdiyini bildirir. Baxmayaraq ki, məlum sxemin işə sübut kimi əlavə edilməsini mübahisələndirmək kimi hüququ olub, lakin sözügedən sxemin, qanuni əsaslarla tərtib edilmiş 14a saylı mənzilin texniki pasportundakı göstəricilərlə 99% eynilik təşkil etdiyindən, bu halı öz xeyrinə daha bir faktiki sübut kimi istifadə etməyə qərarlıdır. Şahid İfadəsinə gəlincə isə, 64 yaşlı bir qadının heç bir əhəmiyyət kəsb etməyən, yalnız keçmiş qəzəbli və qərəzli xatirələrindən irəli gələn, yalan və yalnız yalan olan şahidlik halına isə yazığı gəlir. Eyni zamanda , o sözügedən mənzili, iddiaçının dediyi kimi hərracdan deyil, hüquqi şəxsdən alqı-satqı yolu ilə almış və bunu işə əlavə edilmiş sənədlərdən də görmək olar. Şikayət ərizəsinin növbəti səhifəsində, "iddia tələbinin həcminin artırılmasına dair tələb ekspertiza keçiriləndən sonra verilmiş, bu səbəbdən ekspert qarşısında aidiyyatı suallar qoyulmadığından təkrar ekspertizanın keçirilməsi” tələbi qeyd edilir. Ekspertiza qarşısında qoyulan suala gəlincə isə, bununla əlaqədar bildirir ki, bu tələb, Apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qarşısında qoyduğu məsələdən irəli gələn sualdır ki, həm ilkin iddia tələbində, eləcə də sonrakı ərizəsində iddiaçı tərəfindən məhz bu tələb irəli sürülmüşdür. İddia ərizəsindəki digər tələblər isə hüquqi yanaşma tələb etdiyindən və xüsusi bilik, bacarıq tələb etmədiyindən, ümumiyyətlə ekspertiza mümkünlüyü aradan qalxmış sayılır...( xx.xx.2022-ci il tarixlı Qərardada bax) Daha sonra şikayətçi ərizəsində, güya ki, onun tərəfindən binada yaradılmış vəziyyət üzrə, FHN-nin rəyinə ehtiyacın olması göstərilmiş, lakin deyilənlərin hər hansı bir fakt üzrə, hansı zərurətdən irəli gəlməsi qeyd edilməmişdir...Şikayətçinin, onu məhkəmə cavabdehliyinə əsassız arqumentlərlə cəlb etməsini, həmçinin məhkəmələrə bilərəkdən, yalan və qərəzlı şikayətlər verməsini pisləyir və sonuncunun əməllərinə tənqidi yanaşılmanın vacib olduğunu xüsusilə qeyd edir. Daha sonra şikayət ərizəsində, "qətnamə qət olunarkən icbari sığorta haqqında iddia tələbinin nəzətə alınmadığı” qeyd edilir. Əslində isə iddia tələblərinin hamısı, o cümlədən də sığorta barədə olan tələb nəzərə alınıb, yəni baxılıb, lakin təmin edilməyib. Belə ki, şikayətçi ilkin iddia ərizəsində onu, qəza şəraiti yaradaraq sığorta haqqından yararlanmaqda ittiham edirdisə, sözügedən mənzillərinin sığorta məsuliyyəti altında olmadığı, bildiriləndən sonra isə məlum xx.xx.2022-ci il tarixli ərizə ilə iddia tələbində dəyişiklik edərək əksinə, ona məxsus mənzillərin sığortaya cəlb edilməsi tələbini qoymuşdur. Yəni bu məsələ məhkəmədə qarşılıqlı müzakirə edilib və qanuna uyğun qərar qəbul edilmişdir. Qanunsa bu kimi məsələlərdə hüquq və vəzifələri sığorta edənin üzərinə qoyur... Ümumiyyətcə bu kimi mənasız və vicdansızcasına əsassız iddia vermiş tərəf, MPM-nin 120-ci maddəsilə cərimələnməlidir... Beləliklə, şikayət ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd ərizə, yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla və tərəflərin düzgün seçilməməsi ilə müşayiət edilməkdədir. 2(009)- 720/2021saylı, xx.xx.2021-ci il tarixlı Qətnamə qanuni qüvvəyə mindiyindən, MPM-nin, 82.3-cü maddəsi tətbiq edilməklə, həmçinin, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlı Ekspert rəylərini eləcə də foto şəkilləri dediklərinin sübutu kimi qəbul edilməsini, işin hallarını, faktları və yuxarıda sadaladıqlarımı nəzərə alaraq, apellyasiya şikayətini təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində (tədqiqat prosesinin təsviri hissəsində 2-ci və 3-cü abzaslarda) qeyd edilənlərə əsasən müəyyən edilir ki: Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən tədqiq olunan ünvanda yerləşən ümumi sahəsi 133,2 m2 olan 14 a saylı yaşayış evi Cavabdeh mülkiyətindədir.Baxış aparılmış ölçü işləri nəticəsində tədqiq olunan mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verməklə, birinci instansiya məhkəməsi icraatı zamanı ekspert qarşısında düzgün sualların qoyulmadığını, ekspertizanın onun iştirakı olmadan keçirildiyini, ekspertin ona qarşı qərəzi olduğunu və yenidən ekspertiza keçirilməsi barədə vəsatəti olduğunu qeyd etmiş, qonşunun mənzilində onun mənzilinin saxlanmasına xidmət edən sol cinah iki metrlik istinad divarının təkrarən yerinə bərpa olunması, cavabdehə məxsus 9 və 12-ci mənzillərin sığortalanması, qarşı tərəfin divarları sökməsi nəticəsində ona dəymiş 6600 manat ziyanın ödənilməsi üzrə tələbini müdafiə etdiyini, 9 və 12-ci mənzillərin ikinci mərtəbədə, 14 A mənzilin onun mənzilinin aşağısında yerləşdiyini, fotoşəkillərə baxdıqda cavabdeh tərəfindən mənzildə söküntü aparıldığın göründüyünü, qarşı tərəf evində dəyişiklik etdikdən sonra 2019-cu ildə bunu rəsmiləşdirdiyini, buna görə də 14A mənzilinin hazırki quruluşunun texniki pasportunda göstərilən cizgilərlə üst-üstə düşdüyünü, divarın sökülməsinin onun mənzilində qəza riski yaratdığını, 14 A saylı mənzildə bərpa olunmasını tələb etdiyi divarın onun mənzilinin çöl aynabəndi və eyvanın istinad divarı olduğunu qeyd etmiş, Maraqlı şəxs1 X8 Qoruğu İdarəsinə müraciət etmədiyini, ona qarşı qərəzli olduqlarını, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehə məxsus 9 və 12-ci mənzillərin icbari siğortalanmasında maraqlı olmaları gərəkdiyini bildirmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh etiraz ərizəsinə uyğun izahat verməklə, İçərişəhərdə sanuzel sahələrinin həyətdə yerləşdiyini, qarşı tərəfə məxsus 38 kvadratmetr sahəsi olan bir otaqlı 9A saylı mənzilin 9 saylı mənzildən bölünmə yolu ilə İddiaçı satıldığını, onun da mənzili aldıqdan sonra mənzilin daxilində 1-2 divar tikərək iki otaqlı mənzilə çevirdiyini, mənzilin daxilində sanitar qovşaq tikdiyini, daha sonradan həmin sanitar qovşağından onun mənzilinə çirkab sularının axıdılmağa başlandığını,bununla bağlı Maraqlı şəxs1 X8 Qoruğu İdarəsinin aktlarının olduğunu, məktubları və digər sənədləri Səbail Rayon Məhkəməsinə təqdim etdiyini, 14 oktyabr 2021-ci il tarixində qəbul edilmiş qətnamə ilə sanitar qovşağın sökülməsi və dəymiş ziyanın ödənilməsinin qərara alındığını, qətnamənin icraya yönəldiyini, bundan sonra qarşı tərəfin ona təzyiq vasitəsi kimi məhkəməyə saysız iddialar verdiyini, Apellyasiya Məhkəməsinin hakiminin ekspert qarşısında bir sual qoyduğunu, ekspert rəyində də ekspertin mənzildə söküntü olmadığı qənaətinə gəldiyini qeyd etmiş, Maraqlı şəxs1 X8 Qoruğu İdarəsinin iştirakı olmadan heç bir tikinti işi həyata keçirilmədiyini, mənzillərin siğortalanmasına münasibətdə isə bu məsələnin onunla Siğorta Şirkəti arasında olduğunu bildirmiş və yenidən ekspertizanın keçirilməsi ilə razılaşmadığını diqqətə çatdıraraq şikayətin təmin edilməməsini və qarşı tərəfin əsassız iddialar verdiyi üçün cərimə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 istəyən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənədi təqdim etməklə şirkətə müraciət etməli olduğunu, qarşı tərəfin mənzilləri siğorta etdirmədiyi təqdirdə iddiaçının polisə müraciət etmək hüququnun olduğunu bildirmişdir.
13. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Mülki qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir; 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlardanəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Diqqətə çatdırılmalıdır ki, cavabdehin əmlakının qeydiyyatının qeyri-dəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır.
19. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu ilə bağlı tərəflər inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.
20. Bundan əlavə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin tələblərinə əsasən : 2.1. İdarənin fəaliyyətinin məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin qorunmasının və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasının təmin edilməsi üçün abidələrin tarix və mədəni cəhətdən öyrənilməsini, məqsədyönlü istifadə olunmasını təşkil etməkdən, abidələrin bərpası və toxunulmazlığını təmin etməkdən, həmçinin Qoruqların ərazisində turizmi inkişaf etdirməkdən ibarətdir. 2.2. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. Qoruqlar sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 2.2.2. Qoruqlar sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruqların inkişafını təmin edir; 2.2.3. Qoruqların ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanmasını təmin edir; 2.2.4. Qoruqların ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir. İdarə 3.1.12. Qoruqların mühəndiskommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək, yaşayış və qeyri-yaşayış fondlarının qeydiyyatını təşkil etmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq, təşkil etmək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək; 3.1.13. Qoruqların ərazisində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, texniki pasportlaşmanı həyata keçirmək; 3.1.14. tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruqların mühafizə rejiminin pozulmasının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək; 3.1.17. Qoruqların sərhədləri daxilində abidələrə hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılmasına qadağa qoymaq, bununla əlaqədar təhlükəsizlik tədbirləri müəyyənləşdirmək və tətbiq etmək, tələblər irəli sürmək və yerinə yetirildiyi halda işlərin davamına razılıq vermək və sair Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri yerinə yetirir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, 385-388, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir.
23. İddiaçının apellyasiya şikayətinin dəlilləri İçərişəhər Qoruq ərazisində tarixi əhəmiyyətli binada cavabdehin Qanunsuz 14 a saylı mənzilində aparılan rekonstruksiya işləri, 2019-cu il tarixdə təkrarən DƏDRX-də mənzilin texniki sənədlərində dəyişiklik etməsi və bunların sübutu olaraq Qoruq İdarəsinin texniki pasport əvəzləyicisi olan 1997-ci il 14a saylı mənzilinin cizgi planı və köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsi olmuşdur. Cavabdehin etirazının əsasını isə tərəfindən hər hansı pozuntunun olmadığı, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciətinə və İnzibatı məhkəmənin Qərarına əsasən 2019-cu ildə ona məxsus mənzilin sənədlərinin yenilənməsi olmuşdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məsələ nəticə olaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyatların aparılması ilə əlaqədardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində (tədqiqat prosesinin təsviri hissəsində 2-ci və 3-cü abzaslarda) qeyd edilənlərə əsasən 14 a saylı yaşayış mənzilinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Mülki icraat növündə və tələbin araşdırılması həddində mülki prosesin vəzifələri üzrə iddiaçının aidiyyəti olmayan sübutları iddianın təmin edilməsi üçün əsas deyildir, iddia tələblərinin həddin aşmaq üçün qanunla təsbit edilməli olan müstəsna hallar isə müəyyən edilmir. İcbari sığorta hissəsində isə hüquq və vəzifələr cavabdehin məsuliyyətinə aid olduğundan və qanunvericiliklə tələb hüququ iddiaçıya aid olmadığından tələbin bu hissədədə (baxılmalı olduğu təqdirdə belə) təmin edilməsi üçün də əsaslar müəyyən edilmir.
24. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. (Maddə 81, 218.3.).
25. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq münasibətlərin səciyyəsi barədə hüquqlar izah edilsə də, iddiaçı işin mahiyyəti üzrə baxılmasında israrlı olduğundan, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə müəyyən edilən tələblər həddində araşdırmaq məcburiyyətində olmuşdur. İşin mahiyyəti üzrə isə tələb ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
26. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınaraq, cavabdehin hüququnun əsassız qeydə alınması sübuta yetirildiyi təqdirdə, iddiaçının pozulmuş hüquqları barədə tələb irəli sürmək və məhkəmə müdafiə hüquqları istisna edilmir.
27. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 412/2022 saylı işi üzrə 12 dekabr 2022-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.