Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1597/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı ilk və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: əmlaka zərər yetirmədən ondan ayırmaq mümkün olmayan yaxşılaşdırma üçün çəkilən məsrəflərin əvəzinin vicdanlı sahibə ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilə çəkilən təmir xərclərinin və əmlakın dəyərinin əvəzinin tutulması” tələbinə dair ilk və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-141/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 039 saylı müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 121,1 kv.m olan 3 otaqlı, 39 saylı mənzili İddiaçı 119.500 manata satmışdır.
2. Həmin mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 satılmışdı və mənzilin dəyəri olaraq 100.000 ABŞ dolları tam ödənilmişdir.
3. Bununla bağlı əvvəllər məhkəmə mübahisəsi olmuş, Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı qarşılıqlı iddia verərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 363/2015 saylı qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 2 ünvanda yerləşən 3 otaqlı, 39 saylı mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılması, qarşılıqlı iddianın təmin edilməməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Cavabdeh1 MTK-nın aldığı 119.500 manat pulun Cavabdeh1 MTK tərəfindən İddiaçı qaytarılması qət edilmişdir.
5. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 3875/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-64/2016 saylı qərarı ilə təmin edilməmişdir.
6. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli aktında əksini tapmış məlumatlara əsasən xx.xx.2019-cu il tarixli akta əsasən siyahıya alınan əşyalar İddiaçı qohumu E.B.Əliyev tərəfindən könüllü olaraq mənzildən çıxarılmış, mənzil boşaldılaraq tələbkar Cavabdeh2 etibaranamə üzrə nümayəndəsi A.B.Nəbiyevaya təhvil verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 2268/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-4267/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdeh Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 39 nömrəli mənzilin təmiri üçün sərf etdiyi 27.215 manat, 3 ədəd “Gorenje” markalı kondisionerə görə 2.250 manat, mətbəx mebelinə görə 3.000 manat, “Ariston” markalı qaz plitəsinə görə 600 manat, “Ariston” markalı texniki duxovkaya görə 800 manat, “Ariston BWMD 742” markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16.000 manat olmaqla, cəmi 49.965 manat pulun cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 039 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 3 otaqlı, 39 nömrəli mənzili təmirsiz vəziyyətdə, mənzilin dəyəri olan 119.500 manatı tam ödəməklə İddiaçı Cavabdeh1 MTK-dan almışdır. Bundan sonra həmin mənzili İddiaçı Cavabdeh1 MTK-dan təhvil alaraq orada əsaslı təmir işləri aparmışdır. Təmir 2013-2014-cü illərdə başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə mənzilə köçərək, orada yaşamağa başlamışdır. Həmin mənzildə yaşayarkən İddiaçı məlum olmuşdur ki, bu mənzili "xxxx" MTK ondan əvvəl - xx.xx.2007-ci il tarixdə Cavabdeh2 satmışdır. İddiaçı vicdanla aldığı evi əsaslı təmir etdirmişdir. Lakin Cavabdeh1 MTK-nın sədri X4 Vəfa Tavtıx qızını mənzili satmaq adı ilə aldadaraq 119.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında mənzil mubahisəsi başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 mənzilin boşaldılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmuş, İddiaçı qarşılıqlı iddiası isə təmin olunmamışdır. Həmin qətnamə icra olunaraq iddiaçı ailəsi ilə birlikdə mübahisəli mənzildən çıxarılmışdır. Mübahisəli mənzilin təmirinə, material və avadanlıqlara İddiaçı 27.215 manat xərcləmişdir. Həmçinin mənzildə İddiaçı tərəfindən quraşdırılmış mətbəx mebeli, kondisionerlər, paltaryuyan maşın və texniki duxovka da mənzildə Cavabdeh2 qalmışdır. Mənzilin təmiri üçün İddiaçı çəkdiyi xərclər cəmi 27.215 manat, kondisionerə görə 2.250 manat, mətbəx mebelinə görə 3.000 manat, texniki duxovkaya görə 800 manat, paltaryuyan maşına görə 700 manat olmaqla, cəmi 6.750 manat, işçiyə ödənilən vəsaitə görə 16.000 manat olmaqla, cəmi 49.965 manat təşkil edir. "xxxx" MTK-nın vəzifəli şəxsinin cinayət əməli nəticəsində İddiaçı aldadılmış, mənzilin təmirinə, məişət əşyaları ilə təmin edilməsinə böyük xərc və zaman sərf etmişdir. Cavabdeh2 isə hazırda mənzildə yaşayır. Bu səbəbdən, İddiaçı hər iki cavabdehdən ona vurulan ziyanı tələb edir.
10. Həmçinin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus olan, ünvan 3 ünvanda yerləşən 39 nömrəli mənzildən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi qanunsuz və əsassız olaraq istifadə etdiyinə görə hər ay üçün 1000 manat olmaqla, 58.000 manat məbləğdə əldən çıxmış faydanın, zərərin, xx.xx.2019-cu il tarixdə icra icraatı zamanı borcluya məxsus olan əşyaların daşınması üçün tələbkarın kömək məqsədi ilə yük daşımaya görə ödənilmiş 680 manat məbləğində ödənişin, borclu və onunla birgə mənzildən çıxarılmış digər şəxslərin iki aylıq kirayə haqqının ödənilməsi məqsədi ilə vasitəçi üçün ödənilmiş 100 manat, kirayə ev üçün ödənilmiş 800 manat, giriş qapısı üçün ödənilmiş 1.719 manat əlavə xərc olmaqla ümumilikdə 3.299 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-64/2016 nömrəli qərarı çıxarıldıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 363/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və işin mülki mübahisəsinin məhkəmə araşdırılması yekunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əlaqədar Nərimanov rayon İcra şöbəsində müvafiq olaraq icra icraatı başlamışdır. Lakin İddiaçı müxtəlif bəhanə və ya əsaslandırmalar gətirməklə qətnaməni qəsdən icra etməmişdir. Bütün bu hərəkətlər nəticəsində mülkiyyətçi öz mənzilinə daxil ola bilməmiş və həmin mənzildən İddiaçı qanunsuz olaraq yararlanmışdır. Borclunun hərəkətləri sübut etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-363/2015 nömrəli qətnaməsi üzrə borclu olan İddiaçı tərəfindən icra olunmur və ümumiyyətlə icra etmək niyyətində olmamışdır. İlk olaraq, xx.xx.2019-cu il tarixdə İddiaçı mənzilin qapılarını açmasa da, məcburi icra hərəkətləri yerinə yetirilmişdir. Həmin tarixdə evdə olan bütün əşyaların bəziləri saxlanc olaraq tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bir gün sonra, yəni xx.xx.2019-cu il tarixdə saxlanca verilmiş əşyalar İddiaçı yaxın qohumu Etibar Əliyev tərəfindən çıxarılmış və mənzil tam şəkildə boşaldılaraq tələbkara təhvil verilmişdir. Eyni zamanda, borclu ilə belə bir razılaşma olmuşdur ki, əşyaların daşınması üçün ona tələbkar köməklik edəcək. Bir neçə dəfə gün ərzində yük daşıma prosesi olmuş və bununla bağlı tələbkarın nümayəndəsi tərəfindən 680 manat məbləğdə ödəniş olunmuşdur. Həmçinin, borclunun və orada yaşayan şəxslərin həmin vaxtda yaşayış yerləri olmadığından, tələbkar razılaşmışdır ki, onların iki aylıq kirayə haqqlarını ödəsin və bununla bağlı da kirayə ev tutulması üçün maklerə 100 manat, kirayə mənzil üçün isə iki aylıq kirayə haqqı kimi 800 manat pul ödənilmişdir. Nəticədə ümumilikdə borclunun mülkiyyətçinin mənzilindən çıxarılması zamanı ona çəkmiş olduğu xərclər ilk növbədə ümumilikdə 1.580 manat olmuşdur. İcra hərəkətlərinin həyata keçirilməsi anında mənzildə olan şəxslərin qəsdən mənzili tərk etməmələri, qapını açmamaları və bu kimi digər hərəkətləri nəticəsində məcburi icra hərəkətləri aparıldığından mənzilin giriş qapısı məcburən sındırılmışdır. İcra hərəkətlərinin tam yekunlaşmasından sonra giriş qapısı üçün 1.719 manat məbləğində əlavə xərc çəkilərək yeni qapı qoyulmuşdur. Qeyd olunanların hər biri icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetirilərkən çəkilmiş xərclərdir. İcra mərhələsində tələbkar bu xərcləri borcludan tələb etməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsəydi Cavabdeh2 bu vəsaiti tələb etməyəcəkdi. İlk iddia üzrə iddiaçının iddiası barədə xx.xx.2016-cı il tarixdə yekun məhkəmə qərarı çıxarılmışdır. Artıq həmin tarixdən cavabdeh bilirdi ki, məhkəmə qətnaməsi icra olunmalı və mənzil Cavabdeh2 qaytarılmalıdır. Ancaq İddiaçı Tavtıq qızı buna əhəmiyyət verməmiş və 23-xx.xx.2019-cu il tarixə kimi məhkəmə qətnaməsinin icra olunmasını uzatmış, bu müddət ərzində də Cavabdeh2 məxsus olan mənzildə qalmış, ondan istifadə etmiş, hətta mənzilin normal köhnəlməsinə gətirib çıxaran hərəkətlər etmişdir. Mənzilin yerləşdiyi ərazidə kirayə haqqı ortalama hər ay uçün 1.000 manat təşkil etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından 23-xx.xx.2019-cu il tarixə kimi ümumilikdə 58 ay ərzində İddiaçı qarşıqlı iddiaçıya məxsus olan əmlakdan heç bir dəyəri ödəmədən istifadə etməklə yararlanmışdır. Bu isə onu bildirir ki, əgər həmin əmlak vaxtında Cavabdeh2 qaytarılsaydı, həmin əmlak üzrə qanunvericiliklə qadağan olunmayan istifadə etməklə müvafiq gəlir əldə edərdi. İddiaçı Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadıldığından onun qarşısında məsuliyyətli şəxs Cavabdeh2 deyil, Cavabdeh1 MTK-dır. Belə ki, Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı heç bir ziyan vurulmamışdır. İddiaçı ilk iddia tələbini iddia müddətini ötürməklə verdiyindən tələb rədd edilməlidir. Belə ki, tərəflər arasında mübahisə hələ 2015-ci ilə qədər başlamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2015-ci il tarixli müvafiq qətnaməsi ilə yekunlaşmış, həmin qətnamə 23-xx.xx.2019-cu il tarixdə icra olunmuşdur. Həmin tarixlərdə mənzildə olan bütün əşyalar çıxarılmışdır. Bu dövr ərzində İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib adı çəkilən xərcləri tələb edə bilərdi. Bununla da İddiaçı həmin tələbi irəli sürmək üçün iddia müddətini ötürmüşdür və V.T.Xamədin iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz. Bundan başqa İddiaçı mənzildə saxladığı, dəfələrlə xəbərdarlıq edilsə də aparmadığı əşyaların dəyərini tələb edə bilməz. Belə ki, heç vaxt ona əşyalarını götürmək üçün maneələr yaradılmamışdır.
12. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-141/2022 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 təmir xərclərinə görə 19.472 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 19.502 manat pulun İddiaçı xeyrinə tutulması, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı əldən çıxmış faydaya görə 58.000 manat, çəkilən xərclərə görə 3.299 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 61.299 manat tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim X7)
13. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 otaqlı, 39 saylı mənzil İddiaçı tərəfindən təmir olunmuş, təmir xərclərinə cəmi 43.215 manat sərf etməsini iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 19.472 manat olduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrin surətlərinə münasibət bildirib qeyd etmişdir ki, əksəriyyəti Etibar adlı şəxsin adına tərtib edilən bu qaimələr mənzildə aparılan təmir işlərinə sərf olunan vəsaitin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Məhkəmə ilk iddiaçının mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı tələbi üzrə isə qeyd etmişdir ki, araşdırma zamanı 2013-2014-cü illərdə mənzildə aparılan təmirin istismarı nəticəsində hazırda dəyərinin 19.472 manat olması öz təsdiqini tapdığından, təmir işləri Cavabdeh2 məxsus mənzildə aparıldığından, ilk iddiaçı ona dəyən maddi ziyanın ödənilməsini tələb etdiyindən, bu hüququn müdafiəsi üçün ümumi iddia müddəti tətbiq edildiyindən, Cavabdeh2 nümayəndəsinin bu tələbə iddia müddətinin təbiq edilməsi barədə ərizəsi təmin edilməməli, ilk iddia ərizəsi təmir xərclərinə dair hissədə qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə təmir xərclərinə görə 19.472 manat tutulmalıdır. Məhkəmə ilk iddia ərizəsi üzrə iddiaçının cavabdehlərdən, saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək vəzifəsi, öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilmir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə qarşılıqılı iddia ərizəsi üzrə iddiaçının mənzildən istifadə nəticəsində cavabdehin faydalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, əksinə məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh2 məxsus mənzili təmir etməsi öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbini bu hissədə əsassız hesab edib təmin etməmişdir. Məhkəmə qarşılıqlı iddianın icra zamanı çəkilən xərclər və mənzilin qapısının dəyişdirlməsi ilə bağlı sərf olunan vəsait tələbi üzrə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı yaşaması üçün kirayəyə mənzil tutmasını, vasitəçiyə 100 manat ödəməsini, kirayə haqqı olaraq 800 manat ödəməsini, daşımaya görə 680 manat ödəməsini, yeni qapının quraşdırılması üçün 1.719 manat ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, bu tələb üzrə dinlənilən şahid isə ifadəsində mənzildə yaşayan E.Əliyev üçün insanlıq naminə öz vəsaiti hesabına kirayəyə mənzil tutmasını, əşyaların mənzildən çıxarılması, qapının dəyişdirilməsi üçün vəsait sərf etməsini, həmin vəsaitin Cavabdeh2 almadığını göstərsə də, sərf olunmuş vəsaitin məbləğini müəyyən edəcək ödəniş qəbzləri məhkəməyə təqdim edilmədiyindən, faktiki olaraq Cavabdeh2 heç kimə ödəmədiyi pul vəsaitini öz xeyrinə tələb etdiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.3, 157.5, 157.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin gəldiyi nəticəyə əsasən mənzilə çəkilən xərc 19.472 manat təşkil etmişdir. Ekspert qarşısında qoyulan suallardan biri də evdə qalan əşyaların qiyməti ilə bağlı olmuş, ekspert həmin əşyaları 3.500 manat həddində dəyərləndirmişdir. Təkrar ekspertiza keçirilməsi iddiaçı tərəfindən tələb edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Təkrar ekspertizanın keçiriməsi üçün əsas olan səbəb ondan ibarət olmuşdur ki, ekspert suala tam və hərtərfli cavab verməmişdir. Məhkəmə Mülki Məcəllənin 21.2 və 21.3-cü maddələrini tətbiq etməli olduğu halda ümumiyyətlə heç bir maddi norma tətbiq etməmişdir. Məhkəmə tərəflər arasında olan müqaviləyə istinad etmiş, daha yüksək hüquqi qüvvəyə malik olan məcəlləyə istinad etməmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən, ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev)
Kassasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməklə ünvan 2 ünvanda yerləşən 3 otaqlı, 39 nömrəli mənzilin təmiri üçün İddiaçı sərf etdiyi 27.215 manat, 3 ədəd “Gorenje” markalı kondisionerə görə 2.250 manat, mətbəx mebelinə görə 3.000 manat, “Ariston” markalı qaz pilitəsinə görə 600 manat, “Ariston” markalı texniki duxovkaya görə 800 manat, “Ariston” BWMD 742 markalı paltaryuyana görə 700 manat, işçi üçün sərf olunmuş 16.000 manat olmaqla, cəmi 49.965 manat pulun cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5755/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3587/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - mətbəx mebeli, kondisionerlər, texniki duxovka və paltaryuyan maşına görə əvəzin ödənilməsi barədə ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına əsasən, İddiaçı ünvan 1- də inşa edilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 8-ci mərtəbəsində yerləşən 39 saylı mənzildə təmir işləri aparmışdır. Məhkəmələr həmin vaxt İddiaçı mənzilə sahibliyinin vicdanlı olmasını müəyyən etmiş, həmçinin bu yaxşılaşmaların ayrılmasının mümkün olmadığı qənaətinə gələrək, təmirə çəkilən xərclərin İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh2 həmin mövqe ilə razılaşmış, iddianın təmin olunan hissəsindən şikayət verməmişdir. Məhkəmə iddianın təmin olunması üçün maddi hüquqi əsas kimi Mülki Məcəllənin 157.7-ci maddəsini seçmişdir. Həmin norma vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlamaq, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda isə əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır. Göründüyü kimi vicdanlı sahib əmlaka zərər vurmadan ayrıla bilməyən bütün yaxşılaşmanın əvəzini ala bilər. Lakin məhkəmələr iddiaçı tərəfindən mənzildə quraşdırılan kondisionerə, mətbəx mebelinə, qaz plitəsinə və paltaryuyan maşına aid hissədə tam araşdırma aparmamış, həmin əşyaların xələl gəlməməsi şərti ilə ayrılmasının mümkünlüyünü yoxlamamışdır. Tikinti-texniki ekspertinin qarşısında bu barədə sual qoyulsa da, tikinti eksperti həmin suala cavab vermənin onun səlahiyyətinə aid olmadığını bildirmiş və bu sual üzrə tədqiqat aparmamışdır. Bu halda məhkəmə səlahiyyətli ekspertə həvalə etməklə həmin əşyaların ayrılmasının mümkünlüyünü sonadək yoxlamalı idi. Lakin məhkəmə bu cür yoxlama aparmamış, iddianı bu hissədə rədd etməsini belə əsaslandırmışdır ki, “məhkəmə saxlamağa yeri olmadığı üçün mənzildə qalan məişət əşyalarının dəyərinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı birinin həmin əşyaların dəyərini İddiaçı ödəmək vəzifəsi, öhdəliyi olmadığından ilk iddia tələbləri bu hissədə əsassızdır, ona görə də təmin edilmir”. Apellyasiya instansiyası məhkəməsinin bu cür araşdırması MPM-nin 14-cü maddəsində əksini tapmış həqiqətə nail olmaq üçün işin hallarının tam, hərtərəfli və obyektiv araşdırması prinsipinə cavab vermir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Təkrar məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən 4 əşyanın mübahisəli mənzildə olub-olmaması onlar tərəfindən dəqiqləşdirililmiş və nəticədə müəyyən edilmişdir ki, yalnız mətbəx mebeli həmin mənzildədir, mətbəx mebelinin götürülməsinə isə etiraz etmirlər. Digər əşyalara gəldikdə onları qarşı tərəf götürüb, həmin mənzildə bu əşyalar yoxdur. Bundan əlavə ilkin olaraq, qarşı tərəf mübahisəli mənzildə sadalanan əşyaların ona məxsusluğunu sübut etməlidir. Çünki mübahisəli mənzildə olan əşyalar icra məmurunun iştirakı ilə götürülmüşdür. Bununla bağlı iş materiallarında 23 və 24 oktyabr 2019-cu il tarixli 2 ədəd akt mövcuddur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, verilən suallara cavab olaraq bildirmişdir ki, mənzildə 3 ədəd kondisioner, 1 ədəd paltaryuyan və 1 ədəd duxovka var idi. Kondisioner Gorenje markalı idi və hər birinin qiyməti 1.000 manat idi. Paltaryuyan və duxovka Ariston markalı idi və hər birinin qiyməti 800 manat idi. Mətbəx mebelinin qiyməti 3.000 manata yaxın idi. O, şəxsən heç bir əşya götürməmişdir, mənzil ona məxsus olsa da, faktiki olaraq həmin mənzildə bibisi oğlu ailəsi ilə birgə yaşayırdı.
24. Cavabdeh1 MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə Cavabdeh1 MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 152.3-cü madəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
28. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası qətnaməni iddiaçı tərəfindən mənzildə quraşdırılan kondisionerlərə, mətbəx mebelinə, texniki duxovka və paltaryuyan maşına görə əvəzin ödənilməsinə dair hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, həmin hissədə ilk iddia tələbi qismən təmin edilməlidir.
30. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəf ilk iddia üzrə mübahisələndirilən mətbəx mebeli həmin mənzildə olduğunu bildirir və onun götürülməsinə etiraz etmir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən mebel məhz mətbəxin ölçüləri və texniki quruluşu nəzərə alınmaqla sifariş verilmiş və quraşdırılmışdır. Həmin mebel hazırda biri-birinə şrup, vint və qaykalarla bərkidilmiş hissələrdən ibarətdir. Belə olan halda, onun ayrı-ayrı hissələrinə xələl gəlməməsi şətri ilə hazırki yerindən ayrılması və yenidən hər hansı başqa yerdə yiğılması qeyri-mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, onun dəyəri ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıdan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası mətbəx mebelinin dəyəri qismində mötəbər hesab etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3473 saylı ekspert rəyində müəyyən edilmiş 1.600 manat məbləğinin müəyyən edilməsini əsaslı hesab edir və belə qənaətə gəlir ki, dəyərinin əvəzi olaraq məhz bu məbləğ tutulmalıdır.
31. Məhkəmə kollegiyası 3 ədəd kondisionerin, texniki duxovkanın və paltaryuyan maşının dəyərinin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, bu əşyalar (paltaryuyan maşın istisna olmaqla) qeyd edilən xx.xx.2019-cu il tarixli aktda öz əksini tapmışdır və xx.xx.2019-cu il tarixli akta əsasən təhvil verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3473 saylı ekspert rəyində bu əşyalardan 3 ədəd kondisionerə və 1 ədəd texniki duxovkaya baxışın keçirildiyi qeyd edilmiş və onların dəyəri müəyyən edilmişdir. Bu da öz növbəsində həmin əşyaların xx.xx.2019-cu il tarixli akt əsasında təhvil verilmədiyini təsdiq edir. Bu əşyaların reaalıqda mövcud olmadığı da öz təsdiqini tapmır. Hüquqi nəticə etibarı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyətində olan bu əşyalardan məhrum olunmuş və bu baxımdan onlar qanunsuz sahiblikdən alınaraq, ona təhvil verilməlidir. Bu səbəbdən həmin əşyalar, bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyəri alınaraq qaytarılmalıdır. Məhkəmə bu əşyaların dəyəri ilə də bağlı qeyd edilən ekspert rəyinin mötəbərliyini qəbul edir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(001)-141/2022 saylı qətnaməsi qismən, yəni “ilk iddianın kondisionerə, mətbəx mebelinə və texniki duxovkaya görə əvəzin ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, ilk iddia həmin hissədə qismən təmin edilməli, hər birinin dəyəri 500 manat olmaqla 3 ədəd kondisioner, dəyəri 1.600 manat olan 1 ədəd mətbəx mebeli və dəyəri 400 manat olan 1 ədəd texniki duxovka, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 alınaraq, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 3.500 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(001)- 141/2022 saylı qətnaməsi qismən, yəni “ilk iddianın kondisionerə, mətbəx mebelinə və texniki duxovkaya görə əvəzin ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia həmin hissədə qismən təmin edilsin. Hər birinin dəyəri 500 (beş yüz) manat olmaqla 3 ədəd kondisioner, dəyəri 1.600 (bir min altı yüz) manat olan 1 ədəd mətbəx mebeli və dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd texniki duxovka, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 alınaraq, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.