Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-16/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmlak üzərinə qoyulmuş həbsin götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadəninkatibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)-3967/2020 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X8tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2.İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və həmin icraatda Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinə qadağa edilmişdir. 3.Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Maraqlı şəxs 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. 4.Həmin qətnamə əsasında icra sənədi verilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdehin əmlakının hərracdan satılması ilə bağlı sifariş verilmiş, “X6” MMC-nin 07 fevral 2020-ci il tarixli Hərracın yekunları barədə protokolu və eyni tarixli müqavilə ilə Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil hərracdan İddiaçı 160500 manata satılmışdır. 5.Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə Maraqlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsatəti təmin edilərək, Maraqlı şəxs əmlakları, o cümlədən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzili üzərinə həbs qoyulmuşdur. 6.Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Maraqlı şəxs Azərbaycan Respublikası CPM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. a)Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. İddiaçı tərəfindən rəsmi qaydada 29 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan məsələ ilə bağlı yazılı cavab alınmasa da, iddiaçıya şifahi qaydada mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyildir. Bu halın mövcudluğu iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. 9.Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, e-2(001)- 3967/2020 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi qət edilmişdir. 10.Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, Azərbaycan Respublikası CPM-in 248.1 və 253-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs nümayəndəsi və vəkili X8 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə Maraqlı şəxs mütləq işin baxılmasına maraqlı şəxs kimi cəlb etməli idi. Məhkəmə işə onu işə cəlb etmədən onunqanunla qorunan maraqlarına toxunaraq işə baxaraq qətnamə qəbul etmişdir, lakin maraqlı şəxs qismində iştirakını təmin etmədən və xəbəri olmadan baxmışdır, məhkəmə içlası barədə məlumat verilməmişdir. Qeyd edir ki, maraqlı şəxsin məhkəmə xəbəri olmadan, iştirakı olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə prosesindən onun xəbəri olmayıb, ona məhkəmə bildirişi, çağırış göndərməmişdir. Məhkəmə ondan başqa həmçinin işdə olan cavabdehlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı olmadan işə baxmışdır. Belə ki, Məhkəmə nəzərə almamışdır ki, iddiaçının bu iddia verməklə əsas məqsədi məhkəməni aldadaraq həmin əmlakı qanunsuz olaraqələ keçirməkdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq işin faktiki hallarını təhrif etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə cinayət işi davam edir. Belə olan halda hər hansı əmlakın həbsdən azad edilməsindən söhbət gedə bilməz və bu məhkəmənin baxış predmeti ola bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Oarşı Mübarizə Baş İdarəsi və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən iddiaçıya heç bir cavab verilməməsinə səbəb işin baxılıb tam yekunlaşmaması olmuşdur. Ümimiyyətlə həmin cinayət işinə baxılanadək və qanuni qüvvəyə minmiş məhkəmə aktı olanadək ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi qanunsuzdur. Məhkəmə mənzilin üzərindən həbsi götürərkən nəzərə almamışdır ki, həmin cinayət işində bir yox bir neçə zərərçəkən vardir. Bu qərar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində istintaqı aparılmış və qərar qəbul ediləndə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin baxışı davam etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən də görünür ki, maraqlarına toxunulan Maraqlı şəxs Qara oğlu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin məhkəmə iddianı rədd etməli olduğu halda iddianı təmin etdiyi halda belə, qətnaməsini əsaslandıra bilməmişdir. 13.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3967/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 14.Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulmamış, bu həbs Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə məhz təqsirləndirilən şəxsə - yəni Maraqlı şəxs aidiyyəti olan əmlak üzərinə qoyulmuş, həmin cinayət işi üzrə bir neçə zərərçəkmiş şəxs vardır. 15.Həmçinin, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs şikayəti təmin olunmuş, Şəmkir Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli və 03 iyun 2021-ci il tarixli qərardadları ləğv edilmiş, cavabdehin qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsi təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyət üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır 16.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən dəlillərə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar qəbul olunmuş məhkəmə aktının mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və faktiki olaraq qeyrimüəyyənlik yaratmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat 18.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-6963/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Maraqlı şəxs barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxsin mülkiyyətində olmuş mənzil hərrac nəticəsində onun mülkiyyətinə keçəndən sonra iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək, mənzilin dəyərini ona vurulmuş zərərdən çıxılmasını xahiş etmiş və Maraqlı şəxs cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmuş və işə iddiaçının iştirakı olmadan baxılmışdır. 20.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 2(102)-6392/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)- 6963/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 21.Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı apellyasiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəməyə teleqram verərək atasının vəfat etməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının məhkəməyə gəlməməsinin üzrlü hesab edilməli olan həmin halı nəzərə almamış və işə onun iştirakı olmadan baxmaqla, MPM-in 9.2-ci maddəsinin tələblərini pozmuşdur. 22.Digər tərəfdən iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki tələbə CPM-in 253-cü maddəsi tətbiq edilə bilməz. Belə ki, cinayət icraatı qaydasında həbs qoyularkən mübahisələndirilən əmlak təqsirləndirilən şəxsin mülkiyyətində olmuş və həbs səhvən qoyulmamışdır. 23.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin hal mübahisəsizdir. 24.Bununla belə nəzərə alınmalıdır ki, mənzil üzərində həbs olsa da, onunla bağlı məhkəmə qətnaməsinin icrası qaydasında hərrac keçirilmiş və iddiaçı hərracın qalibi tanınmaqla, onunla alğısatqı müqaviləsi bağlanmışdır. Hərracın nəticələri maraqlı şəxslərlə mübahisələndirilməmiş və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Belə olan halda, MM-in 146.1 və 146.2-ci maddələrinə əsasən hərracın nəticələri barədə alğı-satqı müqaviləsi imzalandığı tarixdən iddiaçının mənzil üzərində mülkiyyət hüququnun elementlərindən olan sahiblik və istifadə hüquqları yaranmışdır. İstinaq orqanının vəsatəti əsasında qoyulan həbs isə iddiaçının mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla da, ona sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. 25.Apellyasiya məhkəməsinin digər dəlili ondan ibarət olmuşdur ki, Maraqlı şəxs barəsində istintaq olunan cinayət işi üzrə iddiaçıdan əlavə bir neçə cavabdeh vardır. Yəni apellyasiya məhkəməsinin mövqeyinə görə həbsin götürülməsi həmin zərərçəkmiş şəxslərin hüquq və mənafelərinə toxuna bilər. 26.Apellyasiya məhkəməsinin bu mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Maraqlı şəxs barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış şəxslər deyil, məhz Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. 27.Digər tərəfdən iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin məhkəmə üzərinə həbs qoyulmuş ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsinə (hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə) əsasən həbsdən azad edilməsini nəzərə almışdır. Yəni Maraqlı şəxs barəsində olan cinayət işi üzrə icraatda təqsirləndirilən şəxsin mülkiyyətində olan əmlakların, o cümlədən hazırda mübahisələndirilən mənzilin hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi məsələsi həll olunmamışdır. Belə olan halda, mənzil üzərinə həbsin qalması və son nəticə olaraq iddiaçının hüquqlarının məhdudlaşdırılması digər zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına hansı qaydada xidmət etməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən müzakirə olunmamışdır. 28.Bundan əlavə iddianı rədd edən apellyasiya məhkəməsi göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin qiyabi qətnaməsi ləğv edildiyi və iş üzrə icraat təzələnərək, mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarıldığı halda, hazırki iş üzrə icraat birinci instansiya məhkəməsi tərəfindən MPM-in 254-cü maddəsinin tələblərinə əsasən dayandırılmamışdır. 29.Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qətnamə 21 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Yəni birinci instansiya məhkəməsi hələ mövcud olmayan Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadına istinad edərək icraatı dayandıra bilməzdi. 30.Digər tərəfdən isə apellyasiya məhkəməsi Şəmkir Rayon Məhkəməsində baxılan mülki iş üzrə yekun qərar qəbul edilənədək hazırki işə baxılmasının qeyri-mümkün hesab etdiyi halda, özü icraatın dayandırılması məsələsini müzakirə etməmiş, iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. 31.Nəhayət kassasiya şikayətinə əlavə olunmuş 08 yanvar 2021-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mübahisələndirilən mənzili başqa şəxsə - X1. 32.Apellyasiya məhkəməsi hazırda mübahisələndirilən qətnaməni qəbul edərkən, birinci instansiya məhkəməsinin qətnaməsinin artıq icra olunmasını nəzərə almamış, mənzilin mövcud hüquqi statusunu, onun başqa şəxslərin mülkiyyətinə keçməsininmümkünlüyünü araşdırmamış, həmin şəxsləri işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları 33.Mülki iş üzrə İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs, X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 34.Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır vədövlət tərəfindən müdafiə olunur. 35.Maddə 29.Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunlaqorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququmülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanistifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəsməhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 36.Maddə 60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibatiqaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 37.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 38.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 39.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onunbarəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı vəya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasındayaranan hüquq istisna olmaqla). 40.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququhəmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindənəmələ gəlir. 41.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 42.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 43.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 44.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. AzərbaycanRespublikası MülkiProsessualMəcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinə əsasən qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50.Kollegiya ilk olaraq qeyd edir ki, hazırki apelyasiya mərhələsində işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, və mübahisəli mənzilin mülkiyyətçisi X10 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşlar. 51.Belə ki, işin araşdırılmış və halları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və həmin icraatda Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinə qadağa edilmişdir.Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Maraqlı şəxs 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında icra sənədi verilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdehin əmlakının hərracdan satılması ilə bağlı sifariş verilmiş, “X6” MMC-nin 07 fevral 2020-ci il tarixli Hərracın yekunları barədə protokolu və eyni tarixli müqavilə ilə Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil hərracdan İddiaçı 160500 manata satılmışdır. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə Maraqlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsatəti təmin edilərək, Maraqlı şəxs əmlakları, o cümlədən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzili üzərinə həbs qoyulmuşdur. 08 yanvar 2021-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mübahisələndirilən mənzili başqa şəxsə - X1. 52.Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən məhkəmə kollegiyasının xx.xx.2022ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat, Şəmkir Rayon Məhkəməsi tərəfindən baxılmış İddiaçı cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 53.Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.V.Musayev) iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh Maraqlı şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. 54.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)- 117/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovun və Ş.Q.Rzaquliyevin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia rədd edilmiş, qətnamə iddianın qalan rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. 55.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)- 117/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 56.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2214/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehdiyev iştirakı ilə)iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 57.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 2214/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılması, cavabdeh Maraqlı şəxs kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 58.Beləliklə, Şəmkir Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. 59.Daha sonra Maraqlı şəxs tərəfindən İddiaçı ilə X10 arasında mənzilin alğı-satqısı müqaviləsi mübahisələndirilidiyindən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki işin icraatı dayandırılmışdır. 60.Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1913/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs cavabdehlər İddiaçı, X10 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. 61.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6879/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmiş, qeyd edilən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. 62.Qeyd olunan qətnamə ilə məhkəmə hesab etmişdir ki, İddiaçı alğı-satqı müqaviləsi əsasında mənzili alan X10 vicdanlı alıcıdır. 63.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1913/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6879/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 64.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1913/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 65.Beləliklə qüvvədə olan məhkəmə qətnamələrindən də göründüyü kimi mübahisələndirilən əmlak- ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən 08 yanvar 2021-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi ilə X2, həmin müqavilənin etibarlılığı və həmin müqavilə əsasında verilmiş çıxarış hazırki iş üzrə apellyator Maraqlı şəxs tərəfindən mülki iddia qaydasında mübahisələndirilsə də, onun iddiası təmin edilməmiş, X10 vicdanlı alıcı kimi tanınmışdır. 66.Məhkəmə kollegiyası hesab edir ki, artıq mübahisələndirilən əmlakın mülkiyyətçisi X10 olduğundan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs həmin əmlk üzərində hər hansı əmlak hüquqları mövcud olmadığından, sonuncu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verimləsinə zərurət qalmır. 67.Belə ki, Maraqlı şəxs mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququndan (sahiblik, istifadə və sərəncam) irəli gələn hər hansı əmlak hüquqları olmadığından, onun həmin əmlakın həbsdən azad edilməsini nəzərdə tutan məhkəmə qətnaməsini mübahisələndirməyə subyektiv hüququ mövcud deyildir. 68.Buna görə də kollegiya hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)-3967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)-3967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-16/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-16/2025
08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver