Məhkəmə qərarları › İş №2(103)-1601/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1601/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1601/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: şikayətdən imtina edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh1nə qarşı “mənzilə müdaxilənin qadağan edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzil sahəsinə müdaxiləsinin cavabdeh “N-Turan" Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması, 30000 (otuz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə 790000 manat maddi, 100000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə mənzilə görə 720000 manat, mənzildə olan əşyalara görə 70000 manat, mənzilinin kirayə haqqına görə 27000 manat maddi, 100000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMCdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)- 83/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

5. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)- 83/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə verərək buraxılmış müddəti üzürlü hesab edib müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 26 avqust 2022ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)- 83/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətinin bərpa edilməsi barədə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməyərək, müddətin bərpasından imtina edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

7. Həmin qərardaddan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6968/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qəərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 26 avqust 2022- ci il tarixli qərardadı dəymişdirilmədən saxlanılmışdır.

10. Mülki iş üzrə Cavabdeh1 MMC yenidən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)- 83/2022 nömrəli qətnaməsindən X5 apellyasiya şikayəti vermişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

13. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda Cavabdeh1 MMC-nin təsisçilərindən birinin - X1 apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, X5 tərəf və ya 3- cü şəxs deyil, iş üzrə cavabdeh hüquqi şəxs olaraq Cavabdeh1 MMC-dir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

14. X1 nümayəndəsi və vəkili Vəkil4 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət ərizəsi ilə müraciət edib Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-83/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi-hüquq normasını nəzərədən qaçırmışdır. Belə ki, qeyd edilən maddi hüquq normasının tələbinə əsasən, MMC-nin iştirakçıları Cəmiyyətin fəaliyyət ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Başqa sözlərlə, məhkəmə qətnaməsi iləCavabdeh1 MMCdən tutulan pul vəsaitinin ödənilməsi həmin Cəmiyyətin təsiçilərinin qoyduqları mayalar hesabına ödənilməli olduğundan, həmin qətnamə birbaşa qeyd olunan Cəmiyyətin həmtəsisçisi X1maraqlarına toxunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılması barədə qərardadını əsaslandırarkən qeyd etmişdir ki, hazırda Cavabdeh1 MMC-nin təsisçilərindən birinin - X1 apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, X5 tərəf və ya 3-cü şəxs deyil, iş üzrə cavabdeh hüquqi şəxs olaraq "xxxx"MMC-dir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmtəsisçi X5 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxsdir. Bununla da, birinci instansiya məhkəməsi, qeyd edilən prosessual-hüquq normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üçün ümumiyyətlə heç bir halı müəyyən etməmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

17. Şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilərək şikayətə yazılı icraat qaydasında baxılması 06 fevral 2023-cü il tarixə təyin olunmuşdur.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.

19. Həmin Məcəllənin 398.0.4-cü maddəsində qeyd edilir ki, qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatına xitam vermək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, X1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və X3 münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

21. Belə ki, X1 nümayəndəsi və vəkili Vəkil4 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina etdiyini bildirməklə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

22. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin və X3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar