Məhkəmə qərarları › İş №2(103)-1606/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1606/2025

03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1606/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı MTK-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 oğluna, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillə təmin edilmə” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-3420/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 oğluna, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onların hər birinin ailə üzvlərinin ünvan 1 ünvandakı ikimərtəbəli qeyriyaşayış sahəsindən çıxarılması, qeyd edilən ünvanda məcburi köçkün kimi qeydə alınmış cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülməsi, kirayə mənzillərə köçürüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcburi köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqqının ödənilməsinin ona həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh2, X7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 oğlu, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Dəmirçizadə ünvanında məskunlaşmış və MTK-nin şərtlərini qəbul etməyən ailələrin Bakı şəhərinin ətraf qəsəbələrində münasib qiymətə olan evlərlə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3420/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 oğlunun, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 və onların hər birinin ailə üzvlərinin ünvan 1 ünvandakı ikimərtəbəli qeyriyaşayış sahəsindən çıxarılması, ünvan 1 ünvanında məcburi köçkün kimi qeydə alınmış cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 oğlunun, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 hər birinin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələrinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5 oğlunun, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 və onların hər birinin ailə üzvlərinin kirayə mənzillərə köçrüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcburi köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqqının ödənilməsi, mülki iş üzrə çəkilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh2 və qeyrilərinin cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillə təmin edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1606/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 notarial qaydada təsdiqlənmiş apellyasiya şikayətindən imtinası barədə ərizəsi daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə kollegiyası işə, o cümlədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizəsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından qəbul olunmalı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3420/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar