Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1613/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-2436/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 535 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 qanuni nümayəndəsi İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı əsl iddiaçı ilə əvəz olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 xx.xx.1982-ci ildə anadan olduğu tarixdən ünvan 1 ünvanında yaşayır. Ailələri 3 nəfərdən ibarət olmuşdur. Zümrüd Allahverdiyevanın anası X12 xx.xx.2016-ci ildə vəfat etmişdir. X3 Allahverdiyevanın anadan gəlmə əlil olması səsəbindən 1995-ci il tarixdən onları tərk etmiş, anasının vəfatına qədər, yəni 2016-cı ilədək həmin ünvanda iki nəfər olaraq yaşamışlar. Hal-hazırda Zümrüd Allahverdiyeva qeyd edilən ünvanda yaşayır. Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi 2016-cı ildən 535,0 manat borclu olduğunu qeyd edərək, su təminatının məhdudlaşdırılmasına göstəriş vermişdir. Sayğac quraşdırılmadan bir nəfər üçün aylıq su istehlak normasının 6 kub metr olduğu halda cavabdeh əsassız olaraq Zümrüd Allahverdiyevanın vəfat etmiş anası Gülayə Allahverdiyevaya və onları tərk etmiş atasına düşən su normasını da hesaba daxil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 2436/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddianın rədd olunması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, həmçinin iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yaşayış sahəsində (ünvan 1) bir nəfərin, yəni X5 qeydiyyatda olmasına dair Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS-nin xx xxxxxx 2020-ci il tarixli arayışını cavabdeh təşkilata təqdim etdikdən sonra hesablama 1 nəfər üzrə aparılmışdır. Onlan əvvəl isə belə bir arayış cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən də əvvəlki dövrlər üzrə hesablama 3 nəfər qeydiyyat üzrə aparılmışdır. Lakin, qeydiyyatda olmuş şəxslərdən X12 xx xxxxxx 2016-cı ildə ölmüş, X14 isə daha əvvəldən ünvanda yaşamamışdır. Hesab edir ki, həmin şəxslərə görə sərfiyyatın hesablanması düz deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırki iş üzrə silinməsi tələb olunan pul vəsaiti yaşayış sahəsində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq aparılmışdır. Yaranmış borc 2011-ci il tarixdən etibarən üç nəfər qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq 535 manat məbləğində hesablanmışdır. Yasayış sahəsində qeydiyyatda olan X13 xx xxxxxx 2016-cı il tarixdə vəfat etsə də, onlarda məlumat olmadığından vəfat etdiyi tarixdən sonra da ona münasibətdə 54 ay ərzində su və kanalizasiya hesabatı aparılmışdır ki, həmin məbləğ 135 manat təşkil edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 784545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı ildə 90 № ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6648/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, X8 Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 29 saylı evə istifadə hüququnun itirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli 04 nömrəli Cavabdeh Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə qərarına əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2011-ci il tarixli 01 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə» xx xxx 2016-cı il tarixli 06 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə» xx xxx 2016-cı il tarixli 06 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx xxx 2016-cı il tarixli 14 nömrəli qərarı ilə «xxxx» ASC üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın (bundan sonra, Qaydalar) 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Birinci instansiyası məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, ünvan 1 ünvana suölçən cihaz quraşdırılmamış, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi evdə qeydiyyatda olan şəxslərin sayına (3 nəfər) uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilmişdir. Qeyd olunan ünvan üzrə su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam həyata keçirilmədiyindən borc yaranmışdır. Hazırda iddiaçı qeyd edilən ünvanda yalnız X5 yaşadığını, Zümrüd Allahverdiyevanın atasının 1995-ci ildə ailəni tərk etdiyini, anasının isə 2016-cı ildə vəfat etdiyini əsas gətirərək qeydiyyatda olan şəxslərin sayında dəyişiklik edilmədən hesablanan borc məbləğinin silinməsini xahiş edir. Qanunvericilikdə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçının bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməli olduğu və STKM-nin hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalı olduğu təsbit olunmuş, buna baxmayaraq məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müvafiq sənədin cavabdehə təqdim olunması faktı müəyyən edilməmişdir. Beləliklə, qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən STKM-ə təqdim olunmadığından cavabdeh tərəfindən borc qanununauyğun olaraq hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin – ünvan 1 ünvanda qeydiyyatda olmuş, lakin xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X9 görə, sonuncunun vəfat etdiyi tarixdən sonra da su və çirkab su sərfiyyatına görə hesablamanın qanuni olması barədə mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, ünvan 1 ünvanda qeydiyyatda olmuş X6 xx xxxxxx 2016-cı il tarixdə vəfat etməsi işin mübahisə olunmayan halıdır. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əsassız olaraq ölmüş şəxsə görə uzun müddət (öldüyü tarixdən sonra) ərzində sərfiyyat hesablamışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişdir ki, silinməsi tələb olunan 535 manat puldan 135 manat hissəsi məhz X9 görə, sonuncunun vəfat etdiyi tarixdən sonra hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə, yəni 135 manat pulun silinməsi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən hissədə tam və hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal isə, MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin qismən ləğvinə tam əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin qalan hissədə ləğvinə əsas ola bilməz. Çünki, X10 yaşayış sahəsində yaşayaraq, orada qeydiyyatda olmuşdur. X8 isə orada faktiki yaşamaması halı vəziyyəti dəyişdirmir. Yuxarıda da qeyd edildiyi kimi – qanunvericiliyə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşin hallarından və iddiaçının izahatından aydın olur ki, iddiaçı, X8 qeydiyyatdan çıxarılması ilə bağlı arayışı əvvəllər cavabdehə təqdim etməmiş, sonradan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS-nin xx xxxxxx 2020-ci il tarixli arayışını təqdim etmişdir ki, bu hal da əvvəlki tarixlərdə X11 görə su sərfiyyatının hesablanmasını istisna edə bilməz. Məhkəmə araşdırması zamanı isə iddiaçı qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq sənədi təqdim etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalı, ünvan 1 ünvanı üzrə (abonent kodu: **********0016/13366822) hesablanmış 135 manat pul vəsaitinin silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-2436/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 2436/2020 saylı qətnaməsi qismən ləğv edilsin, iddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu: **********0016/13366822) hesablanmış 135 (bir yüz otuz beş) manat pul vəsaitinin silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1613/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1613/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver