Məhkəmə qərarları › İş №2(103)-1616/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1616/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1616/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Mirzəzadə Şəbnəm Çingiz qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ("xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Maraqlı şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5368/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 18417,54 manat əsas borc, 649,75 manat faiz borcu olmaqla, cəmi 19067,29 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 173,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində vəsaitinin tutulması, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin 13 may 2018-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan İddiaçı istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, İddiaçı ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, İddiaçı məcburi qaydada evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifarişlə Cavabdeh2 MMC-yə müraciət etmişdir. Cavabdeh2 MMC-nin 28 avqust 2023-cü il tarixli, 1856/23 saylı bildirişindən görünür ki, 19 sentyabr 2023-cü il tarixə hərrac təyin edilmişdir. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka predmeti olan, ilkin satış dəyəri 56.000 manat məbləğində müəyyənləşdirilən, İddiaçı mülkiyyətində olan "X3" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzil Maraqlı şəxs tərəfindən alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 ay müddət keçmiş, qətnamə öz qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh2 tərəfindən 19 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin satılması üçün keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, 19 sentyabr 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012) 704/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 18417,54 manat əsas borc, 649,75 manat faiz borcu olmaqla, cəmi 19067,29 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 173,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində vəsaitinin tutulması, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 13 may 2018-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan İddiaçı istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, İddiaçı ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, İddiaçı məcburi qaydada evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)- 704/2022-025 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 16 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş 06 fevral 2023cü il tarixli qərarı ilə icra sənədinin ərazi aidiyyəti üzrə Abşeron Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 Cavabdeh2nə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməklə 23 avqust 2023-cü il tarixli, № 17/75-9K795 saylı hərracın keçirilməsi haqqında sifariş vermişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh2 tərəfindən 19 sentyabr 2023-cü il tarixli, № 226/23saylı hərrac yekunları barədə protokol tərtib edilmiş və həmin protokolda ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin yeni mülkiyyətçi Maraqlı şəxs adına dövlət qeydiyyatına alınması və ipotekaya xitam verilməsi qeyd olunmuşdur. İddiaçıya hərracın keçirilməsi barədə heç bir bildiriş göndərilməmiş, hərrac barədə məlumatlandırılmamışdır. Yalnız icra orqanı tərəfindən evin boşaldılması ilə bağlı müraciət edildiyi zaman ipoteka predmeti ilə bağlı hərracın keçirildiyi və mənzilin başqa şəxsə satıldığı məlum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5368/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan iddiaçıya bildiriş onun icra vərəqəsində göstərilmiş ünvan 2 ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin açıq hərracda hərracın predmeti olan mənzil 56.560 manata hərracın qalibi olan Maraqlı şəxs satılmış və bununla əlaqədar olaraq hərracın yekunları barədə 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı protokol tərtib edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və iddia olunur ki, bu barədə ipoteka saxlayana və ipoteka qoyan İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə onun icra vərəqəsində göstərilmiş ünvan 2 ünvanına göndərilmişdir. Lakin, İddiaçı yaşayış ünvanı dəyişdiyindən onun qeyd edilən bildirişdən xəbəri olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışa əsasən, onun yaşayış ünvanı ünvan 3ildirişin ona çatmaması şəxsin özünün hərracda iştirak etmək hüququnu da məhdudlaşdırmışdır. Həmçinin İddiaçı tərəfindən xeyli miqdarda borc ödənilmiş və bank tərəfindən ona qalan borcun ödənilməsinə dair müəyyən müddət verilməsi söz verilmiş və bununla bağlı məhkəmə işinin dayandırıldığı vəd edilmişdir. Hazırda İddiaçı tərəfindən borcun 80% ödənilmiş və cəmi 19.000 manat borcu vardır ki, həmin borcu hazırda bir dəfəyə ödəməyə razıdır. Lakin bank pul vəsaitini ondan qəbul etmir. Nəticə baxımından isə onun real dəyəri 120.000 manat olan əmlakı Bank və həmin binanın inzibatçıları tərəfindən əlbir olaraq yarı qiymətə satın alınmışdır və hərracla bağlı nə icra orqanı nə də ki, hərrac təşkilatı tərəfindən borcluya hər-hansı bir məlumat verilməmişdir ki, bununla da mülkiyyətçinin hüquqları pozulmuşdur. Hərrac onun xəbəri olmadan keçirilərək və mənzil işdə 3-cü şəxs (maraqlı şəxs qismində cəlb edilməklə) olan Maraqlı şəxs satılmışdır. Göründüyü kimi, ipoteka qoyana, yəni İddiaçı bildiriş verilərək onun məlumatlandırılması zəruri hal olmuşdur, lakin şəxs bildirişi əldə etməmiş buna görə də hərracın keçirilməsindən və özünün mənzili almaq imkanı olduğu halda bu hüququndan məhrum edilmişdir. Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflərindən İddiaçı Abşeron rayon Məhkəməsinin e- 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsində göstərilən ünvan 4 ünvanına və hazırkı iş üzrə ipoteka predmeti olan ünvan 5 ünvanına bildiriş və satılma barədə məktub göndərilmişdir. Qanunvericilikdə isə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1616/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-704/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Mülki işin dayandırılmasına əsas olmuş iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin e-2(105)-519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəsini almış və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunu: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

“İcra haqqında” Qanunu:

53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 61.1-ci və 61.2-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

“F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı;

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, ipoteka predmeti olan, ilkin satış dəyəri 56.000 manat məbləğində müəyyənləşdirilən, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzil Abşeron Rayon Məhkəməsinin e-2(012)- 704/2022-025 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi əsasında, Cavabdeh1 tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli, 17/75-9K795 saylı sifariş əsasında qalib alıcı Maraqlı şəxs tərəfindən əmlakın ilkin hərracda alış qiyməti 56.000 manata alınmasına dair Cavabdeh2 MMC-nin 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı “X6 barədə Protokol”unu mübahisələndirən iddiaçı istər tələbində, eləcə də apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etmişdir. İşin hallarından görünür ki, ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Belə ki, iş materiallarında olan Abşeron-Xırdalan-3 MMC-nin xx.xx.2023-cü il tarixli 15 saylı arayışından görünür ki, Rzayev X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilində ailə üzvləri ilə birlikdə yaşayır.( i.v.30) Cavabdeh2 işdə olan açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, İddiaçı həm faktiki yaşadığı ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilinə, həm də əvvəllər qeydiyyatda olduğu ünvan 6 ünvanları qeyd edilmişdir. ( i.v. 21.) Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, sənədlərin göndərilməsi ilə şəxsin xəbərdar olması anlayışları fərqli olsa da, hüquqi nəticələri qeyd edilən Plenum qərarının tələbləri baxımından eynidir. Yəni, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Abşeron rayon Məhkəməsində mülki işə baxılan zaman iclaslarda iştirak etmiş, ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Halbuki bu onun prosessual qanunvericiliyə görə vəzifəsidir. Bundan əlavə, icra vərəqəsində də iddiaçının məhkəməyə məlum olan ünvan yazılmışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, hərrac təşkilatı tərəfindən hərrac iştirakçılarına göndərilən bildirişlərdə icra vərəqəsində göstərilən ünvandan əlavə, onların telefonları da qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirişin üzərində olan nömrələrin iddiaçıya və ailə üzvlərinə aid olmasıni təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin, xüsusilə vurğulayır ki, ipoteka ünvanında olan ev hərrac predmeti olan evdir. Digər tərəfdən iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun məbləğinin müəyyən bir hissəsinin ödənildiyini və bank tərəfindən ona qalan borcun ödənilməsinə dair müəyyən müddət verilməsi barədə söz verildiyini bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin hallar öz təsdiqini tapdığı halda belə hərracın etibarsızlığına əsas ola bilməz. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktı icra edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5368/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar