Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-162/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Nəsimi rayon MKTB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X7 “qanunsuz genişləndirilmiş pəncərənin əvvəlki vəziyyətinə qaytarılması və əlavə eyvan tikintisinin sökülməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)- 25/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nəsimi rayon MKTB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək “Cavabdeh1 tərəfindən yaşadığı mənzilində təmir zamanı genişləndirilmiş pəncərəni onun vəsaiti hesabına əvvəlki vəziyətinə qaytarılmasını, qonşu mənzilin tüstü bacasının bərpa edilməsi və Cavabdeh2 tərəfindən inşa edilmiş eyvanın sökülməsinin cavabdehlərin üzərinə qoyulması” haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 154 saylı evin 18 saylı mənzilində təmir zamanı genişləndirilmiş pəncərənin onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 154 saylı evin 26 saylı mənzilində inşa edilmiş eyvanın (10,2 m2 olan yataq otağı və sahəsi 12,4 m2 olan mətbəx təyinatlı əlavə tikililər) öz hesabına sökülməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, cavabdehlər Cavabdeh1 50 manat və Cavabdeh2 50 manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5541/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respubılikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə həmin hissədə qüvvəyə mindiyi üçün xx.xx.2016-cı il tarixli məktubla icraya yönəldilmişdir. Hazırda Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə əsassız olduğundan ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ona aid hissədə əsassız olduğundan rədd edilməli və təmin olunmamalıdır. Belə ki, Nəsimi rayon MKTB iddia vermək hüququna malik deyildir. MKTB hüquqi şəxs deyildir. Şikayətçi X1 şikayəti əsasında verilmiş iddia vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün icraata qəbul edilə bilməzdi. Hazırda cavabdeh olan X9 əvvəllər dəymiş ziyanın ödənilməsi baradə Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia tələbinə görə o, məhkəmədən Cavabdeh1 mənzilinin pəncərəsini qanunsuz böyüdülməsi nəticəsində tüstü bacasının bağlanmasına görə pul tələb etmişdir. Onun iddiası əsassız olduğu üçün o, sonradan iddiasından imtina etmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə onun barəsində araşdırmanın tamamilə səthi olması və əsaslandırılmaması öz əksini tapır. Belə ki, qətnamədə ona qarşı iddianın əsaslığının sübuta yetirilməsi üçün yalnız ekspertiza rəyinə istinad olunmuşdur. Ekspertiza rəyində isə mənzillərin yerləşdiyi yaşayış binalarının ilkin layihəsində mübahisələndirilən divar sobasının və ona aid tüstü bacasının nəzərdə tutulmadığını, eləcə də baxış zamanı yerində mövcud olmadığını nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Ş. Əzizbəyov küçəsində yerləşən 154 saylı evin 18 saylı mənzilindən qonşuluqda yerləşən 152 saylı evin 16 saylı mənzilinin tüstü bacasına müşahidə olunması müəyyən edilməmişdir. Ekspertiza rəyinin yuxarıda qeyd olunan halların şikayətin əsassızlığını və bunun əsasında hüquqi olmayan şəxs tərəfindən iddianın verilməsinin əsassızlığını təsdiq edir. Məhkəmə ekspertiza rəyində göstəriliən hallara belə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, rəydə də reallıqda olduğu kimi göstərilir ki, 152 və 154 saylı binalar bir-biri ilə bitişik olmayıb ayrı-ayrı ünvan üzrə fərqli tikililərdir. Əzimov Telman Ş.Əzizbəyov küçəsində yerləşən 152 saylı evin 16 saylı mənzilində, Cavabdeh2 isə 154 saylı evin 26 saylı mənzilində yaşayır. T.Əzimovun yaşadığı Ş.Əzizbəyov küçəsində yerləşən 152 saylı evin 16 saylı mənzili ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Ekspertiza rəyi ona məxsus mənzildə əlavə tikililərə dair rəy verərkən düzgün hesablama aparmamış, onun mənzilinin sxem və ölçülərini düzgün hesablamamışdır. O, bu mənzili alarkən məhkəmə qətnaməsində göstərilən tikililərin mövcud olması faktına da düzgün hüquqi qiymət verilməmiş, həmin tikililərin həm sahəsinin düzgün hesablanmasına, həm də nə vaxt tilikməsinə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən işin obyektiv araşdırılması üçün tikililərin nə vaxt inşa edilməsi barədə ekspertiza təyin edilməli idi. Məhz bu ekspertiza rəyi ilə əlavə tikinti hesab edilən sahələrin düzgün hesablanmaması, onların uzun müddət bundan əvvəl inşa edilməsi müəyyən olunacaqdır. Həmçinin həmin hissələrə dair iddia müddəti də artıq başa çatmışdır. O, məhkəmə iclasının yeri və vaxtı baradə məlumatlandırılmadığından onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-939/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8149/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8149/18 saylı xx xxxxxx 2018-ci tarixli qərarında göstərilmişdir ki, Cavabdeh2 26 saylı mənzili xx.xx.2007-ci ildə alqsatqı müqaviləsinə əsasən əldə etmişdir və müqavilədə də mənzilin yaşayış sahəsinin 54.1 kv.m, ümumi sahəsinin 71 kv.m olduğu qeyd edilmişdir. Əslində, iddiaçı özü də xx.xx.2012-ci il tarixdə tərtib etdiyi aktda (İc.i.v.9) 26 saylı mənzildə müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparıldığını göstərsə də, bu işlərin Cavabdeh2 tərəfindən deyil, mənzilin keçmiş sahibi tərəfindən uzun illər əvvəl aparıldığını qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh2 2007-ci ildə 26 saylı mənzili alqı-satqı qaydasında əldə etdikdən sonra mülkiyyətçi kimi orada hər hansı yenidənqurma işləri aparmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə yuxarıda qeyd olunan çatışmazlıq və ziddiyyətləri aradan qaldırmaq məqsədilə 26 saylı mənzilin hüquqmüəyyənedici sənədlərini və Daşınmaz Əmkakın Dövlət Reyestri Xİdmətində qeydiyyatdan keçmiş məlumatları əsas götürməklə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin olunması məsələsini müzakirə etməli və qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2686/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 154 saylı evin 26 saylı mənzilində inşa edilmiş eyvanın Cavabdeh2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ******* seriya nömrəli Çıxarışda, həmin mənzilə dair 2004-cü il tarixdə tərtib edilmiş texniki pasport məlumatlarında öz əksini tapıbtapmaması və həmin eyvanın nə zaman inşa edilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26672 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən 154 saylı evin 26 saylı mənzilində inşa edilmiş eyvanın Cavabdeh2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ******* seriya nömrəli Çıxarışda, həmin mənzilə dair 2004-cü il tarixli texniki pasportun məlumatlarında öz əksini tapdığı, lakin həmin tikilinin qarşıya doğru genişləndirildiyi və arakəsmə qoyularaq iki hissəyə bölündüyü müəyyən olunmuşdir. Eyni zamanda rəydə hal-hazırda tikililərin inşa olunma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından 26 saylı mənzilin sökülməsi tələb olunan eyvanın nə vaxt inşa edilməsinə dair tədqiqatın aparılmadığı göstərilmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs X9 ekspert rəyinə münasibətdə bildirmişdi ki, həqiqətən Cavabdeh2 tərəfindən inşa edilmiş eyvan özbaşına tikilidir və sökülməlidir. Hesab edir ki, inşa edilmiş eyvan onun da hüquqlarını pozur. Buna görə də iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Bununla bağlı Telman Əzimov apellyasiya şikayətinin təmin olunmamasını və məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 ərizə verərək qeyd etmişdi ki, iddia ərizəsi verildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bütün məhkəmə instansiyalarına 8-2/2015 saylı xx.xx.2015-ci il tarixli məktub unvanlanaraq bildirilmişdir ki, qanunsuz tikililərin sökülməsi ilə bağlı yerli icra orqanlarının məhkəmədə iddia qaldırmaq səlahiyyətləri yoxdur. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndinə əsasən belə hüquqlar Fövqaladə Hallar Nazirliyinə verilmişdir. Buna görə də nümayəndə Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nin subyektiv hüququnun olmaması səbəbindən Cavabdeh2 qarşı hissədə iddia tələbindən imtina ediildiyini və bununla bağlı həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddiadan imtinanın qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin Cavabdeh2 qarşı iddiadan imtina barədə ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Əvvəla, iş materiallarına əlavə olunmuş iddiaçı Nəsimi rayon MKTB tərəfindən X2 adına verilmiş 0/48 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, iddiaçı həmin etibarnamə ilə onu təmsil edən şəxsə bir sıra hüquqları, o cümlədən iddiadan imtina etmək, onun adından ərizə vermək və imzalamaq hüququnu da vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir (262.4). İşə əlavə olunmuş Azərbaycan Respubılikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli icmal məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 95.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3 və 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin müvfaiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının, digər təşkilatların dövlətin adından belə bir tələblə mürcaiət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması", Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə hu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya. onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa- çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikintiquraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Buna uyğun olaraq tikintinin sökülməsi əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məsəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə mürciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinə məxsusdur. Qeyd olunanları, o cümlədən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət hüququnun olmaması ilə bağlı yuxarıda şərh olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının Cavabdeh1 qarşı “yaşadığı mənzilində təmir zamanı genişləndirilmiş pəncərənin onun vəsaiti hesabına əvvəlki vəziyətinə qaytarılması, qonşu mənzilin tüstü bacasının bərpa edilməsi” ilə bağlı verdiyi iddia üzrə 3-cü şəxs Telman Əzimovun hüquq və mənafeyinin pozulması iddia olunurdu ki, həmin iddia üzrə də mübahisəyə mahiyyəti üzrə baxılmış və kassasiya instansiyası məhkəməsinin yekun qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində qüvvəyə minmiş və qətnamə 2006-cı ildə icraya yönəldilmişdir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında yoxlanıldığı, yəni iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsi üzrə özünü bu iddianı qaldırmaqda səlahiyyətli orqan hesab etməyən iddiaçı iddiadan imtina edir. Məhkəmə kollegiyası bu imtinanın yuxarıda şərh olunanlar baxımından 3-cü şəxs Telman Əzimovun hüquq və mənafeyinə toxunmadığı qənaətinə gəlir, lakin sonuncu iddiadan imtinanın onun hüquq və mənafeyinə toxunacağını ehtimal etdiyi təqdirdə ona izah olulur ki, bu barədə müvafiq sübutlar əldə etməklə Cavabdeh2 qarşı mübahisələndirilən tikilinin söküntüsü ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Nəsimi rayon MKTB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz genişləndirilmiş pəncərənin əvvəlki vəziyyətinə qaytarılması və əlavə eyvan tikintisinin sökülməsi” tələbinə dair iddiası üzrə iddiaçının səlahiyyətli nümayəndəsi X4 tərəfindən verilmiş iddiadan hissəvi imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-25/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-162/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-162/2020
12.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver