Məhkəmə qərarları › İş №2(103)-1629/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1629/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1629/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: evdən istifadəyə görə kommunal xərclərin tutulması, evin tikintisinə sərf olunmuş vəsaitin alınması, qətnamənin icra qaydasının müəyyən edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərə görə ödənilmiş pulun ½ hissəsinin və digər xərclərin tutulması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə olunmuş əmlakların dəyərinin ½ hissəsinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə X6 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Kazımova” soyadı verilmiş, nikahlarından xx.xx.2007-ci il tarixdə Cavid, xx.xx.2010-ci il tarixdə Xədicə, xx.xx.2012-ci il tarixdə Xumar adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Cavabdeh İddiaçı qarşı iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, onların arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.

3. Cavabdeh İddiaçı qarşı iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 4900 manatın Cavabdeh tutulub İddiaçı verilməsi qət olunmuşdur.

6. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, “Chevrolet Lacetti” markalı **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2017-ci il tarixdə əldə edilmiş, xx.xx.2019-cu ildə, yəni tərəflərin nikahlarının pozulmasına dair xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarıldıqdan sonra özgəninkiləşdirilmişdir. ...Cavabdeh (Cavabdeh) mübahisəli avtomobili birgə nikah dövründə kreditlə aldığını, avtomobili satdıqdan sonra həmin kreditin qalan hissəsini ödədiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.”

7. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

8. Həmin hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları ünvan 1 ünvanında olarkən orada keçmiş həyat yoldaşı İddiaçı onun paltaryuyan maşında öz paltarlarını yumaq istəməsinə mane olması səbəbindən aralarında yaranmış mübahisənin gedişatında qəsdən İddiaçı sağ qoluna, sinəsinin sağ nahiyyəsinə bir neçə dəfə yumruqla, həmçinin sağ buduna və hər iki ayağının baldır nahiyəsinə təpiklə vurub - sağ bazu nahiyyəsinin dərialtı hemotoması, sağ süd vəzisinin, sağ bud nahiyəsinin qançırları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.

9. "xxxx" ASC tərəfindən 616970 saylı xx.xx.2022-ci il tarixli protokol əsasında Cavabdeh adına Biləcəri qəsəbəsində sayğac quraşdırılmışdır.

10. "xxxx" ASC-nin elektron arayışında göstərilmişdir ki, Cavabdeh ünvan 2 ünvanı üzrə 2022-2023 hesabat ilində faktura sərfiyyatı 151 m3, faktura məbləği 151 manat, ödənilmiş məbləğ 470 manat təşkil edir.

11. Cavabdeh ilə X5 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, 2 saylı Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilən nikahdan sonra qadına “Kazımova” soyadı verilmişdir.

12. 68 saylı MKİS-nin 768 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Yeni Günəşli, AB y/s 8 saylı evin 77 saylı mənzilində X10, X7 və X11 ilə birlikdə yaşayır.

13. "xxxx" KB ASC-nin Cavabdeh məxsus hesab üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə edən çıxarışında göstərilmişdir ki, Cavabdeh özünə məxsus hesab üzrə müxtəlif bank əməliyyatları aparmış, xx.xx.2014-cü il tarixli 13535tkBank/14 saylı kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2019-cu il tarixdə ödənilmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-011/2023 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin (çıxarışı və digər sənədlərinin olmaması nəzərə alınaraq) real bazar dəyəri 45 000 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən, 28-ci korpus, 1 ünvanında yerləşən evdə yaşayış üçün komunal xidmətlərdən istifadəyə görə ödənilmiş cəmi 873 manatın ½ hissəsinin, yəni 436,50 manatın, mediasiya xərcinə görə 60 manatın, dövlət rüsumuna görə 100 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2010-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X11 anadan olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikah dövründə tikdikləri Bakı şəhəri, Binqədi rayonu, Binqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı evə istifadə hüququ tanınaraq həmin evə köçürülməsi qət edilmiş, xx.xx.2020-ci il tarixdə o, sözügedən evə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən birgə mülkiyyətdə olan əmlakdan istifadə nəticəsində yaranmış bütün xərclər birgə mülkiyyətçilər tərəfindən bərabər şəkildə ödənilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədər ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədər ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın ailə üzvləri icarədarla eyni hüquq və vəzifələrə malikdirlər. Cavabdeh məcburi qaydada evə köçürülməsinə baxmayaraq evdən istifadə üçün yaranmış kommunal xərclərin ödənilməsində iştirakdan boyun qaçırır. Hazırda tək qazdan istifadəyə görə 500 manata yaxın borc yığılmışdır, qış aylarında demək olar ki, hər ay evdə qaz kəsilir. Cavabdeh qeyd olunan borcun ½ hissədə bölünərək ödənilməsi təklif olunsa da, o, bundan qəti olaraq imtina etmiş, evdə körpə uşaqların olması da onu narahat etməmişdir. Halbuki, cavabdehin tək əmək haqqı 1430 manat təşkil edir. Bu səbəblə məcbur qalıb qaz işçilərinə qış aylarında qazı bağlamamalarını xahiş etmişdir. ünvan 4 ünvanında yerləşən yaşayış evinin ödənilmiş və hazırda mövcud olan bütün komunal xərclərininin Cavabdeh ilə onun arasında yarıya bölünməsini istəyir. xx.xx.2020-ci il tarixdən tərəfindən qazdan istifadəyə görə 540 manat, telefon və internetdən istifadəyə görə 176 manat, elektirik enerjisindən istifadəyə görə 157 manat ödəniş edilmişdir. Ona görə də evdə yaşayış üçün komunal xidmətlərdən istifadəyə görə ödənilmiş cəmi 873 manatın ½ hissəsinin, yəni 436,50 manatın, mediasiya xərcinə görə 60 manatın, dövlət rüsumuna görə 100 manatın Cavabdeh xeyrinə tutulmasını xahiş edir.

17. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, birgə nikahları dövründə tikilimiş Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin ümumi dəyərinin ½ hissəsinin (hazırda real bazar qiyməti olan 91 700 manatın 45 850 manatının və evə çəkilmiş tikinti-təmir xərclərinin (51439 manatın (bu günki gündə real bazar qiyməti nəzərə alınmaqla)) aralarında bölünərək 25 719,50 manatın İddiaçı tutulub ona verilməsi, birgə nikah dövründə bankdan götürlmüş kredit borcunun (6500 manatın) aralarında bərabər bölünməsi, evə alınmış “Beko” markalı kondisionerin (1200 manat), şkaf, termo və dolabın (350 manat), qaz plitəsi, yuma (moyka), aspiratorun (320 manat), mətbəx mebelinin (1200 manat), iddia tələbi üzrə ödənilmiş 13 manat dövlət rüsumunun və 228,40 manat dövlət rüsumunun, mediasiya təşkilatına ödənilmiş 55 manatın aralarında bərabər qaydada bölünməsi, eləcə də vəkilə ödədiyi 200 manatın İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, nikahlarından 3 uşaqları anadan olmuş, bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş, İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, uşaqların saxlanması üçün ondan İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir. Bundan başqa İddiaçı ona qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 4900 manatın ondan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Tərəflərin birgə nikahları dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı ev inşa edilmiş, ev təmir olunaraq tərəflər orada yaşamağa başlamışlar. Ailə münasibətləri pozulduqdan sonra İddiaçı onun hər vəclə evdən çıxıb getməsi üçün bəhanələrlə dava-dalaş salmış, nəticədə o, öz evindən, mülkiyyətindən mərhum edilmişdir. Belə ki, onun İddiaçı ilə birgə yaşaması qeyrimümkündür. İddiaçı hər dəfə onunla evdə söz-söhbət yaradaraq ondan hüquq mühafizə orqanlarına şikayət etməklə onu əsassız olaraq evindən mərhum etməyə çalışmış və sonda buna nail olmuşdur. Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı evi valideynlərinin dəstəyi ilə və öz halal əmək haqqı ilə inşa etmişdir. Valideynlərinin, eləcə də digər şəxslərin ona edilən köməyi nəticəsində bankdan kredit götürərək həmin evin tikilməsini və təmirini bitirmişdir. Həmin vaxt onun əmək haqqı 150 manat təşkil etmişdir. Bundan əlavə inşa edilmiş evin torpaq sahəsi valideynlərinə məxsus olmuş və ona evin tikintisi üçün ayrılmışdır. Əmək haqqı ilə birgə nikah dövründə alınan məişət əşyaları da bölünməlidir. Bu əşyalar bankdan götürülən kredit hesabına alınmış, hal-hazırda da evdə istifadə edilməkdədir. Evə alınmış əşyalara 1200 manata alınmış “Beko” markalı kondisioner, 350 manata alınmış şkaf, termo və dolab, qaz plitəsi, yuma (moyka), 350 manata alınmış aspirator, 1200 manata alınmış mətbəx mebeli daxildir. Onun birgə nikah dövründə bankdan götürdüyü kredit əsasında avtomobillər alınmış və satılmışdır. İkinci avtomobil alınarkən də bankdan götürülən kredit hesabına alınmışdır. Belə ki, "xxxx" KB ASC-dən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən aldığı 6000 manat kreditlə “Mercedes E240” minik markalı ** UU *** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı avtomobil 10 000 ABŞ dollarına alınmış, çatışmayan məbləği - 2800 manatı qardaşı K. Kazımovdan aldığı borc əsasında ödəmişdir. Avtomobil köhnə olduğundan, banklar köhnə avtomobilə görə kredit vermədiklərindən həmin avtomobil kredit kartı əsasında alınmışdır. Köhnə avtomobil çox xərc tələb etdiyi üçün satılaraq “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı avtomobili 7600 manata almışdır. xx.xx.2019-cu il tarixdə yenidən bankdan kredit götürməyə məcbur olmuş, ailə problemləri qonşularının, anasının və qardaşının evinə keçməsin deyə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən hər iki tərəfdən hasar çəkilməsi üçün 1000 manat kart krediti alaraq tikinti xərclərinə sərf etmişdir.

19. İddiaçı vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə yazılı etiraz vermiş, etirazda aşağıdakıları göstərmişdir: “İddiaçı hazırda övladları bigə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı evdə yaşayır. Qeyd olunan ev Cavabdeh ilə birgə nikah dövründə tikilib və təmir edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh qeyd olunan evə məcburi qaydada köçürülməsi qət edilmiş, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən Cavabdeh evə köçürülmüş və həmin tarixdən bu günədək orada yaşamaqla evdən ümumi əsaslarla istifadə edir. Yəni hazırda Cavabdeh İddiaçı kimi qeyd olunan evdə yaşamaqla evdən və evdə olan əşyalardan istifadə edir. Bu isə Cavabdeh İddiaçı ilə birgə evdən istifadə hüququnun olmasının sübutudur. Lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi üçün müvafiq sənədlərinin olmaması səbəbindən ev özbaşına tikili sayılır. Yəni əgər Cavabdeh Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı evə çəkilmiş təmir və tikinti xərclərinin qarşılanmasını istəyirsə bu həm qanunsuz, həm də tam məntiqsizdir. Belə ki, Cavabdeh iddia tələbindən belə aydın olur ki, o həm evdə yaşamaqla evdən istifadə hüququnu əlində saxlamaq istəyir, həm də İddiaçı Cavabdeh təmir, tikintiyə çəkilmiş pulun əvəzini ödəməlidir. Bu isə artıq Ailə Məcəlləsinin və Mülki Məcəllənin birgə nikah dövründə əldə olunmuş əmlakın birgə mülkiyyətdə olması tələbinə tam zidd bir anlayışdır və məntiqsiz olmaqla həm ədalətsiz, həm də qanunların tələblərinə cavab verməyən bir tələbdir. Qarşlıqlı iddia təmin olunduğu təqdirdə Cavabdeh həm tikiliyə sərf edilmiş vəsaitin yarısını nağd olaraq əldə edir, həm də evdə istifadə hüququ ilə yaşayacaqdır. Bu səbəblə evin təmir və tikintisinə çəkilmiş xərcin yarısının nağd şəkildə İddiaçı alınaraq Cavabdeh verilməsi tələbinin təmin edilməsi birgə nikah dövründə əldə olunmuş əmlakın bərabər bölgüsü hesab edilə bilməz. Bölgünün bərabərliyi onda ehtiva edilir ki, həmin əmlaka tərəflərin bərabər hüquqları təmin olunsun, yaxud Cavabdeh tikilinin dəyərinin yarısının verilməsi ilə o özünün evdən istifadə hüququndan imtina etməlidir. Cünki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh qeyd olunan evə məcburi qaydada köçürülməsi ilə o həmçinin evdən istifadə hüququ əldə etmişdir və tikilinin, yəni Bakı şəhəri, Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evin əlavə olaraq dəyərinin yarısını əldə etməklə həmin maraqlar təmin olunmuş sayılır. Cavabdeh evdən istifadə hüququnun saxlanması İddiaçı hüquqlarını pozur və bir tərəfin əldə etdiyi digər tərəfin əldə etdiyi ilə bərabər olmur. Bu isə Cavabdeh da iddia ərizəsində istinad etdiyi Ailə Məcəlləsinin 37.1ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Cavabdeh qarşlıqlı iddia ərizəsində qeyd etdiyi “Beko” markalı kondisioneri, şkaf, termo və dolabı, qaz plitəsini, yuma (moyka), aspiratoru, mətbəx mebeli İddiaçı atası tərəfindən cehiz olaraq alınmışdır. Cavabdeh bu əşyaların kreditlə alınmasını qeyd etsə də, bunu subut edəcək heç bir dəlili göstərmir. Qeyd olunan əşyalar kredit hesabına alınsa belə, kredit birgə nikah dövründə ödənilmiş və bu səbəbdən kredit borcu birgə əldə olunmuş vəsait hesabına ödənilmiş sayılır. Bununla yanaşı qeyd olunan əşyalar Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh məcburi qaydada köçürüldüyü Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 saylı evdədir və tərəflərin istifadəsindədir. Bu səbəbdən Cavabdeh qeyd olunan əşyaların dəyərinin yarısını istəməsi onun bu əmlaklardan istifadə etmək hüququnun xitam edilməsi ilə nəticələnməlidir. Lakin qarşılıqlı iddia ərizəsində Cavabdeh qeyd olunan əşyaların dəyərinin yarısını tələb etməklə onlardan istifadə hüququna xitam verilməsi barədə müvafiq qərarın çıxarılmasını istəmir. Cavabdeh qarşılıqlı iddia ərizəsində xx.xx.2014-cü il tarixdə 5000 manat kredit götürdüyünü bildirir və həmin məbləğlə “Mercedes E 240” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 000 ABŞ dollarına aldığını qeyd edib, çatışmayan 2800 manat məbləğin isə qardaşı X8 aldığını, sonra isə bu avtomobili satıb “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını qeyd edir. İddiaçı Cavabdeh tərəfindən 5000 manat kredit alınmasından xəbəri olmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən bəlli olur ki, qeyd olunan kredit borcu birgə nikah dövründə tam ödənilmişdir. Ona görə də borc tərəflərin birgə vəsaiti hesabına ödənilmiş sayılır. Bu səbəblə “Mercedes E 240” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil birdə nikah dövründə əldə olunmuş ümumi əmlak hesab edilməli və onun satılmasından sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh adına alınaraq rəsmləşdirilmiş “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildə birgə əldə edilmiş vəsait hesabına alınmış əmlak olaraq ümumi əmlak sayılır. Bu səbəblə “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaiti bərabər şəkildə Cavabdeh ilə İddiaçı arasında bölünməlidir. Cavabdeh vurğuladığı kimi tərəflərin 2019-cu ilin əvvəlindən etibarən münasibətlərinin kəskin pisləşməsi səbəbindən onlar bir evdə yaşasalar da, nikahları formal xarakter daşımış, bir-birilərinə tam yad insanlar kimi yaşamışlar. Bu səbəbdən 2019-cu ilin əvvəlindən başlamaqla Cavabdeh götürdüyü kredit öhdəliklərinin İddiaçı heç bir aidiyyəti yoxdur, kağız üzərində olan nikaha görə İddiaçı tərəfindən ödənilməməlidir. Bundan başqa hasarın tikintisi 2019-cu ildə deyil, 2018-ci ildə həyata keçirilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən götürdüyü 1500 manat kreditin hasarın tikintisinə sərf etməsini subut edəcək sənədi iddia ərizəsinə əlavə etməmişdir. Tərəflərin evi ilə Cavabdeh qardaşının evinin arasında olan hasar mişar daşı ilə tikilməklə 14 daş hündürlüyündə və 12 metr uzunluğundadır, belə bir hasarın tikintisinə təxminən 500-700 manat vəsait tələb olunur”.

20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) ilkin iddia ərizəsini müdafiə, qarşılıqlı iddia ərizəsini rədd edərək və ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etirazının məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, ekspertiza təyin edilməsinin heç bir mənasının olmaması öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, ilk iddia ərizəsi üzrə İddiaçı artıq 3 aydır həmin ünvanda yaşamır. Evdə kommunal xidmətlərə görə borc yığıldığı üçün su kəsilmiş, qaza görə xeyli borc yığılmışdır. Ona görə orda yaşamaq qeyri-mümkündür. İlk iddia üzrə iddiaçı uşaqları ilə birlikdə Suraxanıda yaşayır. Qarşı tərəflə razılığa gəlmək mümkün olmamışdır, iki giriş qapısı olan evin birinci mərtəbəsində qarşı tərəfin yaşamasına ilk iddiaçı razıdır. Lakin qarşı tərəf özü evdə dava-dalaş yaradır, daha sonra evdə yaşamaq istəmədiyini bildirir. Cavabdehin anasının evi tərəflərin birgə yaşadıqları evlə qonşudur. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal xərclərin ödənilməsi ilə bağlı qəbzlər cavabdehin anasının evinin kommunal qəbzləridir. Tərəflərin arasında mübahisənin əsas səbəbi cavabdeh tərəfindən kommunal xidmətlər üzrə borcları ödəməməsidir. Cavabdeh 600-700 manat aliment ödəməsini bildirib, bütün kommunal borcların ilk iddia üzrə iddiaçı tərəfindən ödənilməsini istəyir. Cavabdeh əgər evin bölünməsini istəyirsə, evin naturada bölgüsü ilə bağlı məhkəməyə müraciət etsin, birinci mərtəbədə gəlib yaşasın. Bundan başqa ilk iddia üzrə cavabdehin həmin evdə yaşamaq hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ekspert rəyində evin dəyərinin 50 000 manat olması qeyd olunsa da, faktiki olaraq evin heç 20 000 manat belə dəyəri yoxdur. İddiaçı evdən daimi çıxmışdır, evdə heç vaxt yaşamayacaqdır. Cavabdehə həmin evdə yaşaması üçün heç kim maneə yaratmır. O, istədiyi vaxt gəlib evdə yaşaya bilər. İddiaçı da istədiyi vaxt evə gəlib-gedəcəkdir. Cavabdeh tərəfindən kredit tərəflərin münasibətləri pozulandan sonra götürülmüşdür. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir.

21. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazda aşağıdakıları göstərmişdir: “İddiaçı iddia ərizəsində kommunal ödənişlərin xx.xx.2020-ci il tarixdən sonra yaranmasını, həmin borcun yalnız onun tərəfindıən təkbaşına ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə qoşma kimi göstərsə də, elektron sistemə həmin ödənişlərin qəbzləri əlavə edilməmişdir. Cavabdeh öz evinə İddiaçı tərəfindən olunan manelərin aradan qaldırılması və məhkəmənin qərarı ilə köçürüldükdən sonra təkbaşına həmin evdə yaşamaqla bütün kommunal xərclərin təkbaşına ödəmiş, işıq sayğacı əvvələr valideyninin yaşadığı evlə birgə olmuş, hər iki sərfiyyata görə ödəniş aparmışdır. Sonradan, yaranmış mübahisələrə son qoyulması üçün o, xx.xx.2022-ci il tarixdən işıq sayğacını ayırmış, evə ayrıca işığa görə sayğac qoymuş, sayğaca görə 165 manat ödəniş etmiş, 2022-ci ilin fevral ayına kimi bütün işıq sərfiyyatına görə borcları ödəmişdir. Telefon və internetə görə ödənişin Cavabdeh tələb olunması əsassızdır. Belə ki, telefon və internetdən Cavabdeh istifadə etmir, intrernetin “Wifi” şifrəsini iddiaçı dəyişdikdən sonra şifrə ona verilməmiş, telefondan istifadə etməsinə ehtiyacı yoxdur, istifadəsinə olan ***-***-**-** telefon nömrəsi ilə limitsiz danışıqlarından istifadə edir. Aylıq ödəniş internetə görə 12 manat, telefona görə 2,50 manat olduğu halda İddiaçı 176 manat borcun hardan və hansı tarixdən yaranmasını iddia ərizəsində göstərməmişdir. 2020-ci ilin noyabr ayında qaz sayğacı smartdan dəyişdirilib mexaniki sayğaca kecirildikdən bir ay sonra Cavabdeh xx.xx.2020-ci ildə məhkəmənin qərarı ilə evə köçürülmüşdür, həmin bir ayın borcunun ona heç bir aidiyyatı yoxdur. Cavabdeh qaz sərfiyyatına görə 2021-ci ilin aprel ayına kimi 100 manat ödəniş etmiş, hətta iddiaçıya kommunal ödənişləri tərəfindən ödəniş olunduğu halda işıq, qaz sərfiyyatına açıq-aşkar etinasız sərfiyyatına görə irad bildirdikdən sonra iddiaçının ona soyuq və kobud davranışından sonra ödənişlərin olunmasını dayandırmışdır. Belə ki, Cavabdeh ailənin yeganə dolanacaq mənbəyi kimi işləyərək uşaqlarına alimenti vaxtı-vaxtında ödədiyi halda, İddiaçı alimenti təyinatı üzrə xərcləmir. Cavabdeh İddiaçı son bir il üçün kommunal ödənişlərin bölgüsü ilə razı deyil, çünki onun həmin evdə kommunal ödənişlərinin ödənilməsinə dair qəbzləri mövcuddur. Bundan əlavə, Cavabdeh həmin evə gecə saatlarında, işdən sonra qayıtması tək insan kimi kommunal sərfiyyatına olan borcu əlbəttə ki, çox cüzi ola bilər. İddiaçı isə evdar qadın olaraq heç bir yerdə çalışmır, bütün günü evdə uşaqları ilə bolluca kommunal xidmətlərdən sui-istifadə edərək onu borcun ödənilməməsində günahlandırır. Kommunal borcların bərabər şəkildə ödənilməsi ilə Cavabdeh razı deyildir, belə ki, onun valideylərinin evi onun evinə yaxın olduğundan o, orada şam və səhər yeməyini yeyir, evə isə yalnız gecələmək üçün gəlir, mübahisə yaranmaması üçün mətbəxdən istifadə etmir. İddiaçı ona evdə hər hansı bir əşyadan istifadə etməyə imkan vermir, əşyaların ona məxsus olmasını və həmin əşyalardan istifadə etməyə hüququnun olmadığını bildirir. Cavabdeh valideynlərinin ona ayırdıqları torpaq sahəsində inşa etdirdiyi evdən çıxarılsın deyə kommunal xidmətlərin sərfiyyatının əsassız sui-istifadə etməklə şişirtməyə çalışmaqla, ona qarşı məhkəmələrə iddia qaldırmaqla, polisə şikayət etməklə evdən çıxarılmasına çalışması onların artıq həmin evdə birgə istifadəçilər kimi yaşamalarını qeyri-mümkün etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Cavabdeh evə buraxmamaqla evin ona məxsus olmasını bildirmişdir. Hər dəfə də Cavabdeh və yaxınları evdə iddiaçı tərəfindən təhqir olunur. Buna görə də Cavabdeh həmin evin satılmasını təklif etmişdir. Evin birgə nikah dövründə tikilməsi, orada tərəflərin birgə yaşamaları işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı ilə mübahisəli evdə birgə yaşadıqları dövrdə evin bütün maddi təlabatını təkbaşına qarşılamış, bir ata kimi əmək haqqından hər ay uşaqlarının saxlanması üçün 2021-ci ilin iyul ayına kimi 650 manat, sonradan isə 620 manat aliment ödəməsindən əlavə evin saxlanması, uşaqların qidalanması üçün evin bütün ərzaqlarını almışdır. İddiaçının qeyd etdiyi kimi kommunal ödənişlərin onun tərəfindən ödənilməsi reallığı əks etdirmir. Kommunal ödənişlırin də bu qədər çox artması onun bilərəkdən artıq sərfiyyat etməsidir. Ona görə İddiaçı kommunal xərclərinin bölünməsi tələbi təmin edilməməlidir”.

22. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh nümayəndəsi (vəkili) əlavə olaraq göstərmişdir ki, onlar ilk olaraq iddia ərizələrində çəkilmiş xərcləri tələb etmişlər, birinci rəydə evin tikintisinə sərf olunan vəsaitin 20 000 manat olması ilə razı deyillər. Əlavə ekspertiza ilə evin inşaasına çəkilmiş xərclərin hazırkı real bazar qiyməti 51 439 manat olması müəyyən olunmuşdur. Torpağın sənədi yoxdur, ev özbaşına tikilidir. Ekspert rəyində torpağın sotu 15 000 manat göstərilir. Orda isə hazırki vəziyyətdə 2,5 sot torpaq sahəsi vardır. Kreditlər "xxxx" KB ASC-dən və "xxxx" ASC-dən götürülmüş, Cavabdeh adına kredit borcu çox olduğuna görə dostu Nazim İlyasovdan xahiş edərək onun adından “Soliton” mağazasından 2016-cı ildə kondisoner almış, həmin kondisionerin pulunu özü ödəmişdir. Nazim İlyasovun “Soliton” mağazasından aldığı sənədlərdən müəyyən olunur ki, əşyalar tərəflərin birgə nikah dövründə alınmışdır. Ekspert rəyində dəyəri müəyyən edilmiş əşyaların hər biri tərəflərin birgə nikah dövründə alınmış, sadəcə olaraq kondisioner ilkin iddia üzrə cavabdehin dostunun adına alınmışdır, kondisonerin çatdırılma ünvanı cavabdehin ünvandır, 2016-cı ildə kondisioner 1439 manata alınmışdır. Qarşı tərəfin həmin əşyaların cehiz olması barədə dəlili əsassızdır. Qarşı tərəf məhkəməni uzatmaq və iddiadan yayınmaq üçün məhkəməyə arayış təqdim etmişdir. Qarşı tərəf cavabdehə evin birinci mərtəbəsində yaşamasını təklif etsə də, ekspert rəyindən evin birinci mərtəbəsinin təmirsiz vəziyyətdə olması öz əksini tapmışdır. İkinci mərtəbədə isə yaşamaq qeyri-mümkündür. Tərəflərin birgə nikah dövründə bir yerdə necə yaşadıqları məlumdur, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət işi qaldırılmış, o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra Cavabdeh təkrar nikaha daxil olmuşdur. İddiaçı iyul ayından evi tərk etməsini iddia etsə də, "xxxx" ASC-nin arayışından müəyyən olunur ki, həmin evin su sərfiyyatında 8, 9, 10-cu aylarda dəyişiklik vardır. Köhnə borcların isə Cavabdeh aidiyyatı yoxdur. Əvvəllər evin işığı cavabdehin anasının evi ilə eyni olmuş, sonradan sayğacın ayrılması ilə bağlı "xxxx" ASC-yə müraciət olunmuşdur. Cavabdehin anası evini sataraq, həmin ünvandan köçmüşdür. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ya o, iddiaçıya pul versin iddiaçı evi tərk etsin, ya da iddiaçı ona pulu versin o, evi tərk etsin. O, iddiaçıya evin və əşyların dəyərini ümumilikdə verməyə hazırdır. Avqust ayında ekspert evə baxış keçirərkən iddiaçı uşaqları ilə birlikdə evdə yaşayırdı. Onun anası evi satarkən iddiaçını evdən qeydiyyatdan çıxarmış, bundan sonra iddiaçı başqa ünvana qeydiyyata alınmışdır. O, 2013-cü ildə "xxxx" KB ASC-dən maşın almaq üçün 5000 manat kredit alımış, 2019-cu ildə isə "xxxx" ASC-dən 1500 manat kreditə borc pul götürüb evin hasarını tikmişdir. Birgə nikah dövründə bankdan götürdüyü kreditə aldığı avtomobili məhkəmə qətnaməsi çıxandan sonra sataraq kredit borcunu bağlamışdır. O, evə 2020-ci ilin dekabrında köçmüş, 2021-ci ilin sentyabr ayında evdən çıxıb getmişdir. İddiaçı evdən getdiyi halda o, bütün pulları ödəməyə razıdır. Onlar 2012-ci ildən evdə yaşayır, 2012-ci ildən 2021-ci ilə qədər kommunal borcları o, anası ilə birlikdə yarı-yarı ödəmiş, daha sonra da sayğaclar ayrılmışdır. Sayğac qoyulması üçün o, 165 manat ödəniş etmişdir. Evdə yaşadığı dönəmlərdə ödədiyi qəbzləri məhkəməyə təqdim etmişdir. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir.

24. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 21 503 manat məbləğində müəyyən olunur. Fərdi yaşayış evinin ümumi sahəsinin 107,9 kv.m. təşkil etdiyi nəzərə alınaraq, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 91 700 manat məbləğində müəyyən edilir.

25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində isə aşağıdakılar göstərilmişdir: “Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı evin inşa edilməsinə və hazırki təmirinə (tələb olunan tikinti materiallarının və işçi qüvvəsinin dəyəri ayrı-ayrılıqda göstərilməklə) sərf edilmiş tikinti işlərinin təqribi bazar qiymətlərinə uyğun olaraq 51 439 manat məbləğində müəyyən olunur. Eyni zamanda tədqiq olunan yaşayış evinin birinci mərtəbəsi yarımçıq təmirli, ikinci mərtəbəsi tam təmirli vəziyyətdə olduğu müəyyən edilir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq baxış zamanı aparılmış əlavə tikinti-təmir işlərinin müəyyən olunması ilə izah olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/276 saylı rəyi ilə bağlı tərtib olunan smetada göstərilən Bakı şəhəri Binəqədi qəsəbəsi 1 -ci Mədən, korpus 28, 238 saylı evin inşa edilməsində aparılmış tikinti-təmir ilə bağlı sərf olunan tikinti materiallarının dəyəri və görülmüş iş həcmlərinin dəyərinin bazar qiymətlərinə uyğun olduğu müəyyən olunur. Rəyin tədqiqat hissədində göstərilənlərə əsasən, Bakı şəhəri Binəqədi qəsəbəsi 1 -ci Mədən, korpus 28, 238 saylı evin hazırda real bazar dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/276 saylı rəyi ilə müəyyən olunan dəyərə uyğun olduğu müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması (uzun müddət istifadədə olması, fiziki və mənəvi köhnəlməyə məruz qalması) nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1070 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Qeyd edilən əşyaların istehsal ilini (üzərində məlumat olmadığı üçün) müəyyən etmək mümkün olmamışdır”.

26. Birinci instansiya məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 25 719,50 manatın Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması, İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın, Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət olunmuşdur.

27. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

27.1. İlkin iddiaçının məhkəməyə iddia tələbində istinad etdiyi halları təsdiq edən sübut növü kimi təqdim etdiyi kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı müxtəlif illərə dair qəzlər ilkin iddia tələbinin təmin edilməsi üçün yetərli və mötəbər sübut növü ola bilməz. Belə ki, həmin qəbzlər Cavabdeh və Sənəm Kazımovanın adına tərtib edilmiş, qəbzlərdə dəqiq ünvanlar göstərilməmiş, qəbzlərin böyük əksəriyyətinin oxunması isə ümumiyyətlə mümkün deyildir. İddiaçı, fərdi yaşayış evinə köçürülənədək və köçürüldükdən sonra həmin evdə kommunal xidmət haqlarının kim tərəfindən ödənilməsinə, fərdi yaşayış evinə köçürüldükdən sonra Cavabdeh tərəfindən hansı kommunal xidmətlərdən və hansı qaydada istifadə edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, yalnız kommunal xidmətlərin ödənilməsi ilə bağlı qəbzlərin bir hissəsinin İddiaçı olması halını məhkəmə həmin qəbzlər üzrə ödənişlərin məhz İddiaçı tərəfindən aparılması qənaətinə gələ bilməz. Belə ki, həmin qəbzlərdən Cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməsi halı da sonuncunun kommunal xidmətlər üzrə ödənişlər etməsini təsdiq edir. Ona görə də məhkəmə ilkin iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. 27.2. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, bu tələblər üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə bankdan götürülmüş 6500 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsini tələb etsə də, bağlanmış kredit müqavilələrini, həmin kredit müqavilələri üzrə ödənişlərin aparılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, izahatında isə kreditin bir hissəsinin birgə nikah dövründə əldə olunan nəqliyyat vasitəsinin alınmasına, digər hissəsinin isə birgə nikah dövründə tikilmiş evin hasarının inşasına sərf edildiyini göstərmişdir. 27.3. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3483/2022 saylı qətnaməsi ilə “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 4900 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamə ilə “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2017-ci il tarixdə əldə etmələri, nikahlarının pozulmasına dair xx.xx.2019-cu il tarixli qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən satılması müəyyən edilmişdir. 27.4. Nəqliyyat vasitəsini birgə nikah dövründə kredit ilə aldığını, satdıqdan sonra isə həmin kreditin qalan hissəsini ödədiyini bildirən Cavabdeh krediti avtomobilin satılmasından sonra ödəməsi halını sübuta yetirə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh nikahın pozulmasına dair özünün tərtib etdiyi iddia ərizəsində İddiaçı ilə nikahlarının son bir ay ərzində formal xarakter daşımasını qeyd etmişdir, sonuncunun öz hesabından çıxarışdan isə Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödənişin 2019-cu ilin iyul ayında, yəni tərəflərin ailə nikah münasibətlərinin pozulmasından və avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən əvvəl aparılması təsdiq olunur. Bu hallar məhkəməyə kreditin birgə nikah dövründə alınması və qaytarılması qənaətinə gəlməyə əsas verir. Birgə nikah dövründə inşa olunmuş evin tikinti və təmirinə çəkilmiş xərcləri və eyni zamanda bu xərclərin çəkilməsinə sərf olunan, birgə nikah dövründə qaytarılan borcu da cavabdehdən tələb etməklə Cavabdeh əsassız varlanmaq niyyətindədir. Ona görə də məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının 6500 manat kredit borcunun bölünməsi tələbini əsassız hesab edib təmin etmir. 27.5. Məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə iddiaçının məişət əşyalarının bölünməsi tələbi ilə bağlı qeyd edir ki, bu tələblər üzrə iddiaçı əşyaların haradan, nə vaxt alınmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, iş üzrə keçirilən ekspertiza ilə həmin əşyaların uzun müddət istifadədə olduqları üçün fiziki və mənəvi köhnəlməyə məruz qalması, üzərində məlumat olmadığı üçün əşyaların istehsal ilini müəyyən etməyin mümkün olmaması müəyyən olunduğundan aparıldığı ünvan qeyd olunan, Cavabdeh dostu olması ehtimal edilən N.İsmayılov adına tərtib edilən yeganə qəbz bu əşyaların bölgüsünün aparılması üçün mötəbər sübut növü ola bilməz. Ona görə də məhkəmə qarşılıqlı iddia tələbini bu hissədə də əsassız hesab edib təmin etmir. 27.6. Məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə iddiaçının birgə nikah dövründə tikilimiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin ümumi bazar dəyərinin ½ hissədə bölgüsünün aparılması tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı həmin tikilinin özbaşına tikili olması, tikiliyə və tilikinin yerləşdiyi torpaq sahəsinə dair tərəflərə məxsus hər hansı bir sənədin olmaması müəyyən olunduğundan, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması, tikili üzərində sərəncam verə bilmək imkanın olması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, özgəninkiləşdirilməsi mümkün olmayan belə tikilinin dəyərinin bölünməsi tələbi də əsassızdır, ona görə bu tələb də təmin edilmir. 27.7. Məhkəmə həmin tikiliyə çəkilən xərcin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı bu tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitlərinə inşa edilməsi, Cavabdeh həmin tikiliyə köçürüldükdən sonra tərəflər arasında baş vermiş münaqişə nəticəsində sonuncunun törətdiyi cinayət əməlinə görə məhkum olunması, S.Ç. Kazımovun təkrar nikaha daxil olması, tərəflərin inşa etdikləri fərdi yaşayış evinə sərf olunan vəsaitin digərinə ödənilmək şərti ilə yaşayış sahəsini tərk etməsi barədə razılıqlarının olmaması, məhkəmə araşdırması zamanı həmin tikilinin tikinti-təmirinə təxminən 51 439 manat sərf olunması öz təsdiqini tapdığından qarşılıqlı iddia ərizəsi həmin tikiliyə sərf olunan vəsaitə ½ payının müəyyən edilməklə dəyərinin, yəni 25 719,50 manatın İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, ərarvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti ər-arvadın ümumi vəsaitinin daşınmaz əşyada maddiləşmiş formasıdır. Qarşılıqlı iddianın bu tələbi iqtisadi dəyər kəsb edən, əmlak kimi mövcud olan evin inşasına sərf olunan dəyərdən payın tələb olunmasına yönəlmişdir. Bu səbəbdən də Cavabdeh İddiaçı birgə nikah müddətində birgə vəsait hesabına inşa olunmuş yaşayış evinə çəkilmiş xərclərdən öz payını tələb etmək hüququ vardır və bu hüquq İddiaçı hazırda həmin evdə müvəqqəti yaşamaması, həmin tikili ilə bağlı Cavabdehla aralarında olan mübahisəni qarşılıqlı razılıq əsasında həll etməyə cəhd etməməsi ilə məhdudlaşdırıla bilməz, Cavabdeh isə qeyd olunan payın dəyərini İddiaçı aldıqdan sonra həmin evlə hər hası hüquqi bağlılığı qalmadığından bu evdə yaşaya bilməz.

28. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı, 71-ci və 129-cu, Mülki Məcəllənin 139.1-ci, 152.1ci, 157.2-ci, 180.1-ci, 180.2-ci, 180.3-cü, 222.1-ci, 225.1-ci, Ailə Məcəlləsinin 29.1-ci, 32ci, 36.1-ci, 36.3-cü, 37.1-ci, 37.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir.

29. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, tətbiq edilməli maddi hüquq normasını tətbiq etmədiyini, Cavabdeh evə köçürülməsi ilə bağlı qətnamənin mövcudluğunu nəzərə almadığını, ona pul ödəniləcəyi təqdirdə evdə yaşamq hüququnun qalıb-qalmadığı barədə qətnamədə qeyd aparmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

30. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, verilən izahatlar

31. İddiaçı məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

32. Apellyasiya baxşı zamanı tərəflərin arasında barışıq əldə olunması üçün məhkəmə kollegiyasının etdiyi təkliflər nəticə verməmiş, Cavabdeh, xeyrinə tutulmasına qərar verilmiş pul məbləğini İddiaçı verməsi şərtilə evin ona (Cavabdeh) qalması barədə təklifi isə İddiaçı vəkili tərəfindən evin dəyərinin yüksək olduğu və əgər 50 000 manat verilərsə İddiaçı evdən imtina edə biləcəyi əsas göstərilməklə qəbul olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

34. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.

35. Maddə 217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

36. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.

37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

38. Maddə 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

39. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir

40. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarı

41. “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

52. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

58. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin olunması hissələri üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən şikayət verməmiş, ilkin iddiaçı isə qətnaməni sözügedən hissədə mübahisələndirmişdir. Başqa sözlə, qarşılıqlı iddia tələblərinin qismən təmin olunmaması ilə bağlı hissələr apellyasiya baxışının predmeti deyildir.

59. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi). İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

60. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və həmin nəticə ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

61. Belə ki, ilkin iddiaçının iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün təqdim etdiyi qəbzlər Cavabdeh və Sənəm Kazımovanın adına tərtib edilmiş, qəbzlərdə dəqiq ünvanlar göstərilməmiş, qəbzlərin böyük əksəriyyətinin oxunması isə ümumiyyətlə mümkün olmamışdır.

62. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, İddiaçı, fərdi yaşayış evinə köçürülənədək və köçürüldükdən sonra evdə kommunal xidmət haqlarının kim tərəfindən ödənilməsinə, fərdi yaşayış evinə köçürüldükdən sonra Cavabdeh tərəfindən hansı kommunal xidmətlərdən və hansı qaydada istifadə edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, yalnız kommunal xidmətlərin ödənilməsi ilə bağlı qəbzlərin bir hissəsinin İddiaçı olması halı, həmin qəbzlər üzrə ödənişlərin məhz onun tərəfindən aparılması qənaətinə gəlmək üçün kifayət etmir. Digər tərəfdən, müxtəlif qəbzlərin həm də Cavabdeh tərəfindən təqdim edilməsi halı, sonuncunun da kommunal xidmətlər üzrə ödənişlər etməsini təsdiq edir.

63. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

64. Kollegiya, qarşılıqlı iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin yarısının xeyrinə tutulması” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir.

65. Belə ki, həmin tikilinin tərəflərin birgə nikahları dövründə birgə vəsaitləri hesabına inşa edilməsi, Cavabdeh həmin tikiliyə köçürüldükdən sonra tərəflər arasında baş vermiş münaqişə nəticəsində törətdiyi cinayət əməlinə görə məhkum olunması, tərəflər arasındakı münaqişəli vəziyyət səbəbindən Cavabdeh evdə yaşamasının qeyrimümkünlüyü, həmçinin onun təkrar nikaha daxil olması, fərdi yaşayış evinə sərf olunan vəsaiti birinin digərinə ödəməsi şərtilə vəsait alacaq tərəfin yaşayış sahəsini tərk etməsi barədə razılıqlarının olmaması işin müəyyən olunan hallarıdır.

66. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, Cavabdeh Şəmsyyə Kazımovadan birgə nikah müddətində birgə vəsait hesabına inşa olunmuş yaşayış evinə çəkilmiş xərclərdən öz payını tələb etmək hüququ vardır və bu hüquq İddiaçı hazırda həmin evdə müvəqqəti yaşamaması, həmin tikili ilə bağlı Cavabdehla aralarında olan mübahisəni qarşılıqlı razılıq əsasında həll etməyə cəhd etməməsi ilə məhdudlaşdırıla bilməz.

67. Nəzərə alınmalıdır ki, ər-arvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti onların ümumi vəsaitinin əşyada maddiləşmiş formasıdır və qarşılıqlı iddiaçının müvafiq tələbi iqtisadi dəyər kəsb edən, əmlak kimi mövcud olan evin inşasına sərf olunan dəyərdən payının ödənilməsinə yönəlmişdir.

68. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, Cavabdeh evə köçürülməsi barədə qüvvədə olan qətnamənin mövcudluğunu müəyyən etdiyi və məhz bu səbəblə qətnamənin əsaslandırıcı hissəsində “Cavabdeh qeyd olunan payın dəyərini İddiaçı aldıqdan sonra həmin evlə hər hansı hüquqi bağlılığı qalmadığından bu evdə yaşaya bilməz” qənaətini göstərdiyi halda, gələcəkdə qətnamənin icrasını asanlaşdırmaq məqsədilə icra qaydası və müddətini qətnamənin nəticə hissəsində göstərməməklə yanlışlığa yol vermişdir.

69. Belə ki, yuxarıda göstərildiyi kimi, Cavabdeh Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinə köçürülməsi barədə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2020-ci il tarixli qətnaməsi vardır və onun müvafiq pul vəsaitini İddiaçı alması, həmin qətnamənin icrasından imtina etməsini zəruri edir.

70. Bu kontekstdə kollegiya, işin müəyyən edilmiş hallarını və prosessual hüquq normasının tələblərini nəzərə alıb hesab edir ki, qətnamə dəyişdirilməli, İddiaçı 25 719,50 manatın Cavabdeh xeyrinə tutulmasının icra qaydası və müddəti müəyyən edilməli, hazırkı qətnamə üzrə veriləcək icra sənədi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasından imtina etməsi barədə icra məmuruna edəcəyi müraciət əsasında müvafiq icra sənədinin icraatına xitam olunması haqqında qərarın qüvvəyə minməsindən sonra icra edilməlidir.

71. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-263/2023 saylı iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi “İddiaçı 25 719,50 manatın Cavabdeh xeyrinə tutulması” hissəsində dəyişdirilsin. İddiaçı 25 719,50 manatın Cavabdeh xeyrinə tutulmasının icra qaydası və müddəti müəyyən edilsin. Hazırkı qətnamə üzrə veriləcək icra sənədi, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasından imtina etməsi barədə icra məmuruna edəcəyi müraciət əsasında müvafiq icra sənədinin icraatına xitam olunması haqqında qərarın qüvvəyə minməsindən sonra icra edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən (qətnamənin qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticə hissəsindən), rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar