Məhkəmə qərarları › İş №2(103)-163/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-163/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-163/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X19 adından onun qanuni nümayəndəsi (atası) İddiaçı tərəfindən Cavabdehnə (bundan sonra – MMC) qarşı irəli sürülmüş “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair 2(005)-753/2019 №-li mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2019-cu il tarixli qətnamədən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı X2 cavabdeh X22 və (Əli Bayramovun qanuni nümayəndəsi (anası)) X15 qarşı irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair 2(007)-483/2021 №-li iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2021-ci il tarixli qətnamədən Şöylə Bayramovanın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci iş barədə məlumat: Azyaşlı (2008-ci il təvəllüdlü) Əli Bayramovun adından onun qanuni nümayəndəsi (atası) İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmuş və ünvan 1 ünvanında yerləşən mağazanın MMC uçurulması ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000.000 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai prospekti, Tələt Şıxəliyev küçəsi və Qarabağ küçəsinin kəsişməsində yerləşən, qapısı Xətai prospektinə açılan mübahisəli daşınmaz əmlak uzun müddətdir ki, iddiaçıgilə məxsusdur. Həmin daşınmaz əmlak əvvəllər yaşayış sahəsi olmuş, lakin 20 ilə yaxındır ki, qeyri-yaşayış sahəsinə çevirilmiş və MMC tərəfindən sökülənədək mağaza kimi fəaliyyət göstərmişdir. Mağaza sahibkarlıq obyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və İddiaçı uzun illərdir ki, dövlət büdcəsinə vergilər və digər məcburi sosial ödənişlər etmişdir. İş üzrə cavabdeh olan MMC, İddiaçı ilə razılaşmadan, onunla hər hansı bir müqavilə bağlamadan 22.11.2018 tarixdə, gecə vaxtı mağazanı uçurtmuşdur. Bununla da, iddiaçıya maddi zərər vurmuşdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1 kv.metrin orta qiyməti təxminən 8.000 manat təşkil edir. Ona görə də müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya 2.000.000 manat məbləğində maddi zərər vurulmuşdur. Bu zərərin əvəzi MMC tərəfindən ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir. İddiaçı tərəf bu zərəri 500.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, MMC bu zərərin əvəzini də ödəməlidir. Cavabdeh MMC-nin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, verilmiş iddia ərizəsi qeyd olunanlara görə əsassız hesab olunmalı və təmin olunmamalıdır. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, MMC-nin əməkdaşları heç bir razılaşma və müqavilə olmadan 22.11.2018-ci il tarixdə, gecə vaxtı iddiaçının mağazanı uçurmuşlar və iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, baş vermiş hadisədə ilə MMC-nin heç bir əlaqəsi yoxdur. MMC, həmin ərazidə onunla Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında bağlanmış 30.10.2016-cı il tarixli müqavilə əsasında ərazinin abadlaşdırılması ilə bağlı tikinti işləri aparır və tikilini sökməmişdir. Qeyd edilən müqavilə üzrə işlərin görülməsi ilə bağlı (sifarişçi) MMC ilə (icraçı) fərdi sahibkar X39 (VÖEN: **********) arasında 15.11.2018-ci il tarixdə “yük daşıma ilə bağlı” müqavilə bağlanmışdır. Müqavilənin 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur: “İcraçı” onun tərəfindən qəbul edilmiş 1.1-ci bəndində görüləcək işlər (daşınma xidməti) üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana, ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə görə cavabdehlik və məsuliyyət daşıyır”. Müqavilədən daşınma xidmətini yerinə yetirən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azad Əsgərovun üçüncü şəxslər qarşısında cavabdehlik daşıması tam aydın ifadə olunur və sözü gedən məsələdə MMC-nin məsuliyyətini istisna edir. İddia ərizəsində qeyd edilən hadisənin həmin müqavilənin bağlanmasından sonra, yəni 22.11.2018-ci il tarixdə baş verməsi nəzərə alındıqda müəyyən edilir ki, MMC-ya qarşı yönəlmiş iddia əsassızdır. Bundan başqa iddia ərizəsində qeyd olunur ki, həmin ərazidə yerləşən qeyriyaşayış sahələrinin 1 kv.metrinin orta qiyməti 8.000 manat təşkil edir. Nəzərə alınsa ki, sökülmüş obyekt qeyri-yaşayış sahəsi kimi deyil, yaşayış sahəsi kimi reyestrdə qeydə alınmışdır, onda müəyyən edilir ki, ödənilməsi tələb edilən məbləğ real deyil. İşə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.08.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli tikilinin uçurulması ilə bağlı dəymiş maddi ziyana görə 561.200 manat və mənəvi ziyana görə 5.000 manat, cəmi 566.200 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 manat məbləğində pulun MMC-dən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, 300 manatın isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini qət etmişdir. İddiaçı tərəf həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən qeyri-yaşayış sahəsinin real bazar dəyəri, söküntü nəticəsində hal-hazıra kimi itirilmiş gəlirlər, tikili altında olan torpaq sahəsinin dəyəri, çətinliyə görə kompensasiya nəzərə alınmamış, mənəvi kompensasiya olduqca az hesablanmış, nəticədə iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. İşə apellyasiya qaydasında baxılan zaman azyaşlı iddiaçı Əli Bayramovun qanuni nümayəndəsi (atası) İddiaçı 02.07.2020-ci il tarixdə vəfat etmişdir. Bunu nəzərə almış Məhkəmə azyaşlı Əli Bayramovun anası X16 onun qanuni nümayəndəsi kimi işin baxılmasına cəlb etmişdir. İkinci iş barədə məlumat: İddiaçı Şöylə Bayramova cavabdeh Əli Bayramova və onun qanuni nümayəndəsi (anası) Şəhla Bayramovaya qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək onun adından etibarnamə əsasında çıxış edən qardaşı (mərhum) Tahir Bayram ilə sonuncunun övladı (birinci iş üzrə iddiaçı) Əli Bayramov arasında Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzilin bağışlanmasına dair 08.08.2014-cü il tarixdə bağlanmış və Bakı Şəhəri 15 saylı Notariat Kontoru tərəfindən 4Ə-575 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Əli Bayramovun adına verilmiş 23.08.2014-cü il tarixli, RX seriyalı, ******* №-li və 21.01.2017-ci il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışların” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şöylə Bayramova iddia tələbini onunla əsaslandırmışdır ki, (birinci iş üzrə iddiaçı) Əli Bayramovun atası (mərhum) İddiaçı onun qardaşıdır. 20.05.1999-cu il tarixdə İddiaçı özünün xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mağazasını etibarnamə üzrə nümayəndəsi X7 vasitəsi ilə 50.000 ABŞ dollarına faktiki olaraq ona satmış, 9 saylı Dövlət Notariat Kontorunda həmin alğı-satqı 2M-245 nömrəli reyestrlə bağışlanma müqaviləsi kimi qeydə alınmışdır. Bundan sonra o, həmin daşınmaz əmlakın xüsusi mülkiyyətində olmasına dair 29.06.1999-cu il tarixdə ÖM seriyalı, 006938 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Obyekt mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan obyekti həmişə İddiaçı icarəyə verərək işlətmiş, icarə haqqından həm özü xeyir götürmüş, həm də ona xeyir vermişdir. O, 2004-cü ildə həmin mağazanın ətrafını da inşa edərək genişləndirmiş və obyektin ümumi sahəsini faktiki olaraq 232 kv.metrə çatdırmışdır. Onun mülkiyyətində olan həmin kommersiya obyekti 2018-ci ilin axırına kimi fəaliyyət göstərmiş, əsasən də həmin obyektdə divar kağızı və digər müxtəlif növ tikinti materialları satılmışdır. Lakin ona məxsus olan həmin kommersiya obyektinin faktiki ölçüsünə görə hüquqi sənədləri olmadığından obyektin onun adına mülkiyyət sənədlərini düzəltdirmək üçün o, İddiaçı obyektin mülkiyyət sənədlərini düzəltdirmək məqsədi ilə 02.04.2012-ci il tarixdə 15 saylı Dövlət Notariat Kontorunda etibarnamə vermişdir. Ancaq bundan sonra İddiaçı ona dəfələrlə bildirmişdir ki, obyektin tikinti aparılmasına dair müvafiq icazə sənədləri olmadığına görə hələlik mülkiyyət sənədlərini almaq mümkün deyil. 22.11.2018ci il tarixdə onun xüsusi mülkiyyətində olan həmin obyekt Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüş və yerində hündür mərtəbəli bina inşa edilmişdir. İddiaçı bundan sonra ona bildirmişdir ki, onun verdiyi etibarnamə əsasında həmin obyektin kompensasiya pulunu alıb ona verəcəkdir. O da inandığından bu işi də İddiaçı tapşırmışdır. İddiaçı 01.07.2020-ci il tarixdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında “Covid19” virusundan öldükdən sonra, 22.07.2020-ci il tarixdə onun arvadı- iş üzrə cavabdeh və cavabdeh Əli Bayramovun qanuni nümayəndəsi X23 bu barədə ona bildirdikdən sonra məlum olmuşdur ki, İddiaçı həmin etibarnaməni əsas tutaraq onun xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 232 kv.metr ölçüdə kommersiya obyektini 08.08.2014-cü il tarixdə xəlvəti olaraq, ona heç bir məlumat vermədən özünün və arvadı Şəhla Bayramovanın iştirakı ilə 15 saylı Notariat Kontorunda onun adından daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib etdirərək həmin obyekti azyaşlı oğlu Əli Bayramova qanunsuz və əsassız olaraq bağışlamış, həmin müqaviləyə əsasən isə Əli Bayramovun adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 23.08.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və 21.01.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Çıxarışlar” verilmişdir. Göründüyü kimi, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Özü cavabdeh olmaqla digər cavabdeh Əli Bayramov qanuni nümayəndəsi olan Şəhla Bayramovanın iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Şöylə Bayramova iddia ərizəsində qardaşı İddiaçı 20.05.1999-cu il tarixdə ünvan 3 ünvanında yerləşən mağazanı 50.000 ABŞ dollarına satmasını göstərsə də, bunun təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Şöylə Bayramova bildirir ki, həmin alğı-satqı müqaviləsi bağışlama müqaviləsi kimi qeydə alınmışdır. Alğı-satqı bağışlama müqavilələrinin mahiyyət etibarilə fərqli anlayışlar olması, alğı-satqı hərəkətinin bağışlama müqaviləsi kimi qeydə alınmasının nəzəri və praktiki cəhətdən mümkün olmadığı hər kəsə məlumdur. Bu da o deməkdir ki, Şöylə Bayramova iddia ərizəsində yalan məlumatlar qeyd etməklə, məhkəməni yanıltmağa çalışmışdır. Şöylə Bayramova iddia ərizəsində guya barəsində mübahisə etdiyi obyektin mülkiyyət hüququ əsasında ona məxsus olduğunu göstərsə də, hazırda irəli sürdüyü iddianın mahiyyəti ilə özü öz fikirlərini təkzib etmişdir. Çünki həmin obyekt 2014-cü ildən etibarən özgəninkiləşdirilmiş və həmin vaxtdan iddiaçının mülkiyyətindən çıxmışdır. Şöylə Bayramova bildirir ki, mübahisəli obyektin icarə haqqından İddiaçı özü xeyir götürmüş, həm də ona xeyir vermişdir. Əslində isə bu belə olmamışdır. Həmin obyekt əvvəldən İddiaçı məxsus olmuş və bir müddət formal olaraq Şöylə Bayramovanın adına rəsmiləşdirilmişdir. Obyektin İddiaçı məxsus olması elə X30 Bayramova verdiyi 02.04.2012-ci il tarixli etibarnamə ilə də təsdiq edilir. Belə ki, etibarnamə ilə obyektin idarə edilməsi deyil, obyektin özgəninkiləşdirilməsi, hətta əvəzsiz olaraq özgəninkiləşdirilməsi, yəni bağışlanması səlahiyyəti İddiaçı verilmişdir. Bu bir daha onu göstərir k, Şöylə Bayramovanın iddiası əsassızıdır. İşə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Şöylə Bayramova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, qətnamə qeyri-obyektiv olmaqla, Rayon Məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhv buraxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun deyildir, maddi və hüquq normalarının tələbləri pozulmuşdur. İşlərin bir icraatda birləşdirilməsi ilə bağlı məlumat: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, icraatında bir-biri ilə əlaqəli bu işlərin olduğunu müəyyən etməklə, həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab etdiyindən onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirmişdir. İşin baxılması ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh olan azyaşlı Əli Bayramovun qanuni nümayəndəsi (eyni zamanda özü ikinci iş üzrə cavabdeh olan) Şəhla Bayramova və onun vəkili (nümayəndəsi) X24 apellyasiya baxışı iclasında iştirak edərək, ikinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və birinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər. İkinci iş üzrə iddiaçı, birinci iş üzrə üçüncü şəxs olan Şöylə Bayramova və onun vəkilləri (nümayəndələri) X34 və X25 apellyasiya baxışında iştirak edərək, birinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və ikinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər. Birinci iş üzrə cavabdeh olan MMC-nin vəkili (nümayəndəsi) X10 apellyasiya baxışı iclasında iştirak edərək ikinci iş üzrə verilmiş apellyasiya şikayətinin həllini Məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və birinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. İş üzrə üçüncü şəxslər olan X39, 15 saylı Notariat Kontorunun nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki iş üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə ilk növbədə ikinci iş üzrə Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli qətnaməsinin əsaslılığını yoxlayaraq qeyd edir ki, 20.05.1999-cu il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, X20 tərəfindən verilmiş baş etibarnamə əsasında hərəkət edən X17 Bakı şəhəri Xətai prospekti 29, 190 nömrəli mənzili (İddiaçı bacısı) X3 bağışlamışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı, 006938 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ev xüsusi mülkiyyət hüququ üzrə X2 adına 29.06.1999-cu il tarixdə qeydiyyata alınmışdır. 02.04.2012-ci il tarixli ƏN-İ seriyalı, 156003 nömrəli “Etibarnamədən” görünür ki, X8 ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzilə dair sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi İddiaçı 50 il müddətinə etibar etmişdir. 08.08.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, İddiaçı X8 tərəfindən verilmiş etibarnamə əsasında hərəkət edərək sonuncuya məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzili X22 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriya, ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzil X19 adına 21.01.2017-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İİ seriyalı, 093126 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, İddiaçı 02.07.2020-ci il tarixdə ölmüşdür. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X31 öz ifadəsində bildirmişdir ki, Bayramova Şöylə bibisidir İddiaçı atasıdır. Atası əmlakı bağışlayarkən onun məlumatı olmayıb. Yalnız vərəsəlik sənədlərini araşdırarkən məlumatları olmuşdur. Yas mərasimi bibisigildə olmuşdur. Bibisi həmin obyekti icarəyə vermişdi, oradan pul alırdı. Həmin qeyri yaşayış sahəsi atasına məxsus olmamışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, dayısı Tahir ilə Şəhla evlənənə qədər bir yerdə yaşamışlar bir il sonrada o, ailə qurmuşdur. Xızı Rayon Məhkəməsinin qərarı ilə övladlığa götürülmüşdür. 1992-ci il tarixdən də MKTB-də qeydiyyatda olmuşdur. Tahir onun atasıdır rəsmi olaraq, Şəhla xanım qeydiyyatda olaraq xalasıdır, amma rəsmi olaraq bibisidir. Onlar hamısı bir məhəllədə yaşamışlar, mənzilləri ayrı olub sadəcə. Onlar məhəllədə qonşu olmuşlar düz qabaq qabağa yaşamışlar. 24 “A” saylı ev onların olub, 29 saylı isə bunların. Babadan qalan əmlak olub. X32 məxsus olub. Mübahisəli qeyri yaşayış sahəsi İddiaçı öz əmlakı babadan qalan evi 24 olub orada qeydiyyatda olub. 2014-cü ildə Tahir müəllim əmlakı bağışlayarkən xəbəri olmayıb. O, özünü biləndən bilirdi ki, mübahisəli obyekt Şöylə xanımındır. Mübahisəli obyektin İddiaçı adına olması barədə məlumatı olmayıb. Yas mərasimi Şəhla xanımgildə keçirilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X26 öz ifadəsində bildirmişdir ki, Şəhla xanım atasının yoldaşı olub. Mübahisəni atası öləndən sora eşitmişdir. Obyekt bibisi Bayramova Şölənin olub. Atası deyirdi ki, obyekt Şöylənindir. Obyekt “Şərq Bazarının” yanında yerləşirdi. Bildiyinə görə icarə pulunu atası götürürdü. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, İddiaçınən 1999-cu ildən 2007-ci ilə qədər münasibətləri olub. Əhmədlidə 3 otaqlı ev alıb orada yaşamışlar. Lakin övladları olmadığında ayrılmışlar. Mübahisəli obyekti bildiyi vaxtdan Şöylə xanımın olub, icarədə olub. Tahirin işlətdiyini bilirdi amma harada işlədiyini bilmirdi. Obyektin ona məxsus olduğunu söhbətlərdən bilirdi. Obyektin kirayə haqqının nə qədər olduğunu bilmirdi. Kirayə haqqını Tahir də, Şöylə də götürürdü. Obyektin Şöylə xanıma məxsus olmasını bilirdi. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X27 öz ifadəsində bildirmişdir ki, Bayramova Şəhla bacısıdır, mübahisəli obyekt bildiyi qədər icarədə olub və kimin olması barədə belə məlumatı olub ki, bacısına elçi gələndə Şöylə xanım da yanında idi, atası Tahirdən soruşdu ki, nə ilə məşğulsan demişdir ki, obyekti var kirayəyə verib. Sonra bacısı ilə ailə qurmuşlar. Həmişə bilmişdir ki, obyekt Tahirin olub. Onlar obyektin gəliri barədə heç vaxt söhbət etməmişlər. Tahirin başqa yerdən gəliri barədə məlumatı olmayıb. Tahirin başqa övladların olub-olmaması barədə Şəhla ilə ailə qurandan sonra bilmişdir ki, oğlu var, adı Muraddır. Obyektin bağışlandığını 2014-cü ildə bilmirdi, lakin sonradan bilmişdir ki, obyekt Əliyə bağışlanıb. Obyekti həmişə Tahir idarə etmişdir. Şöylə xanıma aid olması barədə heç vaxt məlumatı olmayıb. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X28 öz ifadəsində bildirmişdir ki, Şəhla xanımın anasıdır. Obyektlə bağlı məlumat belədir ki, o kürəkəninin olub, sonradan isə Tahirin məhkumluq işi olduğuna görə onu bacısı Şöylənin adına keçirdib. Bunları hamısını Tahirin özü danışıb. Sonrada Tahir həbsxanadan çıxandan sonra obyekti bacısından geri qaytarmağını istəyib, Şöylədə qaytarıb Tahirdə öz adına istəmədiyini, Əlinin adına istədiyini bildirmişdir. Şöylə isə demişdir ki, o, Tahirin adına keçirsin, Tahir isə sonra nə istəsən edər. Şirkət gəlib, obyekti sökmüş, ev tikmişdir. Tahirə pul az verildiyindən şirkəti məhkəməyə vermişdir. İş həll olunan zaman Tahir rəhmətə getdi. Tahirin qazancından xəbəri yox idi, yalnız mağazadan gələn gəliri idi. Tahir onlara elçiliyə gələndə məlum oldu ki, evi var və qazanc yeri mağazadır. Təxmini bilirdi ki, 1.000 manatdan çox olurdu gəliri. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, Tahir onun qardaşı olub, Şöylə isə bacısıdır. Mübahisəli obyekt bacısınındır, lakin onun Tahirin oğluna bağışlanması barədə yas mərasimində məlum oldu. Obyekt qardaşının adına olmayıb, həmişə Şölənin adına olub. Tahirin 10 dənə obyekti, 10 dənə də evi var. Mübahisəli obyektin pulunu Şöylədə götürürdü, Tahir də götürürdü. Göstərilənlərə əsasən Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzil İddiaçı məxsus olmuşdur. İddiaçı tərəfindən verilmiş baş etibarnamə əsasında hərəkət edən Vaqif Məmmədov 20.05.1999-cu il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili Şöylə Bayramovaya bağışlamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, 2 saylı mənzil Şöylə Bayramovanın adına 29.06.1999-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra X42 prospekti ev 29, 2 saylı kirayəyə vermişdir. ƏN-İ seriyalı, 156003 nömrəli 02.04.2012-ci tarixli etibarnamə ilə, Şöylə Bayramova ona məxsus olan və Xətai prospekti ev 29, 2 saylı mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi 50 il müddətinə İddiaçı etibar etmişdir. Həmin etibarnamə əsasında İddiaçı 08.08.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə, mübahisəli mənzili öz övladı Əli Bayramova bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən mənzil Əli Bayramovun adına 21.01.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşin bu halları apellyasiya icraatı zamanı da öz təsdiqini tapmışdır. X11 adından etibarnamə əsasında çıxış edən qardaşı Tahir Bayram ilə sonuncunun övladı Əli Bayramov arasında bağlanmış 08.08.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, mübahisəli mənzil İddiaçı məxsus olmuşdur. İddiaçı həbs olunduqdan sonra, onun tərəfindən verilmiş baş etibarnamə əsasında hərəkət edən X17 20.05.1999-cu il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili Şöylə Bayramovaya bağışlamışdır. İddiaçı həbsdən çıxdıqdan sonra Şöylə Bayramova mübahisəli mənzil barəsində İddiaçı etibarnamə vermişdir. Göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı həbsdə olduğu müddətdə Şöylə Bayramovaya bağışlamış, həbsdən çıxdıqdan sonra hazırki iddiaçıdan mənzilin geri qaytarılmasını tələb etmiş, Şöylə Bayramova bağışlama yolu ilə İddiaçı onun xüsusi mülkiyyətinə keçmiş mənzil barəsində sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi İddiaçı etibar etmişdir. Həmin etibarnamə əsasında İddiaçı 08.08.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mənzili öz övladı Əli Bayramova bağışlamışdır. İddiaçı 02.07.2020-ci il tarixdə ölmüşdür. Şöylə Bayramova aradan xeyli müddət keçməsinə baxmayaraq bununla bağlı mübahisə etməmiş, yalnız İddiaçı vəfat etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Belə olan halda, Şöylə Bayramovanın verdiyi etibarnamə əsasında hərəkət edən İddiaçı həmin etibarnəmə əsasında özü barəsində əqd bağlamamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). İddiaçı ilə Əli Bayramov arasında bağışlama müqaviləsi bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 08.08.2014-cü il tarixli bağışlama müqaviləsini imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi Şöylə Bayramovanın “onun adından etibarnamə əsasında çıxış edən qardaşı Tahir Bayram ilə sonuncunun övladı Əli Bayramov arasında bağlanmış 08.08.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçı Şöylə Bayramovanın “mübahisəli daşınmaz əmlaka dair Əli Bayramovun adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə” tələblə bağlı qeyd edir ki, Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin mübahisəli daşınmaz əmlaka dair Əli Bayramovun adına “Reyestrdən çıxarışın” verilməsinə əsas yuxarıda qeyd edilən “Bağışlama müqaviləsi” olmuşdur. Həmin müqavilə Məhkəmə tərəfindən etibarlı hesab edildiyindən Məhkəmə hesab edir ki, Şöylə Bayramovanın “Reyestrdən verilmiş çıxarışın ləğv edilməsi barədə” tələbi də əsaslı hesab edilə bilməz. İşə baxmış Rayon Məhkəməsi bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən hesab edilməlidir ki, Şöylə Bayramovanın apellyasiya şikayəti əsassızdır. Nizami Rayon Məhkəməsinin 2(007)-483/2021 №-li iş üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qətnamə qanuni və əsaslıdır. Məhkəmə birinci iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslılığını yoxlayaraq qeyd etməyi vacib bilir ki, həmin qətnamə ilə iddia qismən təmin edilsə də, cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda birmənalı olaraq qəbul edilməlidir ki, iddiaçı Əli Bayramova məxsus olmuş daşınmaz əmlak MMC tərəfindən sökülmüşdür. Məhkəmə daha sonra qeyd edir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarının surətindən görünür ki, müvafiq qərar ilə 5 il müddətinə müvafiq Rayon İcra Hakimiyyətlərinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 24.10.2016-cı il tarixli, 350 nömrəli sərəncamından görünür ki, Cavabdeh MMC 20.06.2016-cı il tarixli, 26 nömrəli məktubla RİH-nə müraciət edərək, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərti ilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə Rayon İcra Hakimiyyəti mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Nərimanov RİH başçısı yuxarıda qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2016-cı il tarixli, 02/05-1523 nömrəli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında müvafiq sərəncamı imzalamışdır. Nərimanov RİH ilə MMC arasında bağlanmış 30.10.2016-cı il tarixli müqavilədən görünür ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli qərarına əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və ətraf mühitə hormoniyasını itirmiş binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binada yaşayan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində sözügedən qərarın icrasının təmin edilməsi məqsədi ilə qeyd edilən müqavilə imzalanmışdır. MMC tərəfindən Nərimanov rayonu Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyriyaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsi təmin edilməlidir. Nərimanov RİH-nin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 2016-cı il tarixli “Ayrıc aktından” görünür ki, RİH başçısının 24.10.2016-cı il tarixli, 350 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekt və küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir. Nərimanov RİH başçısının 18.01.2017-ci il tarixli, 37 nömrəli “Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” sərəncamından görünür ki, Tələt Şıxəliyev 6, Qarabağ 30, 32, 34 və Xətai prospekti 29, 31, 33 nömrəli ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli, 21.01.2017-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 2 nömrəli ümumi sahəsi 34,9 kv.metr olan mənzili xüsusi mülkiyyət hüququ əsasında X22 məxsusdur. Daşınmaz Əmlakın dövlət reyestrində 2182 nömrəli reyestr kitabının 202209 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən tərtib edilmiş 18.02.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X37, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən ərazidə olan binaların fiziki və mənəvi cəhətdən köhnələrək, istismar müddətini başa çatdırmış, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etməyərək, şəhərin görünüşünə uyğun olmayaraq məhdud işlək vəziyyətdə olması qeydə alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli, 2(005)- 3630/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X12 və X1 Cavabdeh MMC qarşı (üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, əlavə tikiliyə və evin altında yerləşən torpaq sahəsinə qanunsuz müdaxilələrin qadağan olunması və ədalətli kompensasiyanın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2017-ci il tarixli, 2(103)- 9573/2017 nömrəli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, iddiaçı X19 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən 2 nömrəli mənzilə, X12 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən 44 nömrəli mənzilə, X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 44 və 45 nömrəli mənzillərə dair müqavilələr bağlanmadan qanunsuz müdaxilələrin edilməsi Cavabdeh MMC-yə qadağan olunması qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair 14.12.2017-ci il tarixli hesabat cədvəlindən görünür ki, X22 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29/2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.043.320 manat təşkil edir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 23.10.2018-ci il tarixli, 25 nömrəli bildirişin məzmunundan görünür ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə Rayon İcra Hakimiyyəti mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış ve qeyri-yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Nərimanov RİH başçısı yuxarıda qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.10.2016-cı il tarixli, 02/05-1523 nömrəli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında 24.10.2016-cı il tarixli, 350 nömrəli sərəncam imzalamışdır. Nərimanov RİH başçısının həmin sərəncamına əsasən Xətai prospekti, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində olan 2,99 ha torpaq sahəsi MMC-nin daimi istifadəsinə verilərək ayrılmış torpaq sahəsinə istifadə hüququ verilmişdir. Həmçinin bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən 18.02.2017-cİ il tarixli aktında da həmin ərazidə olan binaların fiziki və mənəvi cəhətdən köhnələrək, istismar müddətini başa çatdırmış, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etməyərək, şəhərin görünüşünə uyğun olmayaraq məhdud işlək vəziyyətdə olması qeydə alınmışdır. Hal-hazırda MMC ərazidəki sakinlər və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlamış, üzərinə düşən öhdəliyi lazımınca icra edərək ona ayrılmış həmin ərazidə tikinti işlərini aparır. Həmin ərazidə aparılan qazıntı işləri ilə əlaqədar və yuxarıda göstərilən Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin müvafiq aktında qeyd edildiyi kimi binaların qəzalı vəziyyətdə olması, istismar müddətini bitməsi onun və ətrafdakı insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Bunu nəzərə alaraq bildiriş göndərildiyi 10 gün müddətində Tələt Şıxəliyev 14 ünvanında yerləşən ofisə gəlməyi və qanunun tələblərinə uyğun olaraq bütün digər mülkiyyətçilər kimi müqavilə bağlamağı xahiş edilmişdir. Gəlmədiyi təqdirdə üzərilərinə düşən öhdəliyi icra edə bilmədikləri üçün onun tərəfindən “Pilot” layihənin qəsdən və süni şəkildə yubadılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edəcəkləri bildirilmişdir. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış 23.10.2018-ci il tarixli məktubdan görünür ki, o, onun tərəfindən Bakı şəhərində, o cümlədən onun mülkiyyətində və istifadəsində olan mağazaların yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işlərini bəyənir. Xətai prospekti, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən, giriş qapısı Xətai prospektinə açılan mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahələri uzun müddətdir ki, onun istifadəsində və sahibliyindədir. Həmin qeyri-yaşayış sahələri 1990-cı ilin axırlarından mağaza kimi fəaliyyət göstərmişdir. Mağazalar Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsərrüfat subyekti kimi qeydiyyata alınmış, mağaza kimi kodlaşdırıİmışdır. Kommersiya təsərrüfat subyekti kimi uzun illərdir ki, dövlət büdcəsinə vergilər və digər məcburi ödənişlər edirlər. Qeyd olunan mağazalar onların qanuni sahibliyində və istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, həm də Avropa Məhkəməsinin president hüququ baxımdan "xxxx" malik hüquqdur. MMC-nin nümayəndəsi də məhkəmə araşdırması zamanı həmin tikililərin mağaza olmasını təsdiqləmişdir. Nazirlər Kabinetinin 25.02.2016-ci il tarixli, 86 nömrəli Qərarının 1.2-ci bəndində göstərilir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çox mənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını nəzərdə tutur. Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Konvensiyasında” da təsbit olunduğu kimi, tikintinin qanunsuz olması onun sökülməsinə və kompensasiya ödənilməməsinə əsas verə bilməz. Belə ki, əgər vətəndaş həmin ərazidə uzun müddətdir yaşayırsa, həmin obyektə ailə bağları varsa, bu amil nəzərə alınmalıdır və vətəndaşa kompensasiya ödənilməlidir. Bu baxımdan hətta adi vaqonda məskunlaşma üçün belə kompensasiya hesablanılmalıdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)9573/2017 nömrəli iş üzrə qəbul etdiyi 03.10.2017-ci il tarixli qətnaməsi ilə qeyd olunan mənzillərin uzun illərdir ki, mağaza kimi istifadə olunması müəyyən olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar digər sübutlarla təsdiq edilmir. Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi də müqavilə bağlanılmadan mülkiyyətə hər hansı müdaxilənin edilməsinin qanunu zidd olmasını təsdiq etmişdir. ünvan 8 ünvanında yerləşən 2 və 44 nömrəli mənzillərə dair müqavilələr bağlanılmadan qanunsuz müdaxilənin edilməsi MMC-yə qadağan edilmişdir. Müqavilə mülki hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı iki və daha çox şəxsin müqavilənin mühüm şərtləri ilə bağlı qarşılıqlı razılaşmasıdır. MMC tərəfindən onlara hər hansı müqavilə şərtləri ilə bağlı təklif verilməmişdir. Bu baxımdan mülkiyyətçi olaraq onların müqavilə şərtlərinin verilməsini gözlədiklərini bildirmişdir. (Sifarişçi) Cavabdeh MMC ilə (İcraçı) X39 arasında bağlanmış 15.11.2018-ci il tarixli "xxxx" görünür ki, sifarişçi MMC, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, “Pilot” layihə çərçivəsində ünvan 9 ünvanlarında yeni tikiləcək hündürmərtəbəli binanın tikintisi üçün daşıma (kərpic, daş, qum) xidmətinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yuxarıda göstərilən ünvanlarda daşınma xidmətini göstərməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 2 nömrəli mənzilin bazar dəyəri barədə 06.05.2019-cu il tarixli, MB seriyalı, 12/479 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 34,9 kv.metr ümumi sahədən ibarət olan 2 nömrəli mənzilinin 2018-ci il tarixə hesablanmış bazar dəyəri 117.900 manat təşkil edir. "xxxx" MMC-nin 15.05.2019-cu il tarixli, MB seriyalı, 12/530 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 231,85 kv.metr ümumi sahədən ibarət olan (eskiz plana əsasən 172,44 kv.metr) qeyri-yaşayış sahəsinin 2018-ci il tarixə hesablanmış bazar dəyəri 561.200 manat təşkil edir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” 19.08.2019-cu il tarixli, 08 nömrəli hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 nömrəli evin ümumi sahəsi 34,9 kv.metr olan 2 nömrəli mənzilinin 2018-ci ilə bazar qiyməti 110.000 manat ilə 115.000 (bir yüz on beş min) manat arası dəyişir; Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 172,44 kv.metr olan qeyri-yaşayış sahəsinin 2018-ci ilə bazar qiyməti 545.000 manat ilə 550.000 manat arası dəyişir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarı ilə 5 il müddətinə Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Bakı Şəhəri Nərimanov RİH başçısının 24.10.2016-cı il tarixli, 350 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri Cavabdeh MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Nərimanov RİH ilə Cavabdeh MMC arasında bağlanmış 30.10.2016-cı il tarixli müqavilə ilə MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsinin təmin edilməsi razılaşdırılmışdır. Nərimanov RİH-nin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 2016-cı il tarixli ayrıc aktı ilə RİH başçısının 24.10.2016-cı il tarixli, 350 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekt və küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir. Eyni zamanda müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 2 nömrəli ümumi sahəsi 34,9 kv.metr olan mənzili xüsusi mülkiyyət hüququ əsasında azyaşlı X22 məxsusdur. Nərimanov Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli, 2(005)-3630/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı, X12 və X1 Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, əlavə tikiliyə və evin altında yerləşən torpaq sahəsinə qanunsuz müdaxilələrin qadağan olunması və ədalətli kompensasiyanın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2017-ci il tarixli, 2(103)-9573/2017 nömrəli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçı Əli Bayramovun mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən 2 nömrəli mənzilə, Əfəndi Yusifovun mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən 44 nömrəli mənzilə, Sevinc Abdullayevanın mülkiyyətində olan və ünvan 5 ünvanında yerləşən 44 və 45 nömrəli mənzillərə dair müqavilələr bağlanmadan qanunsuz müdaxilələrin edilməsi Cavabdeh MMC-yə qadağan olunması qət edilmişdir. İş materiallarından görünür ki, X22 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29/2 ünvanında yerləşən mənzil, qeyri-yaşayış sahəsi kimi istifadə edilməklə sahəsi artırılaraq (eskiz planına uyğun) 172,44 kv. metr təşkil etmişdir. Həmin daşınmaz əmlak Cavabdeh MMC tərəfindən sökülmüşdür. Hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya məxsus daşınmaz əmlakın məhv edilməsi və iddiaçıya maddi zərər dəyməsi arasında səbəbli əlaqə var. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə görə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məcəllənin 152.6-cı maddəsinə görə, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560-cı maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.). Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında görə, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşə baxmış Rayon Məhkəməsi "xxxx" MMC-nin 06.05.2019-cu il tarixli, MB seriyalı, 12/479 nömrəli qiymətləndirmə hesabatını, 15.05.2019-cu il tarixli, MB seriyalı, 12/530 nömrəli qiymətləndirmə hesabatı, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” 19.08.2019-cu il tarixli, 08 nömrəli hesabatı (hesabatlar yuxarıda təsvir ediliblər) müqayisəli şəkildə tədqiq edərək "xxxx" MMC-nin 15.05.2019-cu il tarixli qiymətləndirmə hesabatını daha mötəbər və əsaslı hesab edərək, müvafiq hesabat əsasında ünvan 10 ünvanında yerləşən (eskiz plana əsasən 172,44 kv.metr) qeyri-yaşayış sahəsinin 2018-ci il tarixə hesablanmış bazar dəyəri 561.200 manat həddində vəsaitin iddiaçının xeyrinə tutulması qənaətinə gəlmiş, maddi zərərlə bağlı qalan hissədə iddianı əsassız hesab etmiş və iddianı qismən təmin edərək cavabdeh MMC-dən iddiaçının xeyrinə məhz həmin məbləğin tutulmasını qət etmişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı istər apellyasiya şikayətində, istərsə də apellyasiya baxışının iclaslarına bildirmişdir ki, Rayon Məhkəməsinin müəyyən etdiyi qiymət ona məxsus mübahisəli əmlakın əsl bazar dəyərini əks etdirmir. İddiaçının bu dəlilinin əsaslılığının araşdırılması məqsədi ilə apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC qiymətləndirilmə şirkətinə tapşırılmışdır. Həmin Qiymətləndirici Şirkətin verdiyi 27.01.2020-ci il tarixli rəydən görünür ki, ümumi sahəsi 231,85 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci ilə olan bazar dəyəri 972.500 manat, ümumi sahəsi 34,9 kv.m olan mənzilin 2018-ci ilə bazar dəyəri isə 48.000 manat təşkil edir. Apellyasiya baxışı iclasında cavabdeh MMC-nin vəsatəti əsasında Məhkəmənin 10.02.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və əlavə qoyulmuş suallar əsasında yeni qiymətləndirmənin keçirilməsi bir daha "xxxx" MMC qiymətləndirilmə şirkətinə tapşırılmışdır. Həmin Qiymətləndirici Şirkətin verdiyi 10.04.2020-ci il tarixli rəydən görünür ki, ümumi sahəsi 176,80 kv.metr olan qeyri-yaşayış sahəsinin 2018-ci ilə olan bazar dəyəri 721.500 manat təşkil edir. Qeyri-yaşayış sahəsi zirzəmidən (42,92 kv.metr), 1-ci mərtəbədən (66,55 kv.metr) və 2-ci mərtəbədən (67,33 kv.metr) ibarət olmuşdur. Qeyd edilən bu “Qiymətləndirmə rəyi” Məhkəməyə daxil olduqdan sonra keçirilmiş apellyasiya baxışı iclasında cavabdeh MMC-nin vəkili (nümayəndəsi) “iş üzrə əlavə tikintitexniki ekspertizası təyin edilməsi barədə” vəsatətlə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Ə.Bayramovun cavabdeh MMC-yə qarşı iddiası ilə bağlı əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 27.01.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən mübahisəli əmlak 978.000 manat məbləğində qiymətləndirilmişdir. Bununla bağlı MMC-nin təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş və qeyd olunan vəsatətdə Qiymətləndirici Şirkətin birtərəfli, qərəzli mövqe tutması, qeyri-obyektiv hesabatın hazırlanması, o cümlədən əmlaka dair eskiz layihədə sxem üzrə əmlakın 168,27 kv.metr olmasına baxmayaraq 231,85 kv.metr qeyd olunması, eyni zamanda zirzəmi ilə 1-ci və 2-ci mərtəbələrdə olan qiymətlər arasındakı fərqin nəzərə alınmaması göstərilərək əmlakın qiymətləndirilməsinin başqa bir şirkət tərəfindən həyata keçirilməsi xahiş olunmuşdur. Lakin bununla belə məhkəmə tərəfindən vəsatətin təmin olunmasına baxmayaraq əmlakın qiymətləndirilməsi yenidən həmin şirkətə, yəni "xxxx" MMC-yə həvalə olunmuş və həmin Şirkətin yeni, 10.04.2020-ci il tarixli rəyi ilə yenə qərəzçiliyini, qeyri-obyektivliyini nümayiş etdirərək eyni səhvlərə yol vermiş, hesabatda ziddiyyətli hallar öz əksini tapmış, nəticədə həmin əmlak real bazar qiymətlərinə uyğun olmayan məbləğdə 721.500 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirici əmlakın qiymətini müəyyən edərkən analogiya üzrə digər əmlaklarla fərqləndirsə də müqayisəli əmlakların (Analoq 1,2,3) seçimini düzgün aparmamışdır. Belə ki, mübahisəli əmlak 1-ci, 2-ci mərtəbədən və zirzəmidən ibarət olsa da qiymətləndirici analogiya üzrə yalnız 1-ci mərtəbədə olan obyektlərin qiymətini əsas götürmüş və həmin qiyməti həm zirzəmiyə, həm də 2-ci mərtəbəyə tətbiq etmişdir, halbuki hamıya bəllidir ki, 1-ci mərtəbə olan obyektlərin qiyməti zirzəmidən və 2-ci mərtəbədə yerləşən obyektlərin qiymətindən daha yuxarıdır. 10.04.2020-ci il tarixli rəydə (səhifə 10-da) 1 kv.m icarə qiymətlərinin müəyyən edərkən qiymətləndirici özü 1-ci mərtəbə ilə 2-ci mərtəbə və zirzəmi arasındakı qiymət fərqlərini göstərmişdir. Lakin bununla belə obyektin ümumi qiymətləndirilməsində 1ci mərtəbənin qiyməti ilə 2-ci mərtəbə və zirzəmi arasındakı fərqləri müəyyən etməmişdir. Eyni zamanda eyni qiymətləndirici tərəfindən aparılan hər iki hesabatda, yəni 27.10.2020ci il və 10.04.2020-ci il tarixli hesabatlarda zirzəminin kv.m olan qiymətlərdə fərq yaranmışdır. Belə ki, 21.01.2020-ci il tarixli hesabatda (səhifə 13-də) zirzəminin hər kv.m olan qiymət 14 manat göstərilsə də 3 aydan sonra tərtib etdiyi hesabatda eyni ərazi üzrə zirzəminin kv.m olan qiymət kimi 12 manat məbləğ qeyd olunmuşdur. Lakin bununla belə satış qiymətlərində həmin fərqi müəyyən etməmişdir. Bundan əlavə 21.01.2020-ci il tarixli hesabatda mübahisəli əmlakın hər kv.m olan satış dəyərini 4.218 manat göstərsə də 10.04.2020-ci il tarixli hesabatda hər kv.m olan satış dəyərini 4.100 manat göstərmişdir. Anlaşılan deyil ki, 3 ay ərzində nə dəyişdi ki, hər kv.m olan qiymətlər arasında 118 manat fərq yarandı. Digər tərəfdən nəzərə alınmalıdır ki, qiymətləndirici hər iki rəydə mübahisəli əmlakın ümumi sahəsində fərqli rəqəmlər versə də (231,85 kv.metr və 176,8 kv.metr) həmin əmlakın mülkiyyət növü üzrə qrafasında əmlakın “Reyestrdən çıxarışa” malik olmasını göstərmişdir. (21.01.2020-ci il tarixli rəy, səhifə 11 və 10.04.2020-ci il tarixli rəy, səhifə 10) və eyni zamanda “Reyestrdə çıxarışa” malik olan analogiya üzrə müqayisə etdiyi 670.000 manat dəyəri olan 1 saylı, 850.000 manat dəyəri olan 2 sayli və 490.000 manat olan 3 saylı əmlaklarla müqayisələndirmişdir. Qeyd olunan bütün bu hallar qiymətləndiricinin qərəzli, qeyri-obyektiv olmasını və saxta , şişirdilmiş qiymətlər əsasında hesabat tərtib etməsini sübuta yetirir. Bu hal iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapır. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin əmlak ilə bağlı qiymətləndirici 21.01.2020-ci il tarixli hesabatında real olaraq “Reyestrdən çıxarışa” malik 34,9 kv.m olan sahəni (səhifə 13) düzgün olaraq köhnə tikili kimi 48.000 manat qiymətləndirmişdir. Bu hal iş materiallarında olan və Fövqəladə Hallar Nazirliyi və digər təşkilatlar tərəfindən tərtib edilmiş 18.02.2017-ci il tarixli aktda öz təsdiqini tapmışdır. Belə ki, aktda ünvan 11 ünvan üzrə evlərin uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qaldığını, Yaşayış sahəsini artırmaq məqsədilə sakinlərin binada müxtəlif illərdə əlavə tikililər inşa etdiyini, əlavə tikililər (artırmalar) yükdaşıyan konstruksiyaların ilkin layihədə nəzərə tutulduğundan artıq yüklənməsinə şərait yaratdığını, bütün bunların nizamsız və layihəsiz yerinə yetirildiyindən həyətdə norma üzrə tələb olunan sahə qalmadığını və sıxlıq yarandığını, evlərin fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, memarlıq və tarixi baxımdan heç bir əhəmiyyət kəsb etmədən şəhərin görünüşünə uyğun olmadığı və həyətdəki evlərin texniki vəziyyətdən məhdud işlək olduğu göstərilmişdir. Eyni zamanda iddiaçılar İddiaçı və digərlərinin Cavabdeh MMC və digərlərinə qarşı “mülkiyyətdən istifadə etmək hüququnun pozulmasının qarşısının alınması, əlavə tikiliyə və evin altında yerləşən torpaq sahəsinə qanunsuz müdaxilələrin qadağan olunması və ədalətli kompensasiyanın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair” iddiaları Nərimanov Rayon Məhkəməsi tərəfindən rədd olunmuş və həmin qətnamədə iddiaçılara məxsus əmlaklar qeyri yaşayış sahəsi kimi istifadə edilsə də həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi kimi qeydə alındığı, cavabdeh tərəfindən sökülən mənzillərin əvəzinə daha iri sahəyə malik olan mənzillərin verilməsini ədalətli kompensasiya hesab etmişdir. Bütün bu hallar həmin qeyri-yaşayışı sahəsinin əlavə tikililər olaraq kor-təbii surətdə tikildiyini, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini və sökülməsi zəruri olan köhnə əmlak olduğunu sübuta yetirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq hesab edir ki, obyektivliyin tam təmin edilməsi məqsədi ilə, iş üzrə yeni qiymətləndirilmə ekspertizası təyin edilməli və qiymətləndirmənin keçirilməsi başqa qiymətləndirici şirkətə həvalə edilməlidir. Cavabdeh MMC-nin bu barədə vəsatəti Məhkəmənin 09.09.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilərək iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılması qərara alınmış və "xxxx" MMC-nin QXM 359M saylı, 19.01.2021-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 567.000 manat təşkil edir. Bu rəydən görünür ki, "xxxx" MMC mübahisəli daşınmaz əmlakın ölçüsünü, onun təyinatını, onun zirzəmi hissəsinin, birinci və ikinci mərtəbəsinin və sair xüsusiyyətlərini nəzərə alaraq əmlakın bazar dəyərini müəyyən etmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə "xxxx" MMC-nin 19.01.2021-ci il tarixli rəyini "xxxx" Qiymətləndirilmə Şirkəti MMC tərəfindən verilmiş rəydən daha etibarlı hesab edir. Göründüyü kimi Nərimanov Rayon Məhkəməsinin "xxxx" MMC-nin 15.05.2019-cu il tarixli qiymətləndirmə hesabatını etibarlı sübut kimi qəbul etməkdə və ona əsaslanaraq MMC-dən iddiaçının xeyrinə maddi zərərin əvəzi olaraq 561.200 manat məbləğində pulu tutmaqda haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Məhkəmə, iddiaçının “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində əmlakından məhrum olmuş iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş, buna səbəb olan cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunur. Nərimanov Rayon Məhkəməsi iddianı mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin etməklə, mənəvi ziyana görə 5.000 manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə də aid dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, hər iki iş üzrə birinci instansiya məhkəmələrinin gəldiyi nəticələr qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamələrin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, barələrində şikayət verilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: 2(005)-753/2019 №-li mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2019-cu il tarixli qətnamədən iddiaçı X19 verdiyi apellyasiya şikayəti təmin edilməsin və həmin qətnamə dəyişdirilmədən saxlanılsın. 2(007)-483/2021 №-li mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2021-ci il tarixli qətnamədən iddiaçı X2 verdiyi apellyasiya şikayəti təmin edilməsin və həmin qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı (birinci) iş üzrə təyin edilmiş qiymətləndirmələrin xərcləri X15 və Cavabdehnə aid edilsin. Bu məqsədlə onların hər birindən 500 (beş yüz) manat məbləğində pul "xxxx" Qiymətləndirilmə Şirkətinin xeyrinə, hər birindən 350 (üç yüz əlli) manat məbləğində pul isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətlərinin verilməsi üçün apellyatorlar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar