Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(011)-2140/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-ə məxsus olmaqla müqavilə əsasında Cavabdeh2 istifadə üçün verilmiş və sonuncunun razılığı ilə idarə etməsi üçün digər Cavabdeh1 yol vərəqəsi (etibarnamə) verilmişdir. Cavabdeh1 21 may 2023-cü il tarixdə həmin avtomobili idarə edərkən yolnəqliyyat hadisəsini törətmiş, nəticədə İddiaçı üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerini dəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əldaraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İddiaçı almış olduğu xəsarətlərə görə özəl tibb müəssisəsində əməliyyat olunmuş, müalicə almışdır. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə ehtiyatsızlıqdan törədilmiş cinayət hadisəsi nəticəsində ona vurulmuş 16.323 manat (on altı min üç yüz iyrmi üç) manat maddi, 5.000 manat mənəvi zərər və ödənilmiş 154 manat dövlət rüsumu, cəmi 21.447 (iyirmi bir min dörd yüz yetmiş yeddi) manat vəsaitin müştərək qaydada cavabdehlər Cavabdeh1 va “Avto Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə “Avto Lizinq" MMC-nin əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-504/2023 saylı hökmündən göründüyü kimi iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək bir il müddətinə nəqliyyat vasitələrindən istifadə etmək hüququndan məhrum etməklə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun çəzaçəkmə müəssisəsində qeydiyyata alınma tarixdən hesablanması hökm edilmişdir. İş üzrə maddi subut kimi tanınmış cavabdeh "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Nissan Sunny" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə qaytarılması hökm edilmişdir. Qeyd edilmiş hökmdən göründüyü kimi, Cavabdeh1 həmin əməlin törədilməsində təqsirli bilinməsinə əsas xx.xx.2023-cü il tarixdə saat 14.30-da idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Nissan Sunny" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 1 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almadan avtomobilin ön sol hissəsi ilə zərərçəkmiş şəxs İddiaçı vuraraq ona etiyatsızlıqdan üst dodağın cırılmış yarası, üst çənədə sol, sağ 1,2,3 dizlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyyəsinin hematoması, hər iki mil sümüyün yerini dəyişən sınıqları, sol əlin bir daraq sümüyün sınığı, sağ əl-daraq sümüklərin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyün xətti sınığı ilə müşahidə olunan, dərəcəsinə görə ümümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. İstintaq orqanı həmin cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində cəlb etmiş, həmin cinayət işi üzrə ibtidai və məhkəmə istintaq apaşdırmaları onun iştirakı ilə aparılmış, istintaq və məhkəmə orqanları tərəfindən təqsirləndirilən şəxsə dəfələrlə ona vurduğu ziyanı ödəməyi təklif edilmiş olsa da, heç bir nəticəsi olmamış, bu günədək Cavabdeh1 tərəfindən ona vurulan ziyanın cüzi bir qismi qarşılanmış, yəni hadisə baş verən günü xəstəxanada cəmi 1400 manat xəstəxananın ilkin xərclərini ödəmiş, daha sonra isə o vaxtdan ümumiyyətlə səhhətinə vurduğu zərərin qarşılanmasında iştrak etməmiş, bununla bağlı etdiyi müraciətlərə cavab olaraq "ona vurduğu zərərin əvəzini qarşılamaq niyyətində olmadığını" bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:30-da baş vermiş avto-nəqliyyat hadisəsi zamanı ona vurulmuş zərərin əvəzi cavabdehlərdən alınaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməlidir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-504/2023 saylı hökmü ilə subuta yetirilmişdir ki, Cavabdeh1 etbarnamə əsasında idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Nissan Sunny" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 14:30-da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avto-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hadisənin qarşısını almamış, nəticədə da ona bədənin müxtəlif nahiyələrinə çoxsaylı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır (əslində ağır) zǝrǝrvurmaya aid olan xəsarətlər yetirmişdir, iddiaçı hadisədən dərhal sonra təcili tibbi yardım stansiyanın həkimlərinin müşayəti ilə ilkin 3 saylı Bakı şəhər xəstəxanasına aparılmış, hadsə baş verən günü bazar günü olması və iddiaçının hadisə yerində aldığı xəsarətləri saysız-hesabsız olması, həmin günü xəstəxanada növbətçi həkimdən başqa heç kimin olmaması səbəbindən və iddiaçının istəyini və cavabdeh tərəfin buna etiraz etməməsini nəzərə alınmaqla, iddiaçı həmin gün "Liv X17”ına aparılmış, orada da ilkin tibbi yardım dərhal müayinə və müalicə aparılmışdır. Hətta ilkin ödəniş olaraq da cavabdeh həmin Hospitala 1400 manat ödəniş etmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:30-da cinayət hadisəsi nəticəsində ona vurulmuş zərərə görə avtomaşın ”Avto Lizinq” MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 06/3488/LİZ saylı X3 əsasən “Nissan Sunny” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilənin şərtlərinə və tərtib edilmiş təhvil təslim aktına əsasən Cavabdeh2 istifadəsinə verilmiş, həmin avtomobil Cavabdeh2 etibarnamə üzrə təmsil edən X5 ərizəsi əsasında Cavabdeh1 yol vərəqəsi (etibarnamə) verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 06/3488/LİZ saylı X2 4.4.8-ci bəndinə görə sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın qorunması, məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması və istifadə zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır ki, bu halda da Cavabdeh2 və Cavabdeh1 da müştərək qaydada bərabər məsuliyyət daşımalıdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, hadisə baş verən xx.xx.2023-cü il tarixdən 2023-cü ilin avqust ayınadək olan müddət ərzində cavabdehlərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o uzun müddət "Liv X17" və "X14" MMC-də uzun müddət müayinə, müalicə və fizioloji tədavi olunub və həmin klinikalara rəsmi olaraq aldığı müalicə, müayinə və fizioloji tədaviyə və bu məqsədlə aldığı dərman və digər tibbi ləvazimatlara, 3 ay ərzində klinikalara özəl taksi ilə gedişgəliş yol xərci olaraq cəmi (814+ 8.156+2.168+2.126+2.800+877+780)=17.723 (on yeddi min yeddi min iyirmi üç) manat vəsait sərf edilmişdir. Qeyri-rəsmi isə ödədiyi vəsaitin miqdarı 20.000 (iyirmi min) manatdan çox olmuşdur. Maddi imkanın olmaması ilə bağlı 2023-cü ilin sentyabr ayından müalicə və fizioloji tədavi davam edə bilməyib. Bütün bunlara baxmayaraq hələ də keçirdiyi ağır stress, beyin silkələnməsi və uzun müddət aldığı əzələ müalicələrin nəticəsi olaraq sağ qolunu ümumiyyətlə hiss etmir, hər iki qolunun daima titrəməsi səbəbindən kənar şəxsin köməyi olmadan sərbəst hərəkət edə bilmir. Bir sözlə, cavabdehlərin təqsiri üzündən şikəst qalıb. Çox təəssüf ki, onu bu vəziyyətə qoyan cavabdehlər nəinki peşimançılıq hissi keçirmir, hətta ona yetirdiyi zərəri belə qarşılamaq istəmirlər. Bu əsasla da, cavabdehlər ona vurduqları maddi zərərlə bağlı ona ən azından 5000 manat da mənəvi zərərə görə kompensasiya ödəməlirlər. Nəzərə alınsa ki, Cavabdeh1 hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixdə, ilkin müayinə və müalicə xərci olaraq 1400 manat vəsait xəstəxanada ödədiyindən, ümümi maddi zərər olan 17.723 manatdan həmin vəsait çıxılmaqla yerdə qalan 16.323 manat maddi və 5000 manat mənəvi zərər, cəmi 21.323 manat və ödənilmiş 154 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq ona ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(011)- 2140/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 2000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya yetirilmiş xəsarətlər Azərbaycan Respublikasında tətbiq edilən tibbi sığorta çərçivəsində “Xidmətlər zərfi”nə daxil olmaqla onun dövlət tibb müəssisələrində və ya müvafiq göndəriş əsasında özəl tibb müəssisələrində müalicəsi mümkündür, iddiaçı isə birbaşa özəl tibb müəssisəsinə müraciət etmişdir. Bununla belə, digər Cavabdeh2 baş vermiş hadisə üzrə təqsirinin olması müəyyən edilmədi.Məhkəmə, iddia tələbinin “sağlamlığa vurulmuş zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqa zidd əməli (delikt) nəticəsinə iddiaçının xəsarət alması, bu xəsarətin aradan qaldırılması məqsədilə sonuncunun xərc çəkməsi işin mübahisəsiz halıdır, mülki qanunvericilik isə sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsinin həcmi və xarakterini müəyyən etməklə onu müəyyən şərtlərdən, (zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmaması ilə) asılı edir. Hazırki işdə də zərərçəkənin çəkdiyi xərcin – müalicənin məhz iddiaçının müalicə olunduğu özəl tibb müəssisəsində aparılmalı olması sübuta yetirilməmişdir, əksinə, həmin xərclərin tibbi sığorta çəçivəsində dövlət tərəfindən qarşılanması, iddiaçının isə bununla bağlı müraciət etmədən birbaşa özəl tibb müəssisəsinə müraciət etdiyi müəyyən edilmişdir ki, bu halda çəkilmiş xərcin zərərvurmuş şəxsin hesabına qarşılanması istisna edilir. Bununla belə məhkəmə, cavabdehin vurulmuş zərərin aradan qaldırılması məqsədilə 2000 manat məbləğində pul ödəməyə razı olmasını, əvvəllər də ödənişlər etməsi hallarını nəzərə alaraq iddia tələbinin qəbul edilən həddə təmin edilməsini mümkün hesab etmişdir.Məhkəmə, iddianın dəlillərinə münasibətdə qeyd etmişdir ki, istinad edilən “Əhalinin sağlamlığının müdafiəsi” haqqında Qanun, iddiaçı ilə cavabdeh arasındakı münasibətləri deyil, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir, hazırkı mübahisə isə, mülki hüquq pozuntularından irəli gəlməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə normaları əsasında tənzimlənir və burada dəymiş zərərin ödənilməsi müəyyən şərtlərdən asılıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı səhhətinə ziyan vurulmasına səbəb olmuş, iddiaçının vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdehin maddi vəziyyətini və onun hadisə zamanı davranışı, ödənişlərdə qismən iştirak etməsini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 2000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 etibarnamə bilavasitə nəqliyyat vasitəsinin mülkiyyətçisi “Avto Lizinq" MMC tərəfindən verildiyindən və baş vermiş hadisədə Cavabdeh2 hər hansı təqsiri müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə əsaslı deyil və təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ümumi məbləği sağlamlığa dəymiş ziyan kimi 2000 manat və mənəvi zərərə görə kompensasiya kimi 2000 manat olmaqla, ümumilikdə 4000 manat həddində müəyyən olunmalı, həmin məbləğ Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin mübahisəsiz tərəfi olaraq cavabdehin ehtiyatsızlıqdan törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıya xəsarətlərin yetirilməsi iş materiallarına əlavə edilmiş hökmlə və iş üzrə verilmiş məhkəmə-tibbi ekspert rəyləri ilə öz təstiqini tapdığını və həmin xəsarətlərin müayinə və müalicəsi üçin iddiaçı tərəfindən iddia edilən məbləğdə özəl tibb müəssisəsinə ödənişlər edildiyini qəbul edir.Lakin məhkəmə iddianı təmin etməməsinin əsası olaraq iddiaçının tibbi yardımı dövlət xəstəxanasında yox, özəl tibb müəssisəsində alması ilə bağlı olduğuna istinad edir. Hesab edir ki, məhkəmənin bu nəticəsi ilk növbədə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsinin tələblərinə ziddir. Belə ki, həmin Qanunun 24-cü maddəsinə görə Azərbaycan Respublikasında pasiyentin, təxirə salınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlətən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq hüququ vardır. Qanunvericilikdə iddiaçının bu hüququnu məhdudlaşdıran hər hansı bir başqa hal yoxdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən məhkəməyə eyni tələb və eyni əsaslarla qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2174/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(102)-1246/2023 saylı qərarı təqdim edilmiş, lakin məhkəmə mübahisənin cavabdehin xeyrinə həll edilməsində maraqlı olduğundan qanuni qüvvəsində almış həmin məhkəmə aktlarına da əhəmiyyət verməmişdir. Qeyd edilmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, hər bir pasient təxirə salınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlətən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariyagigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 963/KES saylı xx.xx.2024-cü il tarixli ekspert komissiyasının rəyi ilə təsdiq olunmuşdur ki, “X18” Hospitalında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə o, ağır vəziyyətdə hospitala daxil olmuş aparılmış müvafiq müayinələrdən sonra ona ”Radiusun aşağı ucunun sınığı”. Birinci metakarpal sümük sınığı..Karpal sümüklərin digər sınığı” diaqnozu təyin edilmiş, təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə xəstənin üzərində ”Böyük sümük parçaları olan sınıqlar üzrə açıq İMN”,xx.xx.2023-cü il tarixdə “Böyük sümük parçarı olan sınıqlar üçün açıq İMN (sağ)”cərahiyyə əməliyyatları icra edilmişdir. Məlum məsələdir ki, respublikada bu cür ağır əməliyyatların icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində icbari tibbi sığorta hesabına dərhal edilməsi mümkün deyildir, bunun üçün növbəyə yazıldıqdan ən azı bir aydan sonra həyata keçirilir. Bu isə o dəməkdir ki, hadisədən sonra iddiaçının vəziyyətində olan xəstənin sağ qalacağı sual altında ola bilərdi. Eyni zamanda məhkəməyə təqdim edilmiş “X15” MMC-nin rəsmi məktubu ilə təstiq olunur. ki, iddiaçının hadisə nəticəsində aldığı zərbədən ağız, diş və damağında müayinə və müalicələr aparılmış, sınmış və yararsız hala düşmüş dizlərin yerinə yəni dizlər doyulmuş və həmin işlərin görülməsi üçün iddiaçı tərəfindən 2800 manat vəsait ödənilmişdir. Bundan başqa məhkəmənin iş üzrə ikinci Cavabdeh2 baş vermiş hadisə üzrə təqsiri müəyyən edilmədiyinə dair nəticəyə gələrək iddianın ona aid olan hissədə rədd edilməsinə, məhkəmənin həmin nəticəsi də iş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş ”Avto Lizinq” MMC-nin direktoru Nümayəndə3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş sənədlərdən məlum olur ki, ”Avto Lizinq” MMC ilə Cavabdeh2 aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli,06/3488/LİZ saylı X3 əsasən “Nissan Sunny” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilənin şərtlərinə və tərtib edilmiş təhvil təslim aktına əsasən Cavabdeh2 istifadəsinə verilmiş, həmin avtomobil Cavabdeh2 etibarnamə üzrə təmsil edən X5 ərizəsi əsasında Cavabdeh1 yol vərəqəsi (etibarnamə) verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli,06/3488/LİZ saylı X2 4.4.8-ci bəndinə görə sahiblik və istifadəsində olduğu müddət ərzində Cavabdeh2 lizinq obyektinin əmlakın qorunması, məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması və istifadə zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Belə olduğu halda hesab edir ki, hazırki mübahisə ilə bağlı məhkəmənin Cavabdeh2 baş vermiş hadisə üzrə təqsiri müəyyən edilmədiyinə dair nəticə əsaslı sayıla bilməz. "xxxx" MMC-ilə Cavabdeh2 aralarında xx.xx.2020-ci il tarixli,06/3488/LİZ saylı X2 4.4.8-ci bəndinə əsasən axırıncı baş vermiş hadisə ilə bağlı Cavabdeh1 ilə birlikdə müştərək qaydada məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan maddi ziyan hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin edilməli, qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-504/2023 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 21 may 2023-cü il tarixdə saat 14:30-da “BB 118895” nömrəli “B1 B, C1 C, D1 D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus, “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 km/saat sürətlə ünvan 2 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almadan, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən avtomobilin ön sol hissəsi ilə yolun əks tərəfinə keçən piyada İddiaçı vuraraq ona ehtiyatsızlıqdan üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerinidəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan “X16” MMC tərəfindən təqdim olunmuş arayışdan görünür ki, pasient İddiaçı həqiqətən 2023-cü ilin iyun-iyul ərzində klinikanın həkim stomatoloqu X6 tərəfindən 14 yuxarı və 14 aşağı çənə dişlərinə keramik qapaq düzəltdirmiş və buna 1 ədəd 100 manat olmaqla 2800 manat pul ödəmişdir. İş materiallarında olan, “Liv X17" tərəfindən verilmiş xx.xx.2023-cü il 437 saylı məktubdan görünür ki, İddiaçı dair müayinə vərəqələri və faktura xidmət siyahısı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 154,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 963/KEŞ saylı ekspert rəyindən görünür ki, 1. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, xx.xx.2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər İki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı və sol kürək sümüyünün xətti sınığının olduğu qeyd olunmuşdur. 2. “X18” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə ağır vəziyyətdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ‘‘Radiusun aşağı ucunun sınığı. Birinci metakarpal sümük sınığı. Karpal sümük(lər)in digər sınığı” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə xəstənin üzərində “Böyük sümük parçaları olan sınıqlar üçün açıq İMN”, xx.xx.2023-cü il tarixdə “Böyük sümük parçaları olan sınıqlar üçün açıq İMN (sağ)” cərrahiyyə əməliyyatları icra edilmiş və xx.xx.2023cü il tarixdə xəstə evə yazılmışdır. 3. “X18” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar ona adekvat tibbi yardımlar göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 506/KEŞ saylı ekspert Rəyindən görünür ki, 1. İddiaçı mütəxəssis müayinələri zamanı onda üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığından sonrakı vəziyyətin olduğu, həmçinin kliniki olaraq sağ əlinin daraq barmaqlarında hərəkət məhdudluğu, şişkinlik və sol mil-bilək oynağının daraq barmaqlarında qismən hərəkət məhdudluğu, sol və sağ mil-bİlək oynaqlarında və barmaqlarda sinir keçiriciliyinin pozulması ilə əlaqədar keyimə hissi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar onun uzun müddətli müalicələrə, reabilitasiya və fizioterapiya kurslarına ehtiyacı vardır. 2. İddiaçı üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığından sonrakı vəziyyətin olduğu müəyyən edildi. Sağlamlığının tam bərpa olunması barədə öncədən proqnozun verilməsi mümkün deyil. Aparılacaq müalicələrin Azərbaycan Respublikasında dövlət xəstəxanalarında yerinə yetirilib-yetirilməməsinin və müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024cü il tarixli 3/28-2-6707/2024 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı qeyd olunan travmaların cərrahi müalicəsi TƏBİB-in tabeliyində olan çoxprofilli xəstəxanaların travmatologiya şöbələrində, eləcə də Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya İnstitutunda aparıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-10/2-946/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları sığortaolunan hesab edilir. Tibbi göstəriş olduğu hallarda sığortaolunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən icbari tibbi sığorta hesabına yararlanması üçün ilk növbədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində (9 elmi-tədqiqat institutu) olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı halda sığortaolunanın Agentlik ilə “Tibbi sığorta haqqında” Qanunun 15-19-cu maddəsinə müvafiq olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış digər qurumların tabeliyindəki və ya özəl tibb müəssisələrinə göndəriş vərəqəsi ilə təmin olunduğu təqdirdə müraciət etməsi mümkündür. Vətəndaş İddiaçı 21 may 2023-cü ildə “LİV X17”a göndərişsiz müraciət etmiş və öz vəsaiti hesabına tibbi xidmətlərdən yararlanmışdır. Sözügedən tibb müəssisəsi tərəfindən agentliyə təqdim olunan aylıq hesabata vətəndaşa göstərilən xidmətlər daxil edilməmişdir, həmçinin vətəndaşın özəl tibb müəssisəsinə müraciəti ilə bağlı məlumat təqdim olunmamışdır. “LİV X17’ın 2023-cü il üzrə icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərin dəyərləndirilməsi və maliyyə aktı üzrə ödənişlər agentlik tərəfindən yekunlaşdırıldığı üçün vətəndaş İddiaçı müayinə və müalicə xərclərinin geri qaytarılması mümkün deyil. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 06/3488/LİZ saylı xx.xx.2020-cu il tarixli "xxxx"MMC ilə birgə bağlanmış müqaviləyə əsasən istifadəsinə verilmiş “Nıssan Sunny” minik avtomobili, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.1950-cu il təvəllüdlü Cavabdeh1 bundan sonra "xxxx" MMC tərəfindən Daxili etibarnamə (yol vərəqəsi) verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ”Avto Lizinq” MMC-ə məxsus “Nissan Sunny” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixinə qədər Cavabdeh1 verilmişdir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya əsasən daxil olmuş arayışdan görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023 tarixləri arasında “X18” xəstəxanasında müalicə almışdır. Toplam 12451,39 azn məbləğ ödəniş etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 21 may 2023-cü il tarixdə “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə İddiaçı üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerinidəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir, İddiaçı almış olduğu xəsarətlərə görə özəl tibb müəssisəsində əməliyyat olunmuş, müalicə almış, həmin müalicə xərclərinin qiyməti 12451,39 manat məbləğində hesablanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “sağlamlığa vurulmuş zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırki işdə zərərçəkənin çəkdiyi xərcin – müalicənin məhz iddiaçının müalicə olunduğu özəl tibb müəssisəsində aparılmalı olması sübuta yetirilməmişdir, əksinə, həmin xərclərin tibbi sığorta çəçivəsində dövlət tərəfindən qarşılanması, iddiaçının isə bununla bağlı müraciət etmədən birbaşa özəl tibb müəssisəsinə müraciət etdiyi müəyyən edilmişdir ki, bu halda çəkilmiş xərcin zərərvurmuş şəxsin hesabına qarşılanması istisna edilir. Bununla belə məhkəmə, cavabdehin vurulmuş zərərin aradan qaldırılması məqsədilə 2000 manat məbləğində pul ödəməyə razı olmasını, əvvəllər də ödənişlər etməsi hallarını nəzərə alaraq iddia tələbinin qəbul edilən həddə təmin edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 24-cü maddəsinə əsasən pasiyentin: ... təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; ... hüququ vardır Göründüyü kimi “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanunun 24-cü maddəsi tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqi çərçivəsində, pasiyentə təxirəsalınmaz tibbi yardım göstərməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə profilaktika müəssisəsini seçmək hüququnu əks etdirir. Bu normanın mənasından görünür ki, qanunvericilik müalicə müəssisəsini və həkimi seçməklə bağlı xəstənin seçim azadlığını nəzərdə tutur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə “Əhalinin sağlamlığının müdafiəsi” haqqında Qanun, iddiaçı ilə cavabdeh arasındakı münasibətləri deyil, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləməsi barədə nəticəsi əsassız olmuş, göstərilən qanun pasiyentin müalicə müəssisəsini və həkimi seçməklə bağlı seçim azadlığını nəzərdə tutduğundan iddia tələbinin - “sağlamlığa vurulmuş zərər” hissəsinə münasibətdə gəldiyi nəticəsi düzgün olmamışdır. Bundan da əlavə, iş materiallarından görünür ki, iddiaçı öz təşəbbüsü ilə deyil, qarşı tərəfindən təklifi ilə qarşılıqlı razılaşmaya əsasən sonuncu tərəfindən “Liv X17"a aparılmışdır və bu hökmdə də öz əksini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının çəkdiyi xərcin – müalicənin məhz iddiaçının müalicə olunduğu özəl tibb müəssisəsində aparılmalı olması onun seçim azadlığı hüququ olduğundan iddiaçı aldığı xəsarətin aradan qaldırılması üçün çəkilmiş xərci tələb etmək hüququna malik olmasına da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya baxışı zamanı "Liv X17”dan daxil olmuş iddiaçının həmin hospitala müraciəti ilə bağlı tələb edilmiş sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “Liv X17"a 12451,39 manat ödəniş həyata keçirilmişdir. Bu məbləğin 1493 manatı ilk olaraq cavabdeh tərəfindən ödənilmiş və hökmdən zərərçəkmiş kimi verdiyi izahatında iddiaçı həmin məbləği təsdiq etmişdir( cild 1, i.v.20). Lakin iddiaçı iddiasında bu məbləğin 1400 manat olmasını qeyd etmişdir. Beləliklə işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehin hüquqa zidd əməli (delikt) nəticəsinə iddiaçı xəsarət almış və bu xəsarətin aradan qaldırılması məqsədilə iddiaçı tərəfindən xərc çəkilmişdir. Həmçinin İddiaçı qəza nəticəsində sınmış dişlərinin, hər biri 100 manatdan olmaqla müalicəsi üçün 2800 manat xərc çəkməsini göstərsə də, hökmdən görünür ki, hadisə nəticəsində onun üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı onda mövcud olmuş üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqlarının aradan qaldırılması üçün 400 manat cavabdehdən tutulmalıdır. İddiaçı maddi zərəri ilə bağlı təqdim etdiyi iş materiallarında olan alınmış dərmanlarla bağlı aptekdən verilmiş qəbzlərə istinad etsə də, kollegiya bu qəbzlərin məhz ona aid olmaqla onun müalicələri üçün sərf olunması təsdiqini tapmadığı üçün sübut növü kimi qiymətləndirmir. Həmçinin iddiaçı müalicəsi ilə bağlı taksi xidmətlərinə görə çəkilmiş xərclərə dair də sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçı maddi zərərinin məbləğinin məhz 16.323 manat (on altı min üç yüz iyrmi üç) manat təşkil etməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən cavabdehdən iddiaçının xeyrinə 11358,39 (12451,39-1493=10958,39; 10958,39+400(dişlərə çəkilən xərc) ) manat vəsaitin tutulması hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin hazırki mübahisə ilə bağlı məhkəmənin Cavabdeh2 baş vermiş hadisə üzrə təqsiri müəyyən edilmədiyinə dair nəticəsinin əsaslı sayıla bilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 06/3488/LİZ saylı xx.xx.2020-cu il tarixli "xxxx" MMC ilə birgə bağlanmış müqaviləyə əsasən istifadəsinə verilmiş “Nıssan Sunny” minik avtomobili, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.1950-cu il təvəllüdlü Cavabdeh1 bundan sonra "xxxx" MMC tərəfindən Daxili etibarnamə (yol vərəqəsi) verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ”Avto Lizinq” MMC-ə məxsus “Nissan Sunny” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixinə qədər Cavabdeh1 verilmişdir. Göründüyü kimi hadisə baş verən zaman Cavabdeh1 avtomobili qanuni əsaslarla idarə etmişdir və bu baxımdan zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edənin üzərinə qoyulla bilməz. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdehin hüquqazidd əməli, İddiaçı səhhətinə ziyan vurulmasına səbəb olmuş, iddiaçının vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinin 2000 manat həddində müəyyən edilməsi ağlabatan və ədalətli olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən maddi ziyan hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 124 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(011)- 2140/2024 nömrəli qətnaməsi – Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsinə ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 11358,39 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 124 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin, qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən:Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə