Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1634/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının hüquqi varisi X4, onun nümayəndəsi və vəkili Vəkil1 Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1rşı (ləğv prosesində olan "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və kredit borcuna yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları
1. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr) “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
2. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20076929 saylı bağlama ilə 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
3. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179047 saylı bağlama ilə 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
4. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
5. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 5 saylı bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet) “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
6. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
7. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30061877 saylı bağlama ilə 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
8. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20062071 saylı bağlama ilə 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
9. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179038 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
10. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179024 saylı bağlama ilə 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kulon “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
11. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165777 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
12. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165774 saylı bağlama ilə 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
13. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20175410 saylı bağlama ilə 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin qərardadın nəticə hissəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərardadı ilə dəyişdirilərək, cavabdeh İddiaçı Binəqədi Rayon məhkəməsinin 5 mart 2015-ci il tarixli, 2(001)- 1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cu il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcu-cərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010- cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 5 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş borc üzrə əsas borc hissəsini 26 noyabr 2019-cu ilə kimi icra edəcəyinə dair öhdəlik götürmüşdür.
15. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun hüquqi varisi əri - X10 miras payını xx.xx.2022-ci il tarixdə tam olaraq qəbul etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər "xxxx" ASC (ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və 179.988,9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010- cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010- cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi banka saxlanca qoyulmuş qızıl-zinət əşyalarının (bankdan) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009- 2010-cu illərdə aktiv qızıl ticarəti ilə məşğul olduğundan, o vaxtlar “Azəriqazbank" X8, hazırkı ləğvetmə prosesində olan “AGBank'’ ASC ilə işgüzar əlaqədə olmuşlar. Bunun bariz nümunəsidir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə bankdan kredit götürmüş və ən qısa zamanda onları geri qaytarmışdır. Daha sonra iddiaçı ölkədə qızıl bazarının zəifləməsi nəticəsində əlində olan qızıl-zinət əşyalarını çoxdan etibar etdiyi "xxxx" ASC-yə saxlanca qoymağa qərar vermişdir. Bunun nəticəsində xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009- cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl-zinət əşyalarını banka saxlanca qoymuşdur. Lakin bir müddətdən sonra iddiaçı bankın saxlancında olan qızılzinət əşyalarını geri istədikdə bank əməkdaşları tərəfindən heç bir əsas və ya akt olmadan, o əşyaların iddiaçıya geri qaytardıqlarını, bəzən isə həmin əşyalarının bankda hansı səbəbdənsə yoxa çıxdığını deyərək, əşyaları mülkiyyətçiyə qaytarmaqdan boyun qaçırmışlar. Bundan sonra hazırda ləğvetmə prosesində olan "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmişdir.
18. İddiaçı vəfat etdiyinə görə hüquqi varisi X10 ilə əvəz edilmişdir.
19. Eyni zamanda iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə əsasında cavabdehlər "xxxx" ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ekspertə təqdim olunmuş iddiaçıya məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyar halqa formalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin bank tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızılzinət və gümüş məmulatlarının dəyərindən iddiaçının bankdan götürdüyü kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbəti 305.981,13) miqdarında yaranmış borcunun bu hissədə əvəzləşdirilərək, yerdə qalan 229.158,87 AZN manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3213 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə qeyd edilmiş AC20596280 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Onlardan sıra nömrələri 6 və 7 olanların üzərlərində 583/585 əyarlı qızıldan hazırlanmış hissələr vardır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir – brilyantdır. AC20596279 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20596278 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AA2185409 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Onlardan sıra nömrəsi 2 və 6 olanların üzərində firuzə və korund qrup qaşlar vardır. AC20825153 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20825342 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3989 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının hal-hazırda likvid orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58.360,80 müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının əyarı, kütləsi, kefiyyət göstəriciləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.
23. “X9” MMC-nin xx.xx.2023-cü il tarixli, 018/23 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, Bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64.520 AZN, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535.140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunan AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlama birkaları iş üzrə təqdim edilmiş analoji bağlama birkaları ilə uyğundur. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilmədi. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalardan çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmadığından həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhviltəslim olunduğu zaman eyni olub-olmadığı müəyyən edilə bilmədi.
24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 29/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia təmin edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Azəriqazbank” X8 (hazırda ləğv prosesində olan "xxxx" ASC) arasında xx.xx.2010-cu il tarixli, S-4622 saylı Saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı xx.xx.2010-cu il tarixli, K-4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda adıçəkilən qızıl-zinət əşyalarını “Azəriqazbank” X5 (hazırda ləğv prosesində olan "xxxx" ASC) saxlanca qoymuşdur. iddiaçı tərəfindən saxlanca verilmiş əşyaların müəyyən hissəsi məhkəməyə təqdim edilməmiş və onların yeri qeyrimüəyyəndir. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Belə olan halda "xxxx" ASC göstərilən müqavilənin bəndinə əsasən məsuliyyət daşıdığından təqdim oluna bilinməyən qızıl-zinət əşyaların dəyəri cavabdehdən tutulmalıdır.
26. Məhkəmə onu da qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadına əsasən İddiaçı "xxxx" ASC-yə kredit müqavilələri üzrə ümumilikdə 179.988,9 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı cavabdeh tərəfindən təqdim edilməmiş qızıl-zinət əşyalarının bir hissəsinin göstərilən borcla əvəzləşdirilməsini, qalan hissəsinin dəyərinin ödənilməsi, eyni zamanda təqdim olunmuş qızıl-zinət əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar "xxxx" ASC-də saxlanca qoyulduğundan iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır.
28. Qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri “X9” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatı ilə 535.140 AZN müəyyən edilmişdir.
29. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
30. Üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “X9” MMC-nin xx.xx.2023-cü il tarixli, 018/23 nömrəli Qiymətləndirmə rəyinə əsasən, Bank tərəfindən təqdim olunan bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64.520 AZN təşkil edir. İş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535.140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilməmişdir. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Ekspert rəyinin məhkəməyə ünvanladığı məktubun 5-ci bəndində bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyalarının iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eyni olduğu qeyd edilmişdir. Həmçinin, həmin bəndin 2-ci cümləsində, bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəli vəAC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmaması əsas gətirilərək, həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhvil-təslim olunduğu zaman eyni olub-olmamasını müəyyən edə bilməmişdir. Buna baxmayaraq, iddiaçı həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və ona qaytarılmasının tələb etmişdir. Göründüyü kimi, bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli,AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eynidir. Lakin, məhkəmə bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının dəyərini 64520 manat məbləği nəzərə almamış, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyərindən çıxmamışdır.
32. Şikayətdə daha sonra qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərardadı ilə cavabdeh Məmmədzadə (Niyazova) Lalə Zahid qızı tərəfindən xx.xx.2010-cu il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə olan 79.819 ABŞ dolları əsas borc, 79.508,75 ABŞ dolları faiz borcu, 10.822 ABŞ dolları artırılmış borc-cərimə olmaqla, cəmi 170.149,75 ABŞ dolları məbləğində borcun; xx.xx.2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə xx.xx.2014cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3.648,27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış cərimə olmaqla, cəmi 4.546,7 ABŞ dolları məbləğində borcun; xx.xx.2010cu il tarixli K4685 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixinə olan 4.627,45 ABŞ dolları əsas borc, 665 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.292,45 ABŞ dolları borcun, 219 ABŞ dolları kredit üzrə komissiya olmaqla, cəmi 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə xx.xx.2019-cu il tarixinədək icra edilməsi öhdəliyi qərara alınmışdır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaları nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən "xxxx" ASCyə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğvprosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179.988,9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx"ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Həmçinin, Nəsimi Rayon Məhkəməsi qətnaməsində qalan borc məbləğinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qeyd olunmuşdur. "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondu müxtəlif hüquqi şəxslər olduğundan, qalan borc məbləğinin kimdən tutulması qeyrimüəyyən olaraq qalır. Bu özlüyündə birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmanın bariz nümunəsidir. ƏSF bankın öhdəliklərini deyil bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd edilmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Beləliklə, ləğv prosesində olan "xxxx" ASC-nin və Əmanətlərin Sığortalanması Fondufaktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi dolları faiz borcu, 416 ABŞ dolları artırılmış cərimə olmaqla, cəmi 4546.7 ABŞ dolları məbləğində borcun; 13 aprel 2010-cu il tarixli K4685 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları əsas borc, 665 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5292.45 ABŞ dolları borcun, 219 ABŞ dolları kredit üzrə komissiya olmaqla, cəmi 179988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə 26 noyabr 2019-cu il tarixinədək icra edilməsi öhdəliyi qərara alınmışdır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaları nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən "xxxx" ASCyə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğvprosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx"ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Həmçinin, Nəsimi Rayon Məhkəməsi qətnaməsində qalan borc məbləğinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qeyd olunmuşdur. "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fondu müxtəlif hüquqi şəxslər olduğundan, qalan borc məbləğinin kimdən tutulması qeyrimüəyyən olaraq qalır. Bu özlüyündə birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmanın bariz nümunəsidir. ƏSF bankın öhdəliklərini deyil bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd edilmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Beləliklə, ləğv prosesində olan "xxxx" ASC-nin və Əmanətlərin Sığortalanması Fondufaktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür. Göründüyü kimi, məhkəmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş qanunsuz və əsassız qətnamə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir. 36. Həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosessində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, MPM 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Məhkəmə qətnamədə yalnız iddiaçının irəli sürdüyü dəlillərə və izahatlara əsaslanmışdır. Məhkəmə tərəflərin çəkişmə prinsipinə əsaslanmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi dəlillərə, sənədlərə və izahatlarına qətnamədə hüquqi münasibət bildirməmişdir. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarının hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması, həmçinin saxlanc və girov müqaviləsində qeyd edilən qızıl- zinət əşyalarının və gümüş məmulatlarının həqiqətən banka təhvil verilibverilməsinə dair təhvil-təslim aktının olması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, ekspertin də qeyd etdiyi kimi cavabdeh tərəfindən ekspertə təhvil verilən qızılzinət əşyaları ilə eyniliyi təsdiq olunsa da, hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması müəyyən edilməm, qızıl-zinət əşyaları ekspert tərəfindən ümumilikdə 26500 manat məbləğində təkrar qiymətləndirilmişdir. 37. Eyni zamanda qeyd edilmişdir ki, iş üzrə təqdim edilmiş S-4375 və S3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilən qızıl-zinət əşyalarının və gümüş məmulatları ümumilikdə 230900 manat məbləğində qiymətləndirilmişdir. Lakin, qeyd olunan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının banka təhvil verilməsinə dair təhvil-təslim aktları təqdim edilməmişdir. Bundan başqa, S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələri İddiaçı ilə "xxxx" arasında bağlanmış K-4605, K-4622 və K4685 saylı kredit müqaviləsinin təminatı olmadığından, həmin saxlanc və girov müqavilələri üzrə qiymətləndirilən qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumilikdə 230900 manat dəyəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilə bilməz.
33. Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və ərizədə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 78; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu da öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaların nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQnun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən "xxxx" ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Göründüyü kimi, “məhkəmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş” qanunsuz və əsassız qətnamə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarı düzgün tətbiq edilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosesində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mulki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Dediklərinin nəzərə alınaraq , Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 29/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
34. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə sorğu edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 9-cu maddələrinin tələbinə əsasən icraata qəbul edilmədən məhkəməyə geri qaytarılmışdır.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Ş.Talışinski (sədrliyi və məruzəsi ilə), A.N.İmanov və M.A.Məmmədov) 2(103)-2210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdır. Belə ki, LPO "xxxx" ASC şikayətini iki əsasla təqdim etsə də sonadək qəti mövqeyini nümayiş etdirməmiş və sübuta yetirə bilməmişdir. Tərəflər arasında kredit-girov münasibətləri uzun müddət davam etmiş və mübahisə Bankın ləğvetmə prosesinə başlanılmaqdan öncə baş vermiş, məhkəmə qətnaməsi üzrə barışıq əldə edilmiş, sonra icraya yönəlsə də icra qurumu tərəfindən geri qaytarılmışdır. Xüsusi ilə diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdeh şikayət verməmiş, şikayəti yalnız üçüncü şəxs vermişdir. Deməli cavabdeh ləğvetmədə olan bankın idarəedilməsində kreditor-borclu münasibətlərdən (öhdəliklərdən) irəli gələn vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi ilə razılaşmışdır. Hazırda iddiaçıdan borcun tutulmasını və işin icra qaydasında həll edilməsi mümkünlüyünü müəyyən edən icra işinin olmaması, mübahisənin icra qaydasında həll edilməsini, yəni icra sənədi üzrə mövcud olan tələbin girov predmetinə yönəldilməsini mümkünsüz edir. Bundan əlavə, iş materialları ilə və üçüncü şəxsin öz etirafı ilə saxlanca verilmiş əşyaların hamısının olmaması mübahisənin mövcudluğunu müəyyən edir. İddiaçı təhvil-təslim aktları təqdim etsə də, bank onların hamısının təqdim edilməməsi, əşyaların təkrarlanması və sair dəlillər irəli sürsə də onların sübut etmək yükü və imkanı həddində mötəbər sübutlar təqdim etməmişdir.
37. Beləliklə, münasibətlərin üçüncü şəxsin və sonra da cavabdehin öz vəzifələrinin icra edilməsindən irəli gələn mübahisə üzrə yaranması və məhkəmə araşdırılmasının tələb edilməsi, icra işinin olmaması, o cümlədən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmasını müyyən edir.
38. Mahiyyəti üzrə araşdırma cavabdehin vəzifələrinin vaxtında, lazımi qaydada yerinə yetirilməməsini əhatə etsə də, üçüncü şəxsin və cavabdehin vəzifələri üzrə cavabdehin qətnaməni mübahisələndirmədiyi şəraitdə, üçüncü şəxsin isə ləğv prosesində olması öz bankının nümayəndəlik funksiyalarının yerinə yetirilə bilməsi hüquqlarının yalnız ləğvedicinin müəyyən etdiyi hədlər (göstərişlər) yönündə məhdud olduğundan, keçmiş (fəaliyyət dövründə) zamanlara aid münasibətlərə aydınlıq gətirilməsi baxımından qəbul ediləndir, ləğvedicinin vəzifələri üzrə isə ləğv prosesində bankın onu təmsil etmək hüquqları mövcud deyildir. Əşyların təhvil verilməsi və qarşılqılı borcların olması, işdə olan (icra sənədi, ekspert rəyləri və s) sənədlərlə təsdiq edilir, bunları təkzib edən (ekspert, audit və sair ixtisalı mütəxəssis araşdırmasının nəticəsi olan) sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərdən irəli gələrək məhkəmə kollegiyası üçüncü şəxs kimi cəlb edilən LPO "xxxx" ASC-nin əsassız və sübuta yetirilməyən şikayəti həddində qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kassasiya instansiyası məhkəməsində icraat
39. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AGBank" ASC (ləğv prosesindədir) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-3477/2024 nömrəli qərarı ilə (hakimlər Ə.M.Xıdırov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsinin - cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X6 təhvil verilməsinə və 179.988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsinə dair hissələrdə ləğv edilməsi və həmin hissələrdə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
42. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179.988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
43. Nəzərə alınmalıdır ki, iddiaçı kreditor bankın ona qarşı olan tələbinin girovqoyan qismində saxlanca verdiyi qızıl-zinət əşyalarına yönəldilməsi, yəni kreditor bankın öhdəliyinin deyil, öz öhdəliyinin müqavilə ilə şərtləşdirilmiş təminat üsulu vasitəsilə icrasını tələb edir. Başqa sözlə, iddiaçı bu halda bankın kreditoru kimi deyil, borclusu kimi çıxış edir.
44. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X6 təhvil verilməsi və 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsinə dair hissələrdə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə tələblərin kreditor tələblər olubolmadığına, iddiaçının bankın kreditoru qismində çıxış edib-etməməsinə tərəflərlə müzakirə edib hüquqi qiymət verməli olduğu halda bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.
45. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının tələbi kreditor tələbdir. İddiaçı tərəfə təhvil verilmiş qızıllar üzrə təhvil-təslim aktlarını birinci instansiya məhkəməsi nəzərə almamış və həmin qızılların dəyəri ümumi borcdan çıxılmamışdır. İddia qaldırıldıqdan sonra ümumi araşdırılma aparılmış, qarşı tərəfin iştirakı ilə kassaya baxış keçirilmiş və iddiaçının adına olan bağlama açılmışdır. Bankda olan qızıllar qarşı tərəfin iştirakı ilə ekspertizaya təqdim edilmişdir. Həmin vaxta qədər bağlamalar açılmamışdı. Bank ləğv edilmə prosesinə daxil olduqda ləğvedici tərəfindən kassada olan bağlamaların, bükümlərin və digər nə varsa sayımı aparılır. Bükümlər birdəfəlik istifadə üçündür, yəni büküm açıldıqda yenidən ona zərər yetirmədən bağlanılaraq yerinə qoyulması mümkün deyil. Bankla bağlı ləğvetmə prosesi başlanıldıqda sayılmışdı və iddiaçıya məxsus ağzı açılmamış 8 qızıl bükümü olduğu müəyyən edilmişdir. Bükümlər yalnız qarşı tərəfin iştirakı və razılığı ilə açılıb içərisinə baxıla bilər. Yenidən kassaya verildikdə isə qarşı tərəfin iştirakı ilə bağlanılır və kassaya təhvil verilir. Bank ləğvetmə prosesinə girdikdən sonra bağlamalar açılmamışdır.
47. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X.Q.Niyazov və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
48. İddiaçının hüquqi varisi X.Q.Niyazov əlavə olaraq bildirdi ki, bank ilə görüşmüşlər və əvvəlki vəziyyətə qayıtmaq barədə razılıq əldə olunmuşdur. Lakin Ali Məhkəmənin qərarı birtərəflidir. Hesab edir ki, qanunlar vətəndaşa xidmət etməlidir. Bank 2021-ci ildə müflisləşmişdir. Lakin bu iş 2015-2016-cı ildən gedir, hətta 2013-cü ilə təmas edir. Konstitusiya Məhkəməsinin qərarı 2017-ci il tarixlidir. Belə olduğu halda, qərar geriyə şamil edilə bilməz. 534.140 manat əslində dollar ifadəsindədir. Çünki bank 55-65% nisbətində girov əmlakı götürür. Əslində isə 700.000 ABŞ dollarından artıqdır. Ekspertiza bazar qiyməti ilə deyil, küçə qiyməti ilə 534.140 manat qiymətləndirib. O, təhvil-təslim aktı ilə banka mal vermiş, baş verən bütün hallar üzrə məsuliyyəti bank daşıyır. Bank tərəfindən birmənalı şəkildə qızıllar geri qaytarılmalıdır, borc bağlanıb. Tərəfindən məhkəməyə imzalı və möhürlü sənədlər təqdim olunmuşdur. Bank tərəfindən sonradan aşağı hissəsində təhvil verilməsi qeyd olunduğu yazılaraq surəti təqdim edilib. Həmin hissədə xətt var. Hesab edir ki, tələbləri kreditor tələblər deyil.
49. Onun nümayəndəsi və vəkili həmçinin bildirdi ki, üçüncü şəxsin nümayəndəsi izahat versə də bükümlərin hansı qaydada, hansı protokola, daxili qaydalara istinadən açılıb bağlanılmasını bildirmir. "xxxx" ASC tərəfindən qızıllar siyahı ilə təhvil alınsa da, siyahıda yazılan qızılların sayı ilə bükümün içərisində olan qızılların sayı eyni deyildi. Banklar haqqında qanunun 82-ci maddəsi var. Həmin maddədə bank aktivlərinin dairəsinə nələrin daxil olduğu sadalanmışdır. Üçüncü şəxslərə münasibətdə aktiv yalnız depozitə qoyulmuş puldur. Bank şəxsin depozitə qoyulmuş pulunu dövriyyəyə buraxır və həmin pula münasibətdə şərik olur. Bank müflis olduqda şəxs xeyirdə olduğu kimi, ziyanda da şərik olur. Belə olan halda, bank müflis olduqda şəxs kreditorlara özünü tanıtdırıb, gözləməlidir. Bank müflis olduqda saxlanca qoyulan əmlakın açılması qadağandır. Bankın saxlancda olan əmlakın pulunu qanunvericilikdə ardıcıllıqla müəyyənləşdirilmiş kreditorların hər hansı birinə ödəmək hüququ yoxdur. Hesab edir ki, iddia tələbləri kreditor tələblər deyil.
50. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Maddə 283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Maddə 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. Maddə 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; 300.0.2. əşyanın lombardda girovu; 300.0.3. hüquqların girovu; 300.0.4. pul vəsaitinin girovu; 300.0.5. sabit girov; 300.0.6. dövriyyədəki malların girovu. Maddə 301. Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Maddə 305. Sabit girov elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
52. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Maddə 72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Maddə 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Maddə 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. Maddə 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Maddə 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Maddə 87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Maddə 87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.
53. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı: “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Kollegiya qeyd edir ki, hazırki halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
57. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin “ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X6 təhvil verilməsinə və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsinə dair” iddianın təmin olunan hissələrində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia tələbinin “ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X6 təhvil verilməsinə və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsi” hissələrdə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
59. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir.
60. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə qirov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni zamanda, girov qoyulmuş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən 179.988,9 ABŞ dolları məbləğində borcun əvəzləşdirilməsindən sonra iddiaçının artıq bank qarşısında hər hansı icra olunmamış öhdəliyi qalmır.
62. Belə ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
63. Belə olan halda iddiaçı artıq cavabdehdən girovla təmin edilmiş öhdəliyə xitam verildiyinə görə qirov qoyulmuş əşyanın qaytarılmasını tələb edir. Başqa sözlə, iddiaçının 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının təhvil verilməsi və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun əvəzləşdirilməsindən sonra qalan məbləğin ödənilməsi tələbləri kreditor tələblərdir.
64. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin, “ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X6 təhvil verilməsinə və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilməsi” tələblərinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçının hüquqi varisi X6 pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına) müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: