Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1643/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaç İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(004)-4829/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddia tələbinə görə iddiaçı tam mülkiyyət hüququ ilə özünə məxsus olan bağ evini satıb, 87500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu cavabdehə vermiş, elə həmin gün də yəni 26 sentyabr 2022-ci il tarixində notariat qaydasında təsdiq edilmiş ərizə verilmişdir ki, cavabdehin iddiaçıya qarşı heç bir iddia və tələbi yoxdur. Lakin Cavabdeh İddiaçı qarşı Yasamal Rayon Məhkəməsində (hakim Ayşən Məmmədova) iddia qaldırmaqla 26 sentyabr 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş birtərəfli iradə ifadəsi üzrə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı bildirir ki, öz evini satıb həmin pulu o şərtlə cavabdehə vermişdir ki, birdəfəlik onun həyatından çıxsın, ondan əl çəksin. Bu səbədən də, yəni cavabdeh yerinə yetirməli olduğu hərəkətdən boyun qaçırdığına görə iddiaçı cavabdehə verdiyi 87500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu geri tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87500 (səksən yeddi min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili 2007-ci il tarixdən alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış və həmin əmlak üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak X8 Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş sənədə (Çıxarışa) əsasən Dövlət reyestrində qeydiyyata alınmışdır (MH 0111372). Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) ilə nikah olmadan münasibətləri olmuşdur. Bir qədər sonra iddiaçı münasibətləri kəsmək istəsə də, uzun müddət ərzində, ona müxtəlif hədə qorxular gələrək, münasibətlərin bitməsinə cavabdeh imkan vermir və münasibətləri davam etdirməyə məcbur edirdi. 2020-ci ildə İddiaçı xərçəng xəstəliyi aşkar edildi. Həmin vaxtda cavabdeh onunla əlaqəni kəsdi, müalicəsində köməklik etmədi və iddiaçı külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getdi. Müalicə olunduqdan sonra Azərbaycana qayıtdı və Azərbaycana qayıtmağını eşidən cavabdeh yenə də münasibətlərini əvvəlki kimi bərpa etdirməyə çalışırdı. Bu mümkün olmadıqda hədəqorxulara əl atdı. Sonda iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan bağ evini satıb 87500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu cavabdehə verdi və həmin gün, yəni 26 sentyabr 2022–ci il tarixində notariat qaydasında təsdiq edilmiş ərizə verildi ki, cavabdehin iddiaçıya qarşı heç bir iddia və tələbi yoxdur. Cavabdeh İddiaçı qarşı Yasamal Rayon Məhkəməsində (hakim Ayşən Məmmədova) iddia qaldırmaqla 26 sentyabr 2022 – ci il tarixdə notariat qaydasında təsdiq edilmiş birtərəfli iradə ifadəsi üzrə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı bildirir ki, öz evini satıb həmin pulu o şərtlə cavabdehə vermişdir ki, birdəfəlik onun həyatından çıxsın, ondan əl çəksin. Bu səbədən də, yəni cavabdeh yerinə yetirməli olduğu hərəkətdən boyun qaçırdığına görə iddiaçı cavabdehə verdiyi 87 500 (səksən yeddi min beş yüz) manat məbləğində pulu geri tələb edir. Pulun verilməsi faktını cavabdeh özü Yasamal Rayon Məhkəməsində məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir. Bununla belə 26 sentyabr 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədən tərəflər arasında, yəni iddiaçı tərəfindən pulun verilməsi ilə cavabdeh tərəfindən öhdəliyin götürülməsi arasında hər hansı bağlılıq, səbəbli əlaqə görünməsə də, bu mahiyyət etibarı ilə öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma deməkdir. 4.Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, 2(004)- 2333/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına keçirilən baxışdan göründüyü kimi cavabdeh həmin saylı iş üzrə iddiaçı qismində çıxış edirdi, cavabdeh isə hazırki işdəki iddiaçı idi. Göstərilən məhkəmə iclasında Cavabdeh qarşı tərəfin nümayəndəsi və vəkilinə bildirir ki, “Notariatda Novxanıdakı bağı satıb, 90000 manatı götürərək 80000 manatını niyə mənə verirdin?”. Bu ifadə mahiyyət etibarilə etirafedici hərəkətdir. Bundan əlavə bildirmək istəyir ki, iddia tələbinin mahiyyəti 26 sentyabr 2022-ci ildə notariatda olmuş hərəkətlərlə bağlıdır. İddiaçı həmin gün özünə aid olan bağ evini satmış, əldə etdiyi 87500 manat pulu onu bir daha narahat etməməsi, həyatından çıxması məqsədilə cavabdehə vermişdir. Cavabdeh isə ərizə yazıb göstərir ki, hazırki iş üzrə iddiaçıya qarşı iddia tələbi yoxdur. Bundan sonra bir müddət ərzində tərəflər arasında sakitlik olsa da, ancaq cavabdeh yenidən iddiaçını narahat etməyə başlamış, evinə gəlmiş, bacılarını iddiaçının evinə göndərmiş, yəni onu bezdirmişdir. Bununla bağlı cinayət işi də başlanılmış, mühafizə orderi də verilmişdir. Hesab edir ki, cavabdeh iddiaçı ilə olan razılığının şərtlərinə uymamışdır. Buna görə həmin pulu tələb edir. Ancaq bunu qeyd edir ki, tərəflər arasında əldə edilmiş razılıq əqdi mahiyyət etibarilə əhəmiyyətsizdir. Çünki bu, tərəfin hüquqlarını məhdudlaşdırır. Bu səbəbə görə də pulun geri qaytarılması əsaslıdır. Əgər həmin əqdin doğru üsulla bağlandığını qəbul etsək belə, bu zaman isə cavabdehin əsassız varlanması vəziyyəti yaranır. Çünki cavabdeh üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Pulun verilməsini sübut edən amil isə notariatda olmuş hərəkətlərin xronoloji ardıcıllığından görünür. Bütün proseslərin olması faktını cavabdeh özü eyni tərəflər arasında olan digər məhkəmə işi üzrə keçirilmiş iclasda etiraf etmişdir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk növbədə bildirir ki, cavabdehin bacısı barədə cinayət işinin açılması, mühafizə orderinin verilməsi bu hadisələrdən sonra olmuşdur. Yəni, notariatda razılaşmanın əldə edilməsinin göstərdiyi məsələlərlə bağlılığı yoxdur. Bundan əlavə, hazırki iş üzrə baxış keçirilmiş məhkəmə iclasında cavabdehin ifadələrinə münasibət bildirərək qeyd etmək istəyir ki, həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdehin iddiaçı tərəfin göstərdiyi yöndə izahatı göstərilməmişdir, yəni cavabdeh hər hansı faktı təsdiqləməmişdir. Təbii ki, iclasa baxışdan da göründüyü kimi cavabdeh müəyyən ifadələr işlətsə də, bu etiraf mahiyyətli deyil, çünki burada o, qarşı tərəfin bildirdiyi fikrə dair sual formasında çıxışını edir. Həmçinin, iddiaçı tərəf cavabdehin əsassız varlanmasını bildirir. Ancaq bu, doğru deyil. Çünki burada məsələ iddiaçının cavabdehin atası tərəfindən ona verilmiş əmlakın satılmasından sonra əldə edilən pulun cavabdehə verilməsi barədədir. İddiaçı tərəf bildirmişdir ki, bu əmlak ona cavabdehin atası tərəfindən hədiyyə verilmişdir. Təbii ki, bu əmlak iddiaçıya məxsus olsa da, o, özünü cavabdehə qarşı mənəvi borclu hiss etdiyinə görə həmin əmlakın satılmasından əldə edilən pulun cavabdehə verilməsini bildirməsi bu səbəbə görə idi. Cavabdehə hər hansı məbləğdə pul verilməmişdir. Hətta pul verilmiş olsa idisə belə, qaytarılması əsası yoxdur. Çünki iddiaçının qeyd etdiyi kimi pulun verilməsi ilə bağlı hər hansı qaytarma şərti yoxdur. Buna görə də pulun hazırki iddia üzrə tələb edilməsi əsassızdır. İddiaçı xəstəliyinə görə bu əmlakın satılmasını istəmişdir. Cavabdeh də buna razı olmuşdur, əmlak satılıb, pul isə iddiaçı tərəfindən xəstəliyinə xərclənmişdir. Həmin vaxt bildirilmişdir ki, onların digər əmlakları barədə aralarında mübahisələr olmasın. Bu səbəbə görə tərəflər ərizələr yazmışdırlar. Qeyd etdiklərinə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 dekabr 2023-cü il tarixli, 2(004)-4829/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Babazadə) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin, 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 546 nömrəli reyestr kitabının 50248 nömrəli vərəqində qeydiyyata alınmışdır. 8.4Ə-1487 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı **********33-11301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 652B-də 72.69 kv/m, 2 otaq bağ evi və tam hissə, 0,25 ha torpaq sahəsini alıcı X2 175000 manata satmışdır. 9.İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ9560 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, onun Cavabdeh qarşı heç bir iddiası və tələbi yoxdur. 10.Cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-9561 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, onun İddiaçı qarşı heç bir iddiası və tələbi yoxdur. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-1759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslərin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin, 1 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 (üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 12.Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumipaylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. 13.Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022- ci il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
14. xx.xx.2022-ci il tarixli cinayıt işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ 28-ci Polis Bölməsinin icraatında olan HK-2387 saylı material üzrə İddiaçı müraciəti əsasında baş vermiş hadisədə heç bir cinayət hadisəsi və tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. 15.“Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2023-cü il tarixli 02 saylı qərararından görünür ki, Cavabdeh İddiaçı yaşadığı və işlədiyi ünvanlara gəlməsi, telefon zəngləri, sosial şəbəkələr və digər vasitələrlə narahat edən hərəkətlərin yol verilməsi xx.xx.2023-cü il tarixindən 30 gün olmaqla X4 ilə qadağan edilmişdir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qaytarmaq şərtilə 87500 manat məbləğində pulun verilməsi iş materialları ilə sübut olunmur. 17.Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin təmin edilmiş vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-2333/2023 saylı iş üzrə 13 iyun 2023-cü il tarixli məhkəmə baxış iclasının audio-video yazısına tərəflərin iştirakı ilə baxış keçirmişdir. Məhkəmə, həmin iclasda İddiaçı iddia etdiyi kimi Cavabdeh tərəfindən deyilmiş “Notariusda 90000-ni özünə götürür, 80000ni niyə mənə verirdin? İfadəsini” 87500 manat pulun verilməsinin etirafı kimi qiymətləndirmir. Çünki cavabdeh tərəfindən hər hansı bir məlumat verən və ya məlumatı və faktı təsdiq edən nəqli cümlə işlədilməmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, pul tələbi ilə bağlı iddialarda pulun verilməsi mötəbər, təkzibolunmaz sübutlara (müqavilə, qəbz və s) və ya dəqiq, anlaşılan ifadələrdə əks olunmuş etirafla sübuta yetə bilər. Hal-hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin həmin məbləği götürmədiyini bildirdiyini qeyd edir. Digər məhkəmə araşdırması zamanı isə cavabdehin 87500 manat məbləğində pulun İddiaçı alması və ya qaytarılmaq şərti ilə götürməsi, yaxud da hər hansı bir şərtlə qəbul etməsi barədə bir etiraf yoxdur. Belə olan halda isə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessualhərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 19.Beləliklə məhkəmə iddianın rədd edilməsi barədə möqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddiaçı cavabdehin hər hansı şərtlə pul verməsini və yaxud əsassız varlandığını sübuta yetirməli olduğu halda sübut edə bilməmişdir. 20.Bundan əlavə, məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində bildirdiyi kimi “cavabdehin ondan əl çəkməsi üçün pul verməsi” də anlaşılan deyil. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında uzun müddətlik yaxın münasibətlər olmuşdur. Belə olan halda həmin məbləğin verilməsi halı sübuta yetsə belə, həmin məbləğin könüllü şəkildə verilməsi istisna olunmur. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 337.1, 337.4, 337.5-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin106.3, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.4-cü maddələrinəistinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
22.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, ağlabatan mühakimə əsasında tərəflər arasında baş vermiş hüquqi əməliyyatların, davranışların xronoloji ardıcıllığından görünür ki bütün proseslər eyni gündə, eyni notariat kontorunda baş vermişdir. Yəni iddiaçı xx.xx.2022-ci ildə notariusda özünə məxsus bağ evini 175000 manata satmış, tərəflərin eyni gündə eyni notariusda ərizəsindən görünür ki, onların bir-birilərinə qarşı heç bir iddiası və tələbi yoxdur. Yəni tərəflər bütün əməliyyatları hansısa şərtin qarşılığında etmişlər ki, o şərt ki, aralannda olan bütün faktiki münasibətlərə birdəfəlik son qoysunlar. Lakin cavabdeh iddiaçının güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət edərək, yəni hüquqdan sui-istifadə edərək iddiaçıya qarşı Yasamal Rayon Məhkəməsində (hakim Ayşən Məmmədova) iddia qaldırmaqla 26 sentyabr 2022-ci iİ tarixdə notariat qaydasında təsdiq edilmiş birtərəfli iradə ifadəsi üzrə götürdüyü öhdəliyi pozmuşdur.Yəni iddiaçı öz evini satıb həmin pulu o şərtlə cavabdehə vermişdir ki birdəfəlik onun həyatından çıxsın, ondan maddi və mənəvi baxımdan əl çəksin. Əfsuslar olsun ki, sözügedən hallar, hətta cavabdehin özünün etirafına baxmayaraq məhkəmədə daxili inam formalaşdırmamışdır. Bununla belə 26 sentyabr 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədən tərəflər arasında, yəni iddiaçı tərəfindən pulun verilməsi ilə cavabdeh tərəfindən öhdəliyin götürülməsi arasında hər hansı bağlılıq, səbəbli əlaqə görünməsə də, bu mahiyyət etibarı ilə öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Cavabdeh iddiaçıdan əl çəksin deyə min-bir əzab əziyyətlə qazandığı pullarla əldə etdiyi mənzilini satıb pulu ona verib mülkiyyətindən məhrum olsa belə, cavabdeh hazırda öz qanunsuz və özbaşına əməllərindən çəkinmir. Nəticə etibarı ilə iddiaçı həmin münasibətlərin faktiki qurbanına çevrilmişdir. Öz mülkiyyətindən, əmlakından, pulundan məcburiyyət qarşısında məhrum olmuşdur. Cavabdeh səs yazılarına baxış keçirilmiş, dinlənilmiş məhkəmə iclasında 80000 manat pulu almasını birbaşa öz sözləri ilə etiraf etmişdir. Lakin məhkəmə onun bu ifadəsini etiraf kimi qiymətləndirməmiş və qeyd etmişdir ki, faktı təsdiq edən nəqli cümlə işlədilməmişdir. Halbuki cavabdeh nəqli cümlə işlətməsə də, ritorik olaraq sual vermişdir. Yəni “Notariusda 90000-ni özünə götürür, 80000-ni niyə mənə verirdin?” ifadəsi özlüyündə təsdiqedici ifadədir. Sadəcə cavabdeh həmin halı ritorik sual şəklində səsləndirmişdir. Ritorik sual isə cavabı tələb olunmayan və ya soruşanın özü tərəfindən cavabla çox diqqət yetirmək və ya müəyyən bir faktı təsdiqləməkdən başqa bir şey deyil. Yəni cavabdeh də məhz ritorik olaraq həmin sualı verir ki, diqqətlə dinlədikdə bunu aydın müəyyən etmək olar. Bunun üçün zəruri olarsa linqvistik ekspertiza belə keçirilə bilər. Bu mənada həmin səsli ifadənin təsdiqedici, etiraf edici və ya nəqli cümlə şəklində işlədilməsini xüsusi biliyə malik olan mütəxəssis dilçilər müəyyən edə bilər ki, məhkəmə bununla bağlı lingvistik ekspertiza keçirməli idi. Bu etiraf da məhz iddiaçını sübut etmə yükündən azad edən haldır. Bununla belə cavabdehin nümayəndəsi və vəkili də öz ifadəsində göstərmişdir ki, “satılmış ev cavabdehin atası tələfindən iddiaçıya satılmış, əgər götürsək ki, pul verilib, bu məbləğ bağışlanılıb və cavabdehin mənəvi haqqıdır. "Göründüyü kimi, bu izahatın özüdə dolayı yolla bir daha iddiaçını sübut etmə yükündən azad etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 28.Maddə 1091.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 29.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 30.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 31.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 32.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Belə ki, iş materiallarından görünür ki, iddia tələbinə görə iddiaçı tam mülkiyyət hüququ ilə özünə məxsus olan bağ evini satıb 87500 manat məbləğində pulu cavabdehə vermiş, elə həmin gün də yəni 26 sentyabr 2022 – ci il tarixində notariat qaydasında təsdiq edilmiş ərizə verildi ki, cavabdehin iddiaçıya qarşı heç bir iddia və tələbi yoxdur. Lakin Cavabdeh İddiaçı qarşı Yasamal Rayon Məhkəməsində (hakim Ayşən Məmmədova) iddia qaldırmaqla 26 sentyabr 2022 – ci il tarixdə notariat qaydasında təsdiq edilmiş birtərəfli iradə ifadəsi üzrə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı bildirir ki, öz evini satıb həmin pulu o şərtlə cavabdehə vermişdir ki, birdəfəlik onun həyatından çıxsın, ondan əl çəksin. Bu səbədən də, yəni cavabdeh yerinə yetirməli olduğu hərəkətdən boyun qaçırdığına görə iddiaçı cavabdehə verdiyi 87500 manat məbləğində pulu geri tələb edir. 39.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 87500 manat məbləğində pulun verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. 40.Belə ki, iddiaçının sübut kimi istinad etdiyi Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-2333/2023 saylı iş üzrə 13 iyun 2023-cü il tarixli məhkəmə baxış iclasının audio-video yazısına məhkəmə iclasında iddiaçı tərəfin təmin edilmiş vəsatəti əsasında tərəflərin iştirakı ilə baxış keçirmişdir. 41.Kollegiya hesab edir ki, həmin iclasda İddiaçı iddia etdiyi kimi Cavabdeh tərəfindən deyilmiş “Notariusda 90000-ni özünə götürür, 80000-ni niyə mənə verirdin?”ifadəsi 87500 manat pulun verilməsinin etirafı kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh tərəfindən səsləndirilmiş “Notariusda 90000-ni özünə götürür, 80000-ni niyə mənə verirdin?” ifadəsi pulun verilməsini birmənalı olaraq təsdiq edən cümlə deyil. 42.Məhkəmə kollegiyası qeyd edir ki, pul tələbi ilə bağlı iddialarda pulun verilməsi mötəbər, təkzibolunmaz sübutlara (müqavilə, qəbz və s) və ya dəqiq, anlaşılan ifadələrdə əks olunmuş etirafla sübuta yetə bilər. Hal-hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin həmin məbləği götürmədiyini bildirdiyini qeyd edir. Digər məhkəmə araşdırması zamanı isə cavabdehin 87500 manat məbləğində pulun İddiaçı alması və ya qaytarılmaq şərti ilə götürməsi, yaxud da hər hansı bir şərtlə qəbul etməsi barədə bir etiraf yoxdur. 43.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 44.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 45.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 46.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 47.Beləliklə kollegiya iddiaçı tərəfindən 87500 manatın cavabdehə verildiyini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, həmçinin qeyd olunan hal iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmadığından məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsalsı hesab edərək qeyd edir ki, iddia tələbi düzgün olaraq təmin edilməmişdir. 48.Apellyator apellyasiya məhkəməsində qüvvədə olmayan başqa bir məhkəmə qətnaməsinə istinad etsə də, kollegiya təqdim olunmuş həmin qüvvədə olmayan qətnaməni yeni sübut kimi qiymətləndirərək nəzərə almamışdır.
49. Belə ki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 50.Göründüyü kimi, apellyator hazırkı mərhələdə istinad etdiyi yeni sübutu birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməmiş, apellyasiya şikayətinin dəlillərində belə qeyd olunan yeni sübuta istinad etməmişdir. 51.Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan və birinci instansiya məhkəməsinə hazırlıq mərhələsində təqdim olunmuş (i/v 77-83) xx.xx.2023-cü ildə Nəsimi rayon Prokuroru tərəfindən təsdiq olunmuş ittiham aktında (i/v 80) şahid qismində ifadə verən İddiaçı ifadəsində qeyd etmişdir ki, təxminən 25 ildir ki, Cavabdeh ilə aralarında ailə münasibətləri olmuşdur. Mübahisəli bağı 2007-ci ildə Elçinin atası Vaqif könüllü olaraq onun adına keçirmişdir. 52.Yuxarıda qeyd olunana əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq onu da qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində bildirdiyi kimi “cavabdehin ondan əl çəkməsi üçün pul verməsi” də anlaşılan deyil. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında uzun müddətlik yaxın münasibətlər olmuşdur. Belə olan halda həmin məbləğin verilməsi halı sübuta yetsə belə, həmin məbləğin könüllü şəkildə verilməsi istisna olunmur. 53.Kollegiya apellyatorun hazırkı mərhələdə ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. 54.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(004)- 4829/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(004)-4829/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasəmov