Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1658/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5621/2021 saylı mülki iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özünə aid yaşayış sahəsində istifadə etdiyi su-kanal, qaz, internet, telefon, MKTB-yi xidmətlərinə görə hər ay ümumilikdə 50 manat olmaqla 2015-2021-ci illər üzrə cəmi 3.600 manat borc məbləğinin və 30 manat ödənilməmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş gəlini Cavabdehn 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən Cavabdeh ona məxsus mənzildə yaşayır, yaşadığı hissə bütün komunal şəraitlə təchiz olunmuşdur. Bütün növ kommunal xidmətlərdən işıq, qaz, su, kanalizasiya, internet, telefon, eləcə də mənzil komunal təsərrüfat birliyinin xidmətlərindən tam və sərbəst istifadə edir. Faktiki olaraq sadalanan komunal xidmətlər onun adınadır və onun tərəfindən hər ay təyin olunmuş məbləğdə ödənişlər aparılır. O, təqaüdçüdür və komunal xidmətləri ödəməklə maddi sıxıntılar yaşayır. Dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edərək onun istifadə etdiyi komunal xidmətlərə görə cavabdeh ödəniş etmədiyi üçün hazırki günə hər ay ümumilikdə 50 manat olmaqla 3600 manat borc məbləği yaranmışdır. Cavabdehin kifayət qədər gəliri, 350 manat aliment və qeyri-rəsmi gəlirləri olsa da istifadə etdiyi kommunal xidmətlərə görə ödəniş etməkdən imtina edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5621/2021 saylı mülki iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5621/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmiş gəlini, hazırki iş üzrə Cavabdeh 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən Cavabdeh ona məxsus mənzildə yaşayır, yaşadığı hissədə bütün kommunal şəraitlə təhciz olunmuşdur. Bütün növ komunal xidmətlərdən işıq, qaz, su, kanalizasiya, internet, telefon, eləcə də mənzil kommunal təsərrüfat birliyinin xidmətlərindən tam və sərbəst istifadə edir. Faktiki olaraq sadalanan kommunal xidmətlər onun adınadır və onun tərəfindən hər ay təyin olunmuş məbləğdə ödənişlər aparılır. İddiaçı təqaüdçüdür və kommunal xidmətləri ödəməkdə maddi sıxıntılar yaşayır. Dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edərək onun istifadə etdiyi kommunal xidmətlərə görə ödəniş etməsini xahiş etmişdir. Uzun illər, 01 iyul 2015-ci ildən 01 iyul 2021-ci illər üzrə kommunal xidmətlərə görə cavabdeh ödəniş etmədiyi üçün hazırki günə hər ay ümümilikdə 50 manat olmaqla 3.600 (üç min altı yüz) manat borc məbləği yaranmışdır. Cavabdehin kifayət qədər gəliri, 350 manat aliment və qeyri rəsmi gəlirləri olsa da istifadə etdiyi kommunal xidmətlərə görə ödəniş etməkdən imtina edir. Cavabdeh məhkəməyə kommunal xərclərlə bağlı ödəniş qəbzləri təqdim etməmiş və məhkəmədə hər hansı sübut növü (qəbz) təqdim etməmişdir. Halbuki, iş üzrə cavabdeh iddiaçının mənzilində daimi yaşamasını kommunal xidmətlərdən fasiləsiz istifadə etdiyini etiraf etmişdir. Nəsimi rayon Məhkəməsinin hakimi çıxardığı qətnamədə qeyd etmişdir ki, guya kommunal xidmətlərə görə ödəməyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Halbuki, kommunal xidmətlərə görə ödəniş qəbzlərinin bir hissəsi iddia ərizəsinə əlavə olunmuş və iddia ərizəsinin qoşma sənədlər hissəsində qeyd olunmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı Məhəbbət qızının keçmiş gəlini Cavabdeh 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən Cavabdeh ona məxsus mənzildə 2 uşağı ilə birlikdə yaşayır, yaşadığı hissə bütün kommunal şəraitlə təchiz olunmuşdur və cavabdeh kommunal xidmətlərdən sərbəst istifadə edir. Kommunal xidmətlər iddiaçının adınadır və onun tərəfindən müəyyən məbləğdə ödənişlər aparılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı cavabdehdən MKTB-nin xidmətlərinə görə hər ay ümumilikdə 50 manat olmaqla 2015-2021-ci illər üzrə cəmi 3.600 manat borc məbləğinin tutulmasını tələb etsədə, lakin buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri əsasında yoxladığı birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilmiş mövqe ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. İşin apellyasiya instansiyasında araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı kommunal xidmətlərə görə ödənişlər edir və cavabdeh isə mənzildən istifadə etdiyi hissəyə münasibətdə ödəməli olduğu kommunal ödənişləri ödəmədiyindən iddiaçı hər ay ümumilikdə 50 manat olmaqla 3600 manat borc məbləğinin cavabdeh tutulmasını iddia edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh etiraf etmişdir ki, o, hər ay 20 manat məbləğində kommunal xidmətlərə görə ödəniş etmiş, lakin son 1 (bir) il ərzində mülkiyyətçiyə kommunal ödənişlər üçün hər hansı məbləğ verməmişdir. İddiaçı tərəfindən isə kommunal haqları üçün 3600 manat ödənilməsi sübut olunmur. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh mübahisəsiz olaraq hər il aylıq olaraq iddiaçıya ödədiyi 20 manat məbləğində pulu son bir ildə ödəmədəyini etiraf etdiyinə görə, cavabdehdən son bir il üzrə ödənilməyən pul məbləği, yəni 240 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh tutularaq, İddiaçı oğluna ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iddia tələbinin tam təmin edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 3600 manat pulun iddiaçıya ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən sübuta yetirilmir. Belə olan halda, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 382, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5621/2021 saylı mülki iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 240 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1658/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1658/2022
08.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver