Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1666/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(001)-2200/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(001)- 2200/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və s. tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən “müddətin bərpasına dair” ərizə və apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan başqa iddiaçı şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı yenidən apellyasiya şikayəti və “Müddətin bərpasına dair” ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçı müddətin bərpasına dair ərizə ilə növbəti dəfə məhkəməyə müraciət etmiş, lakin ərizəyə apellyasiya şikayəti qoşma edilmədiyindən, ərizə məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. İddiaçı yenidən qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir (maddə 128.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). İş materiallarından müəyyən edilir ki, iddiaçı birinci dəfə apellyasiya şikayətini prosessual müddət daxilində vermiş, müddəti ötürməmişdir, lakin məhkəmə tərəfindən apellyasiya şikayəti geri qaytarılmış və məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayətində 2 saylı Əlavənin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” başlıqlı 6-cı, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” başlıqlı 7-ci, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” başlıqlı 9-cu, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” başlıqlı 10-cu və “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” başlıqlı 11-ci bəndləri ümumiyyətlə göstərilməmişdir. Beləliklə, şikayət nəzərdə tutulmuş formada verilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin məzmununa həsr olunan MPM-in 361ci maddəsində qeyd olunan məlumatların göstərilməsinin vacibliyi təsbit olunmamışdır. Buna baxmayaraq, məhkəmə iddiaçının ehtiyac görmədiyi və doldurulması zəruri olmayan hissələrin əks olunmamasına görə apellyasiya şikayətini geri qaytarmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi hal qanunvericiliyin müəyyən etdiyi formaməzmuna dair tələblərin pozuntusu olmayıb apellyasiya şikayətinin geri qaytarılması üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət daxilində verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsinin yalnış qənaəti nəticəsində geri qaytarılmışdır, bununla da hazırda apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. İddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadə etməyə yox, barəsində çıxarılmış məhkəmə qətnaməsinə yenidən baxılmasına yönəlmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilərək, apellyasiya şikayəti qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(001)- 2200/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş “apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası” barədə ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(001)- 2200/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti baxılması üçün icraata qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1666/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1666/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver