Məhkəmə qərarları › İş №2(103)-1681/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1681/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1681/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin iddia tələbinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia tələbinə dair iş üzrə Açar sözlər: (Pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X18 və X3 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)-515/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 259.299.76 ABŞ dolları və 73.799.928 ABŞ dolları maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-nin təsisçisi olmuş mərhum X24 ilə dostluq münasibətləri olmuşdur. Sonuncu ona bildirmişdir ki, MMC-də maliyyə çətinliyi var, cəmiyyətin fəaliyyətini genişləndirmək istəyir, bunun üçün də ona külli miqdarda vəsait lazımdır. Ona görə də təklif etmişdir ki, MMC-yə pul vəsaiti qoysun, buna görə ona qazancından pul verəcəkdir. İlham Eyyubov ondan dəfələrlə borc pul alıb, vaxtında qaytardığı üçün ona inanmışdır. Beləliklə, xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları pul mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin MMC-nin kassasına mədaxil edilməsi MMC-nin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində cəmiyyətin hazırkı direktoru Raminanın, baş mühasibi X9 imzaları ilə təsdiq edilmişdir. Pul vəsaitini MMC-nin kassasına mədaxil etməyi və hal-hazıra kimi pul vəsaitinin ona qaytarılmaması cəmiyyətin baş mühasibi Mehman Rəşidovun, baş direktoru vəzifəsində işləmiş X11 və direktor müavini işləmiş X5 Bakı Şəhəri Nəsimi rayon 22-ci Polis Bölməsində verdikləri izahatları ilə də təsdiq olunmuşdur. X24 öldükdən sonra onun həyat yoldaşı Əyyubova Sevda və qızları pulunun qaytarılması barədə vəd versələr də, pulunun bir qismini qaytarmışlar, lakin 259.299.76 ABŞ dollar hissəsini qaytarmamışlar. Həmin pul vəsaitini MMC-yə mədaxil edəndə pulunun təminatı kimi onu cəmiyyətdə işçi kimi qeydiyyata da almışlar. Beləliklə, külli miqdarda pul vəsaiti cavabdehdə qalmış və hal-hazıra kimi geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Ona görə də, cavabdeh ona 259.299.76 ABŞ dolları və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri (259.299.76x5%= 12299.988x6=73.799.928), cəmi 333.099.688 ABŞ dolları pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumunu qaytarmalıdır. 3.Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsasa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün iddiaçıdan MMC-nin və dövlətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia əsassız olmaqla şər və böhtan xarakteri daşıyır. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir və heç bir sübutla öz təsdiqini tapmır. MMCnin kassa sənədlərindən görünür ki, MMC-yə xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək 412.066 ABŞ dolları məbləğində pul mədaxil olmamışdır. Bundan əlavə, nə mərhum X12 arvadı, nə də qızları iddiaçıya pul qaytarmamışlar. İddiaçının pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin sübutu kimi MMC-nin kompüterindən çıxarışa istinad etməsi absurddur. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar mərhumun qızı Raminanın imzası və xətti deyil. Onun qızı MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki 2013-2014-cü illərdə MMC-də maddi-məsul vəzifəli şəxs deyildi, 2014-2015-ci illərdə menecer vəzifəsində işləmişdir və səlahiyyətinə aid olmayan addım ata bilməzdi. Kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. Kompüter çıxarışında olan imza və yazıların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı xətt və imzanın mühasib olmuş Mehmana aid olmasını iddia edirsə, belə halda qeyd olunmalıdır ki, Mehman xx.xx.2014-cü ildən öz ərizəsi ilə işdən azad olunmuşdur. Belə olan halda, kompüter çıxarışında göstərilən xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixə qədər olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilməzdi. Bu hal onu göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim etmiş və MMC-ni borclu çıxarıb, məhkəməni yanlış yola çəkərək, iddiasının təmin olunmasına nail olmaq istəyir. Bundan başqa, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə o, bu illər ərzində, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. Onun polisə müraciət etməsi və orada guya araşdırma aparılması da sübut deyil. Çünki polis onları dəvət etməmiş, araşdırma barədə məlumatları olmamışdır. Ona görə də iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı onlara qarşı əsası olmayan və iddia müddəti keçmiş iddia qaldırmışdır. İddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. İşin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında işdən çıxarılmış və MMC-yə məxsus “Honda City” markalı, ** AB *** dövlət qeydiyyat nömrəli avtomobil ondan geri alınmışdır. Bundan sonra tərəflərindən iddiaçıya qarşı MMC-yə vurduğu ziyanla bağlı iddia qaldırılmışdır. Məhz bu hallara görə iddiaçı onlara qarşı qərəzli mövqedə olmaqla, onlara rəqib olan firmaların rəhbərlərini, yəni “X35 Company” MMC-nin rəhbəri X11 və "xxxx" MMC-nin rəhbəri X5 vasitəsi və iştirakı ilə MMC-yə qarşı hazırkı iddianı qaldırmaqla onlara ziyan vurmağa və rəqib kimi onları iqtisadi cəhətdən sıradan çıxarmağa çalışmışdır. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş və imzalanmış çıxarışda qeyd olunmuşdur ki, MMC-nin ona olan borc qalığı 259.299,76 ABŞ dolları təşkil edir. Tədqiq olunmuş, MMC-nin təsisçisi E.F.Quliyev tərəfindən imzalanmış 1 saylı, xx.xx.2010-cu il tarixli əmrdə qeyd olunmuşdur ki, X25 01 oktyabr 2010-cu il tarixindən MMC-nin direktor vəzifəsinə təyin edilir. 5.MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli əmrdə qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdən Baş direktor X25 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 69-cu maddəsinə əsasən xitam verilmişdir. 6.MMC-nin təsisçisi Quliyev E.F. tərəfindən imzalanmış 12 saylı, xx.xx.2014-cü il tarixli əmrdə qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixdən X20 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. 7.MMC-nin təsisçisi Yusubova S. tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, 24 may 2018-ci il tarixindən Eiubova Ramina MMC-nin direktor vəzifəsinə təyin edilir. 8.MMC-nin təsisçisi Yusubova Sevda tərəfindən imzalanmış 41 saylı, xx.xx.2019-cu il tarixli əmrdə qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixindən X21 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. 9.MMC-nin direktoru Eiubova Raminanın H/010-12-02 nömrəli, xx.xx.2019-cu il tarixli əmrində qeyd olunmuşdur ki, cəmiyyətin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən öz xahişi ilə 28 mart 2019-cu il tarixindən xitam verilmişdir. 10.MMC tərəfindən 2013-cü ilin dekabr ayı və 2014-cü il üçün tərtib olunmuş memorial orderlərində qeyd edilmişdir ki, iddiaçının adından şirkətin hesabına pulun mədaxil edilməsi və hesabından məxaric edilməsi müəyyən edilməmişdir. 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, uzun müddət şirkətin təsisçisi olmuşdur. O, həm də MMC-də baş direktor vəzifəsində işləmiş, 2016-cı ildə işdən çıxmışdır. İddiaçını İlham Eyyubov vasitəsilə tanımışdır. İddiaçı şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000 hissəsi mənzilə hesablanaraq ona verilmişdir. İddiaçının şirkətdə 259.000 pulu qalmışdır. İddiaçıya verilmiş mənzil onun adına olmuşdur. İddiaçının şirkətdə pul vəsaitinin olmasını və pulun qaytarılmasını şirkətdə çalışan hər bir şəxs bilmişdir. Həm də bilir ki, iddiaçının pulu hələ də ona qaytarılmamışdır. Pullar mərhum İlhama ödənilir, daha sonra onun tərəfindən kassaya mədaxil edilirdi. İddiaçı və İlham dost olmuşdurlar. İlhamın adından pul kassaya mədaxil edilə bilməzdi, çünki xarici vətəndaş olduğundan rəsmi olaraq şirkətə aidiyyəti olmamışdır. Pulların hansı məbləğlərdə şirkətə verilməsini xatırlamır. Eiubova Ramina şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman Mehman və Ramina tərəfindən blanklar tərtib olunurdu. Dəqiq sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Pullar iddiaçı tərəfindən adətən onun, İlhamın, Mehmanın və başqalarının yanında verilirdi. 12.Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır. MMC-də baş mühasib vəzifəsində çalışmış, şirkətin maliyyə işlərini aparmışdır. İlhamın ona etibarı olmuşdur. Şirkətə vəsait lazım olduğundan əlavə pullar cəlb olunurdu. İddiaçı şirkətə pul qoymuşdur. Pullar iddiaçı tərəfindən şirkətə müxtəlif məbləğlərdə verilmişdir. İddiaçı həmin şirkətin faktiki rəhbəri olan İlham Eyyubov ilə dost olmuşdur. İddiaçını İlham vasitəsi ilə tanımışdır. İddiaçı şirkətə 259.600 manat vəsait qoymuşdur. O, şirkətə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada onun şirkətin kassasında 259.600 manat pulu qalmışdır. Bu faktı o və mərhum İlhamın qızı Raminə şirkətin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. Pullar banklara qoyulmuşdur. Pulların verilməsində müxtəlif vaxtlarda iştirak etmişdir. Kassaya pul İlhamın adından daxil edilirdi. Sonradan baş mühasib vəzifəsində səhhətinə görə işləyə bilməmişdir. Lakin şirkətin maliyyə əməliyyatlarına rəhbərlik etmişdir. İddiaçının adına Ramina tərəfindən tərtib edilmiş sənəd onun tərəfindən imzalanmışdır. 13.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-515/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim-Cəmilə Musayeva) hər iki iddia rədd olunmuşdur. 14.Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 15.Belə ki, cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut iddiaçının adına "xxxx" kompüter proqramı vasitəsilə Eiubova Ramina tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənəd məhkəmə tərəfindən qiymətləndirilmiş, həmin sənədin iddiaçının istinad etdiyi halın, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasının sübuta yetirilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir. 16.Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi qəbul edilə bilməz. 17.Məhkəmə gəldiyi qənaəti, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman (xx.xx.2015-ci il) sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər Eiubova Ramina və Mehman Rəşidovun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixində Eiubova Ramina və Mehman Rəşidovun şirkətə hər hansı aidiyyəti olmamış, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-ci il tarixədək şirkətin fəaliyyətinə cari rəhbərlik etmək səlahiyyətinə malik olan cəmiyyətin direktoru vəzifəsini icra edən X25, xx.xx.2011ci il tarixdən xx.xx.2019-cu il tarixədək şirkətin baş mühasibi vəzifəsində çalışan isə X13 olmuşdur. 18.Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X25 və X9 tərəflər arasında pulun verilməsi və qaytarılmasına dair münasibətlərin olduğunu bildirən ifadələrə məhkəmə tənqidi yanaşmış və onları mötəbər sübut hesab etməmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şahidlərin göstərdiyi hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamışdır. 19.Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. 20.Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etməsi pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını qorumaq məqsədilə öz məhkəmə müdafiəsi hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir. 21.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.1, 377.1, 385.1, 386.1, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 120, 217.3, 217.4-cü maddələrinə, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına istinadla əsaslandırmışdır. 22.Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat 23.İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, ümumiyyətlə kredit müqaviləsi bağlamamışdır. MMC-nin baş direktoru vəzifəsində işləmiş X25 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də tərəfindən həmin pul vəsaiti MMC-nin kassasına mədaxil edilmişdir. İş materialları ilə də sübut olunur ki, pul vəsaiti MMC-nin kassasına mədaxil olunan zaman X25 MMC-nin baş direktoru vəzifəsində işləmişdir. Onun pul vəsaitinin cavabdeh şirkətdə olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən, onun və mərhum İlhamın qohumlarının hamısı onun pulunun şirkətdə olmasını bilmişlər. X9 əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Şirkətə tərəfindən xx.xx.2013-cü il tarixdə 89.172 ABŞ dolları mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X9 əmək müqaviləsinə xitam verilməmişdir və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Bundan başqa, pul vəsaitinin ödənilməsinə dair sənədin ciddi hesabat blankı olmaması pul vəsaitinin verilməməsi anlamına gəlmir. O, pul vəsaitini verərkən həmin sənədi ciddi hesabat blankı kimi qəbul etmişdir. 25.Cavabdeh MMC-nin iddia tələbinə və apellyasiya şikayətində qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC-nin kassa sənədlərindən görünür ki, MMC-yə xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək 412.066 ABŞ dolları məbləğində pul mədaxil olmamışdır. Bundan əlavə, nə mərhum İlham Eyyubovun arvadı, nə də qızları iddiaçıya pul qaytarmamışlar. İddiaçının pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin sübutu kimi MMC-nin kompüterindən çıxarışa istinad etməsi absurddur. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar mərhumun qızı Ramina Eyubovanın imzası və xətti deyil. Ramina Eyubova cavabdeh MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki 2013-2014-cü illərdə o, MMCdə maddi-məsul vəzifəli şəxs deyildi, 2014-2015-ci illərdə menecer vəzifəsində işləmişdir və səlahiyyətinə aid olmayan addım ata bilməzdi. Kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası, MMC-nin möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. Kompüter çıxarışında olan imza və yazıların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı xətt və imzanın mühasib olmuş Mehman Rəşidova aid olmasını iddia edirsə, belə halda qeyd olunmalıdır ki, Mehman Rəşidov xx.xx.2014cü il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. Belə olan halda, kompüter çıxarışında göstərilən xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilməzdi. Bu hal onu göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim etmiş və MMC-ni borclu çıxarıb, məhkəməni yanlış yola çəkərək, iddiasının təmin olunmasına nail olmaq istəmişdir. Bundan başqa, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə iddiaçı, ötən illər ərzində, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. İddiaçının polis orqanına müraciət etməsi və orada guya araşdırma aparılması da sübut deyil. Çünki polis orqanı MMC-nin səlahiyyətli şəxslərini dəvət etməmiş, araşdırma barədə onlara məlumat verməmişdir. Ona görə də iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı onlara qarşı əsası olmayan və iddia müddəti keçmiş iddia qaldırmışdır. İddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. İşin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında iddiaçı işdən çıxarılmışdır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı rədd etməklə iş üzrə əsaslı və qanuni qətnamə qəbul etmişdir. 26.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7707/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 27.Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat 28.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2457/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – ilk iddia hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 29.Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini düzgün qiymətləndirməmiş, işi tam və hərtərəfli araşdırmamış, tələb olunduğu halda məhkəmə ekspertizası təyin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 30.İddiaçı təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, o, mərhum İlhamın təklifi ilə cəmiyyətə pul verərkən, həmin pul İlhamın göstərişi əsasında kassir vəzifəsində işləyən qızı Ramina tərəfindən qəbul edilərək, kassaya mədaxil edilmiş, lakin İlhamla dost olduğu, aralarında inam və etibar olduğu üçün pulun verilməsi barədə hər hansı bir mühasibatlıq sənədi almamışdır. Cəmiyyətə bu cür pul vəsaiti başqa şəxslər tərəfindən də qoyulmuş və həmin şəxslər də İlhamın göstərişi əsasında pul vəsaitini onun qızı Raminaya vermiş, o da pulu kassaya mədaxil etsə də, pulun qəbul edilməsi barədə hər hansı bir sənəd verməmişdir. Cəmiyyətə verdiyi pulun müəyyən hissəsi ona 90.000 min manat dəyərində verilmiş iki otaqlı mənzillə kompensasiya edilmiş, bir hissəsi isə nağd şəkildə verilmişdir. Onun cəmiyyətdə qalmış pulunun məbləği kassir vəzifəsini yerinə yetirən mərhum İlhamın qızı tərəfindən tərtib edilmiş və MMC-nin baş mühasibi Mehman Rəşidov tərəfindən imzalanmış kompüterdən çıxarışla təsdiq edilir. 31.İddiaçı apellyasiya məhkəməsinin iclasında istinad etdiyi kompüterdən çıxarışın MMC-nin möhürü ilə təsdiq edilmiş nüsxəsini məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, sənədi birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəbi həmin sənədi sonradan sənədlərin arasından tapmasıdır. 32.Apellyasiya icraatı zamanı tədqiq edilmiş həmin sənəddə qeyd olunmuşdur ki, xx.xx.2013xx.xx.2014-cü illər üzrə dövrdə kassaya 412.166,00 ABŞ dolları pul vəsaiti mədaxil olunmuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları ona ödənilmiş, qalan məbləğ isə 259.299,76 ABŞ dolları təşkil edir. Sənəd "xxxx" adlı müəssisənin dairəvi möhürü ilə təsdiq edilmişdir. 33.İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilən X25 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq göstərmişdir ki, MMC-nin faktiki sahibi olan İlham öldükdən sonra o, MMC-nin təsis payını onun arvadının adına keçirmiş, bir müddət MMC-nin direktoru kimi işləmiş, iddiaçının və digər şəxslərin borclarının qaytarılması barədə İlhamın arvadı Sevda və qızı Ramina ilə dəfələrlə söhbətləri olmuş, əvvəllər pulun qaytarılmasına söz versələr də, sonradan imtina etdiklərindən aralarında narazılıq yaranmış və bu səbəbdən də o, MMC-dən işdən çıxmışdır. Mərhum İlham MMC-ni yaradanda cəmiyyətin fəaliyyətinin genişləndirilməsi üçün yaxın dostlarından, tanışlarından MMC-yə pul qoymalarını təklif etmiş, bu təklifə o da razılaşaraq MMC-yə 30.000 manata yaxın pul vəsaiti qoymuş, həmçinin iddiaçı, cəmiyyətin direktor müavini işləyən Tağıyev Şahin və digər şəxslər də cəmiyyətə pul vəsaiti qoymuşlar. İlham öldükdən sonra onun Rusiyada yaşayan dostu Fərhad Azərbaycana gələrək, MMC-nin fəaliyyəti ilə maraqlanmış və onun tövsiyəsi və məsləhəti ilə o, MMC-də fəaliyyətini davam etdirmişdir. Fərhad İlhamın arvadı və qızına tövsiyə etmişdir ki, MMC-nin borclu olduğu şəxslərin vəsaitlərinin qaytarılmasını təmin etsinlər. Lakin Sevda və qızı bu tövsiyələrə əməl etməmiş və cəmiyyətə özlərinin rəhbərlik edəcəklərini bildirərək, onu MMC-nin fəaliyyətindən uzaqlaşdırdıqları üçün işdən çıxmışdır. 34.İşin təkrar apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilən X20 birinci instansiya məhkəməsində verdiyi izahatı təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmiş və müəssisənin maliyyə işlərinə rəhbərlik etmişdir. Cəmiyyətin faktiki rəhbəri İlhamın göstərişi ilə iddiaçı və digər şəxslər tərəfindən verilən pullar onun tərəfindən qəbul edilərək, MMC-də kassir vəzifəsini icra edən mərhum İlhamın qızına verilmiş, o da kassaya mədaxil edərək, banklara qoymuşdur. Lakin pullar qəbul edilərkən pul verən şəxslərə hər hansı bir rəsmi kassa sənədləri verilməmişdir. Çünki, həmin şəxslərin mərhum İlhamla etibarlı münasibətləri olmuşdur. Cəmiyyətə pul qoymuş şəxslərin qoyduğu məbləğlər barədə hesablaşmalar aparılır, hesablaşmalar nəticəsində kompüterdə tərtib edilmiş blanklar kassir vəzifəsini yerinə yetirən Ramina tərəfindən kompüterdən çıxarılır və onun imzası ilə təsdiq edilərək, cəmiyyətin borclu olduğu şəxslərə verilirdi. Səhhəti ilə əlaqədar 2014-cü ildə MMC-də baş mühasib vəzifəsindən azad olunmuş və MMC-nin baş mühasibi vəzifəsinə X13 təyin edilsə də, cəmiyyətin maliyyə məsələlərinə özü rəhbərlik etmişdir. İddiaçının MMC-yə qoyduğu pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90.000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarılsa da, kompüterdən çıxarışda qeyd olunan, özünün imzası ilə təsdiq edilən 259.600 manat pul vəsaiti iddiaçıya qaytarılmamışdır. İlham öldükdən sonra özü və cəmiyyətin direktoru olan Emil tərəfindən aparılmış danışıqlar zamanı İlhamın arvadı və qızı iddiaçıya olan borcun qaytarılması barədə söz versələr də, sonda pulu qaytarmaqdan imtina etmişlər. 35.Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. Özündən əvvəl baş mühasib vəzifəsində işləmiş Rəşidov Mehman müəssisədə rəsmi işləməsə də, maliyyə məsələlərinə köməklik etmişdir. İddiaçını müəssisədə işlədiyi vaxtdan tanıyır və onun cəmiyyətə müəyyən məbləğdə pul vəsaiti qoyması barədə məlumatı olmuşdur. Müəssisədə işlədiyi vaxtlarda iddiaçı və digər şəxslər tərəfindən müəssisənin fəaliyyətinə köməklik üçün müxtəlif vaxtlarda pul vəsaitləri qoyulmuşdur. Həmin pullar müəssisənin sahibi İlhamın göstərişinə və tapşırığına əsasən qəbul edilirdi. Qəbul edilən pul vəsaitləri kassir vəzifəsini icra edən Raminaya verilirdi və o da kassaya mədaxil edirdi. Sonradan pul verən şəxslərin pulları barədə hesabat aparılır, aparılmış hesabat nəticəsində kompüterdə qalıq borcu təsdiq edən çıxarış hazırlanır və həmin çıxarışlar mühasib tərəfindən təsdiq edilərək verilirdi. Hazırda iddiaçının da cəmiyyətə qoyduğu pullardan müəyyən hissə qaytarılmamış, bu barədə müəssisənin sahibliyini həyata keçirən mərhum İlhamın arvadı və qızı ilə söhbətlər edilmiş, əvvəl cəmiyyətin borclu olduğu şəxslərə pulun qaytarılmasına söz verilsə də, sonradan imtina edilmişdir. 36.Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, cəmiyyətdə direktor müavini vəzifəsində işləmiş, cəmiyyətin faktiki sahibi Eyyubov İlham olmuş, lakin cəmiyyətdə rəsmi olaraq hər hansı bir vəzifə tutmamışdır. Cəmiyyətin direktoru Emil Quliyev olmuş və cəmiyyətin 100% təsis payı Emilin adına olmuşdur. Cəmiyyətə faktiki rəhbərliyi İlham həyata keçirmişdir. İddiaçını İlhama görə tanımış, iddiaçı İlhamla dost olmuş, demək olar ki, hər gün bir yerdə olmuşlar. Cəmiyyətin fəaliyyətini genişləndirmək üçün İlhamın təklifinə əsasən iddiaçı, direktor Emil, o özü cəmiyyətə pul vəsaitləri qoymuşlar. İddiaçı da müxtəlif vaxtlarda MMCyə 400.000 manatdan çox pul qoymuşdur. Verilən pullar İlhamın göstərişinə və tapşırığına əsasən kassir vəzifəsini icra edən qızı Raminaya verilir və o da pulları kassaya mədaxil edərək, banka köçürdürdü. İddiaçı və digər şəxslərə cəmiyyətə qoyduqları pullar barəsində hər hansı bir maliyyə sənədi verilmirdi. Cəmiyyətin gəliri və çıxarı barədə hesabatlar aparıldıqdan sonra cəmiyyətə pul vəsaiti qoymuş şəxslərin qoyduğu, qaytarılan və qalıq borcunun məbləği barədə mühasibatlıq tərəfindən kompüterdə tərtib edilmiş çıxarış hazırlanıb həmin şəxslərə təqdim edilirdi. Həmin çıxarışlar kassir vəzifəsini icra edən Ramina tərəfindən hazırlanıb, baş mühasibin imzası ilə təsdiq edildikdən sonra həmin şəxslərə verilir, bir nüsxəsi isə mühasibatlıqda saxlanılırdı. Cəmiyyət onun da müəssisəyə qoyduğu pul vəsaitinin qalığı barədə ona çıxarışlar vermiş və həmin çıxarışların hazırda özündə olan nüsxələrinin kserosurətini məhkəməyə təqdim edir. Təqdim etdiyi çıxarışda olan imzanı kassir vəzifəsini icra edən Ramina imzası ilə təsdiq etmişdir. İddiaçıya da cəmiyyətə qoyduğu pulun qalığı barədə çıxarış hazırlanaraq təqdim edilmişdir. Cəmiyyətin faktiki rəhbəri İlham 2016-cı ildə öldükdən sonra cəmiyyətə rəhbərlik onun arvadı və qızına keçmiş, onun, Emilin cəmiyyətdə olan pulları qaytarılsa da, iddiaçının pulu qaytarılmamışdır. Sonra pulun qaytarılması barədə mərhum İlhamın arvadı və qızı ilə dəfələrlə söhbətlər edilmiş, onlar əvvəllər pulu qaytaracaqlarına söz versələr də, sonradan imtina etmişlər. 37.Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, cəmiyyətdə heç vaxt kassir vəzifəsində işləməmişdir. O, cəmiyyətdə müxtəlif zamanlarda menecer vəzifəsində işləmişdir. İddiaçı və şahidlərin onun haqqında dedikləri həqiqətə uyğun deyil. İddiaçı və ya digər şəxslərin cəmiyyətə pul verməsi, cəmiyyətin onlara pul borclu olması barədə hər hansı bir məlumatı yoxdur. 38.Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş 39 saylı, 09 avqust 2021-ci il tarixli, direktor Sevda Yusifova tərəfindən imzalanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MMCdə 2011-ci ildən hal-hazıradək xəzinədar-kassir vəzifəsi (ştatı) olmamış və xəzinədar-kassir vəzifəsi üzrə hər hansı işçi çalışmamışdır. 39.Cavabdeh tərəfindən təqdim edilmiş 24 vərəqdən ibarət 2013-cü il dekabr - 2014-cü il dekabr dövrü üçün "xxxx" MMC-nin maliyyə fəaliyyətini əks etdirən mədaxil və məxaric barədə məlumatlarda iddiaçı tərəfindən müəssisəyə hər hansı pul vəsaitinin mədaxil edilməsi müəyyən edilməmişdir. 40.Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlarla (cəmi 10 vərəqədə) müəyyən edilmişdir ki, cavabdeh MMC xx.xx.2010-cu ildə qeydiyyata alınmış və hazırkı vaxtda reyestrdə qeydiyyatda olmaqla fəaliyyət göstərir. Cəmiyyətin təsisçisi 100% payla X25 olmuş və o, eyni zamanda, MMC-nin qanuni təmsilçisi olmuşdur. xx.xx.2016-cı ildən cəmiyyətin təsis payının 75%-i Yusifova Sevdaya, 25%-i isə X16 məxsus olmaqla reyestrdə qeydiyyat aparılmış, xx.xx.2016-cı ildən cəmiyyətin təsis payı 100% Yusifova Sevdaya məxsus olmaqla, qeydiyyata alınmışdır. 41.Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin olunaraq, MMC-dən 259.299,76 ABŞ dolları əsas borc, 73.799,928 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 333.099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. 42.İşə apellyasiya qaydasında təkrar baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqelərlə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işdəki sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. 43.Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbinin təsdiqi kimi birinci instansiya məhkəməsinə onun adına "xxxx" kompüter proqramı vasitəsilə Eyyubova Ramina tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən Mehman Rəşidov tərəfindən imzalanmış sənədin əslini və kserosurətini təqdim etmiş, hazırkı apellyasiya icraatı zamanı isə həmin sənədin cavabdeh təşkilatın möhürü ilə təsdiq edilmiş nüsxəsini təqdim etmişdir. 44.Təqdim edilmiş həmin sənədin məzmunundan görünür ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixə kimi cavabdeh müəssisəyə 412.166,00 ABŞ dolları məbləğində pul vəsaiti qoymuş, həmin məbləğdən 152.866,24 ABŞ dolları qaytarılmış, 259.299,76 ABŞ dolları borc qalmış və həmin borc cavabdeh müəssisənin baş mühasibinin imzası ilə, digər nüsxəsi isə cavabdeh müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi həmin sənədin cavabdeh müəssisədə kassir vəzifəsini icra edən Eyyubova Ramina tərəfindən tərtib edilməsini, iddiaçının cavabdeh müəssisəyə pul vəsaiti qoymasını, qoyduğu pul vəsaitinin bir hissəsinin qaytarılmasını, bir hissəsinin qaytarılmadığını, müəssisənin faktiki rəhbəri İlham Eyyubovun ölümündən sonra müəssisəyə rəhbərliyi və idarəçiliyi həyata keçirən mərhum İlhamın arvadı və qızı tərəfindən əvvəl pulun qaytarılmasına söz verildiyini, lakin sonradan bundan imtina etmələrini iş üzrə şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor müavini işləmiş X14, cavabdeh təşkilatda baş mühasib vəzifəsində işləmiş X13, həm birinci instansiya məhkəməsində, həm də hazırkı apellyasiya baxışında şahid qismində dindirilmiş, cavabdeh təşkilatda direktor vəzifəsində işləmiş X25 və həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş X20 da təsdiq etmişlər. Bundan əlavə, hazırkı apellyasiya baxışında şahid X5 təqdim etdiyi sənədlərdə göstərilən faktlar qismən öz təsdiqini tapır. 45.İşə apellyasiya qaydasında baxan məhkəmə şahid qismində dindirilmiş X6 göstərdiklərini inandırıcı saymamış, eləcə də cavabdehin göstərdiklərini həqiqətə uyğun olmayan dəlillər hesab edərək, iddianın rədd edilməsi üçün əsas hesab etməmişdir. 46.Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan pulun iddiaçıya qaytarılmaması sübuta yetirilmişdir və bu səbəbdən də tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 47.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması sübuta yetirildiyindən, aralarında Mülki Məcəllənin 386-cı maddəsi ilə nəzərdə tutulan öhdəlik münasibətləri yaranmış və bu səbəbdən də iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyi yaranmışdır. 48.Odur ki, iddiaçının təqdim etdiyi "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş, şirkətin baş mühasibi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş sənəd Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməlidir. 49.Məhkəmə, həmçinin qeyd etmişdir ki, əsas borc sübuta yetirildiyindən, Mülki Məcəllənin 445.7, 449.1-ci maddələrinə əsasən, iddia tələbi əsas borc məbləğinə münasibətdə əldən çıxmış fayda hissəsində də əsaslı hesab olunaraq təmin edilməlidir. 50.Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi münasibətlərindən irəli gələn mübahisə olduğundan, həmin münasibətlər üçün üç illik iddia müddəti müəyyənləşdirilmişdir. 51.Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə versə də, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər həmin pul vəsaitini qaytarmağa söz versə də, sonda pulun qaytarılmasından yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağından əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. 52.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci, Mülki Məcəllənin 324.1, 331.2, 373.1. 377.1, 385.1, 386.1, 387.1, 389.1, 390.1, 425.1, 439.1, 442, 443.1, 445.1, 445.7, 449.1, 739.1, 882.5-ci, MPM-in 2.1, 2.2, 9.1, 10.1, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 77.3, 88, 104.1, 106.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. 53.Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat 54.Kassasiya instansiyası məhkəməsinin 2(102)-815/2022 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5874/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 55.Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia rədd olunmuş, qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, ilkin iddianın tam təmin olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 56.MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilkin iddianın təmin olunmayan hissəsində yoxlamalı idi və qarşılıqlı iddianın təmin olunmaması hissəsi apellyasiya baxışının predmetindən kənar olmuşdur. 57.Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin tələbini pozmuş, qətnaməni tam yoxlamış və ləğv etmişdir. Eyni zamanda məhkəmə qətnaməni tam ləğv etsə də, yalnız ilkin iddia tələbinə qiymət vermiş, ləğv olunmuş digər – qarşılıqlı iddiaya aid hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. 58.Halbuki mülki prosesin çəkişmə və dispozitivlik kimi fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. 59.Eyni zamanda tədqiq edilmiş sübutlar əsasında tərəflər arasında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyin yarandığını və cavabdehin öz borcunu yazılı etiraf etdiyini müəyyən edən apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı cavabdehə pul vəsaitini 2013-2014-cü illərdə vermiş, həmin pul vəsaitinin qaytarılması üçün davamlı olaraq cavabdehlə danışıqlar aparmış və cavabdeh əvvəllər pulu qaytarmağa söz versə də, sonda bundan yayınmışdır. İddiaçı da pulun qaytarılmayacağından əmin olduqdan sonra hazırkı iddia ilə 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. 60.Halbuki Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. 61.Məcəllənin 377.3-cü maddəsinə əsasən belə öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. 62.Digər tərəfdən mülki qanunvericilikdə kreditorun borcun qaytarılması ilə bağlı borclu ilə danışıqlar aparması iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi əsası kimi müəyyən edilməmişdir. 63.İddiaçı öz ərizəsində, məhkəmə baxışı zamanı verdiyi yazılı və şifahi izahatlarında iddia müddətinin axımının dayandırılmasını əsas verən, Mülki Məcəllənin 379-cu maddəsində nəzərdə tutulan hər hansı hala istinad etməmişdir. 64.Həmçinin Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə kreditorun yalnız iddia müddəti bitmədən iddia qaldırması iddia müddətinin axımını kəsə bilər. Əgər iddia qaldıranadək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. 65.Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır. 66.Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etmədən, tərəflər arasında yaranmış münasibətlər üzrə iddia müddətinin axımının nə vaxtdan başladığı, yaxud kəsildiyi ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. 67.Məhkəmə, həmçinin iddiaçının cavabdehdən pul vəsaitinin 6 il qanunsuz saxlanmasına görə maddi ziyan qismində 73799,928 ABŞ dolları tələbini də tam təmin etmişdir. 68.Apellyasiya instansiyası məhkəməsi həmin hissədə tələbin təmin olunması üçün eyni anda həm Mülki Məcəllənin 445.7-ci, həm də 449.1-ci maddələrinə istinad etmişdir. Halbuki həmin maddələr hər biri iddia tələblərinin müstəqil qanuni əsasları kimi çıxış edir və fərqli dispozisiya şərtlərini müəyyən edir. 69.Nəzərə alınmalıdır ki, mülki qanunvericilik bir qayda olaraq zərərin ödənilməsi tələbinin təmin olunması üçün tələb edən şəxs tərəfindən sübutların təqdim olunması qaydasını müəyyən etsə, başqa sözlə bununla bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Məcəllənin 447.5-ci maddəsi həmin qaydadan istisna nəzərdə tutur. Bu istisnaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illikbeş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. 70.Mülki Məcəllənin 449.1-ci maddəsi isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğu barədə qayda müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən bu maddənin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. 71.Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında hər iki maddənin əlaqəli şəkildə tətbiqi də istisna edilməmişdir. Lakin bunun üçün kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu və sadalanan maddələrin digər dispozisiya şərtlərinin mövcud olduğunu sübut etməlidir. 72.Lakin hər bir halda əgər məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin yarandığı barədə qənaətə gəlmişdirsə, yuxarıda istinad olunan maddələrin mübahisəyə tətbiq edilməsi üçün tərəflərdən birinin öhdəliyin icrasını pozması və ya lazımınca icra etməməsi müəyyən edilməli və iddia tələbi çərçivəsində məhz həmin tarixdən sonrakı dövr üçün borclunun məsuliyyət hədləri müəyyən olunmalıdır. 73.Qeyd olunanlarla yanaşı, baxılan iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdə qaldırdığı iddia ərizəsində ötən altı il üçün, yəni xx.xx.2013-cü il tarixdən başlayaraq tələb etdiyi pul vəsaitinin qanunsuz saxlanmasına görə cavabdehdən 73799,928 ABŞ dolları tələb etmişdir. Halbuki iddiaçı özü iddia ərizəsində borcu cavabdehə xx.xx.2013-xx.xx.2014-cü il tarixlərində hissə-hissə verdiyini, təkrar apellyasiya baxışı zamanı izahatında cavabdehə verdiyi pulun müəyyən hissəsinin ona 90.000 min manat dəyərində iki otaqlı mənzillə kompensasiya edildiyini, bir hissəsinin isə nağd şəkildə qaytarıldığını bildirmişdir. 74.Buna baxmayaraq, işə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu anı, öhdəliyin icrasının pozulduğu müddəti müəyyən etmədən zərər tələbini tam təmin etmişdir. 75.Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisənin qanuni və əsaslı həlli üçün zəruri olan işin faktiki halları müəyyənləşdirilməklə, həm də işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. ə)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat 76.Apellyasiya instansiyası məhkəməsi Mülki kollegiyasının 2(103)-3332/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. 77.Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq hesab etmişdir ki, şahid ifadələri ziddiyyətli olduğundan iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübut kimi qiymətləndirilə bilməz. 78.Məhkəmə qeyd etmişdir ki, mənzilin Emil Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə keçməsini təsdiq edən müqavilə məhkəmələrə təqdim edilməsə də bəllidir ki, həmin müqavilə Emil Quliyev ilə iddiaçı arasında bağlanmış müqavilədir və cavabdeh MMC-nin iddiaçıya borcunun olmasını təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. 79.Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin “borcun ödənilməsi məqsədi ilə cavabdeh MMC-dən 259.299,76 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə” hissəsi əsassızdır. Bu tələb əsassız olduğundan ondan irəli gələn “borc məbləğinin MMC tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 73.799,928 ABŞ dolları məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə” tələb də əsaslı hesab edilə və təmin edilə bilməz. 80.Məhkəmə qeyd etmişdir ki, hazırki işin hallarından müəyyən edilir ki, cavabdeh MMC iddiaçıdan hər hansı pul məbləğini qəbul etməmişdir. 81.Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələbi əsassız olduğundan iddia tələbinə iddia müddətinin tətbiq edilməsindən imtina edilməlidir. 82.Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. f) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat 83.Kassasiya instansiyası məhkəməsinin 2(102)-5621/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Vəkil2 və Ə.Əhmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 84.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işə üçüncü dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı pul tələbinə dair iddiasının rədd olunmasını qanuni və əsaslı hesab edərkən cavabdeh "xxxx" MMC-nin İddiaçı hər hansı pul məbləğini qəbul etməməsini əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 739-cu maddələrinə istinad etmişdir. 85.Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. 86.İddiaçıya görə o, 02 dekabr 2013-cü il tarixdən 03 noyabr 2014-cü il tarixədək MMC-nin kassasına 412.660 ABŞ dolları məbləğində pul keçirmiş, lakin MMC-nin təsisçisi olmuş mərhum X24 tərəfindən ona həmin məbləğin bir qismi qaytarılsa da, 259.299,76 ABŞ dolları məbləğində hissəsi qaytarılmamışdır. MMC-nin yeni təsisçisi İ.E.Eyyubovun həyat yoldaşı Sevda Eyyubova həmin borcu ona qaytarmaqdan imtina etməsini əsas göstərməklə İddiaçı MMC-yə qarşı həm borcun, həm də borcun qaytarılmasının gecikdirilməsinə görə 73.799,928 ABŞ dollarının ona ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. 87.İşə sonuncu dəfə apellyasiya qaydasında baxılarkən iddia tələbini təsdiq və inkar edən aşağıdakı hallar müəyyən olunmuşdur. 88.İddiaçı tərəfindən məhkəmə instansiyalarına cavabdehin ona ödənilməmiş qalmış 259.299,76 ABŞ dolları məbləğində borcunun olmasına dair “kompüter çıxarışları” təqdim edilmişdir. Həmin çıxarışların biri işə baxan birinci instansiya məhkəməsinə (1- cild,səh.127), ikinci isə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir (2-cild, səh.17). 89.İş üzrə şahid qismində dindirilmiş MMC-də baş mühasib işləmiş M.Rəşidov, MMCdə direktor müavini işləmiş Ş.Tağıyev, MMC-də direktor vəzifəsində işləmiş E.Quliyev, MMC-də baş mühasib işləmiş A.İsrafilova məhkəmədə verdikləri ifadələrində iddiaçı tərəfindən MMC-yə pul mədaxil olunmasını və həmin pul məbləğinin əksəriyyətinin ona qaytarımamasını təsdiq etmişlər. 90.Onların ifadələrinə görə iddiaçı tərəfindən MMC-yə qoyulan pul vəsaiti MMC-də kassir vəzifəsini icra edən mərhum X10 Eyyubovaya verilmiş və onun tərəfindən kassaya mədaxil edilərək banka köçürülmüşdür. 91.Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş kompüter çıxarışlarının biri-birindən fərqli olmaqla müvafiq qaydada təsdiq olunmamasını, mərhum İlham Eyyubovun həyat yoldaşı S.Eyyubovanın və qızı R.Eyyubovanın iddiaçı tərəfindən MMC-yə pul vəsaiti qoyulmasını inkar etmələrini, şahidlərin ifadələrində iddiaçı tərəfindən MMC-yə ödənilən pulun məbləğinin miqdarı ilə bağlı ziddiyyətlərin olmasını, pulun ödənilməsinin iddia olunduğu dövrdə MMC-də kassir vəzifəsinin olmamasını əsas göstərmişdir. 92.Apellyasiya instansiyası məhkəməsi kompüter çıxarışlarını sübut kimi qəbul etməyərkən onların kompüterə nə vaxt, kimin tərəfindən daxil edilməsi və hansı səbəbdən səlahiyyətli vəzifəli şəxsin imzası və möhürü ilə təsdiq olunması yoxlanılmamış və kompüter çıxarışlarında əks olunan borcun məbləğinin şahid qismində dindirilmiş MMC-nin vəzifəli şəxslərinin (Sevda və Raminə Eyyubovalardan başqa) ifadələri ilə qismən təsdiq olunmasına lazımınca qiymət verilməmişdir. 93.İddiaçıya görə onun MMC-yə borc kimi verdiyi pul məbləğinin bir hissəsi ona nağd pul şəklində, 90.000 manatı isə mənzil şəklində verilmişdir. 94.Onun göstərdiklərini şahidlər E.Quliyev və M.Rəşidov təsdiq etmişlər. 95.Apellyasiya instansiyası məhkəməsi həmin mənzilin E.Quliyevin adına olmasına və onun tərəfindən iddiaçıya satılmasına əsaslanaraq iddiaçının və şahidlərin bununla əlaqədar göstərdiklərini rədd etmişdir. 96.İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 81 A saylı evin 4 saylı mənzili 04 may 1994-cü il tarixdə X17 adına qeydiyyatdan keçmiş, 09 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil onun tərəfindən Emil Quliyevə satılmış, 29 aprel 2016cı il tarixli alqı-satqı müqaviləsi əsasında isə İddiaçı satılmış və mənzil 05 may 2016-cı il tarixdə sonuncunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.(2 cild, səh. 234-235). 97.Göstərilən vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iddiaçının və şahidlərin hansı əsaslara görə həmin mənzilin borcun bir qismi kimi iddiaçıya verilməsi kimi qiymətləndirmələrini aydınlaşdırmaq istiqamətində hər hansı bir araşdırma aparmamış, həmin mənzilin Emil Quliyevin mülkiyyətində olduğu dövrdə mənzildən faktiki olaraq kimin istifadə etməsi, mərhum İlham Eyyubovun mənzillə əlaqəsinin olub-olmamasını yoxlamamışdır. 98.İş materiallarından görünür ki, İddiaçı iddia tələbini təmin etmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən iddiaçı tərəfindən MMC-yə pul məbləğinin verilməsinə və onun tam qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallara münasibət bildirilməmiş, yalnız iddia müddətinin tətbiqi məsələsinin müzakirə olunmadan iddianın təmin edilməsi əsas göstərilməklə qətnamə ləğv edilmişdir. 99.İşdən görünür ki, MMC-yə 2013-2014-cü illərdə borc verməsini iddia etdiyi pulun qaytarılmamış hissəsini tələb edən iddiaçı məhkəməyə 2019-cu ilin avqust ayında müraciət etmişdir. 100.Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu anı müəyyən etməməklə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3, 379 və 380-ci maddələrinin tələblərinə əməl etməmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinin ziddinə olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və iddia müddətinin tətbiqi imkanını araşdırmaqdan imtina etmişdir. Apellyasiya instansiyasında hazırki icraat a) Məhkəmə icraatı iştirakçılarının izahatları 101.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, ilkin iddia və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ilkin iddianın rədd olunan hissədə ləğv olunaraq, ilkin iddianın təmin edilməsini xahiş etdi. 102.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ilkin iddia və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ilkin iddianın rədd olunan hissədə ləğv olunaraq, ilkin iddianın təmin edilməsini xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, o, mərhum X24 ilə dost olmuşdur. "xxxx" MMC-nin maliyyə çətinliyi olduğu, fəaliyyətin genişləndirilməsi üçün külli miqdarda pul lazım olduğundan, xx.xx.2013-cü ildən başlayaraq, xx.xx.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları mədaxil etmişdir. İlham Eyyubov 2015-ci ilin iyun ayında vəfat etmişdir. O, pulunu İlhamdan vəfat edənə kimi özündən və ölümündən sonra da tələb etmişdir. 103.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, iddianı tam əsassız hesab edərək, izahatında qeyd etdi ki, bununla bağlı cavabdeh tərəfindən təqdim olunmuş qarşılıqlı iddiada geniş fikirlərini bildirmişlər. 104.Həmçinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 özünün yazılı çıxışını məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 105.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 103.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 106.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 107.Maddələr 375.1 və 375.2.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 108.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 109.Maddə 377.3.İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 110.Maddə 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 109.Maddə 380.2.Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 111.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 112.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 113.Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 114.Maddə 427.4.Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 115.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 116.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 117.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 118.Maddə 449.3.Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 119.Maddə 449.4.Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 120.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 121.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 122.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 123.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 124.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 125.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 126.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 127.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 128.Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: 129.İlk olaraq qeyd olunmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 130.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri).Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 131.Kollegiya qeyd edir ki, hazırki halda pulun verilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. 132.İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə 412.166,00 ABŞ dolları pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etmiş, sübut qismində birinci instansiya məhkəməsinə İddiaçı adına "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləmiş X20 tərəfindən imzalanmış sənəd təqdim etmişdir (İ cild, i/v 6). 133.Bundan sonra iddiaçı ikinci apellyasiya mərhələsində (sədrlik edən və məruzəçi Qürbət Əsgərov) İddiaçı adına eyni məzmunlu "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş, heç bir imza olmayan, yalnız şirkətin möhürü ilə təsdiq edilmiş sənəd təqdim etmişdir (İİ cild, i/v 17). 134.“Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.2-ci maddəsinə əsasən ciddi hesabat blankları ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərinin vəsaiti hesabına çap edilir. 135.Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. 136.Həmin Qaydaların 2.1-ci bəndinə görə ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının sifarişçisi: fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i, ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i), ciddi hesabat blanklarının adı, seriya və nömrəsi, təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafalar. 137.Kollegiya qeyd edir ki, İddiaçı adına eyni məzmunlu "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənədlərdə (həmin sənədin biri baş mühasib işləmiş X20 tərəfindən təsdiq olunmuş, digəri isə sadəcə müəssisənin möhürü ilə təsdiq olunmuşdur) onun tərəfindən xx.xx.2013-cü ildə 89172 ABŞ dolları, xx.xx.2014-cü ildə 48217 ABŞ dolları, xx.xx.2014-cü ildə 12739,0 ABŞ dolları, xx.xx.2014-də 5095,0 ABŞ dolları, xx.xx.2014-də 109554,0 ABŞ dolları, xx.xx.2014-də 20000 ABŞ dolları, xx.xx.2014-də 127389,0 ABŞ dolları ödənişlər olduğu, xx.xx.2015-də 152866,24 ABŞ dolları pul qaytarıldığı, borc qalığı 259299,76 ABŞ dolları olduğu qeyd olunmuşdur. 138.Kollegiya "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənədlərin qüsurlu olmaqla, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun tərtib olunmadığını qeyd etməklə yanaşı, hesab edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəd üzrə, yalnız iddiaçı tərəfindən xx.xx.2013cü ildə 89172 ABŞ dolları məbləğində pulun MMC-yə ödənilməsi halı tədqiq edilmiş sübutlarla təsdiq olunur. 139.Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəd üzrə xx.xx.2013-cü ildə 89172 ABŞ dolları məbləğində pulun ödəniş edilməsini həmin dövrdə baş mühasib işləmişX20 öz imzası ilə təsdiq etmişdir. 140.Digər tərəfdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəd üzrə iddiaçı tərəfindən xx.xx.2014-cü ildə 48217 ABŞ dolları, xx.xx.2014-cü ildə 12739,0 ABŞ dolları, xx.xx.2014-də 5095,0 ABŞ dolları, xx.xx.2014də 109554,0 ABŞ dolları, xx.xx.2014-də 20000 ABŞ dolları, xx.xx.2014-də 127389,0 ABŞ dolları ödənişlər olması, sonuncuya xx.xx.2015-də 152866,24 ABŞ dolları pul qaytarılması qeyd olunsa da, bu hal iddiaçının qeyd olunan tarixlərdə pullar ödəməsi və ona pul qaytarılmasının mötəbər sübutu kimi qəbul oluna bilməz. 141.Belə ki, həmin sənəd X20 tərəfindən təsdiq olunmaqla, sonuncunun əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verildiyindən, o, qeyd olunan tarixlərdəki ödənişləri və pulun qaytarılması (xx.xx.2014-cü ildə 48217 ABŞ dolları, xx.xx.2014-cü ildə 12739,0 ABŞ dolları, xx.xx.2014-də 5095,0 ABŞ dolları, xx.xx.2014-də 109554,0 ABŞ dolları, xx.xx.2014-də 20000 ABŞ dolları, xx.xx.2014-də 127389,0 ABŞ dolları ödənişlər olması, sonuncuya xx.xx.2015-də 152866,24 ABŞ dolları pul qaytarılması) halını təsdiq etməkdə səlahiyyətli olmamışdır. 142.X1 xx.xx.2014-cü il tarixdən işdən azad olunandan sonra da, MMC-nin maliyyə məsələlərinə rəhbərlik etməsi ilə bağlı şahid qismində sonuncunun özünün və bununla digər şahidlərin ifadələrini inandırıcı olmamaqla, mötəbər sübut kimi qəbul etmir. 143.Kollegiya iddiaçı tərəfindən ikinci apellyasiya mərhələsində (sədrlik edən Qürbət Əsgərov) İddiaçı adına eyni məzmunlu "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş və yalnız şirkətin möhürü ilə təsdiq edilmiş sənədi (İİ cild, i/v 17) mötəbər sübut kimi qəbul etmir. 144.Belə ki, həmin sənəddə yalnız müəssisənin möhürü olmaqla, səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmamış, bundan əlavə həmin sənəd birinci instansiya məhkəməsində təqdim edilmiş xx.xx.2014-cü ilədək baş mühasib işləmiş X9 imzası ilə təsdiq edilmiş "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəd ilə eyni məzmunlu olmaqla, sənədlərinin birinin baş mühasib tərəfindən təsdiq edilməsi (möhürsüz), digərinin ancaq möhürlə təsdiq edilməsi, həmin sənədlərin verildiyi tarix barədə heç bir qeydin olmaması, sənədin mötəbərliyini şübhə altına almaqla, mötəbər sübut kimi qəbul edilməsini istisna edir. 145.Bütün bunlardan sonra iddiaçı üçüncü apellyasiya mərhələsində (sədrlik edən və məruzəçi Məmməd Məmmədov) İddiaçı adına eyni məzmunlu, lakin pulun qaytarılması hissəsində artırılmış qaydada olan "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş və yalnız şirkətin möhürü ilə təsdiq edilmiş sənədi (İİ cild, i/v 202) təqdim etmişdir. 146.Kollegiya hesab edir ki, qeyd olunan sənəd MPM-nin 78.1 və 380-cı maddələrinə əsasən birinci instansiya məhkəməsinə təqdim olunmalı olduğundan, üçüncü apellyasiya mərhələsində təqdim edildiyindən, gecikmiş sübut olduğundan, qəbul edilə bilməz. 147.Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə müraciət edərək,sənədlər arasından tapdığı sənədin tamam ayrı məzmunlu və ayrı-ayrı rəqəmlərdən ibarət olmasınıbilməsini qeyd etmişdir(İİ cild, i/v 201). İddiaçı cavabdeh MMC-nin ona xx.xx.2015-ci il tarixdə 152.866,24 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 23.277,47 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 5000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 6500 ABŞ dolları pul qaytardığını bildirmiş, bununla bağlı yeni "xxxx" formatında olan cədvəlin sübut olaraq qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: -Birincisi, bu Excel sənəd ilə iddiaçı pulun verildiyini və qaytarıldığını sübut etmək istəyir. -İkincisi, xx.xx.2022-ci il tarixdə təqdim etdiyi cədvəl artıq 3-cü cədvəldir ki, iddiaçı ona istinad edir. Əgər cavabdeh MMC əvvəlki cədvəllərdən fərqli olaraq iddiaçıya pul qaytarmışdırsa, onda nəyə görə bunu əvvəlki məhkəmə araşdırmalarında bildirməmiş, birinci instansiya məhkəməsinə iddia veriləndə (iddia xx.xx.2019-da verilmiş, sənəddə pulun sonuncu qaytarılması xx.xx.2016 qeyd olunmuşdur) iddiaçı tələbində dəqiqləşdirmələr aparmamışdır? Hansı ki, iddiaçının verdiyini iddia etdiyi məbləğ kifayət qədər yüksək olmaqla, həmin məbləğ üzrə iddia etdiyi qaytarmalar da, ona tam bəlli idi. -Üçüncüsü, iddiaçı Nəsimi rayon Prokurorluğuna verdiyi xx.xx.2023-cü il tarixli izahatında cavabdeh şirkətin ona olan borcundan 152.000 ABŞ dolları pulun qaytarıldığını göstərmiş,lakin bu izahatdan 1 aydan bir qədər artıq vaxtdan sonra xx.xx.2023-cü il tarixdə üçüncü apellyasiya baxışı zamanı təqdim etdiyi "xxxx" cədvəlində cavabdeh MMC-nin ona əlavə pul məbləğləri də qaytardığını qeyd etmişdir. -Dördüncüsü, iddiaçı xx.xx.2022-ci il tarixdə yeni cədvəli apellyasiya instansiya məhkəməsinə təqdim etməklə, iddia müddətinin ötürülmədiyi görüntüsünü yaratmaq istəyir. Belə ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə 2019-cu ilin avqust ayında verildiyinə görə iddiaçı MMC-nin ona ən son ödənişinin 2016-cı ilin noyabr ayında edildiyinə əsasən müddətin ötürülmədiyini və iddianın vaxtında məhkəməyə təqdim edildiyini bildirmək istəyir. Qeyd olunan hal ondan irəli gəlir ki, məhz kassasiya instansiyasının ikinci mərhələsində məhkəmə kollegiyasının (sədrlik edən və məruzəsi Abiddin Hüseynov) xx.xx.2022-ci il tarixli qərarında iddia müddəti ilə bağlı məsələyə qiymət veriləndən sonra, iddiaçı qeyd olunan sənədi üçüncü apellyasiya mərhələsində təqdim etmişdir. -Beşincisi,üçüncü kassasiya mərhələsində məhkəmə kollegiyasının (sədrlik edən və məruzəsi İlqar Xələfov) xx.xx.2022-ci il tarixli qərarının 99-cu bəndində kollegiyaqeyd olunan cədvələ istinad etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə instansiyalarına cavabdehin ona ödənilməmiş qalmış 259.299,76 ABŞ dolları məbləğində borcunun olmasına dair “kompüter çıxarışları” təqdim edilmişdir. Həmin çıxarışların biri işə baxan birinci instansiya məhkəməsinə (1cild,səh.127), ikinci isə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir (2-cild, səh.17). 148.Göründüyü kimi, iddiaçının istədiyi həcmdə, istədiyi qaydada "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş cədvəlllər təqdim etmək iqtidarında olması, kollegiyanın qiymət verdiyi cədvəllərin mötəbərliyini şübhə altına alır. 149.Kollegiya əvvəlki məhkəmə araşdırmaları zamanı şahid qismində dindirilmiş Emil Quliyev və Şahin Tağıyevin ifadələrini digər sübutlarla birlikdə tədqiq edərək, hesab edir ki, qeyd olunan ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. 150.Belə ki, şahid Emil Quliyev birinci instansiya məhkəməsində ifadə verərkən iddiaçı tərəfindən şirkətə 350.000 ABŞ dolları pul vəsaiti qoyulmasını, pulların hansı məbləğlərdə şirkətə verilməsini xatırlamadığını bildirmişdir. İkinci apellyasiya mərhələsində yenidən ifadə verərkən pulun hansı məbləğlərdə, harada, hansı şəraitdə verilməsi ilə bağlı məlumat verməmişdir. Digər şahid Şahin Tağıyev ikinci apellyasiya mərhələsində şahid qismində ifadə verərkən iddiaçının 400.000 manatdan artıq şirkətə pul qoyduğunu qeyd etsə də, pulun hansı məbləğlərdə, harada, hansı şəraitdə verilməsi ilə bağlı məlumat verməmişdir. 151.Göründüyü kimi, şahidlər Emil Quliyev və Şahin Tağıyevin ifadələrində iddiaçının "xxxx" MMCyə qoyduğu pul məbləği ilə bağlı fərqli ifadələr vermiş, iddiaçının tələb etdiyi kifayət qədər yüksək məbləğdə olan pulun hansı vaxtda, hansı şəraitdə, hansı məbləğlərdə qoyulması, bunun bilavasitə şahidi olmaları ilə bağlı məlumat verməmişlər. 152.Digər tərəfdən həm qarşılıqlı iddiadan, həm də işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən X25 xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmış “X35” MMC-nin qanuni təmsilçisi olduğu halda, o, həmin vaxtı "xxxx" MMC-nin qanuni təmsilçisi olmuş, xx.xx.2016cı ildən işdən azad olunmuşdur. X2 xx.xx.2017-ci ildən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçisidir. 153.Göründüyü kimi, şahidlər X25 və X14 cavabdeh "xxxx" MMC ilə rəqabət aparan “X35” MMC və "xxxx" MMC-nin qanuni təmsilçiləri olmaqla, kollegiya onların ifadələrini qərəzli olmaqla, mötəbər sübut kimi qəbul etmir. 154.Kollegiya digər şahid X8 ikinci apellyasiya mərhələsində verdiyi ifadəsinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, qeyd olunan ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. 155.Belə ki, şahid ifadəsində iddiaçı tərəfindən pulun qoyulması ilə bağlı məlumatının olduğunu qeyd etmişdir. Göründüyü kimi, o, iddiaçının tələb etdiyi kifayət qədər yüksək məbləğdə olan pulun hansı vaxtda, hansı şəraitdə, hansı məbləğlərdə qoyulmasının bilavasitə şahidi olmamışdır. 156.Kollegiya şahid X9 ifadəsini, sonuncunun işlədiyi dövrü əhatə edən iddiaçı tərəfindən şirkətə xx.xx.2013-cü ildə 89172,0 ABŞ dollarının ödənilməsi hissəsində mötəbər sübut kimi qəbul edir. Qeyd olunan tarixdən sonra o, şirkətdə baş mühasib vəsifəsindən azad edildiyindən, pul qoyulmaları və pul qaytarılmasını təsdiq etməklə səlahiyyətli olmamamışdır. 157.Kollegiya şahid X6 ifadəsinə qiymət verərək, hesab edir ki, sonuncu ifadəsində şirkətdə kassir vəzifəsində işləmədiyini qeyd etmiş, bu işdə olan sübutlarla öz təsdiqini tapmışdır. "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş sənədin onun tərəfindən tərtib edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" kompüter proqramı vasitəsilə tərtib edilmiş cədvəldə X20 imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Belə olan halda kollegiya şahidin iddiaçı tərəfindən şirkətə pulun verilməsi və pulun qaytarılması ilə əlaqədar məlumatının olmaması ilə bağlı ifadəsini mötəbər sübut kimi qəbul edir. 158.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 159.Kollegiya hesab edir ki, hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddələri təşkil edir. 160.Borc münasibətlərini tənzimləyən mülki qanunvericiliyin (Mülki Məcəllənin 739-cu maddəsi) normalarına əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.Qeyd edilən mülki qanunvericiliyin normalarına görə borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab edilir. Yəni, real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi təşkil edir. 161.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü ildə 89.172 ABŞ dolları məbləğində borc pul verildiyi və bunun nəticəsi olaraq tərəflər arasında borc münasibətlərinin yaranması tədqiq edilmiş sübutlar əsasında sübuta yetirilir. 162.Kassasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərarının 107 və 108-ci bəndlərində qeyd etmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 81 A saylı evin, 4 saylı mənzili 04 may 1994-cü il tarixdə X17 adına qeydiyyatdan keçmiş, 09 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil onun tərəfindən Emil Quliyevə satılmış, 29 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında isə İddiaçı satılmış və mənzil 05 may 2016-cı il tarixdə sonuncunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.(2 cild, səh. 234- 235). Göstərilən vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iddiaçının və şahidlərin hansı əsaslara görə həmin mənzilin borcun bir qismi kimi iddiaçıya verilməsi kimi qiymətləndirmələrini aydınlaşdırmaq istiqamətində hər hansı bir araşdırma aparmamış, həmin mənzilin Emil Quliyevin mülkiyyətində olduğu dövrdə mənzildən faktiki olaraq kimin istifadə etməsi, mərhum İlham Eyyubovun mənzillə əlaqəsinin olub-olmamasını yoxlamamışdır. 163.Bununla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 164.İddiaçı tərəf məhkəməyə verdiyi izahatlarda cavabdeh MMC-nin ona olan borcunun 90.000 manatının mənzillə əvəzləşdirildiyini qeyd etsə də, təqdim etdiyi xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, mənzil Emil Quliyev tərəfindən İddiaçı 35.000 manata satılmışdır. 165.Belə olan halda, notariat qaydasında təsdiq edilmiş müqavilədə mənzilin məbləği 35.000 manat göstərildiyi halda, iddiaçıya həmin mənzilin borcun 90.000 manat hissəsi qarşılığında verilməsi inandırıcı görünmür. 166.Bundan başqa, iddiaçı tərəf alqı-satqı zamanı məhkəməyə həmin mənzilin "xxxx" ASC-də ipotekada olduğunu təsdiq edən məktublar təqdim etmişdir. "xxxx" ASC tərəfindən verilmiş məktubdan da görünür ki, qeyd olunan mənzil ipoteka ilə yüklü edilmişdir. Bu fakt da onu təsdiq edir ki, həmin mənzil heç də borc əvəzi olaraq deyil, alqı-satqı yolu ilə könüllü olaraq İddiaçı tərəfindən əldə edilmişdir. 167.Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli, AN-İ №0523160 saylı alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi X11 adından etibarnamə əsasında çıxış edən İddiaçı X11 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 3 saylı evin, 8 saylı mənzilini Yusifova Sevdaya 40000 manata satmışdır. 168.Belə olan halda 2016-cı ilin fevral ayında İddiaçı heç bir öhdəliklə yüklü edilməyən, əvvəlki direktor Emil Quliyevə məxsus həmin mənzili borc əvəzi kimi qəbul etməməsi, əksinə nümayəndə qismində özünün Yusifova Sevdaya satması, bundan 2 ay sonra şirkətin borcuna görə Emil Quliyevin adına olan ipoteka ilə yüklü edilmiş mənzili borc əvəzi alması inandırıcı görünmür. 169.Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf kassasiya instansiyasının göstərişi istiqamətində vəsatətlə müraciət edərək, mübahisəli mənzildə mərhum İlham Eyyubovun, onun həyat yoldaşı Sevda Yusifovanın qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsini xahiş etmiş, verilmiş vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, araşdırma aparılan mənzildə 2007-ci ildən 2015-ci il tarixədək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətində müraciətlər qeydə alınmamışdır. 170.Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən əldə edilmiş arayışlardan görünür ki, araşdırma aparılan mənzildən mərhum İlham Eyyubovun və ailə üzvlərinin mənzilin kommunal xidmətlərindən istifadə etməsi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, müzakirə predmeti olan mənzil şahid Emil Quliyevin adında xx.xx.2007-ci il tarixdən dövlət reyestrindən qeydiyyatdan keçmişdir, cavabdeh şirkət isə hüquqi şəxs olaraq bundan 3 il sonraxx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, mərhum İlham Eyyubovun həyat yoldaşı Sevda Eyyubova cavabdeh şirkətin 75 % təsis payını xx.xx.2016-ci il tarixdə, qalan 25 % təsis payını isə xx.xx.2016-cı il tarixdə Emil Quliyevdən əldə etmişdir. Belə olduqda, kollegiya, iddiaçının qeyd edilən mənzilin Emil Quliyevin adında olmasına baxmayaraq, əslində əvvəlcədən cavabdehə və mərhum İlham Eyyubova məxsus olması dəlillərini inandırıcı hesab etmir. 171.Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 81 A saylı evin, 4 saylı mənzilin mərhum İlham Eyubovla əlaqəsinin olması müəyyən olunmur və mənzilin iddiaçıya borc əvəzi verilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. 172.Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. 173.Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən belə öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. 174.Digər tərəfdən mülki qanunvericilikdə kreditorun borcun qaytarılması ilə bağlı borclu ilə danışıqlar aparması iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi əsası kimi müəyyən edilməmişdir. 175.İddiaçı öz ərizəsində, məhkəmə baxışı zamanı verdiyi yazılı və şifahi izahatlarında iddia müddətinin axımının dayandırılmasını əsas verən, Mülki Məcəllənin 379-cu maddəsində nəzərdə tutulan hər hansı hala istinad etməmişdir. 176.Həmçinin Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə kreditorun yalnız iddia müddəti bitmədən iddia qaldırması iddia müddətinin axımını kəsə bilər. Əgər iddia qaldıranadək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. 177.Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur. Kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır. 178.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında və ona verilən suallara cavabında qeyd etdi ki, İlham Eyyubov 2015-ci ildə vəfat etmişdir. O, borcunu İlham Eyyubovdan vəfat etməmişdən qabaq və vəfat edəndən sonra da tələb etmişdir. 179.İş materiallarında olan **********4 saylı Gürcüstan Respublikası Ölüm haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Eyubov İlham 23 iyun 2015-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunda vəfat etmişdir (Akt qeydi №**********0). 180.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 181.Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 182.Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 183.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 184.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 185.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Eyyubov İlham 23 iyun 2015-ci ildə vəfat etmiş, iddiaçı sonuncunun vəfat etdiyi vaxta qədər və həmin vaxtdan sonra borcun ödənilməsini tələb etdiyini bildirmiş, iddia ərizəsini isə xx.xx.2019-cu ildə məhkəməyə verməklə, 3 illik iddia müddətini keçirmişdir. 186.Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən 89.172 ABŞ dolları borcun tələb edilməsi üçün subyektiv hüquqa malik olsa da, həmin borcun tutulması hissəsində iddia müddəti tətbiq olunmaqla, iddia təmin edilməməlidir. İddia tələbi qalan məbləğlərdə pulun iddiaçı tərəfindən verilməsi və cavabdeh tərəfindən pul qaytarılması hissələrində təsdiq edilmədiyindən və sübuta yetirilmədiyindən, iddia həmin hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir. 187.Həmçinin qeyd olunmalıdır ki, 73.799,928 ABŞ dolları maddi zərər tələbi borca münasibətdə yaranan tələb olmaqla, borcla bağlı hissədə iddia təmin olunmadığından, maddi zərərlə bağlı hissədə də iddia təmin edilməməlidir. 188.Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə qətnamə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul olunmuşdur. Buna görə də, qətnamə mübahisələndirilən-ilk iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia təmin edilməməlidir. 189.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Müxtar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)-515/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar