Məhkəmə qərarları › İş №2(103)-1688/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1688/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1688/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı “kommunal xərclərlə əlaqədar pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(006)-2512/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Müəyyən edilmişdir ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda Cavabdeh MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 m2 yaşayış sahəsindən 4051 m2 hissəsi və həmçinin həmin yaşayış binalarındakı 5031 m2 qeyri-yaşayış sahəsi cəmiyyətin təsisçisinin sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmış və yuxarıda qeyd edildiyi kimi çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmış, sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Yaşayış binalarının idarə etməsi həmin "xxxx" MMMC tərəfindən həyata keçirilir. Hazırda tərəflər arasında olan mübahisə kommunal xərclərlə bağlıdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" MMMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kommunal xidmətlərə görə müştərək cəmiyyətə 01 iyul 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək (9 ay) olan müddət ərzində 137461.50 (yüz otuz yeddi min dörd yüz altmış bir manat 50 qəpik) manat borcun Cavabdeh MMCdən tutularaq "xxxx" MMMC-nə ödənilməsi; Nəsimi rayonu, Bülbül prospekti 60,62 ünvandakı yaşayış binalarında mövcud istismar olunan liftlərinin qüsurların aradan qaldırılması üçün ehtiyat hissələrinə görə 10409 (on min dörd yüz doqquz) manat vəsaitin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməsi, eləcə də ödənimiş 440 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini bir neçə dəfə dəqiqləşdirərək sonda cavabdehdən kommunal xidmətlərə görə (əvəzləşdirmə aktlarına əsasən) xx.xx.2024cü il tarixədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyriyaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcun Cavabdeh MMC-dən tutularaq "xxxx" MMMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122 MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Yuxarıda göstərilən işlərin görülməsinə nail olmaq üçün Cəmiyyətin Ümumi Yığıncağının müvafiq qərarı ilə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinə uyğun ödəniləcək aylıq xidmət haqlarının hədləri müəyyən edilmişdir. "xxxx" MMMC-i bir neçə dəfə Cavabdeh MMC-ə kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilə bağlanılmasını təklif etmiş, buna baxmayaraq, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bundan əlavə iddiaçı aylıq kommunal xidmətlərin ödənilməsi barədə dəfələrlə xəbərdarlıq məktublarını cavabdehə göndərilmişdir. "xxxx" MMMC-i ilə Cavabdeh MMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində Cavabdeh MMC-i kommunal xidmətlərə görə 01 iyul 2023-cü ildən həmin ilin 31 oktyabr tarixədək olan borcları ödəyəcəyini qeyd etmişdir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-i "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi Cavabdeh MMC-i Razılaşma Protokolunda kommunal xidmətlərə münasibətdə olan müddəaları qəsdən icra etmir. Belə ki, müştərək cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və tərəflər arasında bağlanılmış müvafiq razılaşma protokolunda qeyd olunmuş xidmət haqlarının Cavabdeh MMC-i tərəfindən ödənilməməsi nəticəsində həm müştərək cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulması və bununlada göstərilən xidmətlərin vaxtı-vaxtında keyfiyyətlə icra edilməsini çətinləşməsinə və ya mümkünsüz olmasına, həm də ödənişləri etməyən şəxslər (hüquqi şəxslər) tərəfindən haqsız olaraq ödəniş edən sakinlərin vəsaiti hesabına cəmiyyətin göstərdiyi xidmətlərdən yararlanması halları baş verir. Qeyd olunanlarla yanaşı, bu neqativ hallar həmçinin yüksək statusa malik olan yaşayış kompleksinin imicinə mənfi təsir göstərir. Bildirmək lazımdır ki, iş üzrə cavabdeh öhdəsinə düşən kommunal xidmətlərə görə ödənişləri qəsdən ödəməməsi həmin kompleksdə ümumi istifadədə olan sahələrdən tam miqyaslı və keyfiyyətli şəkildə yararlanmaq üçün digər mülk sahiblərinə çətinlik törətdiklərinə görə, Cavabdeh MMC-i Azərbaycan Respublikası Konstitusiyası, Mülki Məcəlləsi və Mənzil Məcəlləsi ilə qorunan hüquqlarının və qanuni mənafelərinin pozmalarına əsaslı şərait yaradırlar və buna görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 127-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və cəmiyyətin fəaliyyəti ilə bağlı qərarlar qəbul edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Göründüyü kimi Cavabdeh MMC-i faktiki olaraq, müştərək cəmiyyətin iclası tərəfindən qəbul edilmiş kompleksdə kommunal xidmətlərə tətbiq edilmiş tarifləri (1.5-1.0 AZN) qəbul etdiyini, ancaq buna baxmayaraq, xx.xx.2023-cü il tarixdən hazırkı dövrədək heç bir ödəniş etməmişdir. Bu isə həmin kompleksdə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. Belə ki, Cavabdeh MMC-i qeyd olunan xidmətlərə görə ödəniş etmədikdə, həmin ödənişləri həmin binalarda yaşayan sakinlər etmək məcburiyyətində olurlar. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMC-nin iclaslarında həmin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd etmək lazımdır ki, Cavabdeh MMC-yaşayış sahəsi ; təmirsiz sahə-4520 kv.m. təmirli-321 kv.m. qeyri-yaşayış sahəsi; təmirsiz-3869 kv.m. təmirli-4447 kv.m. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(006)- 2512/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq "xxxx" MMMC-yə ödənilməsi, ödənilmiş 440 manat dövlət rüsumunun 230 (iki yüz otuz manat) manatı Cavabdeh MMC-dən alınaraq "xxxx" MMMC-yə verilməsi və qalan 210 manatın isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMMC qeyri kommersiya qurumu olan hüquqi şəxs olmaqla əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. Cavabdehin etirazının mahiyyətindən belə aydın olur ki, onların binanın idarəçiliyi ilə bağlı xərclərin ödənilməsində iştirak etmək niyyəti ilə müvafiq müqavilə bağlamamaqlarının səbəbi cavabdeh tərəfindən xərclərin bölüşdürülməsinə dair heç bir hesabat təqdim edilməməsi ilə bağlıdır. Bu dəlil onunla əsaslandırılmışdır ki, onlar MMMC-nin iştirakçısı olmasa da, maraqlı şəxs kimi xərc məbləğlərinin iqtisadi əsaslandırması, smetası, eyni zamanda smeta və xərclərin təsdiq edilməsinə dair ümumi yığıncağın qərarı, həmçinin kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair hesabat iddiaçılara təqdim edilməlidir. Məhkəmə etirazın həmin dəlilinə münasibətdə qeyd edir ki, tələb edilən sənədlərin MMMC tərəfindən təqdim edilməsi öhdəliyi tərəflər arasında müqavilənin bağlanması və bunun əsasında iddiaçıların MMMC-nin iştirakçısı qismində tanınması yolu ilə mümkündür. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əlaqəli xidmətlər üzrə auditə dair hesabat üzrə rəydən görünür ki, "xxxx" MMMC sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və o vəsaiti nizamnaməyə uyğun olaraq təyinat üzrə xərcləmişdir. xx.xx.2024-cü il tarixinə Cəmiyyətin pul vəsaiti qalığı 58448 manat 11 qəpik təşkil etmişdir. Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci Cavabdeh MMC tərəfinbdən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, coxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (Mənzil Məcəlləsini 45.5 m.). Mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də açıq görünür ki, binanın ümumi əmlakının saxlanılması qanundan irəli gələn birbaşa öhdəlikdir, qanunla nəzərdə tutulan müqaviləni bağlamaqdan hər hansı formada yayınmaq binanın ümumi əmlakının saxlanmasına dair qanundan irəli gələn öhdəliyi sadəcə olaraq dayandırmır. Həmçinin "xxxx" MMMC-i bir neçə dəfə Cavabdeh MMC-ə kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilə bağlanılmasını təklif edilmiş, buna baxmayaraq, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı dəfələrlə aylıq kommunal xidmətlərin ödənilməsi barədə xəbərdarlıq məktublarını cavabdehə göndərilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Qeyd olunanlardan göründüyü kimi çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar "xxxx" MMMC-nin iclaslarında həmin binada yaşayan və cəmiyyətin üzvü olan şəxslər tərəfindən səs çoxluğu ilə qəbul edilir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMMC-i bütün məsələlərlə və o, cümlədən müvafiq ünvanda yerləşən binaların ümumi əmlakının istifadəyə verilməsi haqqında qərarlar qəbul edirlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra-çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf həmin "xxxx" MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etməklə, iddiaçıya qarşı hazırki etirazlarını irəli sürmüş olsalar da, sözügedən yaşayış binalarının idarə edilməsinin iddiaçı "xxxx" MMMC tərəfindən həyata keçirilməsinin Cavabdeh MMC tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə qismən ödənişlər etməsi, MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s. həmçinin idarəçiliyin faktiki olaraq "xxxx"MMMC tərəfindən həyata keçirilən binanın bir hissəsinin Cavabdeh MMC-nin mülkiyyətçisi olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının onlardan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, Cavabdeh MMC-nin bu xidmətlərlə bağlı ödənişləri etməmələri üçün əsas yaratmır. İş materiallarından görünür ki, Cavabdeh MMC 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər edilməsi dayandırılmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmiş, daha sonra isə bir neçə əvəzləşmə aktları tərtib edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 01 iyul 2023cü ildən xx.xx.2024-cü ilədək tarixə edilən qismən kommunal xidmətlərinin ödənişinə dair xx.xx.2024-cü il tarixli, 231346 saylı kassa mədaxil orderindən göründüyü kimi Cavabdeh MMC tərəfindən "xxxx"MMMC-yə 27295 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə və işin araşdırılan hallarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da "xxxx" MMMC-i ilə Cavabdeh MMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində Cavabdeh MMC-i kommunal xidmətlərə görə 01 iyul 2023cü ildən həmin ilin 31 oktyabr tarixədək olan borcları ödəyəcəyini qeyd etmişdir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-ni "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi Cavabdeh MMC-i qeyd edilən protokolu imzalamaqla və kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müəyyən ödənişlər etməklə artıq kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmışdır. Müştərək cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və tərəflər arasında bağlanılmış müvafiq razılaşma protokolunda qeyd olunmuş xidmət haqlarının Cavabdeh MMC-i tərəfindən ödənilməməsi həm müştərək cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulmasına və bununlada göstərilən xidmətlərin vaxtı vaxtında keyfiyyətlə icra edilməsinin çətinləşməsinə və ya mümkünsüz olmasına və bu da ödəniş edən sakinlərin haqlı narazılığına səbəb ola bilər. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMMC-nin Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan və sonuncu əlavə əvəzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMMC-yə kommunal xərclərlə bağlı xx.xx.2024cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyriyaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcu vardır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini yalnız Mülki Məcəllənin 38-ci maddəsinə istinad etməklə əsaslandırsa da iddiaya verilmiş etirazda iddiaçı tərəfindən Mülki Məcəllənin 128.0.3-cü maddəsinin tələblərinə riayət edilmədiyinə dair dəlillərə, xüsusilə də həmin xərclərin iqtisadi əsaslandırılmasına dair müvafiq xərc-smeta sənədlərinin iddiaçı tərəfindən təqdim edilmədiyinə əhəmiyyət verilməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə, iddiaçı MMMC-nin üzvü olmayan sahə mülkiyyətçisi yalnız MMMC ilə müqavilə bağlayandan sonra, tələb olunan haqların Mənzil Məcəlləsində müəyyən edilən qaydada iqtisadi əsaslandırmasını tələb edə bilər, əgər belə müqavilə yoxdursa, onda iddiaçı MMMC istənilən məbləği heç bir əsas təqdim etmədən tələb edə bilər. Yaranmış mübahisəyə məhkəmənin belə yanaşması qanuni və əsasla hesab edilə bilməz. Cavabdeh MMC, hətta MMMC ilə müqavilə bağlamasa belə, ondan tələb olunan ödənişlərin yaranma əsası, iqtisadi əsaslandırılmasını tələb etməkdə haqlı olmaqla, iddiaçı MMMC iddia tələbinin əsaslı olmasına dair sənədləri Mülki Prosessual Məcəllənin 71.1-ci maddəsinin tələbləri baxımından təqdim etmək, yəni, iddiasını sübut etmək vəzifəsi daşıyır. Bundan əlavə, "xxxx" MMMC tərəfindən smeta xərclərinin və digər hesabatların Cavabdeh MMC-yə təqdim edilməsi hissəsində qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4463/2024 saylı qətnaməsi ilə də hazırkı iş üzrə Cavabdeh MMC-nin "xxxx" MMMC-dən tələb etdiyi smeta xərcləri və digər hesabatların Cavabdeh MMC-yə təqdim edilməsi barədə iddiası təmin edilərək, qət edilmişdir ki: "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən cəmiyyətin ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçı X3 və Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulsun.” Həmin qətnamədə apellyasiya məhkəməsi, Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad edərək, iddianı həmin hissədə təmin etməmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etdi ki: “ İstinad olunan maddi hüquq normalarına və hazırkı işin mübahisəsiz olan faktiki hallarına əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, rayon məhkəməsinin bu tələblə bağlı qənaəti əsaslı olmamışdır, həm də ona görə ki, MMMC-in kommunal və sair xərclərlə bağlı tələbinə münasibətdə müəyyən olunmuşdur ki, hazırkı işdə iddiaçı olan mülkiyyətçinin MMMC ilə müvafiq müqavilə bağlayıb bağlamamasından asılı olmayaraq, onların xidmətlərə görə MMMC-yə müəyyən olunmuş haqq ödəmək vəzifəsi var və onlar həmin haqları ödəməyə borcludurlar. Belə olan halda, yəni müqavilə olmadan da xərcləri ödəməli olan mülkiyyətçinin (sahə sahibinin), hazırkı halda iddiaçıların MMMC-dən ödədiyi xərclərin əsaslandırılması və bununla bağlı müvafiq qərar və hesabatlarla tanış olmaq və onların təqdim edilməsini tələb etmək hüququ var.” Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh MMC-nin iddiaya qarşı etirazının dəlillərini təşkil edən məsələyə dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi də vardır ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Bundan başqa işə məhkəmədə baxılanda təqdim edilən etirazda, iddiaçının bu əsassız dəlili ilə bağlı bildirilmişdi ki, guya, xidmətlərə görə MMMC tərəfindən tətbiq edilən hər 1 kv.m. sahə üçün 1 manat (təmirsiz sahələr üçün) və 1 manat 50 qəpik (təmirli sahələr üçün) “tarif” tətbiq edilməsi ilə “razı olması” və belə razılığın Cavabdeh MMC tərəfindən həmin “tariflərlə” müəyyən ödənişlər edilməsi ilə əsaslandırması tamamilə absurd yanaşmadır. Bu məsələyə münasibətdə iddiaçının həmin fikirlərini təkrarlayan məhkəmənin özü də mülki münasibətlərlə mənzil münasibətlərini eyniləşdirməklə, qanunsuz qətnaməsini “əsaslandırmaq” üçün belə təsəvvür yaratmağa çalışmışdır ki, göstərilən xidmətlərin dəyəri MMMC ilə sahə mülkiyyətçisinin "xxxx" əsasında müəyyən edilə bilər və əgər sahə mülkiyyətçisi MMMC-nin özünün faktiki olaraq havadan götürdüyü şişirdilmiş “tariflər” əsasında ödəniş etmişsə, bu “tərəflərin iradə ifadəsini” müəyyən etmiş olur. Halbuki, Mənzil Məcəlləsinin 6.0-cı maddəsinə əsasən, kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.), yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (6.0.11) mənzil münasibətlərinə aiddir. Belə olan halda, iddiaçı MMMC-nin Mənzil Məcəlləsində nəzərdə tutulmuş vəzifələrinin icrasından (o cümlədən, kommunal xidmətlərə görə binanın sahə mülkiyyətçiləri qarşısında hesabat vermək vəzifəsindən) yayınmaqla, yalnız sahə mülkiyyətçilərindən “xidmət haqqı” adı altında real xərclərdən artıq olan pul tələb etməsinin yolverilməz olduğu və belə tələb ifadə edən iddianın təmin olunmasının əsassız olduğunu sübut etməyə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi, hazırkı mübahisə ilə bağlı münasibətlərə bilavasitə tətbiq edilməli olan və Cavabdeh MMC-nin də etirazda istinad etdiyi Mənzil Məcəlləsinin 128.03-cü maddəsini tətbiq etmək əvəzinə, həmin Məcəllənin 45.5-ci maddəsinə istinad etməklə, belə bir əsaslandırma vermişdir ki, “..Müştərək cəmiyyətin Ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş... xidmət haqlarının Cavabdeh MMC-i tərəfindən ödənilməməsi həm müştərək cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulmasına və bununla da göstərilən xidmətlərin vaxtı-vaxtında keyfiyyətlə icra edilməsinin çətinləşməsinə və ya mümkünsüz olmasına və bu da ödəniş edən sakinlərin haqlı narazılığına səbəb ola bilər.” Lakin məhkəmə görünür, əsassız iddianın təmin olunmasında o qədər qərəzli mövqe tutmuşdur ki, bununla bağlı Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini də “unutmuşdur”. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında da çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kimi söhbət ümumi yığıncağın qərarından deyil, kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməli olmasından gedir. Həmin hesabat isə Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində sadalanan sənədlərin müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatı ehtiva etdiyini isə sübut etməyə ehtiyac yoxdur. Belə ki, həmin sənədlərin təqdim olunmaması, MMMC-nin tətbiq etdiyi “tariflərin” konkret olaraq hansı real xərc elementlərindən yaranmasının düzgünlüyünü yoxlamaq imkanından sahə mülkiyyətçisi kimi cavabdehi məhrum etmiş olur ki, bu da çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qanunvericinin Mənzil Məcəlləsində təsbit etdiyi imperativ tələblərin və sahə mülkiyyətçisinin hüquqlarının açıq-aşkar kobud surətdə pozulmasıdır. Məhkəmənin isə iddiaçı MMMC nin belə qanunsuz davranışına haqq qazandırması həmin pozuntuların bundan sonra da davam etdirilməsinə rəvac vermiş olur. 2023-cü ilin əvvəlindən yaşayış kompleksinin mənzil fondunun idarəetməsinə başlayan "xxxx" MMMC qanunla və nizamnamə ilə üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, bütün resursları və əlaqələri hesabına kompleksdə Cavabdeh MMCnin təsisçisi Eldar Məmmədəliyevə məxsus qeyri-yaşayış sektoru üzərində qurulmuş icarə biznesini şantaj edilməyə başlamışdır. Belə ki, icarəçilərə qarşı Eldar Məmmədəliyevin guya icra edilməmiş öhdəliklərinə istinad edilməklə müxtəlif dövrlərdə iki aya yaxın müddətdə liftlərin qeyri-yaşayış sahələrində fəaliyyəti məhdudlaşdırılmışdır, bundan əlavə, mərkəzi qazanxanadan qeyri-yaşayış sahələrini təmin edən xətlər kəsilmişdir. Yalnız məhkəmə qərardadları vasitəsilə belə maneələr aradan qaldırılmışdır. Cavabdeh MMC-nin təsisçisi Eldar Məmmədəliyev qeyri-yaşayış sahələri üçün yeni qazanxana inşa etməyə başlamış, "xxxx" MMMC tikinti-quraşdırma işlərinin qarşısını almaq və ya ləngitmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bununla da yaşayış və qeyri-yaşayış sektorunun təchizatının (su, isti su, istilik, elektrik, soyutma və s.) ayrılmasının qarşısını almağa çalışmış və faktiki olaraq bir ildən çox işlərin gecikdirilməsinə nail olmuşdur ki, bu da əlavə xərclərə səbəb olmuşdur. Əslində "xxxx" MMMC-nin yaşayış sahələrinin və E.Məmmədəliyevin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin təchizatının ayrılmasına qarşı çıxmasının əsas məqsədi Cavabdeh MMC-ni və onun təsisçisi Eldar Məmmədəliyevi daimi olaraq asılı saxlamaq, biznesi şantaj edərək, yaşayış sahələri üzrə sektorunun xərclərini qeyri-yaşayış sektorunun hesabına qarşılamaq, bununla da həm öz xərclərini kifayət qədər azaltmaq, başqasının hesabına öz xərclərini qarşılamaq və digər sakinlər qarşısında öz “nüfuzlarını” göstərmək olmuşdur. "xxxx" MMMC rəhbərliyinin apardığı bu siyasət nəticəsində xx.xx.2023xx.xx.2024-cü il dövründə Cavabdeh MMC 242 986.33 AZN (bu "xxxx" MMMC-nin həmin dövr üzrə əsassız hesablamasıdır) birbaşa ziyana məruz qalmışdır. Belə ki, xx.xx.2023-cü ildən kompleks sakinlərindən xidmət haqqı toplayan "xxxx" MMMC, əhali sektoruna aid qaz, elektrik, su sayğaclarının (altı ay ərzində isə lift servisi xərclərinin) bütün sərfiyyatını müxtəlif vasitələrlə Cavabdeh MMC-ə ödətdirmişdir. "xxxx" MMMC hər dəfə əhali sektorunun həssas sektor olduğunu, əsassız texniki məsələlər bəhanə edərək müvafiq qeydiyyat sayğaclarını öz adına keçirməmişdir. Cavabdeh MMC əslində "xxxx" MMMC-yə aid xidmət və xərcləri müvafiq müəssisələrə aylıq fakturalar əsasında məcbur şəkildə ödənişlər etmişdir. xx.xx.2024-cü ildə qeyri-yaşayış sektoru təchizatının, yaşayış sektoru təchizatından ayrılması tərəflərindən başa çatdırılmışdır. Bununla bağlı "xxxx" MMMC-ə yazılı bəyanat göndərilmişdir. Beləliklə, xx.xx.2024-cü ildən etibarən Cavabdeh MMC və "xxxx" MMMC-nin heç bir ortaq qaz, elektrik, su təchizatı üzrə borcu qalmamışdır. Başqa sözlə "xxxx" MMMC-nin hazırkı iş üzrə iddia tələbi irəli sürməsinə subyektiv hüququ yaranmamışdır. Belə olan halda, həmin iddianın məhkəmə təmin edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Şərh edilənlər şikayət verilən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. Hazırkı işdə məhkəmənin iddia tələblərinə münasibətdə gəldiyi yanlış nəticələr, digər pozuntularla yanaşı, həm də işin bütün faktiki hallarının aydınlaşdırılmaması ilə bağlı olmuşdur. Əlavə olaraq qeyd edir ki, işin faktiki hallarının dəqiq müəyyənləşdirilməsi üçün nəinki iddiaçının iddia tələbini təşkil edən məbləğin tələb edilməsinə əsas kimi çıxış edə biləcək illik gəlir və xərclər smetasının, o cümlədən xərclərin bölüşdürülməsinə dair hesabatların, ümumiyyətlə iddiaçı "xxxx" MMMC-nin istinad etdiyi ümumi yığıncağının qərarlarının qəbul edilməsinə əsas olmuş hər-hansı sənədi tələb edib tədqiq etməməsi də bu bənddə göstərilən pozuntuya yol verilməsini təsdiq edir. Belə ki, "xxxx" MMMC-nin iddia tələblərinin əsaslı və yaxud əsassız olması nəticəsinə gəlinməsi üçün qanunvericiliyin imperativ qaydada təsbit etdiyi və Konstitusiya Məhkəməsinin qərarında da hüquqi mövqe ifadə edilən məsələ-tələb edilən məbləğin iqtisadi əsaslandırılmasına dair smeta və hesabatların hansı səbəbdən təqdim edilmədiyi mütləq aydınlaşdırılmalı idi. Birinci instansiya məhkəməsi, iddiaçının cavabdehdən tələb etdiyi məbləği təsdiq olunmuş və şübhə altına alına bilməyən “borc” kimi qiymətləndirsə də və belə “əsaslandırmanı” cavabdeh tərəfindən iddiaçının bildirdiyi haqq məbləği (hər kv.m. üçün 1 manat və 1.50 manat) ilə müəyyən ödənişlər etməsi səbəbindən guya, cavabdehin həmin qiymətlə razı olması kimi dəyərləndirsə də, nəzərə almamışdır ki, həmin haqq məbləği üzərindən hesablanmış xidmətlərin qiymətinin iqtisadi əsaslandırmasının iddiaçı "xxxx" MMMC-dən tələb etmək hüququndan imtina edilməsi anlamına gələ bilməz. Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanın şikayəti” üzrə Qərarda da ərizəçinin iddiası sahəsinin saxlanılması üçün “artıq ödənilən xidmət haqqının yenidən hesablanaraq gələcək aylarla əvəzləşdirilməsi” ilə bağlı idi və bu tələbi təmin etməyən məhkəmə qətnamələrini qüvvədə saxlamış Ali Məhkəmənin qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə və digər normalara uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa məhkəmənin Cavabdeh MMC-nin iddiaya etirazına münasibətdə gəldiyi nəticələr tamamilə əsassız və ziddiyyətli olmuşdur. Belə ki, məhkəmə, bir tərəfdən bildirir ki, müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq, cavabdeh xidmət haqqını ödəməlidir, digər tərəfdən isə müqavilənin mövcudluğunu ehtiva edən həmin ödənişləri etmiş şəxsin, ödənişi tələb etməyə əsas verən sənədləri tələb etmək hüququnu müqavilə bağlanması ilə şərtləndirir. Halbuki, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında da birmənalı olaraq hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: “Çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir.” Məhkəmənin gəldiyi nəticəyə görə, “Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci Cavabdeh MMC tərəfindən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə Cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. Məhkəmə iddianın əsaslı olması görüntüsü yaratmaq üçün audit rəyinə istinad edərək, həmin sənədin Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində sadalanan sənədləri əvəz etməsi nəticəsinə gəlməsi də işin hallarına uyğun olması kimi qiymətləndirilə bilməz. Belə ki, audit rəyi yalnız gəlir və xərcləri sadalamaqla kifayətlənmişdir. Halbuki, qeyd edilən rəy həmin xərclərin doğrudan da əsaslı olub-olmamasına dəlalət edən sənəd deyil. Audit rəyində sadalanan xərc məbləğlərinin doğrudan da zəruri olub-olmaması, xərclərin şişirdilməsi və s. bu kimi halların mövcud olub-olmadığı yalnız konkret xərclər və gəlirlər smetasına baxış keçirildikdən və həmin xərclərin binanın ümumi mülkiyyətinin saxlanmasına və qanunla nəzərdə tutulmuş məqsədə sərf olunub-olunmamasına qiymət verilməsindən sonra mümkün ola bilərdi. Hazırkı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4463/2024 saylı qətnaməsi sübut kimi əlavə edilir. Həmin qətnamə işə birinci instansiya məhkəməsində baxılan zaman ona görə təqdim edilməmişdir ki, qeyd edilən qətnamə "xxxx" MMMC tərəfindən smeta xərclərinin və digər hesabatların Cavabdeh MMC-yə təqdim edilməsi” hissəsində yalnız 7 yanvar 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə ki, həmin qətnamədən "xxxx" MMMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 ay müddətində kassasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mənzil Məcəlləsi: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43, 45-ci maddələrinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra– ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 23 dekabr 2022-ci il tarixli çıxarışdan, Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və vergi uçotu haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 23 dekabr 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X6r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları, nizamnaməsi və digər sənədlər çıxış edir. "xxxx" MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə görə sahə mulkiyyətçilərinin çoxmənzilli binaların ümumi əmlaklarına sahiblik, ondan istifadə va qanunvericiliklə müəyyən edilmiş hallarda barəsində sərəncam vermək hüquqlarının keçirilməsini çətinləşdirən və maneçilik törədən 3-cü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək müştərək cəmiyyətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra– çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. "xxxx" MMMC-nin 19 iyul 2022-ci il tarixli və 25 iyul 2022-ci il tarixli bildirişlərindən görünür ki, mülkiyyətçilərə (bildirişlər konkret şəxsə deyil, bütün mülkiyyətçilərə xitab etməklə, eyni məzmunda göndərilmişdir) kommunal xidmətlər üzrə dəyişikliklər və qiymətlərin qaldırılması ilə bağlı məlumat verilmişdir. "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının növbədənkənar iclasının 5 saylı protokolundan görünür ki, yığıncaqda müzakirə edilən məsələlərlə bağlı (eləcə də MMMC və hazırki iş üzrə iddiaçı Cavabdeh MMC arasında olan anlaşılmazlıqla əlaqəli məsələlər) 40 səs lehinə, 0 səs əleyhinə, 0 səs bitərəf olmaqla müvafiq qərarlar qəbul edilmişdir. Cavabdeh MMC tərəfindən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən 1 saylı binanın 8666,71 kv.m ümumi yaşayış sahəsi 55 nəfərin mülkiyyətinə; 1870.10 kv.m qeyri-yaşayış sahəsi 1 nəfərin mülkiyyətinə; Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 62 ünvanında yerləşən 2 saylı binanın 8723,50 kv.m ümumi yaşayış sahəsi 49 nəfərin mülkiyyətinə; 1806.20 kv.m qeyri-yaşayış sahəsi 1 nəfərin mülkiyyətinə verilmişdir. Həmin arayışda 1 saylı və 2 saylı binanın texniki göstəriciləri də müəyyən edilmişdir. "xxxx" MMMC-i ilə Cavabdeh MMC arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolun 1-2 bəndlərində Cavabdeh MMC kommunal xidmətlərə görə qarşılıqlı hesablaşmaların aparılması üçün razılıq əldə edilir və Cavabdeh MMC qalan ödənişləri həyata keçirəcəyini qeyd edir. Bundan başqa, həmin Protokolun 3-cü bəndində Cavabdeh MMC-i "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. xx.xx.2024-cü il tarixli əlaqəli xidmətlər üzrə auditə dair hesabat üzrə rəydən görünür ki, "xxxx" MMMC sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və o vəsaiti nizamnaməyə uyğun olaraq təyinat üzrə xərcləmişdir. xx.xx.2024-cü il tarixinə cəmiyyətin pul vəsaiti qalığı 58448 manat 11 qəpik təşkil etmişdir. Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci Cavabdeh MMC tərəfinbdən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli bina xərclərinin və yığım tariflərinin təhlilinə dair ümumi xərclərlə bağlı ümumi xərclərə dair kalkulyasiya iş materiallarına əlavə edilmişdir. "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il, 30 yanvar 2024-cü il, 06 fevral 2024-cü il tarixli məktublarından görünür ki, kommunal ödənişlərlə bağlı Cavabdeh MMC-yə xəbərdarlıqlar edilmişdir. Təqdim olunmuş əvəzləşmə aktları, ödəniş sənədləri (ödəniş tapşırıqları) və s. görünür ki, tərəflər arasında müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmasa da, tərəflər arasında kommunal və s. xidmətlərə görə əvəzləşmə aktları tərtib olunmuş, sənədlərdə təsbit olunmuş dövrlər üzrə ödənişlər icra edilmişdir. 01 iyul 2023-cü ildən xx.xx.2024-cü ilədək tarixə edilən qismən kommunal xidmətlərinin ödənişinə dair xx.xx.2024-cü il tarixli, 231346 saylı kassa mədaxil orderindən göründüyü kimi Cavabdeh MMC tərəfindən "xxxx" MMMC-yə 27295 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMMC-nin Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, əlavə əvəzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borc vardır. Beləliklə işin faktiki hallarından göründüyü kimi "xxxx" MMMC sakinlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 ay ərzində 681777 manat 50 qəpik vəsait əldə etmiş və o vəsaiti nizamnaməyə uyğun olaraq təyinat üzrə xərcləmişdir. xx.xx.2024-cü il tarixinə cəmiyyətin pul vəsaiti qalığı 58448 manat 11 qəpik təşkil etmişdir. Xərclərdə göstərilmiş kommunal xidmətlərin xərci Cavabdeh MMC tərəfinbdən onların "xxxx" MMMC-yə olan borcu əvəzindən ödənildiyinə görə cəmiyyət bu məbləği pul vəsaitlərinin axını hesabatında həm gəlirdə həm də xərcdə göstərmişdir. Bu rəqəmlər cəmiyyət tərəfindən tərtib edilmiş pul vəsaitinin axını hesabatında öz əksini tapmışdır. Aparılan auditlə həmin rəqəmlərin ilkin sənədlərlə uyğun olması öz təsdiqini tapmışdır. Bununla yanaşı "xxxx" MMMC-i bir neçə dəfə Cavabdeh MMC-ə kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilə bağlanılmasını təklif edilmiş, buna baxmayaraq, cavabdeh həmin təklifi qəbul etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı dəfələrlə aylıq kommunal xidmətlərin ödənilməsi barədə xəbərdarlıq məktublarını cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh tərəf həmin "xxxx" MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etsə də sözügedən yaşayış binalarının idarə edilməsinin iddiaçı "xxxx" MMMC tərəfindən həyata keçirilməsinin Cavabdeh MMC tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə qismən ödənişlər etməsi, MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s. həmçinin idarəçiliyin faktiki olaraq "xxxx" MMMC tərəfindən həyata keçirilən binanın bir hissəsinin Cavabdeh MMC-nin mülkiyyətçisi olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının onlardan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, Cavabdeh MMC-nin bu xidmətlərlə bağlı ödənişləri etməmələri üçün əsas yaratmır. İş materiallarından görünür ki, Cavabdeh MMC 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər edilməsi dayandırılmışdır. Buna görə də, iddiaçı tərəfindən ona xəbərdarlıq məktubları göndərilmiş, daha sonra isə bir neçə əvəzləşmə aktları tərtib edilmişdir. Həmçinin 01 iyul 2023-cü ildən xx.xx.2024-cü ilədək tarixə edilən qismən kommunal xidmətlərinin ödənişinə dair xx.xx.2024-cü il tarixli, 231346 saylı kassa mədaxil orderindən göründüyü kimi Cavabdeh MMC tərəfindən "xxxx" MMMC-yə 27295 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da "xxxx" MMMC-i ilə Cavabdeh MMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə imzalanmış “Razılaşma Protokolu” iddianın əsaslı olmasını təsdiqi kimi sübut olaraq qiymətləndirmişdir. Belə ki, sözügedən protokolun 1-2 bəndlərində Cavabdeh MMC-i kommunal xidmətlərə görə 01 iyul 2023-cü ildən həmin ilin 31 oktyabr tarixədək olan borcları ödəyəcəyini qeyd etmişdir. Bundan başqa, həmin protokolun 3-cü bəndində Cavabdeh MMC-ni "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi Cavabdeh MMC-i qeyd edilən protokolu imzalamaqla və kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müəyyən ödənişlər etməklə artıq kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmışdır. Müştərək cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və tərəflər arasında bağlanılmış müvafiq razılaşma protokolunda qeyd olunmuş xidmət haqlarının Cavabdeh MMC-i tərəfindən ödənilməməsi həm müştərək cəmiyyətin maliyyə idarəetməsi ahənginin pozulmasına və bununla da göstərilən xidmətlərin vaxtı vaxtında keyfiyyətlə icra edilməsinin çətinləşməsinə və ya mümkünsüz olmasına və bu da ödəniş edən sakinlərin haqlı narazılığına səbəb ola bilər. İş materiallarına əlavə edilmiş "xxxx" MMMC-nin Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan və sonuncu əlavə əvəzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMMC-yə kommunal xərclərlə bağlı xx.xx.2024-cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyriyaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MMMC-nin Cavabdeh MMC-yə qarşı “kommunal xərclərlə əlaqədar pul” tələbinə dair iddiasının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Tutulmalı olan vəsaitin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMMC-i ilə Cavabdeh MMC-i arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2024-cü il tarixdə “Razılaşma Protokolu”nun 3-cü bəndində Cavabdeh MMC-ni "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) razılaşmışlar və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Göründüyü kimi Cavabdeh MMC-nin "xxxx" MMMC-yə kommunal xərclərlə bağlı xx.xx.2024-cü il tarixinədək 9080.5 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh MMC-yə məxsus olan mənzillər üzrə 18.346 manat və qeyri-yaşayış üzrə 49.896 manat, ümumilikdə 77322.5 manat borcu vardır. Həmin məbləğin müəyyən edilməsi adi riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb edilmir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4463/2024 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, həmin qətnamə ilə "xxxx" MMMC-nin idarəçiliyində olan yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçı X3 və Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulması qət edilmişdir ki, bu da qətnamənin hazırki iddia predmetini nəzərə alınmaqla MPM-nin 82.3-cü maddəsinin təsiri altına düşmür. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, apellyatorun şikayətdə Konstitusiya Məhkəməsinin istinad edilən qərarında göstərilənlər hazırki iddianın predmeti ilə bağlılığı olmamaqla çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydaların və qanunvericilik normalarının şərhi ilə əlaqədardır. Hazırki iddia üzrə iddia predmeti kommunal xərclərlə əlaqədar pul tələbidir ki, cavabdeh tərəf də belə bir borcların olmamasını və ya ödəməli olmamasına dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəf belə bir sübutların olmasını qeyd etsə də, əvvəla onları birinci instansiyası məhkəməsində təqdim etməmişdir. Buna baxmayaraq kollegiya belə sübutların təqdim edilməsi üçün tərəfə vaxt verməklə şərait yaratsa da, heç bir sənəd təqdim olunmamışdır. Həmçinin iş materiallarından görünür ki, mərkəzi qazanxana, qaz və işıqla bağlı xidmətlər "xxxx" MMMC-i tərəfindən mərkəzləşdirilmiş qaydada göstərilmişdir. Məhkəmə kollegiyasının son iclasında iddiaçının nümayəndəsinin izahatından müəyyən olundu ki, 2024-cu ilin noyabr ayından qaz ilə bağlı xidmətlər "xxxx" MMMC-nin istifadə etdiyi mərkəzi qurğu və sistemlərdən ayrılmaqla, Cavabdeh MMC tərəfindən həyata keçirilməyə başlanmışdır ki, "xxxx" MMMC-nin də cavabdehdən pul tələbi 2024-cü ilin noyabr ayına kimi olan borcla bağlıdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(006)- 2512/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar