Məhkəmə qərarları › İş №2(103)-1691/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1691/2020

20.02.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1691/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və nümayəndəsi, vəkil X2, Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması və cavabdehin mənzildən çıxarılması” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-4896/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında 12 saylı mənzilə dair bağlanmış xx xxxxxxx 2008-ci il tarixli müqavilədən imtina edilmiş, İddiaçı MTK ilə Cavabdeh1 arasında 12 saylı mənzilə dair bağlanmış xx xxxxxxx 2008-ci il tarixli müqavilənin, habelə xx xxxxxxx 2008-ci il tarixli, xx xxxxxx 2008-ci il tarixli və xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışlarının ləğv edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MTK və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı MTK ilə Cavabdeh2 arasında 12 saylı mənzilin satılması ilə bağlı xx xxxxx 2010-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması və Cavabdeh2 ailə üzvləri ilə birlikdə M.Xiyabani küçəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 12 saylı Cavabdeh1 məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m. olan, 2 otaqlı 12 saylı mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı MTK-nın iddiası iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməməsi əsası ilə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə“İddiaçı MTK ilə Cavabdeh2 arasında 12 saylı mənzilin satılması ilə bağlı xx xxxxx 2010-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması və Cavabdeh2 ailə üzvləri ilə birlikdə M.Xiyabani küçəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 12 saylı Cavabdeh1 məxsus mənzildən çıxarılması barədə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının İ giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m. olan, 2 otaqlı 12 saylı mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-4896/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (alıcı) ilə İddiaçı MTKnın direktoru X1 (satıcı) arasında xx xxxxxxx 2008-ci il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə imzalanmış və müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən, tikilməkdə olan MTK-nın binasında 12 saylı mənzili satıcı alıcıya verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşlər. Mənzilin ümumi dəyən 63900 manat məbləğində müəyyən olunmuşdur. Alıcı tərəfindən üç dəfə ödəniş edilmişdir: 1) xx xxxxxxx 2008-ci il il tarixli maliyyə arayışına əsasən 31950 manat , 2) xx xxxxxx 2008-ci il tarixli maliyyə arayışına əsasən 12000 manat, 3) xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışına əsasən isə 500 manat, cəmi: 44450 manat. Maliyyə arayışları İddiaçı MTK-nın sədri Cahangir Alışov və MTK-nın mühasibi Z.H.Səfərov tərəfindən imzalanmışdır. Lakin mənzil xx xxxxx 2010-cu il tarixli müqaviləyə əsasən qiyməti 32000 manata ikinci dəfə Cavabdeh2 qanunsuz olaraq satılmışdır. Bu mənzilin dəyəri 32000 manat olduğu halda, Cavabdeh1 tərəfindən mənzilə görə 44450 manat, yəni artıqlanması ilə ödənilmişdir. Satıcı öz müqavilə öhdəliklərini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Mənzilin xx xxxxx 2010-cu il tarixdə Cavabdeh2 satılmasına baxmayaraq, C.Alışov iddiaçının qardaşı S.Q.Bayramovdan 2010-cu ilin sentyabrında mənzilin dəyərinin qalıq hissəsini ödəməyi tələb etmiş, sonuncu özünə məxsus başqa evi sataraq pulu ödəmək istəmiş, lakin ora gələndə binanın qapısının bağlı olduğunu görmüş, C.Alışovla əlaqə saxlamış, axırıncı ona qalıq pulu mühasibə ödəməyi bildirmişdir. Səfiyar Bayramov ona mənzil təhvil veriləndə qalıq pulu ödəyəcəyini demişdir. Həmin zaman bina hələ MTK tərəfindən istifadəyə verilməmişdir. Bu səbəbdən Cavabdeh2la bağlanmış müqavilə etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, alıcı və satıcı arasında mənzil təhvil verildikdən sonra pulun qalanının ödənilməsi barədə razılaşma olmuş, yəni tərəflərin razılığı ilə müqavilədə dəyişiklik edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həlli baxımından əhəmiyyəti olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X6 və digər nümayəndəsi, vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hər iki tələb üzrə cavabdeh İddiaçı MTK məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı MTK-nın ilkin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən baxılmamış saxlanılmış və həmin qərardad tərəflərlə mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının predmetini ilkin iddia tələbi nəzərə almadan, qarşılıqlı iddia və üçüncü şəxsin iddiaları üzrə qəbul edilmiş hazırki qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyənedilmişdirki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 otaqlı, 106,5 kv.metr sahəsi olan 12 saylı mənzillə bağlı İddiaçı MTK ilə müxtəlif vaxtlarda 2 müqavilə bağlanmışdır:

1. Cavabdeh1 ilə xx xxxxxxx 2008-ci il tarixdə, mənzilin ümumi dəyəri 63900 manat müəyyən olunmaqla və

2. Cavabdeh2 ilə xx xxxxx 2010-cu il tarixdə, mənzilin dəyəri 32000 manat müəyyən olunmaqla. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən mənzilin müqavilədə göstərilən dəyərindən hissə-hissə olaraq 44450 manatı xx xxxxxx 2009-cu il tarixədək, Cavabdeh2 isə müqavilə ilə müəyyən olunan tam məbləği müqavilə bağlanıldığı tarixdə MTK-ya ödəmişlər. Nəhayət məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 mübahisələndirilən mənzili təmir edərək, 2015-ci ildən ailə üzvləri ilə birlikdə mənzilə köçmüş və orada yaşayır. İş materiallarında olan İddiaçı MTK-nın sədri X1 tərəfindən məhkəməyə təqdim olunmuş mülahizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 106,5 kv.m olan, 2 otaqlı 12 saylı mənzil xx xxxxx 2010-cu il tarixli mənzil tikinti haqqında müqavilə ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş, alıcıya mənzil təhvil verilmişdir. Cavabdeh2 2015-ci ildən mənzili tam təmir etmiş və hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Vətəndaş Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilə və maliyyə arayışı isə müqavilənin tələblərini pozduğu üçün MTK tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı MTK, “xxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, “xxxxxxxxx” MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluq halları və digər faktlar üzrə Azərbaycan Respublikası CM-in 178.3.2, 320.2, 308.2 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Həmin iş üzrə X3 adından istintaq orqanına xx xxxxx 2019-cu il tarixdə daxil olmuş şikayət üzrə araşdırma aparılmaqla müəyyən edilmişdir ki, İddiaçı MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binadan 2 otaqlı, 12 saylı mənzil kooperativin rəhbərliyi tərəfindən xx xxxxxxx 2008-ci il tarixli müqavilə əsasında sonuncunun arvadı Cavabdeh1 satılmaqla, onun tərəfindən mənzilin razılaşdırılmış dəyəri olan 639xx xxxxxxxx 44450 manat ödənilmiş, daha sonra isə həmin mənzil xx xxxxx 2010-cu il tarixli müqavilə və mənzilin razılaşdırılmış dəyəri olan 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh2 satılmışdır. Mənzilin Cavabdeh1 satılmasına dair sənədlərin əsilləri istintaq orqanına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən hesab etmişdir ki, Cavabdeh1 müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmiş, mənzilin müqavilədə göstərilən ümumi məbləğini tam olaraq ödəməmişdir. Pay haqqı tam ödənilmədiyindən, qarşılıqlı iddia üzrə iddiaçının mənzilə sahiblik, istifadə və sərəncam hüquqları yaranmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, bir mənzilə dair 2 və daha artıq etibarlı müqavilə bağlanıla və mövcud ola bilər. Əgər mənzil artıq 3-cü şəxsə mülkiyyət hüququ ilə verilibsə, kreditorun həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququ aradan qalxır. Əgər əmlak hələ verilməmişsə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəmişsə, üstünlük o kreditorundur (Mülki Məcəllənin 452-ci maddəsi). Qeyd olunan normadan da göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin ilkin olaraq onunla bağlanılması halına istinad edərək bu halda mənzili tələb edə bilməz. Həmçinin müqavilənin Cavabdeh2la daha ucuz qiymətə bağlanılması məsələsinə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, müavilənin qiyməti tərəflərin iradə sərbəstliyi və azadlığı nəzərə alınaraq müəyyənləşdirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Hüquqları Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı MTK ilə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxxxxx 2008-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyi, yəni müqavilə üzrə müəyyən olunmuş məbləği MTK-ya tam ödəmədiyi üçün onun Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun mənzilə istifadə və sahiblik hüququ yaranmamışdır. Məhkəmə kollegiyası izah edir ki, MM-in 452.1-ci maddəsinin birinci cümləsi kreditorun öhdəliyin icra olunmadığı halda fərdi-müəyyən əşyanı borclunun əlindən alınması və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququnu ehtiva edir. Həmin maddənin ikinci cümləsində isə qeyd olunur ki, bu hüquq üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Bu mənada məhkəmə kollegiyası Məcəllənin 452.1-ci maddəsinin ikinci cümləsini əsas götürərək hesab edir ki, Cavabdeh2 tərəfindən mənzilə dair müqavilə ilə müəyyən olunmuş məbləğ tam ödənilməklə, onun istifadə və sahiblik hüququ yarandığı və mənzili qəbul edərək ondan hazırda faktiki istifadə etdiyi üçün Cavabdeh1 həmin mənzili tələb etmək hüququ aradan qalxmışdır. Bu hal Cavabdeh1 öhdəliyini tam icra etməməsinin səbəbindən, yəni MTK-nın rəhbərliyinin borcun tam ödənilməsinə möhlət verilməsindən asılı deyildir. Apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, Cavabdeh2la bağlanmış müqavilədə mübahisələndirilən mənzilin dəyərinin aşağı olması və həmin dəyəri əsas götürməklə Cavabdeh1 mənzilin tam dəyərini ödəməsi hazırki iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər öz aralarında müqavilə azadlığı prinsipini əsas götürməklə müqavilə bağlamış və mənzilin dəyərini sərbəst olaraq müəyyən etmişlər. İkinci müqavilədə qiymətin daha aşağı olması birinci müqavilənin tam icra olunmuş kimi hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məhkəmə kollegiyası apellyatora izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)- 4896/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatoraaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: imza Hakimlər: imzalar

Əsli ilə düzdür:

Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar