Məhkəmə qərarları › İş №2(102)-4119/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4119/2020

12.08.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4119/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X4, nümayəndəsi və vəkili X3, Üçüncü şəxs Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2 xnömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq (sonradan iddia tələbi dəqiqləşdirilmişdir), İddiaçı MTK ilə Cavabdeh 1 arasında 12 saylı mənzilə dair bağlanmış xx xxxxxxx 2008-ci il tarixli müqavilədən imtina edilmiş, İddiaçı MTK ilə Cavabdeh1 arasında 12 saylı mənzilə dair bağlanmış xx xxxxxxx 2008-ci il tarixli müqavilənin, habelə xx xxxxxxx 2008-ci il tarixli, xx xxxxxx 2008-ci il tarixli və xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışlarının ləğv edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı MTK və Cavabdeh2 qarşı qarşılıqlı iddia qaldıraraq (sonradan iddia tələbi dəqiqləşdirilmişdir), ilkin iddianın rədd edilməsi, İddiaçı MTK ilə Cavabdeh2 arasında 12 saylı mənzilin satılması ilə bağlı xx xxxxx 2010-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması və Cavabdeh2 ailə üzvləri ilə birlikdə M.Xiyabani küçəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 12 saylı Cavabdeh1 məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 İddiaçı MTK-ya qarşı iddia qaldıraraq, xnın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m. olan, 2 otaqlı 12 saylı mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-4896/2019 nömrəli qərardadı ilə ilkin iddia üzrə İddiaçı MTK-nın iddiası iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməməsi əsası ilə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) xx xxxxxxx 2019-cu il tarixli, 2 (004)-4896/2019 nömrəli qətnaməsi ilə “İddiaçı MTK ilə Cavabdeh2 arasında 12 saylı mənzilin satılması ilə bağlı xx xxxxx 2010-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması və Cavabdeh2 ailə üzvləri ilə birlikdə M.Xiyabani küçəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 12 saylı Cavabdeh1 məxsus mənzildən çıxarılması barədə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia ərizəsinin təmin edilməsi, xnın İ giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m. olan, 2 otaqlı 12 saylı mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı MTK-dan tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sərlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi x, nümayəndəsi və vəkili Etibar Orucov kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili x kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416 -cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı MTK-nın ilkin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən baxılmamış saxlanılmış və həmin qərardad tərəflərlə mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən edilmişdir ki, xdə tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 otaqlı, 106,5 kv.metr sahəsi olan 12 saylı mənzillə bağlı İddiaçı MTK ilə müxtəlif vaxtlarda 2 müqavilə bağlanmışdır:

1. Cavabdeh1 ilə xx xxxxxxx 2008-ci il tarixdə, mənzilin ümumi dəyəri 63900 manat müəyyən olunmaqla v ə

2. Cavabdeh2 ilə xx xxxxx 2010-cu il tarixdə, mənzilin dəyəri 32000 manat müəyyən olunmaqla. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən mənzilin müqavilədə göstərilən dəyərindən hissə-hissə olaraq 44450 manatı xx xxxxxx 2009-cu il tarixədək, Cavabdeh2 isə müqavilə ilə müəyyən olunan tam məbləği müqavilə bağlanıldığı tarixdə MTK-ya ödəmişlər. Apelyasiya instansiyası məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisələndirilən mənzili təmir edərək, 2015-ci ildən ailə üzvləri ilə birlikdə mənzilə köçmüş və orada yaşayır. İş materiallarında olan İddiaçı MTK-nın sədri X2 tərəfindən məhkəməyə təqdim olunmuş mülahizədən görünür ki, xnın 1-ci giriş, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 106,5 kv.m olan, 2 otaqlı 12 saylı mənzil xx xxxxx 2010-cu il tarixli mənzil tikinti h aqqında müqavilə ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş, alıcıya mənzil təhvil verilmişdir. Cavabdeh2 2015-ci ildən mənzili tam təmir etmiş və hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Vətəndaş Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilə və maliyyə arayışı isə müqavilənin tələblərini pozduğu üçün MTK tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı MTK, “xxxx” MMC və “xxxx” MMC-nin, “xxxx” MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluq halları və digər faktlar üzrə Azərbaycan Respublikası CM-in 178.3.2, 320.2, 308.2 və 313-cü maddələri ilə ********* saylı cinayə t işi istintaq olunur. Həmin iş üzrə X4 adından istintaq orqanına xx xxxxx 2019-cu il tarixdə daxil olmuş şikayət üzrə araşdırma aparılmaqla müəyyən edilmişdir ki, İddiaçı MTK-nın xdə inşa etdiyi binadan 2 otaqlı, 12 saylı mənzil kooperativin rəhbərliyi tərəfindən xx xxxxxxx 2008-ci il tarixli müqavilə əsasında sonuncunun arvadı Cavabdeh1 satılmaqla, onun tərəfindən mənzilin razılaşdırılmış dəyəri olan 639xx xxxxxxxx 44450 manat ödənilmiş, daha sonra isə həmin mənzil xx xxxxx 2010-cu il tarixli müqavilə və mənzilin razılaşdırılmış dəyəri olan 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh2 satılmışdır. Mənzilin Cavabdeh1 satılmasına dair sənədlərin əsilləri istintaq orqanına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən he sab etmişdir ki, Cavabdeh1 müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmiş, mənzilin müqavilədə göstərilən ümumi məbləğini tam olaraq ödəməmişdir. Pay haqqı tam ödənilmədiyindən, qarşılıqlı iddia üzrə iddiaçının mənzilə sahiblik, istifadə və sərəncam hüquqları yaranmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, bir mənzilə dair 2 və daha artıq etibarlı müqavilə bağlanıla və mövcud ola bilər. Əgər mənzil artıq 3-cü şəxsə mülkiyyət hüququ ilə verilibsə, kreditorun həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququ aradan qalxır. Əgər əmlak hələ verilməmişsə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəmişsə, üstünlük o kreditorundur (Mülki Məcəllənin 452-ci maddəsi). Qeyd olunan normadan da göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin ilkin olaraq onunla bağlanılması halına istinad edərək bu halda mənzili tələb edə bilməz. Həmçinin müqavilənin Cavabdeh2la daha ucuz qiymətə bağlanılması məsələsinə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, müavilənin qiyməti tərəflərin iradə sərbəstliyi və azadlığı nəzərə alınaraq müəyyənləşdirilir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraq larına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X8 Hüquqları Məhkəməsi “X6rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunveric ilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir k i, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ v erilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 İddiaçı MTK ilə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxxxxx 2008-ci i l tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyi, yəni müqavilə üzrə müəyyən olunmuş məbləği MTK-ya tam ödəmədiyi üçün onun Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun mənzilə istifadə və sahiblik hüququ yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsi izah etmişdir ki, MM-in 452.1-ci maddəsinin birinci cümləsi kreditorun öhdəliyin icra olunmadığı halda fərdi-müəyyən əşyanı borclunun əlindən alınması və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququnu ehtiva edir. Həmin maddənin ikinci cümləsində isə qeyd olunur ki, bu hüquq üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Bu mənada apelyasiya instansiyası məhkəməsi Məcəllənin 452.1-ci maddəsinin ikinci cümləsini əsas götürərək hesab etmişdir ki, Cavabdeh2 tərəfindən mənzilə dair müqavilə i lə müəyyən olunmuş məbləğ tam ödənilməklə, onun istifadə və sahiblik hüququ yarandığı və mənzili qəbul edərək ondan hazırda faktiki istifadə etdiyi üçün Cavabdeh1 həmin mənzili tələb etmək hüququ aradan qalxmışdır. Bu hal Cavabdeh1 öhdəliyini tam icra etməməsinin səbəbindən, yəni MTK-nın rəhbərliyinin borcun tam ödənilməsinə möhlət verilməsindən asılı deyildir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2la bağlanmış müqavilədə mübahisələndirilən mənzilin dəyərinin aşağı olması və həmin dəyəri əsas götürməklə Cavabdeh1 mənzilin tam dəyərini ödəməsi hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Tərəflər öz aralarında müqavilə azadlığı prinsipini əsas götürməklə müqavilə bağlamış və mənzilin dəyərini sərbəst olaraq müəyyən etmişlər. İkinci müqavilədə qiymətin daha aşağı olması birinci müqaviləni n tam icra olunmuş kimi hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Apelyasiya məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmundadır, onlara apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verilmişdir. Odur ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normal arı düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2 xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar