Məhkəmə qərarları › İş №2(103)-1693/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1693/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1693/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Zeynalova Emilya Həsənağa qızının iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 609/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52356 manat pul tutularaq iddiaçı X5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ilə çıxarışdan da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 51 yerləşən mənzil üzərində mülkiyyət hüququ 1/10 hissəsi onun adına, 9/10 hissəsi isə vəfat etmiş anası-X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bir müddət sonra anası vəfat etmişdir. Daha sonra sözügedən mənzil sökülmüş və dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar olaraq 197570 manat kompensasiya ödənilmişdir. Bu kompensasiya ödənilən zaman o, bacısıX9 etibarnamə verdi ki, onun adından alqı-satqını həyata keçirsin. Onlar əvvəlcədən öz aralarında razılaşmışdılar ki, veriləcək kompensasiyanın 2/3 hissəsi bacısı X7, 1/3 hissəsi isə ona aid olacaq. Kompensasiyanı aldıqdan sonra isə bacısı ona 13500 manat pul vermişdir. O, ondan məbləğin niyə bu qədər az olduğunu soruşduqda, o isə az miqdarda kompensasiya məbləğinin verildiyini və əlavə xərclərə pul sərf etdiyini bildirdi. Daha sonra Yasamal rayon icra hakimiyyətidən onlara sözügedən mənzillə bağlı əlavə 24000 manat maddi yardım ediləcəyini bildirdilər. O, xx xxxxxx 2020-ci ildə Yasamal rayon icra hakimiyyəti ilə razılaşma bağlayan zaman əvvəllər sözügedən əmlakla bağlı 197570 manat kompensasiya verildiyini öyrənmiş, daha sonra bacısına niyə ona həddindən az pul verdiyini soruşmuş, bacısı isə onun anasının qayğısına daha çox qalması, evin onun olması barədə müxtəlif bəhanələr gətirdi. Bununla əlbəttə ki, o, razı ola bilmir. Hesab edir ki, bacısı 197570 manatın 1/3 hissəsini yəni, 65856 manat verməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx xxxxxx 2020-ci ildə iddiaçı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti arasında bağlanmış razılaşma əsasında müəyyən edilmiş 24000 manat məbləğində maddi yardımın 1/3 hissəsi iddiaçıya verilmişdir. Belə olan halda hesab edir ki, cavabdeh aldığı 197570 manat məbləğin də 1/3 hissəsini iddiaçıya verməli idi. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilməli olan 658xx xxxxxxxx 13500 manat çıxılmaqla 52356 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqqdim edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol veriləcək İddiaçı «soyadı Zeynalova» kimi qeyd olunmuşdur. İddia ərizəsində qeyd olunmuş iddiaçı X3 «soyadı Zöhrabova» kimi nəzərə alınmasını, yəni İddiaçı kimi qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)-609/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 6257 (altı min iki yüz əlli yeddi) manat tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-609/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 609/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan da göründüyü kimi, Bakı şəhəri,Yasamal rayonu, Mustafa Subhi küçəsi, ev 51 yerləşən mənzil üzərində mülkiyyət hüququ 1/10 hissəsi onun adına, 9/10 hissəsi isə vəfat etmiş X8nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bir müddət sonra anası vəfat etmişdir. Daha sonra sözügedən mənzil sökülmüş və dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar olaraq 197570 manat kompensasiya ödənilmişdir. Bu kompensasiya ödənilən zaman o, bacısı X9 etibarnamə verdi ki, onun adından alğı-satqını həyata keçirsin.Onlar əvvəlcədən öz aralarında razılaşmışdılar ki, veriləcək kompensasiyanın 2/3 hissəsi bacısı X7, 1/3 hissəsi isə ona aid olacaq. Kompensasiyanı aldıqdan sonra isə bacısı ona 13500 manat pul verdi. İddiaçı ondan məbləğin niyə bu qədər az olduğunu soruşduqda, o isə az miqdarda kompensasiya məbləğinin verildiyini və əlavə xərclərə pul sərf etdiyini bildirdi. Daha sonra Yasamal rayon icra hakimiyyətidən onlara sözügedən mənzillə bağlı əlavə 24000 manat maddi yardım ediləcəyini bildirdilər. O, xx xxxxxx 2020-ci ildə Yasamal rayon icra hakimiyyəti ilə razılaşma bağlayan zaman əvvəllər sözügedən əmlakla bağlı 197570 manat kompensasiya verildiyini öyrənmiş, daha sonra bacısına niyə ona həddindən az pul verdiyini soruşmuş, bacısı isə onun anasının qayğısına daha çox qalması, evin onun olması barədə müxtəlif bəhanələr gətirdi. Bununla razı deyil, hesab edir ki, bacısı 197570 manatın 1/3 hissəsini yəni, 65856 manat verməlidir. Əlavə olaraq qeyd edir ki, xx xxxxxx 2020-ci ildə iddiaçı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti arasında bağlanmış razılaşma əsasında müəyyən edilmiş 24000 manat məbləğində maddi yardımın 1/3 hissəsi iddiaçıya verilmişdir. Belə olan halda hesab edir ki, cavabdeh aldığı 197000 manat məbləğin də 1/3 hissəsini iddiaçıya verməli idi yerdə qalan hissəsini yuxarıda qeyd edildiyi kimi ona verilməli olan 65.856 manatdan 13.500 manat çıxılmaqla 52.356 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsassızdır, iş üzrə dərindən araşdırma aparılmadan, iddia tələbindən kənara çıxaraq, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir: Belə ki, Bakı şəhəri, Səbail rayonu, Mustafa Sübhi küçəsi 51 saylı mənzilin mülkiyyətçisi iddiaçının və onun X4 olmuşdur. X4 xx.xx.2016-cı ildə vəfat etmişdir və onun vəfatından sonra Bakı şəhəri, Mustafa Sübhi küçəsi 51 saylı mənzil miras qalmışdır. Analarının vəfatından sonra onun 5 vərəsəsi qalmışdır: X21, X10, X15, X13 və Cavabdeh. xx.xx.2016-cı ildə ölmüş X12 vərəsələri X16 və ona hər birinə miras əmlakdan 1/10 hissədə pay almaları barədə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin tarixdə yəni xx.xx.2016cı ildə vərəsə X1 Elmira Aslan qızından miras qalmış Mustafa Sübhi küçəsi, mənzil 51 ünvandakı, ümumi sahəsi 51,7 kvmetr olan, 2 otaqdan ibarət mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Kontorunda xx.xx.2016-cı ildə öz miras payını ona bağışlamışdır. X8 ölməmişdən əvvəl yəni xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda qeydiyyatdan keçirməklə vəsiyyətnamə vermişdir və bütün əmlakını, eyni zamanda Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 51 nömrəli mənzili ona vəsiyyət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Çıxarış verilmişdir və həmin Çıxarışda iddiaçının payı 1/10 hissədə, onun payı isə 7/10 hissədə müəyyən edilmişdir. X2 və bacısı X13 miras əmlakı qəbul etmək üçün müraciət etməmişlər, ona görə də onların payı 2/10 hissədə açıq qalmışdır. Baxmayaraq ki, hər 2 vərəsə - həm X15, həm də X13 vərəsəliyi qəbul etmək üçün müraciət etməmişlər, lakin o, mənzilin sökülməsi ilə bağlı aldığı kompensasiyadan onların hər ikisinin payını ödəmişdir. 2018-ci ilin sentyabr ayında sözügedən mənzil dövlət ehtiyaçları üçün satın alınması ilə əlaqədar sökülmüşdür və 197570 manat kompensasiya verilmişdir. Elə həmin gün yəni xx.xx.2018-ci il tarixdə kompensasiyanı alan gün o, iddiaçının vərəsəlik payından da artıq, yəni Çıxarışda göstərilmiş 1/10 hissədən də artıq sahənin dəyərini 20000 (iyirmi min) manatı iddiaçının əri Zöhrabov Gülağa Yusif oğluna vermişdir. Bundan bir neçə gün sonra isə yenə də 3500 (üç min beş yüz) manatı yenə də Zöhrabov Gülağa Yusif oğluna vermişdir. Yəni ümimilikdə tərəfindən iddiaçıya 23500 (iyirmi üç min beş yüz) manat ödəmişdir. Bunu sübut edən şahidləri də vardır. Halbuki, iddiaçıya 1/10 hissəyə görə 23500 manat deyil, 19757 manat ödənilməlidir. Anası ilə birlikdə yaşadığını, onun müayinə və müalicəsində özünün iştirak etdiyini, anasına özü qulluq etdiyini bildirmişdir. Anasının vəfatından sonra isə cavabdeh ondan miras qalmış mənzildə yaşayaraq atasının da qulluğunda durmuş, ona özü baxmışdır. Yəni, vəsiyyətnamə üzrə vərəsəlikdən əlavə, eyni zamanda mirası faktiki qəbul etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 197570 manat kompensasiyanın 1/3 hissəsini tələb etdərkən, yəqinki, anası tərəfindən ona verilmiş vəsiyyətnaməni nəzərə almamışdır, hansı ki, həmin vəsiyyətnamə ilə X19 bütün əmlakını, eyni zamanda Bakı şəhəri, Mustafa Sübhi küçəsi 51 saylı mənzili cavabdehə vəsiyyət etmişdir. Belə olan halda iddiaçı miras əmlakdan 1/3 hissə deyil, vəsiyyətnamə verildiyi üçün ancaq məcburi pay hüququna malikdir. Bundan əlavə, iddia ərizəsində göstərilir ki, guya iddiaçı ilə aralarında əvvəlcədən belə bir razılaşma olmuşdur ki, veriləcək kompensasiyanın 2/3 hissəsi onun, 1/3 hissəsi isə iddiaçıya aid olacaq. Onların aralarında heç vaxt belə bir razılaşma olmadığını qeyd etmişdir. Bundan əlavə, iddia ərizəsində göstərilir ki, guya sözügedən mənzilin sökülməsi ilə əlaqədar verilmiş kompensasiyanın məbləğindən onun xəbəri olmamışdır. Bu belə deyildir. İddiaçı mənzilin sökülməsi ilə əlaqədar verilmiş kompensasiyanın məbləğini bilirdi, kompensasiyanı alandan sonra ona verdiyi 23500 manat məbləğlə razılaşmışdır, lakin sonradan sözügedən mənzillə bağlı əlavə 24000 manat maddi yardımın 1/3 hissəsi iddiaçıya verildikdə o, daha çox vəsait əldə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbirləri barədə ərizə ilə müraciət edərək gösgtərmişdir ki, guya onun adına Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı ünvanda yerləşən mənzilin 7/10 hissəsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsi, 19b saylı evin (1-ci mərtəbədən 41,5 kv.m) bir hissəsi qeydiyyatdan keçmişdir. Qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Müstafa Sübhi küçəsinin adı dəyişdirilərək hal- hazırda Nabat Aşurbəyova olmuşdur və ərizədə göstərilmiş Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 ünvanda yerləşən mənzil dövlət ehtiyacları üçün satın alınmış Mustafa Sübhi küçəsi, 51 saylı evdir, həmin ev artıq sökülmüşdür və hal-hazırda həmin evin sökülməsi üçün verilmiş kompensasiya mübahisələndirilir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması, qarşı tərəfin apelyasiya şikayətinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək, iddiaçının apelyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbnin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatlarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ 822289 nömrəli, xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 ilin 03 ayının 31 günündə 392 № ilə qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 9/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonunun «Sovetski» adlanan ərazisində dövlət ehtiyacları üçün satın alınmış yaşayış obyektlərinin sahibləri ilə xx xxxxxx 2020-ci il tarixli razılaşma protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar evin sahibləri: X19 (vəfat edib), İddiaçı və Cavabdeh ödənilmiş 197570 manat kompensasiya məbləği ilə bərabər əlavə olaraq 24511 manat maddi yardım ödənilir: İddiaçı 8170 manat və Cavabdeh 16341 manat. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 özünə məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən evini qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X12 vərəsələri X20, Cavabdehdır və onlarmiras əmlak olan və Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən mənzildən hər biri 1/10 hissədə pay almışlar. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X20 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 51 saylı ünvanda yerləşən mənzilə dair Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasındaverilmiş miras payını Cavabdeh bağışladı. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il, və xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 2/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, 7/10 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı ev X14 məxsus olmuş, X19 xx.xx.2016-cı il tarixdə ölmüş, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 51 saylı evdə X14 məxsus olan payın 2/10 hissəsi açıq qalmış, 1/10 hissə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, 7/10 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar evin sahibləri: X19 (vəfat edib), İddiaçı və Cavabdeh 197570 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında kompensasiyanı sonuncu almış və həmin məbləğdən iddiaçıya onun payına düşən 1/10 hissə üzrə 19757 manat deyil, 13500 manat məbləğində pul vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aralarında olan razılaşmaya əsasən veriləcək kompensasiyanın 2/3 hissəsinin cavabdehə, 1/3 hissəsinin isə iddiaçıya aid olacağı barədə iddiaçının dəlili əsassızdır, belə ki, həmin dəlillə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən 197570 manat kompensasiyadan iddiaçıya onun payına düşən 1/10 hissədən də artıq, yəni 23500 manat pul verilməsi barədə cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, cavabdeh bu dəlilini təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim etməmişdir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, evə görə ödənilmiş 197570 manat kompensasiya məbləğindən cavabdeh tərəfindən iddiaçıya onun payına düşən 1/10 hissə üzrə 19757 manat məbləğdən 13500 manat məbləğində pul verildiyi üçün qalan məbləğ, yəni 6257 (19757-13500) manat cavabdehdən alınıb iddiaçıya ödənilməli olması barədə 1-ci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)-609/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar