Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1693/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-113/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı Şin zavodu müdriyyətinin zavod HİK-si və Şinçi bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, püşkə görə X5 ailəsinə torpaq sahəsi 600 m2 olan 66 N-li bağ yeri təyin edilmişdir. Bakı Şin zavodu müdriyyətinin zavod HİK-si və Şinçi bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, püşkə görə X5 ailəsinə torpaq sahəsi 600 m2 olan 67 N-li bağ yeri təyin edilmişdir. Bakı Şin zavodu müdriyyətinin zavod HİK-si və Şinçi bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli iclasın 02 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, püşkə görə İddiaçı ailəsinə torpaq sahəsi 1200 m2 olan 67 N-li bağ yeri təyin edilmişdir. Bakı Şin zavodu müdriyyətinin zavod HİK-si və Şinçi bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1994-cü il tarixli iclasın 09 saylı protokolundan müəyyən olunur ki, bağ sahəsi almış X17 bağçılığın 66-A nömrəli sahəsində heç bir iş aparmadığı və üzvlük haqqını ödəmədiyini nəzərə alaraq cəmiyyətin üzvlüyündən azad edilməsi, vətəndaş X5 66 nömrəli sahəsi ilə 66A nömrəli sahə ilə birləşdirilərək 1200 m2 torpaq sahəsi təyin edilmişdir. X8 məxsus bağçının üzvlük kitabçasından müəyyən olunur ki, bağçının ailə üzvləri sırasına E.İbrahimova, Cavabdeh, İddiaçı, Nümayəndə və A.İbrahimov daxildir. X8 məxsus 66 saylı bağın sxemindən müəyyən olunur ki, 66 və 67 saylı bağ sahələri qonşu bağ sahələridir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 797 saylı xx.xx.2008-ci il tarixli Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı bağ sahəsində vətəndaş X5 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınmasına dair sərəncamından müəyyən olunur ki, X10 rayon İcra Hakimiyyətinə müraciət edərək, Əzizbəyov rayon XDS İK-in 17/310 saylı xx.xx.1987-ci il tarixli qərarı ilə fərdi ev tikmək üçün Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı sahədə tikdirdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmişdir. Həmin sahənin DT və XK-in N**********3000144 saylı 3679 nömrə ilə X16 kitabında xx.xx.2007-ci il tarixdə uçota alınmış vət. X5 adına kadastr planı vardır. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vət. X10 evi fərdi layihə əsasında tikmişdir. Yuxarıda qeyd olunanları və yeni tikilmiş fərdi evlərin qəbulu üzrə komissiyanın aktını nəzərə alaraq: 1. Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı bağ sahəsində vətəndaş X5 tikdirdiyi 2 mərtəbəli 8 yaşayış otağı sahəsi 185,0 m2 köməkçi sahəsi 78,0 m2 torpaq sahəsində təsərrüfat otağı tövlə 81,1 m2 cəmi torpaq sahəsi 1200,0 m2 -dən ibarət olan yaşyış evi və torpaq sahəsi qeydiyyata alınması; 2. Bakı şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, X5 adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüş bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1580 saylı ölüm akt qeydi tərtib olunmuşdur. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur. RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında sahəsi 0,10 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Bakı şəhəri 33 saylı dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli 2V-53 reyestr nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və Cavabdehdır, şəhadətnamə verilən miras əmlak ... torpaq sahəsi ... Bakı şəhəri Xəzər rayonu X19 b\y-in 66 saylı bağ sahəsi ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi vermiş **********94 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli PX N ******* seriyalı çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinə oğlu İddiaçı və 0,10 ha torpaq sahəsinə qızı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin N**********3000144 kadastr planından müəyyən olunur ki, kadastr planı Əzizbəyov rayonu Zirə qəsəbəsi X10 Bakı şəhəri XDS İK-in xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və Şinci B\Y-in xx.xx.1994-cü il tarixli 09 saylı xx.xx.1988-ci il tarixli 02 saylı protokolları ilə 66-66a saylı bağ evi tikintisi üçün ayrılan 1200 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X16 kitabında 3679 nömrə ilə xx.xx.2007-ci il tarixdə uçota alınmışdır. Ümumi sahəsi 1200 m2 olan torpaq sahəsinin əsas döngə nöqtələrinin kordinatları aşağıdakı kimidir: X 439153.51; 439124.03; 439109.46; 439139.06; Y 4467251.07; 4467240.38; 4467275.74; 4467286.43; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin N**********300016 kadastr planından müəyyən olunur ki, kadastr planı Əzizbəyov rayonu Zirə qəsəbəsi İddiaçı Bakı şəhəri XDS İK-in xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və Şinci B\Y-in xx.xx.1994-cü il tarixli 09 saylı xx.xx.1988-ci il tarixli 02 saylı protokolları ilə 67 saylı bağ evi tikintisi üçün ayrılan 1200 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X16 kitabında 3681 nömrə ilə xx.xx.2007-ci il tarixdə uçota alınmışdır. Ümumi sahəsi 1200 m2 olan torpaq sahəsinin əsas döngə nöqtələrinin kordinatları aşağıdakı kimidir: X 439153.51; 439124.03; 439138.62; 439167.78; 439167,15; Y 4467251.07; 4467240.38; 4467204.95; 4467215.48; 4467217.72; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin A N 300792 xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Cavabdeh məxsus sahəsi 0,1 ha olan ünvan 2nin kordinatları aşağıdakı kimidir: X 439121.6011; 439109,46; 439139.06; 439151.0819; 439167,15; Y 4467246,2748; 4467275,74; 4467286.43; 4467257.0116; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyevin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatətində tədqiqat obyektinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Lakin, vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2023-cü il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 2 mərtəbəli ev və yarım tikililər vardır, cavabdeh həmin evdə yaşayır, həmin fərdi ev qardaşı Əhlimanın torpaq sahəsinə düşür. X2 və X1 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizələrindən müəyyən olunur ki, Cavabdeh 1988-ci il tarixdən bu günə qədər ailə üzvləri ilə birlikdə Xəzər rayonu X19 B\Y-in 66 saylı bağ sahəsi ünvanında yerləşən özəl tikilidəki evdə halhazırda faktiki yaşayırlar. X7 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh 1988-ci il tarixdən bu günə qədər Bakı şəhəri Xəzər rayonu X19 B\Yin 66, 66A saylı bağ sahəsi ünvanında yerləşən iki mərtəbəli özəl tikilidəki evdə faktiki yaşayır. X9 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh 1988-ci il tarixdən bu günə qədər Bakı şəhəri Xəzər rayonu X19 B\Yin 66, 66A saylı bağ sahəsi ünvanında yerləşən iki mərtəbəli özəl tikilidəki evdə faktiki yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-21-3-30/2-21282/2025 saylı 23 may 2025-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi xx.xx.1994-cü il tarixli, 9 nömrəli protokoldan çıxarış, üzlük kitabçası və X14 kitabında 3679 nömrə ilə uçota alınmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastrı planı əsasında xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı notariat kontorunda təsdiq edilmiş 2V-53 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən bağ sahəsinin 0.10 hektar hissəsi Cavabdeh adına keçirilmiş və xx.xx.2018-ci il tarixdə onun adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Yerdəqalan 0.02 hektar hissəsi isə həmin şəhadətnamə əsasında İddiaçı adına keçirilmiş, lakin həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli 10/3080 saylı ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən ekspert qarşısında qoyulmuş birinci, ikinci, üçüncü, dördüncü və beşinci suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qərardadın altıncı və yeddinci sualları üzrə qeyd edilmişdir ki, tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən torpaq sahəsinin hüdudları daxilində iki mərtəbədən ibarət fərdi yaşayış evinin və köməkçi tikililərin mövcud olduğu müşahidə olunmuşdur. Lakin, tədqiq olunan ünvanda baxış zamanı qeyd olunan iki mərtəbəli yaşayış evinə daxildən baxış keçirməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmadığından (təqdim edilmədiyindən) həmin yaşayış evinin yaşayış və yardımçı sahələrinin ayrı-ayrılıqda texniki göstəricilərinin (en, uzunluq, sahə və s.) müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş altıncı və yeddinci sualların cavablandırılması mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-52271/2025 saylı 03 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi (67 saylı bağ sahəsi) sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 1335.0 kv.m təşkil edir (135.0 kv.m artıqdır). İki bağ sahəsi (66 və 67 saylı) eyni hasar daxilindədir (ara sərhədləri şərtidir). Qeyd olunan 67 saylı bağ sahəsində 131.6 kv.m yaşayış sahəsi və 119.0 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli yaşayış evi mövcuddur. Digər Zirə qəsəbəsi, Şinçi b/y-nin 66 saylı bağ sahəsinin (1200.0 kv.m) qanunu üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 1000.0 kv.m hissəsi **********85 reyestr nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdəqalan 200.0 kv.m hissəsi isə qanunu üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı məxsusdur (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb). Ümumi 1200.0 kv.m (66 saylı bağ sahəsi) torpaq sahəsində Cavabdeh tərəfindən istifadə olunan birmərtəbəli qeyri-yaşayış obyekti (ferma) var. Həmçinin 67 saylı bağ sahəsində ikimərtəbəli yaşayış evindən əlavə birmərtəbəli qaraj tikilisi (4.8 m x 7.0 m), yarımçıq tikili (birmərtəbəli yararsız), birmərtəbəli toyuq hini (4.0 m x 4.7 m) və su quyusu mövcuddur. Göstərilən (66 və 67 saylı bağ sahəsi) sahələrinin koordinatlarını və yerləşməsini əks etdirən sxem rəyə əlavə olunur. 66 saylı bağın kordinatları X=439124.1647; Y=4467240.4095; X=439109.5947; Y=4467275.7695; X=439139.1947; Y=4467286.4595; X=439153.6447; Y=4467251.0995; 67 saylı bağın kordinatları X=439153.5100; X=439167.1500; X=439167.7800; X=439138.6200; X=439124.1647; Y=4467251.0700; Y=4467217.7200; Y=4467215.4800; Y=4467204.9500; Y=4467240.4095; Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu X19 b/y-nin 67 saylı bağ sahəsindən cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu X19 b/y-nin 66 saylı bağ sahəsinə xaric etməklə iddiaçının əmlakı üzərində haqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh hal-hazırda yaşadığı ona məxsus olan Bakı şəhəri Xəzər rayonu X19 bağ yeri 67 ünvanında yerləşən bağ yerindən xaric edilməsinə, onun həmin bağ yerində təsərrüfat fəaliyyətinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus olan ünvan 1ndə yerləşən tikilini zəbt edib, onun bağ yerində ondan icazəsiz təsərrüfat işləri ilə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 1989-cu ildən etibarən o, ev tikməyə başlamışdır. Evi tikmək üçün onun atası kömək etmişdir. Həmin ərazidə ev hələ də tam tikilməmişdir. Atası, anası və bacısı da həmin evdə yaşamışdır. Bacısının öz evi və bağ sahəsi olmuşdur. Ev hazır olmadığına görə evə sənəd almamışdır. Bacısı həmin evdə yaşayır. 1992-1994-cü illərdə müharibədən sonra evi tikə-tikə orada yaşamışdır. Torpaq sahəsi püşk atmaq yolu ilə ona verilmişdir. Onun atası 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh atasının tikdiyi və öz adına olan evdə yaşayır. İddiaçının evi ilə cavabdehin evi ayrıdır. İddia tələbi formal xarakter daşıyır. İddia tələbi mülahizələrə əsaslanır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-113/2024 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək Cavabdeh iddiaçıya məxsus ünvan 1ndən və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması, dövlət rüsumuna görə 100 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin, əraziyə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ərazidə cavabdeh tərəfindən 66 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsinin daxilində tikili cavabdeh tərəfindən tikilmişdir. Həmin tikilidə cavabdeh yaşadığından torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdeh çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1ndən və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.8, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.2, 158.4, 170.1, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 202.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-113/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu X19 b/y-nin 67 saylı bağ sahəsindən cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu X19 b/y-nin 66 saylı bağ sahəsinə xaric etməklə iddiaçının əmlakı üzərində haqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh hal-hazırda yaşadığı ona məxsus olan Bakı şəhəri Xəzər rayonu X19 bağ yeri 67 ünvanında yerləşən bağ yerindən xaric edilməsinə, onun həmin bağ yerində təsərrüfat fəaliyyətinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Ü.P. İbrahimova ona məxsus olan ünvan 1ndə yerləşən tikilini zəbt edib, onun bağ yerində ondan icazəsiz təsərrüfat işləri ilə məşğul olur. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, 1989-cu ildən etibarən o, ev tikməyə başlamışdır. Evi tikmək üçün onun atası kömək etmişdir. Həmin ərazidə ev hələ də tam tikilməmişdir. Atası, anası və bacısı da həmin evdə yaşamışdır. Bacısının öz evi və bağ sahəsi olmuşdur. Ev hazır olmadığına görə evə sənəd almamışdır. Bacısı həmin evdə yaşayır. 1992-1994-cü illərdə müharibədən sonra evi tikətikə orada yaşamışdır. Torpaq sahəsi püşk atmaq yolu ilə ona verilmişdir. Onun atası 2017-ci il tarixdə vəfat etmişdir. Хəzər Rayon Məhkəməsinin (003)-113/2014 saylı, xx.xx.2024-cü il tariхli qətnaməsi ilə iddia təmin еdilərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1ndən və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması qət еdilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin еdilməsi əsası kimi ona istinad еtmişdir ki, "iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2023-cü il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 2 mərtəbəli ev və yarım tikililər vardır, cavabdeh həmin evdə yaşayır, həmin fərdi ev qardaşı Əhlimanın torpaq sahəsinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin, əraziyə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ərazidə cavabdeh tərəfindən 66 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir. Qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur". Birinci instansiya məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın təmin edilməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, iş matеriallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında sahəsi 0,10 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyev xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatətində tədqiqat obyektinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Lakin, vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdеh Cavabdeh atası P.İbrahimov tərəfindən inşa еdilmiş ünvan 2ndə inşa еdilmiş еvdə yaşayır və həmin еv hazırda cavabdеh Cavabdeh mülkiyyətində olan 66 saylı bağ sahəsində yеrləşir. Göstərilənlərə əsasən, cavabdеh Cavabdeh atası P.İbrahimov tərəfindən inşa еdilmiş ünvan 2ndə inşa еdilmiş еvdə yaşayır və həmin еv hazırda cavabdеh Cavabdeh mülkiyyətində olan 66 saylı bağ sahəsində yеrləşir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdеh Cavabdeh çıхarılmasına dair iddia tələbi irəli sürdüyü еvin hansı bağ sahəsində, yəni İddiaçı mülkiyyətində olan 67 saylı bağ sahəsində və ya cavabdеh Cavabdeh mülkiyyətində yеrləşən bağ sahəsində yеrləşməsi araşdırılmamış və nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həll еdilməməsinə dair qətnamə qəbul еdilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan cavabdeh tərəfindən tikilmiş еvin iddiaçının torpaq sahəsinin daxilində yеrləşməsi sübut olunmur. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə şərh olunan cavabdeh tərəfindən tikilmiş еvin iddiaçının torpaq sahəsinin daxilində yеrləşməsi işin həqiqi hallarına uyğun gəlmir. Ona görə də, Bakı ṣəhəri Хəzər Rayon Məhkəməsinin 2(003)- 113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-113/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinə aşağıdakı səbəblərdən etiraz edir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər Rayonu Zirə qəsəbəsi “Şinçi” bağ yerinin 67 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı tam paya malik olmaqla onun xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın reyestr ********* nömrəsi ilə qeydə alınıb, hüquq sahibi qeydiyyat nömrəsi - **********. Həmin Dövlət reyestrindən çıxarışa-seriya RX № 1193400, qoşma kimi 67 saylı sahənin planı, ölçüsü və kadasr koordinantları əlavə olunub, yəni həmən torpaq sahəsinin harada dəqiq yerləşməsi göstərilib. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2023-cü il tarixli yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı 67 saylı torpaq sahəsi və bu torpaq sahəsinin üstündə quraşdırılan bütün tikililər Dövlət reyestrindən çıxarışda göstərilən ölçü, plan və kadasr koordinantlara uyğundur - yəni heç bir kənara çıxma və sair pozuntu olmayıb. Sadalanan bu amillərin heç bir vəchlə cavabdehin heç də qonşu olmayan (arada İddiaçı vərəsə payı kimi qalmış 2 sot torpaq sahəsi var) 66 saylı 10 sotluq torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Yəni plana görə İddiaçı 12 sotluq 67 saylı sahəsindən sonra İddiaçı vərəsə qalmış 2 sot sahə gəlir və bundan sonra cavabdehin 10 sotluq 66 saylı torpaq sahəsi yerləşir (12+2+10). Göründüyü kimi cavabdehin İddiaçı mülkiyyətində olan 67 saylı torpaq sahəsinə və bu torpaq sahəsinin üstündə olan tikililərə nə obyektiv nə də subyektiv hüquqları yoxdur. Hazırkı etiraza birinci instansiya məhkəməsində istifadə olunmuş Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçülərinin surəti, torpaq sahəsinin (vərəsə qalmış) bölgü sxemi qoşma kimi əlavə edilir. Cavabdehin apellyasiya şikayətində yazılıb (maddi hüquq normasının pozuntusu kimi-AR MM maddə 152.1): “İşin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdеh Cavabdeh atası P.İbrahimov tərəfindən inşa еdilmiş ünvan 2ndə inşa еdilmiş еvdə yaşayır və həmin еv hazırda cavabdеh Cavabdeh mülkiyyətində olan 66 saylı bağ sahəsində yеrləşir.” İşin faktiki halları ilə müəyyən edilən odur ki, cavabdeh ona məxsus olan 10 sotluq 66 saylı torpaq sahəsində tövlələr tikdirib heyvandarlıq biznesi ilə məşğul olur və yaşamaq üçün 66 saylı sahənin qıraq hüdudundan ən azı 5 (beş) metr aralıqda yerləşən (66 saylı və 67 saylı sahələrin arasında 2 sot İddiaçı adına qeyd olunmuş torpaq sahəsi vardır) İddiaçı məxsus 67 saylı torpaq sahəsinin daxilində tikilmiş 2 mərtəbəli tikilini zəbt edib. Sözüqedən apellyasiya şikayətində cavabdehin mərhum atası mirasının bölgüsündə (Bakı şəhəri 33 saylı notariat kontorunda təsdiq edilmiş 2V-53 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə) iştirak edərək 66 saylı 10 sot torpaq aldıqdan sonra yenidən digər mülkiyyətə varis qismində çıxış etməyinə sadəcə subyektiv hüququ çatmır. 67 saylı İddiaçı mülkiyyətində olan torpaq sahəsində vaxtı ilə İddiaçı vəsaiti hesabına, onun iştirakı ilə, atası Polad İbrahimovla mülkiyyət hüquqlarının qorunması şərti ilə razılaşaraq inşa edilmiş tikintiyə qanunla onun özündən başqa heç kim göz tikə bilməz. Kənar şəxslərin başqasının mülkiyyətini mübahisələndirməyə subyektiv hüquqları yoxdur (AR MM Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.) Xəzər Rayon Məhkəməsinin 2(003)-113/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinin Elektron Məhkəmə sistemində yerləşdirilən versiyasına cavabdehin istinad etdiyi sənədlərin surətləri və həmin istifadə edilmiş sənədlərin siyahısı yoxdur. Belə hal formal qaydaların pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının, Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsaslanaraq Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-113/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, ekspertin və mütəxəssislərin baxış keçirməsinə məneə yaratmamış, özü onları həyətə buraxmış, orada olan iddiaçı ekspertə hədə-qorxu gəlib qapını açsa polis çağıracağını demişdir. Ekspert həyətə daxil olub, baxış keçirmiş, qeydlər aparmışdır. Digər ekspert gələndə iddiaçı polis çağırmış, yalan izahat verib onun oğru olmasını deyib polisləri həyətə yığmışdır. İddiaçının məqsədi baxışın keçirilməsinə, mütəxəssisin ölçmə işi apara bilməsinə maneə yaratmaq olmuşdur. O, bacardığı qədər baxışın keçirilməsinə şərait yaratmış, polisdən aranın qarışmasının qarşısını almasını xahiş etmişdir. Polislər də sonadək orada dayanmışlar. Onun yaşadığı ev 8 otaqdan ibarətdir, ikimərtəbəlidir. 185 kvadratmetr sahəsi var. 66 və 67 saylı bağ sahələri arasında bölgü şərtidir. Onların arasını setka hasar bölür. Həyət bütövdür. Giriş ancaq 66 saylı bağ evindəndir. 67 saylı bağ sahəsinin öz girişi yoxdur. Giriş ancaq onun həyətindəndir. Ev onun bağ sahəsinə düşür. Başqası girməsin deyə, həyət bütöv olsun deyə, atası bütün həyəti hasara aldırmış və girişi ancaq bir yerdən qoymuşdur. Yaşadığı evə ondan başqa bacı və qardaşlarının uşaqları, nəvələri gəlib gedirlər. 1988-ci ildən həmin evdə yaşamasına dair təqdim etdiyi notarial təsdiqli ərizələri yazanlardan biri onun bacısı, bir qardaşı, ikisi isə qapı qonşularıdır. Qonşular onun atası ilə bir yerdə işləyib özlərinə həmin ərazidə bağ alan insanlardır. O, evi öz əlləri ilə inşa etmişdir. İddiaçı onu evdən qovmaları üçün polis çağırmış, qıfılı dəyişmişdir. Həmin qonşu kişi iddiaçıya evin onun ata və anası ilə birlikdə öz əli ilə tikdiyi ev olmasını iddiaçıya bildirmişdir. Hələ də tikinti işləri qurtarmayıb, ev təmirsiz halda qalıb. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. İddiaçının 105 saylı bağ evi var və Əhmədli qəsəbəsində 3 otaqlı evi var. 105 saylı bağ sahəsində 3-4 otaqlı ev də var. Kombi istilik sistemi də daxil hər şəraiti var. Onun yaşadığı evdə isə nə kombi, nə düzgün işıq sistemi var. Evi qızdırmağa da qaz sobasından başqa heç nəyi yoxdur. Çörək pulu belə tapmır, ordan-burdan qazanmağa çalışır. Bağ sahəsi arasında hasarı atası ilə anası çəkmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, ev iddiaçının atası tərəfindən inşa edilmişdir. İddiaçının atası tərəfindən həm öz adına, həm də oğlu Nazimin adına kredit təşkilatlarından hər biri 5.000 manat məbləğində kreditlər götürməklə inşaat malları alınıb və ev inşa olunub. Həmin dövrdə, yəni 1981-1987-ci illərdə iddiaçı Xalqlar Dostluğu Universitetində təhsil almaqla 55 manat təqaüd alıb. 1988-ci ildən sonra isə Memarlıq və İnşaat Universitetində laborant işləyib və 125 manat maaş alıb. İddiaçı 1980-1981-ci illərdə il yarım müddətində işləyib, sonra universitetə daxil olması ilə əlaqədar işdən çıxıb. İddiaçı 1985-ci ildə həmkarlar komitəsinin üzvü olub. Həmin dövrdə 55 manat təqaüd alırdı. Ev iddiaçının atası və anası tərəfindən inşa edilən evdir. 67 saylı bağ sahəsinə dair hüquqları təsdiq edən sənəddən də evin tərəflərin atasının adına olduğu görünür. 67 saylı bağ sahəsi tərəflərin atalarının adına olub. İş materiallarında bu barədə protokoldan çıxarış var. Ülviyyə xanım faktiki nikahdadır, insandır bu yaşında tək qalmasın deyə faktiki nikaha girib, uşaq deyildir, yetkinlik yaşına çatmış insandır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, ev onun atası və anası tərəfindən tikilib və Ülviyyə 14 yaşından bu evdə yaşayır. İddiaçının öz bağ sahəsi də, şəhərdə mənzili də var. Onun yoldaşı 5.000 manat, atası 5.000 manat kredit götürmüş, 3.800 manat atasının əlavə puluda daxil olmaqla ev 13.000 manata tikilib. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, o, baxış keçirilməsi tarixindən bir gün əvvəl polisə müraciət edib vəziyyəti başa salmışdır ki, orada təxribat ola bilər. Çünki o, onları yaxşı tanıyır. Mütəxəssisi baxış keçirməsi üçün həyətə buraxırdılar, onu isə buraxmırdılar. Vəkil universitetdən danışır. İddia ərizəsinin tələbi bağ sahəsindən çıxarılmadır. Universitetin buna dəxli yoxdur. Ekspertiza protokol tərtib edilmədən aparılıb. Ən başlıca xəta budur. Məhkəmə tərəfindən nümayəndə olmalı idi. Təəssüf ki, olmayıb. İddia etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi sorğuya cavab verməyib. Bu yalandır. Çünki 23 may 2025-ci il tarixdə sorğu verilib və 30 may tarixdə bütün sənədlər, məlumatlar göndərilib. Bu da bir xətadır. Axrıncı rəyində isə nömrəsiz yer göstərilib. Hətta ekspert orada olanda o, sual vermişdir ki, 66 saylı bağ sahəsinin qapısı hardadır, 67 saylı bağ sahəsinin qapısı haradadır? Ekspert ona suala sonra cavab verəcəyini demişdir. O qapı 67 saylı bağ sahəsinin qapısı idi, 66 saylı bağ sahəsinin ümumiyyətlə qapısı yoxdur. Bağ sahələri arasında hasarı Ülviyyə çəkib. Atasının adına torpaq sahəsi qeydiyyata alınanda onun üstündəki tikililərin niyə qeydiyyata alınmamasının səbəbi ona məlum deyil. Ülviyyənin yaşadığı evi o, atası ilə birlikdə 1988-ci ildə tikməyə başlamışdır. O, universitetdə laborant işləməmiş, bir ay laborant işləyib, ondan sonra ştatlı müəllim işləmiş, onun həm də kooperativi olmuş, bütün elektrik, su işlərini və bütün Şinçi bağ sahəsinin avandanlıqlarını onun kooperativi həyata keçirmişdir. 1988-ci ildə əvvəlcə onlar evin birinci mərtəbəsini tikmiş, sonra o, müharibəyə getmiş, qayıtdıqdan sonra atasının nələrisə etmək istədiyini, lakin pulunun olmadığını görmüş, ikinci mərtəbəni onlar 1995-ci ildə tikməyə başlamışlar. Evin cəmi 8 otağı var. Orada 1988ci ildən hamı yaşayırdı. Daimi olaraq atası və anası yaşamış, Ülviyyənin öz evi olmuş, qardaşı o evi satmışdır. Bütün bacı və qardaşları, nəvələri gəlib yayda həmin evdə qalırdılar. 66, 66a və 67 saylı bağ sahələrində bu evdən başqa ev tikilməyib. Atası onun evində, yəni 12 sotluq sahəsində yaşayıb, digər 12 sotluq sahədə təsərrüfat aparılmasını planlaşdırmışdır. 67 saylı bağ sahəsi heç vaxt onun atasının adına olmamışdır. Ülviyyə evdən mütləq çıxmalıdır. Ona görə ki, o sui-istifadə edir. Gedib çəni satıb. Başqa bir kişini evə salıb, həmin adamın onun əri olmasını deyir. O, nikah kağızını göstərməsini tələb etdikdə, cavabdeh siğə kağızını göstərir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. (21 iyun 2025-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdedeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırkı mülki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin onun tərəfindən inşa olunmasını, bacısı olan cavabdehin həmin fərdi yaşayış evini zəbt etməsini, bu səbəbdən ona məxsus Xəzər rayonu X19 b\yin 67 saylı bağ sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etsə də, fərdi yaşayış evinin onun tərəfindən inşa olunmasını, cavabdehin həmin evi və torpaq sahəsini zəbt etməsini sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, 66, 67 saylı bağ sahələri 1988-ci ildə, 66 A saylı bağ sahəsi isə 1994-cü ildə X8 ailə üzvləri ilə birlikdə ayrılmış, daha sonra 67 saylı bağ sahəsi, İddiaçı adına keçirilmişdir. ünvan 1 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ, yalnız xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, X10 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması üçün RİH-yə müraciət edərək ona Əzizbəyov rayon XDS İK-in 17/310 saylı xx.xx.1987-ci il tarixli qərarı ilə fərdi ev tikmək üçün ayrılan Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı sahədə tikdirdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmiş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 797 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən, Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı bağ sahəsində vətəndaş X5 tikdirdiyi 2 mərtəbəli 8 yaşayış otaqlı sahəsi 185,0 m2 köməkçi sahəsi 78,0 m2 torpaq sahəsində təsərrüfat otağı tövlə 81,1 m2 cəmi torpaq sahəsi 1200,0 m2 -dən ibarət olan yaşyış evi və torpaq sahəsinin qeydiyyata alınması; 2. Bakı şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, X5 adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. X10 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X5 vərəsələri İddiaçı və Cavabdeh, şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri Xəzər rayonu X19 b\y-in 66 saylı bağ sahəsi ünvanında miras qoyanın ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən vermiş xx.xx.2017-ci il tarixli PX N ******* seriyalı çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinə oğlu İddiaçı və 0,10 ha torpaq sahəsinə qızı Cavabdeh Bakı şəhəri 33 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2018ci il tarixli 2V-53 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında sahəsi 0,10 ha olan torpaq sahəsinə dair Cavabdeh xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Araşdırma zamanı 66 və 67 saylı bağların X5 ailəsi ilə birlikdə istifadəsində olması, bağ sahələri ayrılarkən X5 ailə üzvü olan qızı Cavabdeh da nəzərə alınması, X10 tərəfindən bu torpaq sahəsində inşa edilən bağ evində Cavabdeh valideynləri ilə birlikdə yaşaması, valideynləri vəfat etdikdən sonra da bu evdə hal-hazıradək yaşamaqda davam etməsi müəyyən olunmuşdur. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, X10 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması üçün Əzizbəyov RİH-yə müraciət etdikdən sonra Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 797 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsi Bağlar massivi 66/66a saylı bağ sahəsində vətəndaş X5 tikdirdiyi 2 mərtəbəli 8 yaşayış otağı sahəsi 185,0 m2 köməkçi sahəsi 78,0 m2 torpaq sahəsində təsərrüfat otağı tövlə 81,1 m2 cəmi torpaq sahəsi 1200,0 m2 -dən ibarət olan yaşyış evi və torpaq sahəsi qeydiyyata alınması və Bakı şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, X5 adına reyestrdən çıxarış və texniki pasport verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməsi qərara alınsa da, yalnız X5 ölümündən sonra onun torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 və İddiaçı verilmiş torpaq sahəsinin kadastr planından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 verilmiş torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsündən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-52271/2025 saylı 03 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iki mərtəbəli fərdi yaşayış evi inşa olunduqdan sonra 66 və 67 saylı qonşu bağların torpaq sahələrinin kordinatları müəyyən edilmiş, X5 inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi 67 saylı bağın torpaq sahəsində yerləşir. Göründüyü kimi cavabdeh atası tərəfindən inşa olunan fərdi yaşayış evində həmin evin inşa olunduğu tarixdən ailə üzvü olaraq köçürülüb yaşamaqla həmin evə istifadə hüququ əldə etmiş, mərhum X5 birinci növbəli vərəsəsi kimi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə yanaşı miras əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamaqla mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, atasından qalan mirası tamamilə qəbul etməsini nümayiş etdirmişdir. Kollegiya qeyd edir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (MM-in 1145-ci mad). Mülki Məcəllənin 1146cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM-in 1255-ci mad). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Beləliklə tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini, bu torpaq sahəsində yerləşən fərdi yaşayış evini zəbt etməmiş, əksinə həmin torpaq sahəsində tərəflərin ataları, mərhum X10 tərəfindən inşa olunan iki mərtəbəli fərdi yaşayış evində hal-hazırda miras qoyanın mirası qəbul etmiş, atasından miras qalan iki mərtəbəli fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə etməsi ilə bağlı qanuni gözləntisi olan vərəsəsi olaraq yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X11rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərini təmin edərkən cavabdehin mərhum X8 ailə üzvləri ilə birlikdə qanuni əsaslarla ayrılan torpaq sahəsində yerləşən, inşasına icazə verilən fərdi yaşayış evində yaşamasını nəzərə almadığından cavabdehin qorunmasına təminat verilən mülkiyyət və mənzil toxunulmazlığı hüquqlarını pozmaqla nəticələnən məhkəmə aktı qəbul etmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-113/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam həcmdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1693/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1693/2025
26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver