Məhkəmə qərarları › İş №2(103)-1698/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1698/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1698/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X15 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh1, Cavabdeh2, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, “Toyota Corolla” markalı, **-HZ-*** (**-GF-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsində rəsmiləşdirilmiş Cavabdeh3 ilə (mülkiyyətçi İddiaçı adından) X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi, əks təqdirdə nəqliyyat vasitəsinin satışından əldə olunmuş 13800 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, tanışları Cavabdeh2 və X16 etibarından sui-istifadə edərək onun mülkiyyətində olan nəqliyyat vasitəsi barədə səlahiyyətləri olmadığı təqdirdə alqı-satqı müqaviləsi rəsmiləşdirmişlər. “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı (İstehsal ili:2005, mühərrik № 0200946, BAN № JTDKC20E5********) avtomobil xx.xx.2022-ci il tarixində onun adına rəsmiləşdirilmişdir. O, xx.xx.2021-ci il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində Sadəddin Rəhimova geniş səlahiyyətli etibarnamə (7E-27050) vermişdir. Həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri 23 saylı notariat ofisində Sadəddin Rəhimovun adından Cavabdeh2, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 43 saylı notariat ofisində isə Cavabdeh2 adından Cavabdeh3 sərəncam səlahiyyətli və Cavabdeh3 adından Elçin İskəndərova verilən istifadə hüquqlu etibarnamələr təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2023cü il tarixli alqı-satqı müqviləsi əsasında sözügedən nəqliyyat vasitəsi onun adından çıxarılmış və yeni **-GF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi bağlanılarkən artıq həmin şəxslərin nəqliyyat vasitəsinin alqı-satqı etməyə ixtiyarları olmamışdır. “Elektron notariat” X1 çıxarışa əsasən Bakı səhər 23 saylı notariat ofisinin natariusu X21 tərəfindən 14422 reystr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli X17 tərəfindən tərtib edilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsi tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi qanuna zidd həyata keçirilmişdir. Belə ki, etibarnamənin ləğv olunması əməliyyatı və səlahiyyətlərə xitam verildiyi notariat orqanı tərəfindən sistemə işlənilməmişdir. Bununla da, ona maddi və mənəvi ziyan dəymiş, ailəsi çətin vəziyyətə düşmüş, əmlakı talan olunmuşdur. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, “Toyota Corolla minik” markalı, **-HZ-*** qeydiyyat nişanlı, 2005-ci il buraxılış ili olan nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən (etibarnamə əsasında) atası X10 13800 manat müqabilində satılmışdır. Bu səbəblə alqısatqı müqaviləsinin tərəfi olaraq Cavabdeh3 və DİN BDYPİ-in cavabdeh kimi işə cəlb edilməsi zərurəti yaranmışdır. İddiaçı Əli oğlu Cavabdeh2 mülkiyyətində olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə digər Cavabdeh3 etibarnamə verilmişdir. Cavabdeh2 verilmiş etibarnamə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və bu barədə dərhal özünə məlumat verilmişdir. Hətta, Cavabdeh2 iddiaçı tərəfdən problemin həlli ilə bağlı vaxt istəmiş, həmin müddətdə nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə istəmişdir. Cavabdehin xahişi iddiaçı tərəfindən təmin edilmədiyi təqdirdə ona verilmiş etibarnamənin ləğv edildiyini bildiyi halda bunu dövlət orqanlarından gizlətməklə və ya hər hansı bir üsulla yaxın qohumlar arasında formal müqavilənin bağlanmasına nail olmuşlar. Belə ki, müqavilənin surətindən göründüyü kimi nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi tərəflər arasında mübahisə yarandıqdan və etibarnaməyə xitam verildikdən (xx.xx.2023) bir həftə sonra yəni xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğv edildiyini və sahibinin əmlakını tələb etdiyini bildiyi təqdirdə Cavabdeh3 atası X16 ilə arasında formal alqı-satqı müqaviləsi bağlayaraq nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə nail olmuşdur. Alqısatqı müqaviləsindən görünür ki, guya Cavabdeh3 İddiaçı təmsil edərək onun mülkiyyətində olan nəqliyyat vasitəsini atası X10 13800 manata satmışdır. Bununla belə alınan məbləğ iddiçaya ödənilməmişdir. Bu faktlar cavabdehlərin vicdanlı olmadığını sübuta yetirir. Həmçinin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qanuni və real olmuş olsaydı belə əldə edilmiş vəsait iddiaçıya verilməli idi. Qanunvericiliyin tələbinə əsasən etibarnamə şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnamə verilmiş Cavabdeh2 və İskəndərov Elçin mülkiyyətçinin nümayəndəsi qismində çıxış edirlər və etibarnamənin verilməsindəki məqsəd də nümayəndələri olaraq mülkiyyətçinin maraqlarının onlar tərəfindən qorunması, təmin olunmasıdır. Nümayəndələr mülkiyyətçinin əmlakını mülkiyyətçinin mənafeyi naminə idarə etməlidir. Cavabdehlər məhkəmə iclası zamanı izahatlarında, o cümlədən də yazılı etirazlarında aşkar şəkildə iddiaçıya ödəniş etmədiklərini etiraf etmişlər. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında izahatında nəqliyyat vasitəsini 13000 manata satdığını və pulu Rəhimov Sadəddinə çatdırılması üçün vasitəçi X12 verdiyini etiraf etmişdir, sonuncu tərəfindən iddiaçıya maşının satışı ilə bağlı ödəniş edilməmişdir. İddiaçının X12 qarşı hər hansı tələb hüququ yaranmır. Cavabdeh2 nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaiti iddiaçıya ödənilməli idi. Vurğun X13rşı əsassız varlanma, vurulmuş zərərin ödənilməsi ilə bağlı müstəqil iddia qaldırılması hüququ vardır. X4 ilə hər hansı hüquq münasibəti mövcud deyildir. Təmsilçilik üçün ona hər hansı etibarnamə, tapşırıq verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3165/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ünsüyyət Mirzəyeva) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, işin faktiki hallarına uyğun formada əsaslandırılmaması, məhkəmənin iddianı rədd edərkən ərizədə göstərilən hər bir tələb üzrə öz mövqeyini əsaslandırmamasını, tələblərə mahiyyəti üzrə düzgün hüquqi qiymət verilməməsini, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli avtomobil iddiaçının adına qeydə alınsa da, həmin avtomobilin alınması, Azərbaycana gətirilməsi və satılması ilə bağlı məsələlər iddiaçının qohumu olan, hazırki iş üzrə üçüncü şəxs X14 tərəfindən həyata keçirilmişdir. S.Rəhimov avtomobil alqı-satqısı ilə məşğul olur və mütəmadi olaraq xarici ölkələrdən avtomobil gətirərək satır. Bəzən avtomobilləri iddiaçının adına qeydə aldırır, çünki özünün adına yalnız bir avtomobil gətirə bilir. İddiaçı da bu məqsədlə ilkin olaraq S.Rəhimovun adına etibarnamə vermişdir. Faktiki olaraq iddiaçı ilə S.Rəhimov eyni şəxsdir, eyni mənafedən çıxış edirlər. İddiaçı, ümumiyyətlə, cavabdehləri tanımamış, onlarla ünsiyyətdə olmamışdır. S.Rəhimovun tanışları Emin və Səbuhi olmuş, onların əvvəldən də avtomobil alqı-satqısı sahəsində işbirliyi olmuşdur. Hər bir halda, avtomobilin satılması nəticəsində müvafiq pul vəsaiti nə iddiaçıya, nədə ki, S.Rəhimova verilməmişdir. Hesab edirlər ki, Cavabdeh2 iddiaçıya avtomobilin satış dəyərini ödəməlidir. İddiaçı Səbuhiyə və ya Eminə etibarnamə verməmişdir. İddiaçı qarşısında Cavabdeh2 məsuliyyət daşıyır. Ola bilsin ki, son alıcı mübahisələrdən məlumatlı olmayıb, lakin hesab edirlər ki, Cavabdeh2 ilə Səbuhi əlbir olublar və son nəticədə avtomobilin pulu iddiaçıya ödənilməyib. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçını və üçüncü şəxs X6, ümumiyyətlə, tanımır. Özü Masallı rayonunda bankda işləyir, işi ilə bağlı X11 əvvəlcədən tanımışdır. Belə ki, bankda Səbuhiyə bir neçə dəfə kredit verərkən ünsiyyəti yaranmış, söhbət əsnasında onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu öyrənmişdir. 2022-ci ilin sonlarına doğru atasının Rusiyadan gələcəyi və ona maşın lazım olacağından Səbuhiyə bu barədə bildirmiş, Səbuhi isə hazırkı mübahisə predmeti olan “Toyota Corolla” markalı avtomobilin satılmasını demiş, sonra isə şəkilləri ona göstərmişdir. O da öz növbəsində avtomobili bəyənmiş və onun satış qiymətini 13000 manata razılaşmışlar. O, avtomobilin sahibi barədə maraqlanmamış, Səbuhiyə inanaraq, pulu ona ödəmiş, bundan sonra adına avtomobilin sahibindən etibarnamə verilmişdir. Avtomobilin pulunu Səbuhiyə 3 dəfəyə kart vasitəsilə köçürmüş, avtomobili də Səbuhidən təhvil almışdır. Adına etibarnamə verildiyindən hər hansı problem olmasını düşünməmişdir. Çünki, əgər pul maşını satan şəxsə çatmasaydı, onun adına etibarnamə verilməzdi. Daha sonra atasının gəlməyəcəyi aydın olmuş, o isə ikinci maşına ehtiyacının olmaması səbəbindən maşını satmaq qərarına gəlmiş, internetdə satış elanı vermiş, digər Cavabdeh1la tanış olmuş, manışını ona satmış, bu məqsədlə etibarnamə vermişdir. Ümumiyyətlə, maşınla bağlı hər hansı mübahisənin olmasını bilməmiş, nə iddiaçı, nə də Sadəddin ona zəng etməmiş, etirazlarını bildirməmişlər. Yalnız, məhkəmədə iddia qaldırıldıqdan sonra mübahisədən məlumatlı olmuş, bu barədə Səbuhidən soruşmuş, o isə bildirmişdir ki, pulu Eminə vermiş, sadəcə Eminlə Sadəddin arasında borc məsələsi olduğundan məsələ bu həddə çatmışdır. Səbuhinin özü də birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş, pulu almasını və Eminə ödəməsini bildirmişdir. Bir daha qeyd edir ki, əgər pul maşın sahibinə çatmamışdırsa, o zaman adına niyə etibarnamə verilirdi?! Sadəddin, ümumiyyətlə, ona zəng etməmiş, etibarnaməni ləğv etməsini və s. bildirməmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olmasını, onun tərəflər arasında olan münasibətlərdən, etibarnaməyə xitam verilməsindən və s. bu kimi hallardan xəbərsiz olmasını, DİN-nin avtomobillərlə bağlı reyestrinə güvənərək maşın aldığını, vicdanlı alıcı olduğunu, təqsirinin olmadığını və s. bildirərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, o, Almaniyadan avtomobil gətirərək satmaqla məşğuldur. İddiaçı onun qohumu (yeznəsi) olduğundan və bir ayda gətiriləcək maşınlara limit tətbiq olunduğundan hazırda mübahisə predmeti olan atomobili iddiaçının adına rəsmiləşdirmişdir. Əvvəllər də iddiaçının adına avtomobil gətizdirmişdir. Həmçinin, iddiaçı mübahisəli avtomobilin xərclərində də iştirak edərək, pulunun bir hissəsini ona vermişdir. Məqsədləri avtomobili satıb qazanc əldə etmək olmuşdur. İddiaçı ilə o, faktiki eyni şəxsdir. Avtomobilin bütün xərcləri təqribən 12400-12500 manata başa gəlmişdir. Səbuhi və Emin adlı şəxsləri əvvəldən tanımış, onlarla avtomobil alqı-satqısı sahəsində işbirliyi olmuşdur. Avtomobili Azərbaycana gətirdikdən sonra Səbuhi və Emin avtomobillə maraqlanmış və onu sata biləcəklərini demişlər. Hər ikisi avtomobilə baxmış, qiymətini 13000 manata razılaşmışlar. Yəni, həmin şəxslər avtomobili neçəyə satacaqlarından asılı olmayaraq, ona 13000 manat pul verməli idilər. Eyni zamanda alıcının da kim olması ona maraqlı deyildir. Yəni, alıcıları həmin şəxslər tapacaqdı. Onlar alıcı olduğunu bildirdilər, avtomobili Cavabdeh2 adlı şəxs almalı idi. O, həmin vaxtı Cavabdeh2la şəxsən danışmamış, çünki ona fərqi yox idi, avtomobil kimə satılırdı. Razılaşmanı Səbuhi və Eminlə etmişdi, onları tanıyırdı və onlara etibar edirdi. Səbuhi demişdir ki, Cavabdeh2 10-15 günə pulu verəcək, o da inanıb avtomobilin açarını Səbuhiyə təqdim etmişdir. Lakin, həmin vaxtı heç kimə etibarnamə verməmişdir. Təqribən 6-7 gün sonra Cavabdeh2 adına etibarnamə vermiş, bu müddət ərzində də Cavabdeh2la şəxsən danışmamışdır. Lakin ona bildirmişlər ki, Cavabdeh2 bankdan kredit götürməlidi və pulu ödəməlidir. O da bu məqsədlə Cavabdeh2 adına etibarnamə vermişdir ki, krediti götürə bilsin. Sonra bir neçə gün keçmiş, lakin ona pul verilməmişdir. Hər dəfə Səbuhi və Eminlə maraqlananda, onlar deyirdi ki, narahat olma, pul ödəniləcək. İşdə olan votsap yazışmaları onunla Emin arasında həyata keçirilmişdir. Həmin yazışmalarda Emindən maşının pulunu tələb etmişdir. Bu müddət ərzində Cavabdeh2la danışmamış və yazışmamış, ondan pul tələb etməmişdir. Çünki, arada Səbuhi və Emin olub, onlarla danışıb, razılaşmışdır. Sonda, pulun verilməməsini görüb, 07 yanvar 2023-cü il tarixdə etibarnaməni ləğv etmiş, bundan sonra Cavabdeh2 zəng etmiş, məlumat vermişdir. Lakin, Cavabdeh2 zəng etməsini təsdiq edən hər hansı sübütü yoxdur. Hər bir halda Cavabdeh2 məlumat verməsinə baxmayaraq, Cavabdeh2 səlahiyyətli Əli İsgəndərliyə ötürmüş, o da avtomobili atasına satmış, aralarında 13 yanvar 2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesab edir ki, Cavabdeh2 Səbuhi ilə əlbirdir, bilərəkdən avtomobili özgəninkiləşdirmişlər və pulu ona ödəməmişlər. Səbuhiyə və Eminə qarşı ona görə tələb irəli sürməmişdir ki, həmin şəxslərin adına etibarnamə verməmişdir. Cavabdeh2, ümumiyyətlə, ödədiyi pulun avtomobili satan şəxsə çatıb-çatmamasını araşdırmamışdır. O, avtomobili Cavabdeh2 satmışdır, pul da ona ödənilməli idi. Apellyasiya icraatı zamanı yaranmış zərurətlə əlaqədar şahid qismində X7 yenidən ifadəsi alınmış, o bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur, Sadəddin və Emin də bu sahədə işləyir, Sadəddini Eminə görə tanımışdır. Həmin şəxslərlə əvvəllər dəfələrlə avtomobil alqı-satqısı sahəsində işbirliyi olmuşdur. Bir gün Emin ona “Totota Corolla” markalı avtomaşının satıldğını bildirmiş, həmin vaxt onun maşın almağa pulu olmamışdır. Həmin ərəfələrdə bankdan kredit alan zaman münasibətləri yaranmış, Cavabdeh2 ona atası üçün maşın lazım olduğunu bildirmişdir. Maşın Emində olmuş, Yasamal MİDA yaşayış massivində maşına özü şəxsən baxmış və Vurğuna bu barədə bildirmiş, maşının görüntülərini təqdim etmiş, Vurğun da maşını bəyənmiş, satış qiymətini 13000 manata razılaşmışlar. Bir neçə gün sonra Vurğun pulu kart vasitəsilə ona ödəmiş, o da həmin pulu Eminə vermişdir. Pulu verərkən də Emin Sadəddinə məluma vermiş, bundan sonra Vurğunun adına etibarnamə verilmişdir. Hesab edir ki, Emin avtomaşının satışından əldə edilən pulu Sadəddinə verməsəydi etibarnamə də verilməzdi. X20 arasında ola bilər. Eyni zamanda onunla Emin arasında başqa maşınlara görə də mübahisə yaranmışdır. Emin hazırda Azərbaycandan çıxıb getmişdir. O, hüquq mühafizə orqanlarına Emin barəsində şikayət etmiş, hazırda Eminin axtarışı həyata keçirilir. Eminlə Sadəddin arasında mübahisədən məlumatlı olmayıb, sonradan bilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən mülkiyyətində olan “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair (İstehsal ili:2005, mühərrik № 0200946, BAN № JTDKC20E5********) X8 xx.xx.2021ci il tarixdə etibarnamə verilmiş, Rəhimov Sadəddin tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri olan etibarnamə verilmişdir. Həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan Daxili İşlər Nazirliyi Baş X34 İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, DİN Baş X34 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-GF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X5 adına rəsmiləşdirilmişdir. İşdə olan DİN Baş X34 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş kompyuter çıxarışdan və sənədlərdən görünür ki, **-HZ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Toyota Corolla markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə avtomobilə dair Cavabdeh3 nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında avtomobil X10 13800 manata satılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, e-Manat vasitəsilə ümumilikdə 13000 manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı hazırki tələbi iki hissədən ibarətdir: - “Toyota Corolla” markalı, **-HZ-*** (**-GF-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsində rəsmiləşdirilmiş Cavabdeh3 ilə (mülkiyyətçi İddiaçı adından) X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi, - əks təqdirdə nəqliyyat vasitəsinin satışından əldə olunmuş 13800 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi. Göründüyü kimi, iddiaçı tələbinin birinci hissəsində mülkiyyətin müdafiəsindən çıxış edərək əqdi mübahisələndirmiş və avtomobilinin qaytarılmasını tələb etmiş, bu mümkün olmadıqda isə digər əsasa, yəni tapşırıq (təmsilçilik) münasibətlərinə söykənərək nümayəndələrdən alqı-satqı nəticəsində müvafiq pulun ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə işin hallarını tam və hərtərfli araşdırmamış, iddiaçının bütün tələblərinə mahiyyəti üzrə hüquqi qiymət verməmiş, ilk tələbin əsassız olmasını qeyd etməklə kifayətlənmiş, növbəti tələblər isə ilk tələbin əsassız olmasına bağlamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbləri fərqli hüquqi əsaslara söykənməklə, fərqli maddi hüquq normalarının tətbiq olunması (ilk tələb əqdin etibarsızlığı, mülkiyyətin müdafiəsi, vindikasiya, sonrakı tələb isə tapşırıq, təmsilçilik münasibətləri) şərtləndirmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, apellyasiya icraatı zamanı işin müəyyən olunmuş hallarına əsasən, mübahisə predmeti olan avtomobil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınsa da, avtomobilin Almaniyadan alınaraq, Azərbaycana gətirilməsi və sonradan özgəninkiləşdirilməsi ilə bağlı məsələlər məhz üçüncü şəxs X3 bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Belə ki, istər iddiaçının nümayəndəsinin, istərsə də üçüncü şəxs S.Rəhimovun izahatlarından aydın olur ki, iddiaçı və üçüncü şəxs qohum olmaqla, sonuncu avtomobil alqı-satqısı ilə (əsasən xaricdən maşınlar gətirərək, onların satışı və s.) məşğul olur. Bəzən xaricdən gətirilən avtomobilləri müvafiq limit tətbiq olunduğundan iddiaçının adına rəsmiləşdirir, bu səbəbdən də iddiaçı tərəfindən üçüncü şəxsin adına avtomobillərə dair etibarnamələr verilir ki, onların satışını həyata keçirə bilsin. Hazırki iş üzrə də üçüncü şəxs iddiaçının daha əvvəl ona verdiyi 25 may 2021-ci il tarixli etibarnamə əsasında hərəkət etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçı, ümumiyyətlə, cavabdehləri tanımamış, həmin şəxslərlə ünsiyyətdə olmamışdır. İddiaçı iddia ərizəsində cavabdehləri tanışları kimi qeyd etsə də, bu hal elə iddiaçının nümayəndəsi, eləcə də işdə iştirak edən digər şəxslər tərəfindən tam təkzib olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının özü bilavasitə avtomobilin özgəninikləşdirilməsi proseslərində iştirak etməmiş, bütün bu məsələlərlə nümayəndəsi kimi məhz üçüncü şəxs S.Rəhimov məşğul olmuşdur. Yəni, üçüncü şəxsin bu istiqamətdə hərəkətləri məhz iddiaçının hərəkətləri kimi qəbul edilmişdir. Eyni zamanda, üçüncü şəxs mübahisəli avtomobilin satılması istiqamətində əvvəldən tanıdığı və onunla avtomobil alqı-satqısı sahəsində işbirlikləri olan Səbuhi Şükürov və Emin adlı şəxslərlə münasibətlərə daxil olmuş, cavabdehləri tanımamış, onlarla ünsiyyətdə olmamışdır. Üçüncü şəxsin özünün də bildirməsinə görə mübahisəli avtomobili Azərbaycana gətirdikdən sonra Səbuhi və Emin avtomobillə maraqlanmış, onu sata biləcəklərini bildirmiş, qiymətini 13000 manata razılaşmışlar. Yəni, həmin şəxslər avtomobili neçəyə satacaqlarından asılı olmayaraq, ona 13000 manat pul verməli idilər. Eyni zamanda, alıcının da kim olması ona maraqlı deyildir. Yəni, alıcıları həmin şəxslər tapacaqdı. Onlar alıcı olduğunu bildirmiş, avtomobili Cavabdeh2 adlı şəxs almalı idi. O, özü həmin vaxtı Cavabdeh2la şəxsən danışmamışdır, çünki ona fərqi yox idi kimə satılırdı. Razılaşmanı Səbuhi və Eminlə etmişdi, onları tanıyırdı və etibar edirdi, hətta avtomaşının açarını da vermişdir. Bundan sonra, Cavabdeh2 adına etibarnamə də vermişdir. Göründüyü kimi, üçüncü şəxs iddiaçının da adından çıxış etməklə, mübahisəli avtomobillə bağlı onunla Səbuhi və Emin arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Razılaşmaya görə, məhz həmin şəxslər tərəfindən avtomobil müəyyən alıcıya satılmalı, satış pulu ona ödənilməli idi. Alıcının kimliyi isə onun üçün əhəmiyyətli deyildir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Məcəllənin 785.1-ci maddəsinə əsasən, əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 785.2-ci maddəsinə əsasən, əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. Beləliklə, həmin şəxslər (Səbuhi və Emin) üçüncü şəxs S.Rəhimovun faktiki təmsilçiləri olmuş, onun mənafeyi (dolayısı ilə də iddiaçının mənafeyi) üçün hərəkətlər etmişlər. Üçüncü şəxsin sonrakı davranışları da onun həmin razılaşmaya uyğun hərəkət etməsini göstərir. Belə ki, üçüncü şəxs istər iddiaçının adından ona verilmiş müvafiq səlahiyyətləri 09 dekabr 2022-ci il tarixdə Cavabdeh2 ötürən zamanı, istərsə də sonradan ümumiyyətlə sonuncu ilə əlaqə saxlamamış, hər hansı mübahisənin mövcudluğunu ona bildirməmişdir. Əksinə, işdə olan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən votsap yazışmalarından, eləcə də üçüncü şəxsin özünün izahatından açıq aydın görünür ki, o, avtomobilin pulunu məhz Emindən tələb etmiş, Emin isə hər dəfə müəyyən səbəblər göstərmişdir. Yazışmadan görünür ki, S.Rəhimov Emin tərəfindən pulun ona ödənilməməsi səbəbindən mübahisəli avtomobilə görə (yazışmada avtomobilin konkret nömrəsini də yazmışdır ** HZ *** Toyoto Corolla) verilmiş etibarnaməni ləğv etdiyi də qeyd etmişdir. Bunun davamı olaraq, Cavabdeh2 izahatından, habelə şahid S.Şükürovun şahid kimi verdiyi ifadəsindən də göründüyü kimi, mübahisəli avtomobilin alınması ilə bağlı münasibətlər Cavabdeh2la məhz S.Şükürov arasında yaranmış, sonuncu avtomobilin şəkillərini Cavabdeh2 göndərmiş, razılıq əldə olunmuş, avtomobilin pulu S.Şükürova ödənilmiş, sonuncu isə ifadəsində həmin pulu Eminə verdiyini təsdiq etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, üçüncü şəxsin votsap yazışmalarında pulu məhz Emindən tələb etmişdir. Üçüncü şəxs (eləcə də iddiaçı) mübahisə halında nəyə görə məhz cavabdehlərlə əlaqə saxlamamasının, avtomobilin pulunu onlardan tələb etməməsinin səbəblərini bu münasibətdə Emini və Səbuhini tanıması, onlarla razılaşması, onlara etibar etməsi kimi izah etməyə çalışmışdır. Beləliklə, aydın olur ki, Cavabdeh2 avtomobilin razılaşdırılmış satış dəyərini üçüncü şəxsi (dolayısı ilə eyni zamanda iddiaçını) faktiki təmsil etmiş, onun ixtiyarlı şəxsinə ödəmiş, bununla da öhdəliyini icra etmiş sayılmış, eyni zamanda avtomobil də onun sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd edilməlidir ki, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (Mülki Məcəllənin 433.1-ci mad.) Mülki Məcəllənin 433.2-ci maddəsinə əsasən isə, əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Göründüyü kimi, iddiaçının cavbadehlərə qarşı pul tələbi barədə müvafiq iddiası əsassız olmaqla, işin halları və qanunvericiliyin normaları ilə uzlaşmır. Buna baxmayaraq iddiaçı digər şəxslərə qarşı tapşırıq müqaviləsindən irəli gələn müvafiq tələb hüququnu özündə saxlayır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh2 18 dekabr 2022-ci il tarixdə avtomobilə dair digər cavabdeh Əli İsdəndərlinin adına etibarnamə vermiş, avtomobili faktiki olaraq Cavabdeh1 13300 manat satmış, 13 yanvar 2023-cü il tarixdə isə müvafiq alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı həmin əqdin etibarsızlığının əsası kimi, alqı-satqı müqaviləsi bağlanmamışdan 6 gün əvvəl, yəni 07 yanvar 2023-cü il tarixdə etibarnamənin ləğv edilməsini və bu barədə Cavabdeh2 məlumat verməsini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla da razılaşmayaraq ilkin olaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı nə iddiaçının, nə də üçüncü şəxsin etibarnamənin ləğv olunması barədə cavabdehlərə hər hansı formada məlumat verilməsi müəyyən olunmamışdır. Üçüncü şəxs izahatında iddiaçı tərəfindən deyil, məhz onun tərəfindən Cavabdeh2 məlumat verilməsini qeyd etsə də, bu barədə hər hansı sübutunun olmamasını etiraf etmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara etibarnamənin ləğv olunması barədə məlumat verilməməsini, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zamanı da bu haldan məlumatlı olmamasını, vicdanlı olmasını və s. bildirmişlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 366.1-ci maddəsinə görə, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Mülki Məcəllənin 366.2-ci maddəsinə görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf etibarnaməni ləğv etməsi barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməklə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməsini sübut edə bilmədiyindən, həmin əsasa görə əqdin etibarsız sayılması qanunvericiliyin tələbləri ilə uzlaşmır. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının və onu bilavasitə təmsil edən üçüncü şəxs S.Rəhimovun iradə ifadəsi başdan bəri mübahisə predmeti olan avtomobilin satılmasına yönəlmiş, məhz bu məqsədlə müvafiq etibarnamələr verilmiş, son nəticədə əmlak üzərində mülkiyyət hüququ qanuni əsaslarla digər şəxsə keçmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən isə, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edlir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (Mülki Məcəllənin 5.3-cü mad.) Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X27rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İşin faktiki hallarından açıq-aşkar göründüyü kimi, iddiaçının cavabdehlərə münasibətdə hazırki hərəkətləri (davranışı) hüquqdan sui-istifadə olmaqla, qanuni deyildir. Bu hal, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfin ardıcıl hərəkət və davranışlarının müqayisəli təhlilindən irəli gəlir. Göründüyü kimi, iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbləri hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia tələbləri hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar