Məhkəmə qərarları › İş №2(103)-1704/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1704/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1704/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 8252,80 manat pul məbləği tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət və şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin 27 oktyabr 2023 cü il tarixli qərardadından şikayətin verilməsi müddətinin ötürülməsini üzürlü hesab etməmiş və həmin qərardadın xx.xx.2023-cü ildə şikayətçinin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilməsinə istinad etsə də, cavabdehin həmin qərardaddan xəbərinin olub-olmamasına və ya qərardadın poçt vasitəsi ilə ona göndərilməsinin təmin olunub-olunmamasına aydınlıq gətirilməmiş, bununla da onun prosesual hüquqları pozulmuşdur. 055 ***-**-** mobil telefon vasitəsi ilə cavabdehin adına 2023-cü il noyabrın 21-də Asan İmza açılmasına və onun özünündə qeyd etdiyi kimi dərhal elektron kabinetinə daxil olmaqla cavabdehin adı çəkilən qərardadı həmin gün əldə etməsinə düzgün münasibət bildirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərardadı cavabdehin nümayəndəsi-vəkili Vəkil elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, qərardaddan şikayəti xx.xx.2023-cü ildə vermişdir. Həmçinin, iş materiallarından aydın olur ki, Cavabdeh2 tərəfindən Vəkil adına verilmiş etibarnamədə (i.v.93) məhkəmə aktından şikayət vermək səlahiyyəti nəzərdə tutulmuşdur. MPM-in 68.3-cü maddəsinin tələbinə görə vəkilin məhkəmə aktından şikayət verməsi yalnız işdə iştirak edən şəxsin tapşırığı ilə vəkalət əsasında mümkündür. Cavabdehin istinad etdiyi dəlillər müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar