Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1710/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun ayından etibarən xx xxx 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə “xxxx” Bankı ASC-yə hər ay ödəniləcək 731 (yeddi yüz otuz bir) manat 90 (doxsan) qəpik aylıq kredit məbləğinin ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik İddiaçı, ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik Cavabdeh1 aid olması barədə və İddiaçı, ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik Cavabdeh1 aid olunması barədə və İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu xx xxxxxx 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 06, mənzil 13-ə görə “xxxx Bank” ASC-yə hər ay 731 (yeddi yüz otuz bir) manat 90 (doxsan) qəpik olmaqla cəmi ödənilmiş 20493 (iyirmi min dörd yüz doxsan üç) manat 2 (iki) qəpiyin ½ hissəsi olan 10246 (on min iki yüz qırx altı) manat 6 (altı) qəpik Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 2020-ci ilin iyun ayından etibarən xx xxx 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə “xxxx” Bankı ASC-yə hər ay ödəniləcək 731 (yeddi yüz otuz bir) manat 90 (doxsan) qəpik aylıq kredit məbləğinin ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik İddiaçı, ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik Cavabdeh1 aid olunması, İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu xx xxxxxx 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 06, mənzil 13-ə görə “xxxx Bank” ASC-yə hər ay 731 (yeddi yüz otuz bir) manat 90 (doxsan) qəpik olmaqla cəmi ödənilmiş 20493 (iyirmi min dörd yüz doxsan üç) manat 2 (iki) qəpiyin ½ hissəsi olan 10246 (on min iki yüz qırx altı) manat 06 (altı) qəpik Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamdən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddia ərizəsi ona göndərilməmiş və buna görə də iddiaya etiraz vermək hüququnu pozmuşdur. Bundan başqa, İddiaçı iddiada qəsdən "xxxx Bankı" ASC-ni cavabdeh kimi qoymuşdur ki, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını təmin etdirə bilsin. Halbuki, "xxxx Bankı" ASC hazırki iddiada cavab verməli olan şəxs, yəni cavabdeh deyildir və qətnamə ilə də sonuncunun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Faktik olaraq "xxxx Bankı" ASC-nin hazırki tələb üzrə prosessual statusu "üçüncü şəxsdir". Lakin məhkəmə “xxxx Bankı" ASC-nin iddiaya cavab verməli olmadığı əsası ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinə baxmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi cavabdehi əsl cavabdeh ilə əvəz etmədiyi üçün məhkəmə aidiyyətini da pozmuşdur. Belə ki, hazırki iddia ona qarşı yönəldiyi və əsl cavabdeh də o, olduğu üçün iddiaya onun qeydiyyatda olduğu Zaqatala rayonunda yerləşən Zaqatala Rayon Məhkəməsində baxılmalı idi. İddiaçı bu hərəkətləri ilə Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələbləri pozmuşdur ki, bu da sonuncunun ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qətnamədən həmçinin cavabdeh “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən “2020-ci ilin iyun ayından etibarən xx xxx 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə “xxxx” Bankı ASC-yə hər ay ödəniləcək 731 (yeddi yüz otuz bir) manat 90 (doxsan) qəpik aylıq kredit məbləğinin ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik İddiaçı, ½ hissəsi olan 365 (üç yüz altmış beş) manat 95 (doxsan beş) qəpik Cavabdeh1 aid olması” hissəsində ləğv edib iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx Bankı” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin alınması üçün, ABB tərəfindən İddiaçı 240 ay müddətinə, 94.400 AZN məbləğində kredit borc verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilə dair tərəflər arasında xx.xx.2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış kredit və ipoteka müqavilələri üzrə öhdəliklər hal-hazırda da davam etdiyindən, hazırki mübahisə predmeti olan mənzil ABB-nin xeyrinə ipoteka ilə yüklüdür. Bu səbəbdən Nəsimi rayon məhkəməsi tərəfindən iddiaçının bank qarşısında olan öhdəliyinin üzərində iddiaçı və cavabdehin % hissədə paylarının müəyyən edilməklə bölünməsi mülki və ipoteka haqqında qanunvericliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, qətnamə əsasında borc predmeti üzrə öhdəliklərin 1/2 nisbətində bölünməsinə və bu predmet üzrə hər hansı dəyişikliyin edilməsinə (payların müəyyən edilməsi və ya bölünməsi) kreditor və ipoteka saxlayan olaraq “xxxx Bankı” ASC-nin razılığı olmadığından, sonradan məhkəmə qətnaməsinin icrası da mümkün olmayacaqdır. Belə ki, kredit müqaviləsinə hər hansı dəyişiklik edilməyib və dövlət qeydiyyatında da əmlak üzərində ipoteka qoyan kimi İddiaçı adı, ipoteka saxlayan kimi ABB qeyd edilib və bu qeydiyyatın ipoteka saxlayanın razılığı olmadan dəyişdirilməsi qeyri-mümkündür. Beləliklə, ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın, kredit və ipoteka müqavilələr üzrə tərəf olmayan X3 ilə borclu və ipoteka qoyan İddiaçı oğlı arasında bərabər bölünməsi, borclu İddiaçı ilə ABB arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə, eləcə də mülki və ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd olduğundan, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə mülki iş yenidən araşdırılaraq borcun İddiaçı tərəfindən Banka ödənilməsi hissəsində tam olaraq sonuncu tərəfindən ödənilməsi qeyd edilməlidir. Məhkəmə iclasında cavabdeh “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, kredit müqaviləsi bir tərəflə bağlanan müqavilədir. Kredit öhdəliyinin yerinə yetirilməsi hissəsində, öhdəliklərin bölgüsü edilə bilməz. Burada artıq, “Banklar haqqında” Qanuna istinad edir. Kreditin bölünməsi mümkün deyil. Məhkəmə isə burada öhdəliyi bölüb. Yoxsa, məhkəmə onların maraqlarına toxunmazdı. Əgər İlkin öhdəliyini icra edib, Fatmaya aid edilməsə, onda Fatmanın adına ayrıca reyestr açılmalıdı. Artıq burada müqavilə şərtlərinə toxunulur. Lakin bank qarşısında öhdəliyi olan şəxs İddiaçıdur və məhkəmədən xahiş edir ki, banka qarşı olan öhdəlik bütöv saxlanılsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, ev birgə nikah dövründə alınıb. Mənzil artıq bölünüb, o hissədə münasibət bildirə bilmirlər. İlkin məhkəmə icraatı başlanandan ödəniş etməyib. Ödəniş qabiliyyəti yoxdur. Uşağı da fikirləşib 20.000 manat da təklif etdilər, lakin cavabdeh Fatma Əhmədova prinsipial hərəkət edir. Əslində məsələnin belə olması onların xeyrinədir, lakin onlar burada uşağın mənafeyini də düşünürlər. Cavabdehə aid edilsə, ola bilər ki, o, kreditin ödənilməsinin bölünməsi ilə razılaşmasın. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflər arasında xx xxxxx 2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. 2017-ci ilin noyabr ayında İddiaçı ilə Fatma Əhmədova faktiki ayrılmış və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-102/2018-cu il saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmişdir. İddiaçı ilə Cavabdeh1 (Əhmədova) birgə nikahda olduqları müddətdə ünvan 2 ünvanında yerləşən 13 saylı mənzili xx xxx 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə əldə etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(033)- 904/2018 nömrəli qətnaməsi ilə iddiaçı Əhmədova :Fatma Mehdi qızının iddiası təmin edilmiş, tərəflərin birgə nikahda müddətində əldə etdikləri və hazırda cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Həsənbəy Zərdabi küçəsində yerləşən 0.025 ha torpaq sahəsinin və ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin torpaq sahəsinin və mənzilin 1 /2 hissəsinin üzərində iddiaçı X1 payının müəyyən edilməsi qət edilmişdir. ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil alqı-satqı və ipoteka müqaviləsi ilə əldə edilmiş, həmin mənzil bankdan götürülmüş daxili ipoteka krediti hesabına alınmış və ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə görə 2036-cı ilədək “xxxx Bank” ASC-yə hər ay ödəniləcək məbləğ 731.90 manat təşkil edir.xx xxx 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən nikaha xitam verildiyi gündən, yəni xx xxxxxx 2018-ci ildən, xx xxx 2020-ci il tarixədək İddiaçı tərəfindən hər ay 731.90 (yeddi yüz otuz bir manat doxsan qəpik) aylıq kredit məbləği, cəmi 21118 manat məbləğində vəsait ödənilmişdir. Həmin məbləğdən bir aylığ ödəniş çıxmaqla, iddiaçı ödənilən 20493,2 manatın ½ hissəsi olan 10246,6 manatın Cavabdeh1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdeh “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən birinci hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən həmin hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh Cavabdeh1 apellyasiya şikayətinin obyektini isə birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, Cavabdeh1 qətnaməni qanunsuz və əsassız hesab etsə də bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunmasını maddi hüquq normaları baxımından açıqlamamış, yalnız prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini göstərmişdir. Düzdür, məhkəmə tərəfindən iddia ərizəsinin həqiqətən də iddiaçıya göndərilməsi tam təsdiqini tapmasa da onun keçirilən məhkəmə iclaslarından məlumatı olmuş və məhkəmə iclasında iştirak edərək iddia ərizəsini şəxsən qəbul edə və buna etirazını bildirə bilərdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də çağırılsa da səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının "xxxx Bankı" ASC-ni işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün cavabdeh kimi qoyulması dəlili də əsaslı ola bilməz. Çünki, "xxxx Bankı" ASC hazırki iddiaya cavab verməli olan şəxs olması və qanuni qüvvəsini alacağı təqdirdə mübahisələndirilən qətnamə ilə üzərinə öhdəlik qoyulacağı mürəkkəb də olsa iddianın mahiyyətindən və məzmunundan aydın görünür. Buna görə də “xxxx Bankı" ASC-ni iddiaya cavab verməli olmadığı əsası ilə əsl cavabdehlə əvəz edilməsi məsələsinə baxılmasına da lüzum olmamışdır. Birdəki, iddiaya cavab verməli olan digər cavabdeh elə Cavabdeh1 özüdür və onsuzda o, cavabdeh kimi göstərilmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas ola bilər ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun(MPM.m.387.1).Göründüyü kimi, qeyd olunan prosessual hüquq normalarının pozuntuları həqiqi olsa belə, onlar şərtli pozuntular sayıldığından, qətnamə düzgün olmazdısa, onlar qətnamənin ləğv edilməsinə əsas ola bilərdi. Hazırki iş üzrə olan qətnamənin düzgün olmaması isə öz təsdiqini tapmır. İkincisi, cavabdeh “xxxx Bankı” ASC iddiaçının bank qarşısında olan öhdəliyinin üzərində iddiaçı və cavabdehin % hissədə paylarının müəyyən edilməklə bölünməsinin mülki və ipoteka haqqında qanunvericliyin tələblərinə zidd olduğunu göstərsə də bu ziddiyyətin nədən ibarət olduğunu açıqlamamışdır. Qətnamə əsasında borc predmeti üzrə öhdəliklərin 1/2 nisbətində bölünməsinə və bu predmet üzrə hər hansı dəyişikliyin edilməsinə (payların müəyyən edilməsi və ya bölünməsi) kreditor və ipoteka saxlayan olaraq “xxxx Bankı” ASC-nin razılığı olmasa da sonradan məhkəmə qətnaməsinin icrasını mümkünsüz etməz. Əksinə ipoteka krediti ödəyən şəxslərin dairəsi artmış olur, başqa sözlə əvvəllər yalnız bunu iddiaçı edirdisə, bu qətnamə ilə Cavabdeh1 da bu öhdəliyin icra edilməsinə cəlb olunacaq. Çünki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-102/2018 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə artıq mübahisəli mənzilin tərəflərin ümumi birgə mülkiyyəti və ikidə bir hissədə paylarının müəyyən edilməsi təsdiq olunub. Demək ipoteka müqaviləsində ipoteka qoyan kimi İddiaçı adı qeyd olunsa da, o, məhkəmə aktına əsasən artıq həmin mənzilin tam deyil, yalnız ikidə bir hissəsinin mülkiyyətçisidir və ipoteka saxlayan kimi bankın buna razı olmasının yaxud olmamasının heç bir əhəmiyyəti yoxdur. Yəni, cavabdeh bank mübahisəli mənzillə bağlı yaranmış bu yeni reallıqla barışmalıdır. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın, kredit və ipoteka müqavilələr üzrə tərəf olmayan X3 ilə borclu və ipoteka qoyan İddiaçı oğlı arasında bərabər bölünməsi hazırki qətnamə ilə deyil, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə də hazırki işdə cavabdeh olan bank üçüncü şəxs qismində iştirak etmiş, məhkəmə aktlarından şikayət versə də, yekun olaraq istəyinə nail ola bilməmişdir. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilin bu cür bölünməsinin kredit müqaviləsinin şərtlərinə, mülki və ipoteka qanunvericiliyinin şərtlərinə zidd olması barədə şikayətin dəlilləri açıq-aşkar əsassızdır. Üçüncüsü, hazırki iddia tələblərinin faktiki əsasları Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-102/2018-cu il saylı qətnaməsi ilə müəyyən edilən hallardan yaranmışdır. Ona görə də, iddiaçı qeyd olunan tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuş və bu tələblər üzrə onun subyektiv hüquqları olmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 ipoteka predmeti olan mənzilin bərabər paylı mülkiyyətçiləridir. Hər dəfə iddiaçı ödədiyi ipoteka krediti məbləğinin yarısını məhkəməyə müraciət edərək Cavabdeh1 tələb etmək əvəzinə iddia tələbinin birinci hissəsini də irəli sürmüş və bu tələb də məhkəmə tərəfindən təmin olunmuşdur. Başqa sözlə, nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı ehtiyacı yaranacığı təqdirdə hər ay ödədiyi kredit məbləğini məhkəmə qaydasında cavabdehdən tələb etməli olacaq, demək 2036-cı ilədək onun tərəfindən yüzlərlə iddia irəli sürməsi tələb olunur. Bu vəziyyətin təsəvvür edilməsi belə iddiaçının düşəcəyi vəziyyətin nə qədər onun üçün əlverişsiz olacağına dəlalət edir. Birdəki, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi yaxud lazımi qaydada icra edilmədiyi təqdirdə ipoteka saxlayan olaraq cavabdeh bankın həm iddiaçıya, həm də Cavabdeh1 qarşı kredit tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır və qeyd olunan hallarda bu hüququndan istifadə edə bilər. Ona görə də cavabdeh bankın bu cür narahatlılığı anlaşılan olsa da başadüşülən deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər “xxxx Bankı” Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1710/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1710/2021
01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver