Məhkəmə qərarları › İş №2(103)-1712/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1712/2022

13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1712/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2300/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2300/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X2 arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilmiş, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti vermişlər. Kollegiya hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-2300/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2300/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar