Məhkəmə qərarları › İş №2(103)-1719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1719/2023

03.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1719/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 50 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək aşağıdakı tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Cavabdeh2 adına mənzil alınarkən ödədiyi 66.400 manat Cavabdeh2 onun xeyrinə tutulsun; - Cavabdeh2 kredit borcunun ödənilməsi məqsədi ilə banka ödədiyi 225 manat Cavabdeh2 onun xeyrinə tutulsun; - ona məxsus olan və Cavabdeh2 qalmış şəxsi əşyaları Cavabdeh2 alınaraq ona verilsin; - hazırki iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumun əvəzi – 291 manat Cavabdeh2 və cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq ona ödənilsin. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddia da ifadə edilmiş “iddiaçıya məxsus olan və Cavabdeh2 qalmış şəxsi əşyaların Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə” tələb üzrə işin icraatına xitam vermişdir. Rayon Məhkəməsi eyni zamanda iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia ərizəsində ifadə edilmiş digər tələblərin qismən təmin edilməsini, Cavabdeh2 66.400 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini, hazırki iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumun əvəzinin – 291 manat məbləğində pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələbinə görə, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir (maddə 149.2.3.). İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı yönəlmiş iddia tələbləri aydın olsa da, cavabdeh kimi iddia ərizəsində qeyd edilən 50 saylı Notariat Ofisinə qarşı hansı tələbin yönəldiyi aydın deyil. Çünki iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə 50 saylı Notariat Ofisindən iddiaçının xeyrinə, “hazırki iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumun əvəzinin – 291 manat məbləğində pulun bir hissəsinin tutulması xahiş edilir ki, bu, xahiş özündə iddia tələbini deyil, MPM-nin 119.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə xərcinin əvəzinin ödənilməsi barədə müraciəti ehtiva edir. Göründüyü kimi iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş 50 saylı Notariat Ofisinin konkret hansı hərəkətləri etməli və ya hansı hərəkətləri etməkdən çəkinməli olması göstərməmişdir. MPM-nin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 259.0.12-ci maddəsində iddiada yol verilmiş nöqsanın aradan qaldırılması qaydası göstərilsə də, həmin qaydaya əməl olunması hazırki mərhələdə (apellyasiya icraatında) qeyri-mümkündür, çünki iddia tələbinin həcminin dəyişdirilməsi, iddianın dəqiqləşdirilməsi və sair bu kimi məsələlər birinci instansiya məhkəməsində aparılan icraat zamanı aradan qaldırıla bilər. Belə ki, MPM-nin tələblərinə görə, iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilmədən verildikdə iddia ərizəsi geri qaytarılır (maddə 259.0.12). Bu kimi hal apellyasiya icraatı zamanı aşkar edilərsə onda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır (maddə 384.0.5.). Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-nin 259, 384-cü maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və İddiaçı cavabdehlər Bakı Şəhəri 50 Saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası baxılmamış saxlanılsın. Qərardad dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar