Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1719/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(011)-5392/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon prokurorluğunun 14 mart 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından 21C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması nəzərə alınaraq, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması cinayət məsuliyyətinə səbəb olmadığı üçün İddiaçı xəsarət alması ilə bağlı Azərbaycan Respublikası CMnin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməli, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati icraat başlaması məsələsinə baxılması üçün araşdırma materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir.
2. Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardan görünür ki, fiziki şəxs Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsini icraçısı Cavabdeh2 MMC ilə 14 iyul 2023-cü il tarixdə fiziki şəxs podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, yenitikilən binada beton işləri, qəlib işlərivə s. digər işləri ustalarla birgə görür. 19 dekabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri dayanan zaman podrat müqaviləsi ilə öhdəliyinə düşən təhlükəsizlik tədbirlərini görərək kiminsə özbaşına təmirə davam etməsinə icazə vermədiyini bildirmişdir. Belə ki, həmin günlərdə heç kim binada təmir işi görmürmüş. 22 dekabr 2023-cü il tarixdə Cavabdeh2 MMC-nin işçiləri 20 dekabr 2023-cü il tarixdə bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın təmir işlərini gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişdir. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatının olmadığını, MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsini tikintisi işə məşğul olan Cavabdeh2 MMC-nin direktorudur. Tikinti işləri ilə bağlı 14 iyul 2023-cü il tarixdə Cavabdeh1 ilə podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh1 yenitikilən binada beton işləri, qəlib işləri və s. digər işləri görür. 19 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri zamanı təhlükəsizlik tədbirlərinin təmin olunması podrat müqaviləsi ilə iddiaçının üzərinə düşür. Belə ki, həmin günlərdə də heç kim binada təmir işi görmürmüş. 20 dekabr 2023-cü il tarixdə Cavabdeh2 MMC-nin işçiləri həmin gün bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın tikinti işləri gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişlər. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X5 şəxsin 97 nömrəli ekspert rəyində göstərilmişdir ki, “vət. İddiaçı məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlinmişdir: 1. İddiaçı başbeyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş 20 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. İddiaçı müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 29 fevral 2024-cü il tarixli 3-16-16/2-10/1475 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Qərarın birinci, ikinci və dördüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12 bəndinin tələbləri pozulmuşdur. Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsi təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 12.12 bəndinin tələbləri iş materiallarında olan 14 iyul 2023-cü il tarixli 14 07/23 nömrəli müqaviləyə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə lazımi tədbirlərin cavabdehliyi üzərinə götürmüş fiziki şəxs Cavabdeh1 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəbi nəzərə aldıqda, zərərçəkmiş şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarının və ya əməyin mühafizəsinə dair təlimatların tələblərinin pozulması halı müəyyən edilmir.”
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 3(011)- 1093/2024 nömrəli qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan həmçinin görünür ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh1 izahat verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri" lahiyəsinin icraçısı Cavabdeh2 MMC ilə 14 iyul 2023-cü il tarixdə fiziki şəxs kimi podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, yeni tikilən binada beton işləri, qəlib işləri və s. digər işləri ustalarla birgə görür. 19 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixə qədər həmin ərazidə güclü külək əsdiyindən heç bir təmir işinin aparılması mümkün olmamışdır. Təmir işləri dayanan zaman podrat müqaviləsi ilə öhdəliyinə düşən təhlükəsizlik tədbirlərini görərək kiminsə özbaşına təmirə davam etməsinə icazə vermədiyini bildirmişdir. Belə ki, həmin günlərdə də heç kim binada təmir işi görmürmüş. 22 dekabr 2023-cü il tarixdə “Yaqub-A" MMC-nin işçiləri 20 dekabr 2023-cü il tarixdə bir qadının başına taxta düşdüyünü və həmin qadının deməsinə görə taxtanın təmir işlərini gördükləri hündürmərtəbəli binadan düşdüyünü bildirmişlər. O, həmin qadının başına taxtanın haradan düşməsi ilə bağlı hər hansı məlumatının olmadığını, MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyətin onun üzərində olduğunu bildirmişdir. Bununla belə zərərçəkmişin tibbi xərcləri üçün bəzi ödənişlər onların tərəfindən həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, tikintidə beton işi ilə məşğul olur və işçilərə nəzarət edir. Qrup rəhbəri kimi müqavilə ilə işləyir. Təhlükəsizliyə o cavabdehdir. Hadisə günü orada olmamışdır, şirkət fəhlələri orada olub, lakin onların işçiləri orada olmayıblar. 18 dekabrda işləyiblər, lakin 19-20 dekabrda küləkli hava olduğu üçün işləməyiblər. Həmçinin bildirir ki, ekspertiza rəyi ilə razıdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 3(103)-763/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cavabdeh1 tərəfindən pozulması nəticəsində 20 dekabr 2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən “Marin Group” şirkətinə məxsus “Xəzər Evləri” layihəsi üzrə yeni tikilən binadan taxta parçasının düşərək vətəndaş İddiaçı dəyməsi nəticəsində sonuncu baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri almışdır. Bununla da, Cavabdeh1 AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
5. "xxxx" MMC-nin G-09/24-071 saylı 20 sentyabr 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, qızıl sırğanın bazar dəyəri 1200 manat, “Samsung A30” markalı mobil telefonun bazar dəyəri 250 manat, bir cüt qış ayaqqabısının bazar dəyəri 100 manatdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 4000 manat maddi, 4000 manat mənəvi, Cavabdeh2ndən isə 1000 manat maddi, 1000 manat mənəvi ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun müştərək qaydada tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda qeyd olunan (1-5-ci bəndlər) halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Xətai rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı izahat vermiş Cavabdeh1 Cavabdeh2 MMC ilə aralarında bağlanan podrat müqaviləsinə əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması və hər hansı üçüncü şəxsə dəymiş ziyana görə məuliyyətinin onun üzərində olduğunu bildmişdir. Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarında izahatı əks edilmiş Cavabdeh1 eyni mövqedə olmuş, əlavə olaraq bildirmişdir ki, zərərçəkmişin tibbi xərcləri üçün bəzi ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Həmin qərardan verdiyi şikayətində də onun tibbi xərclərinin özü tərəfindən çəkilməsi göstərmişdir. İddiaçıya göstərilən tibbi yardımla əlaqədar nə Cavabdeh1 özü, nə də onun göstərişi ilə heç kim tibbi xərclərini ödəməmişdir. İddiaçının hadisədən sonra hansı vəziyyətdə olması iddiasına əlavə etdiyi fotoşəkillər və ekspertiza rəyindən aydın görünür. Hadisə baş verəndən sonra oradakı fəhlələr onun qan içində olduğunu görsələr də, qaçıb gizlənmiş, heç kimə məlumat verməmişlər. Sonradan ətrafda olan insanların vasitəsilə ilə təcili yardım çağırılmış və tibbi yardım göstərilmişdir. Hadisə vaxtı onun ayaqqabısıtəqdim etdiyi fotoşəkildən göründüyü kimi yararsız vəziyyətə düşmüş və qulağındakı sırğanın bir tayı düşüb itmişdir. Uzun müddət müalicə olunmuşdur. Tibbi yardım və müalicəsi ilə əlaqədar xeyli miqdarda xərci çıxmışdır. Mülaciəsi ilə əlaqədar dərmanların alınmasında 1.021 manat xərcləmişdir ki, bu da iddiasına əlavə etdiyi çeklərin məzmunu ilə təsdiq edilir. İddiasına əlavə etdiyi reseptlərdə göstərilən elə dərmanlar var ki, onları almağa onun maddi vəsaiti çatmamışdır. Onların qiyməti resept üzərində qeyd edilmişdir. Hal-hazırda həmin xəsarətlərin fəsadları, alnında, üzündə və boyun hissəsində qalmışdır ki, onlar da ona qadın olaraq çox pis görüntü yaradır. Onları aradan qaldırmaq üçün bir neçə kosmetoloji tibb müəssisələrinə müraciət zamanı bildirdimişdir ki, bunun aradan qaldırılması üçün 1500 manat vəsait tələb olunur. Hesab edir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cavabdeh1 tərəfindən onların pozulması nəticəsində ona yuxarıda göstərdiyi hallar üzrə onun qarşısında həm maddi, həm də mənəvi zərərlə bağlı məsuliyyət daşıyıcısıdır. Onun bu təqsirli hərəkəti nəticəsində iddiaçı sağlamlığını itirmiş, hazırki vaxta kimi müalicələri davam edir, bununla bağlı yazılan dərmanların çoxunu almaqda maddi çətinlik çəkir. Həmçinin paltarları, ayaqqabısı cırılıb, qızıl sırğası itib. Həmin qızıl sırğanın bir tayının və qiymətini əks etdirən birkanı iddiasına əlavə edir. Ümumilikdə hesab edir ki, cavabdeh ona 4000 manat məbləğində maddi ziyanını ödəməlidir. Həmçinin hesab edir ki, Cavabdeh1 tərəfindən ona vurulmuş mənəvi ziyan da ödənilməlidir. Belə ki, onun təqsirli hərəkətləri nəticəsində beyninin silkələnməsi ilə müşayiət olunan xəsarətlər nəticəsində iddiaçı əsəb gərginliyi, psixoloji, fiziki və mənəvi sarsıntılar, iztirablar keçirmişdir. Bu hadisə ilə bağlı əlil ola biləcəyi fikirlər, eləcə də uzun müddət aktiv həyat fəaliyyətinin məhdudlaşdırılması onu depressiyaya salmışdır. Hadisə baş verəndən sonra özünü təmizə çıxarmaq niyyəti ilə araşdırma aparan prokurorluq və məhkəmədə qeyri-səmimilik göstərərək güya onun tibbi xərclərini ödəməsinə dair yalan məlumatlar vermiş, bir sözlə hadisədə təqsirkar olduğu halda ona zərərçəkmiş kimi laqeyd münasibət bəsləmiş, həttə cərimə olunduqdan sonra ona şikayətində göstərdiyi məzmunda şər və böştan atmaqdan belə çəkinməmişdir. Göstərilənlənlər iddiaçıya mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və hesab edir ki, bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcuddur. Belə olan halda Cavabdeh1 pna vurduğu mənəzi ziyanın məbləğini 4000 manat məbləğində qiymətləndirir. Eyni zamanda hesab edir ki, Cavabdeh2 də onun qarşısında maddi və mənəvi ziyanla bağlı məsuliyyət daşıyıcıdır. Belə ki, onlara məxsus inşa edilən binada təhlükəsizlik tədbirlərinin təmin olunması podrat müqaviləsi ilə icraçının üzərinə düşsə də, MMC olaraq texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edilməsi kimi vəzifəsini həyata keçirməməsi nəticəsində bu qaydaların Cavabdeh1 tərəfindən pozulması nəticəsində o, yuxarıda göstərilən xəsarətlər almaqla maddi ziyana düşərək mənəvi sarsıntılar keçirmiş və bu ziyanlar hazırki vaxta kimi davam edir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(011)- 5392/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi zərərin əvəzi olaraq 1808,58 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 600 manat olmaqla, cəmi 2408,58 manat pul məbləği və 120 manat dövlət rüsumuyey Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsi çərçivəsində tikilməkdə olan binadan düşən taxta parşası İddiaçı dəymiş və sağlamlığına zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmaması müəyyən edilmişdir. Həmin binada tikintiyə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyət podrat müqaviləsi əsasında Cavabdeh1 üzərində olmuşdur. Hadisə nəticəsində İddiaçı başbeyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmiş, xəsarətlərin bərk-küt əşya(lar) təsirindən törənməsi, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixinə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi müəyyən edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına zərərin vurulması Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri" layihəsi çərçirvəsində tikilməkdə olan binada podratçı olan Cavabdeh1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozması nəticəsində olmuşdur. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, iddiaçı müalicə xərcləri üçün ümumilikdə 908,58 manat xərc çəkmişdir. Qeyd olunmalıdır ki, işdə olan tibbi xərcləri təsdiq edən 293,54 manat, 114,98 manat, 265 manat, 49,56 manat, 79,06 manat, 50 manat, 23,10 manat, 62,40 manat xərclərə dair qəbzlər və 50 manat həkimnevroloq müayinəsinin xərci nəzərə alınmışdır. Hadisə dövrünədək olan müddətə aid 79,06 manat xərclə bağlı qəbz hesaba alınmamışdır. İddiaçının əmlakına vurulan zərərlə bağlı isə 100 manat dəyərində 1 cüt qış ayaqqabısının dəyəri, 250 manat dəyərində “Samsung A30” markalı mobil telefonunun dəyəri və 600 manat müəyyən edilmiş 1 ədəd qızıl sırğanın dəyəri hesablanaraq cəmi 950 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilərək, iddiaçının sağlamlığına və əmlakına dəymiş maddi zərər iddiaçı tərəfindən sübuta yetirilən həcmdə, yəni 1808,58 manat məbləğində müəyyən edilərək Cavabdeh1 tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 təqsiri üzündən iddiaçının sağlamlığına zərər dəymiş, baş vermiş hadisə zamanı üzərinə düşən taxta parçası onun təkcə fiziki sağlamlığına deyil, həmçinin mənəvi sağlamlığna da zərər vurmuşdur. Belə ki, o, hadisə nəticəsində mənəvi sarsıntılar keçirmiş, şüurunda mənfi hallar yaratmışdır. Cavabdeh1 təqsirli hərəkətləri ilə iddiaçının sağlamlığna zərərin vurulması nəticəsində onun psixoloji stress və sarsıntı, emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi iş materialları ilə təsdiqini tapır. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən işin hallarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pulun tutulmasını adekvat və ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbləri Cavabdeh2 MMC-nə münasibətdə sonuncunun baş vermiş hadisədə təqsirinin müəyyən edilməməsi səbəbindən təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsi çərçivəsində tikilməkdə olan binadan taxta parşasının düşərək İddiaçı zərər vurması Cavabdeh1 tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində baş vermişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1108, 1117, 1118-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək iddianın tam və bütün cavabdehlərə münasibətdə təmin olunmasını xahiş etmişdir.
12. İddiaçının şikayətinin dəlillərinə görə, məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncəprospekti 99 ünvanında tikilməkdə olan 11 mərtəbəli binada konstruksiyaların dayanıqlı vəziyyətdə bərkidilməsinin təmin olunmamasının müəyyən edilməsi, həmin binada tikintiyə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyətin podrat müqaviləsi əsasında Cavabdeh1 üzərində olması, hadisə nəticəsində məndə baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqlarımüəyyən edilməsi, xəsarətlərin bərk-küt əşya(lar) təsirindən törənməsi, müddəti qərarda göstərilmiş 20 dekabr 2023-cü il tarixinə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyinin müəyyən edilməsi, bir sözlə, baş vermiş hadisə nəticəsində sağlamlığıma zərərin vurulmasının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri" layihəsi çərçirvəsində tikilməkdəolan binada podratçı olan Cavabdeh1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozması nəticəsində olmasını, eləcə də sonuncunun təqsirli hərəkətləri ilə mənim sağlamlığıma zərərin vurulması nəticəsində psixoloji stress və sarsıntı, emosional gərginlik və s. formada mənəvi zərər çəkməyimin iş materialları ilə təsdiqini tapmasını düzgün qeyd etsə də, bu arqumentlərin qarşılığında nəyə görə mənəvi zərərin əvəzi olaraq 4000 manat deyil, 600 manat məbləğində pulun tutulmasını adekvat və ağlabatan hesab etməsini hüquqi cəhətdən əsaslandırmamışdır. Əslində mənəvi zərərin məbləğini daha yüksək göstərə bilərdi və burada da məqsədi cavabdehlərin hesabına zənginləşmək olmamışdır. Mən məhz müəyyən mənada mənəvi təskinlik tapmaq və tutulacaq mənəvi zərərin məbləğinin maddi ziyan tələbinə uyğun, yəni, 4000 manat həddində olmasını adekvat və ağlabatan hesab etdiyim üçün Cavabdeh1 qarşı bu məbləğdə pulun tutulmasını iddia etmişdi. Çünki, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı keçirdiyim hisslər heç şübhəsiz ki, mənim həddindən artıq mənəvi sarsıntı keçirməyimə, törədilən qanunsuz hərəkətlərin mənim şüurumda mənfi psixi reaksiyalara və bütün bu hadisələrin fonunda stress və həyəcan keçirməyinə səbəb olmuşdur. Məhkəmə nəzərə almamış və ya almaq istəməmişdir ki, sağlamlığıma dəymiş zərər nəticəsində rahat yaşayışımdan məhrum olmuşam, əlil ola biləcəyim, hətta həyatımı itirə bilməyim, uşaqlarımın mənsiz sonrakı həyatının necə ola biləcəyi kimi fikirlər, eləcə də uzun müddət aktiv həyat fəaliyyətimin məhdudlaşdırılması, müalicələrimin uzun müddət və xeyli maddi vəsaitlər hesabına aparılması məni ağır depresiyaya salmışdır. Qeyd edilən əsaslar digər cavabdeh olanCavabdeh2 MMC-nə münasibətdə də şamil olunsa da, məhkəmə baş vermiş hadisədə MMC-nin təqsirinin müəyyən edilməməsi səbəbindən təmin edilməməli olması kimi növbəti səhv nəticəyə gəlmiş və bunu hadisə günü, yəni 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər Evləri” layihəsi çərçivəsində tikilməkdə olan binadan taxta parşasının düşərək mənə zərər vurulmasını cavabdeh QiyasovQiyas Məhəmməd oğlunun tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində baş verməsi ilə əsaslandırmaqla kifayətlənmişdir. Məhkəmənin bu cavabdehə münasibətdə gəldiyi nəticə kökündən səhvdir. Belə ki, MMC-yə məxsus inşa edilən binada təhlükəsizlik tədbirlərinin təmin olunma podrat müqaviləsi ilə icraçının üzərinə düşsə də, MMC texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edilməsi kimi vəzifəsini həyata keçirməməsi nəticəsində bu qaydaların Cavabdeh1 tərəfindən pozulması nəticəsində mən yuxarıda göstərilən xəsarətlər almışdır. Belə olan halda Cavabdeh2 də mənim qarşımda ən azından mənəyi ziyanla bağlıməsuliyyət daşıyıcı olmasına məhkəmə düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Maddə 1118.2. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlıəlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
22. İddiaçının apellyasiya şikayəti ilə iddianın təmin olunmayan hissəsində mübahisələnirdiyindən məhkəmə aktı şikayətlərin dəlilləri üzrə həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
24. Məhkəmə kollegiyası ilk növbədə maddi zərərin məbləği ilə bağlı hissədə qeyd edir ki, mütəxəssis rəyi ilə əşyaların dəyəri 1550 manat müəyyən olunmuşdur və qəbzlərə əsasən müalicəyə 987,64 manat məbləğində xərc çəkilməsi təsdiqini tapır. Lakin birinci instansiya məhkəməsi iddianın bu hissəsində lüzgün hesablama aparmayaraq 1808,58 manat məbləğində maddi zərərin tutulması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə dəyişdirilərək maddi zərərin əvəzi kimi 2537,64 manat (1550 + 987,64) məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
25. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar.
26. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi miqdarın yüksək olmaması da nəzərə alınmalıdır. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai təhlükəli nəticələrini görmür və ya arzu etmir, amma qəsdən cinayət törədən şəxslər isə əksinə, ictimai təhlükəli nəticəni görür və arzu edir.
27. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən hadisə nəticəsində iddiaçının yüngül xəsarət alaraq uzun müddət müalicə olunmasını, hadisədən sonra cavabdehin onunla ümumiyyətlə maraqlanmadığını, heç bir köməklik göstərməyərək bu istiqamətdə hər hansı bir addım atmadığını, hadisə nəticəsində sağlamlğına zərər vurulması ilə yanaşı əşyalarının da yararsız vəziyyətə düşməsini və s. halları nəzərə almamışdır. Məhkəmə kollegiyası bu xüsusatları nəzərə alarar hesab edir ki, mənəvi zərərin məbləğinin 1500 manat müəyyən olunması ədalətli və ağlabatandır.
28. Zərərin əvəzinin "xxxx" MMC-dən tutulması ilə bağlı hissəsini məhkəmə kollegiyası əsassız hesab edir və birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatla bağlı düzgün əsaslandırma aparıldığından əlavə əsaslandırma apamağa zərurət görmür.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehlərin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(011)- 5392/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(011)- 5392/2024 nömrəli qətnaməsi maddi və mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Maddi zərərin əvəzi olaraq 2537,64 manat və mənəvi zərərin əvəzi olaraq 1500 manat olmaqla, cəmi 4037,64 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.