Məhkəmə qərarları › İş №2(103)-1722/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1722/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1722/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ (Açar sözlər: (“daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi”) hakimlər X15 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi» tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6327/2022 saylı işi üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 108 nömrəli mənzildən çıxarılması və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 108 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6327/2022 saylı işi üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanından çıxarılması, ünvan 1 İddiaçı təhvil verilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyasının 29, 152; Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, şəxsin dövlət tərəfindən tanınmış və işə baxılan zaman qüvvədə olan mülkiyyət hüququnun faktiki olaraq realizə edilməsi üçüncü şəxslərin həmin hüququ mübahisələndirilib-mübahisələndirilməməsi ilə şərtləndirilə bilməz.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir; - "Əmlak Hərrac Mərkəzi” MMC-nin Hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli, 106/22 nömrəli protokoluna əsasən, ünvan 2 ünvanında yerləşən 108 saylı mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında 30 iyun 2022-ci il tarixdə keçirilmiş təkrar hərracda 76000 manata İddiaçı satılmış və tələbkar İddiaçı tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir(iş səh.4, 49-50,51, 52, 53-55). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6327/2022 saylı qətnaməsinin ləgv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2; Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29, 60, 71, 127; Cinayət-Prosessual Məcəllənin 142.1, 181, 250.2, 383.1, 408.3; Cinayət Məcəlləsinin 99-1.1, 99-3.2, 181.1; Mülki Prosessual Məcəllənin 14, 82.4, 88, 254-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünə əsasən X25 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.11-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan X29 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmənin bu hökmü ilə mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş: -X23 sədri təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 4 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; Şamaxı rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; Elmira Şirinovanın qızı X12 adına olan Şamaxı şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 5 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; Elmira Şirinovanın qızının əri Cavabdeh adına: Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X45 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 14şən qeyri-yaşayış sahəsi; ünvan 17; ünvan 18; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 7 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X1 adına ünvan 19; X5 adına ünvan 20 Digər qızının əri X8 adına ünvan 21; X2 adına Şamaxı rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Elmira Şirinovanın adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət qeydiyyatı nişanlı, X12 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət qeydiyyatı nişanlı, Cavabdeh adına olan «VAZ21093» minik markalı, «AZ**-BB-***» dövlət qeydiyyatı nişanlı, Ülkər Hamlet qızıHüseynovanın adına olan «Hyundai İX-35» minik markalı, «AZ-99- GO035» dövlət qeydiyyatı nişanlı, X26 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90DP- 011» dövlət qeydiyyatı nişanlı, X8 adına olan «Mercedes C 320» minik markalı, «AZ-10- SH-301» dövlət qeydiyyatı nişanlı, X3 adına olan «Kia Optima» minik markalı, «AZ-90- FL019» dövlət qeydiyyatı nişanlı, X6 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ**-LG-***» dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs saxlanılmışdır. Bundan başqa, Məhkəmə hökmündə qeyd edilmişdir ki, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il il tarixli 1(102)-1231/2021 saylı qərarı ilə əmlaklar üzərində həbs saxlanmışdır. Cinayət işi üzrə qəbul edilmiş qərarlar iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq başqasına məxsus olan əmlak üzərinə həbs qoyularaq mülki iddianın təmin edilməsinə və müsadirəyə yönəldilmişdir. Belə ki, cinayət işinin istintaq materiallarından görünür ki, ibtidai araşdırma orqanı heç bir əsas olmadan X16 qohumlarını siyahısını və onların adına olan daşınmaz və daşınar əmlakı müəyyən etmiş və yalnız bundan sonra X9 qohumlarının adında olan əmlakların satılaraq vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə almışdır. Cinayət işinin ibtidai araşdırma materiallarından görünür ki, X16 yaxın qohumlarının əmlakının müəyyən edilməsi barədə sorğular xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə edilmiş və cavabları alınmışdır. Həmin məlumatlar alındıqdan sonra Elmira Şirinova edilmiş təziqlər nəticəsində xx.xx.2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 4 ədəd ərizə yazmış, həmin ərizələrdə qeyd etdikləri daşınmaz əmlakı vurduğu zərərin əvəzi olarsa özgərninkiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir: İnşa etdiyi Binəqədi rayonu, Əcəmi ünvan 8 ünvanında yerləşən X27 adına olan mənzil barədə ərizə (c.3.i.v.208); İnşa etdiyi ünvan 9 ünvanında yerləşən Cavabdeh adına olan 30m2 qeyri yaşayış sahəsi barədə ərizə (c.3.i.v.209); Şamaxı şəhərində yerləşən X17 adına olan həyət evi barədə ərizə (c.3.iv.212); Binəqədi rayonu, Əcəmi ünvan 10 ünvanında yerləşən X18 adına olan mənzil barədə ərizə (c.3.i.v.213). Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı mülkiyyətində daşınar və daşınmaz əmlak olan şəxsləri dindirmədən, həmin əmlakın nə zaman hansı şəraitdə və kimin tərəfindən əldə edilməsini araşdırmadan mülkiyyətçilərin əmlaklarına həbs qoymaq barədə vəsatət və təqdimatla məhkəməyə müraciət etmiş, mülkiyyətçilərin iştirakını məhkəmədə təmin etmədən, onların mülkiyyət hüquqlarını pozmuşdur (c.4. i.v.26- 33, 40-44). Cinayət işini materiallarına əlavə edilmiş, ibtidai istintaq zamanı Elmira Şirinova istintaq orqanına ünvanlandığı 15 may 2019-cu il tarixli ərizəsində bildirmişdir ki, qızı X17 adına o Şamaxı şəhəri, H.Z. Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi, o Şamaxı şəhəri, H.Z.Şirvani 9 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; o Bakı Buzovna qəsəbəsi, 0,12 ha torpaq sahəsi; onun həyat yoldaşı Cavabdeh adına o Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X45 küçəsi14 ünvanında qeyri-yaşayış sahəsi; o ünvan 14şən qeyri-yaşayış sahəsi; o ünvan 17; o ünvan 18; o Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən0,12 ha torpaq sahəsi; X18 adına ünvan 19; X27 adına ünvan 20; X19 adına Şamaxı rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Bundan başqa: X17 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, Cavabdeh adına olan «Vaz21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, X18 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-99-GO- 035» dövlət nömrə nişanlı, X27 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90-DP- 011» dövlət nömrə nişanlı, X7 adına olan «Mercedes C 320» minik markalı, «AZ-10- SH-301» dövlət nömrə nişanlı, X20 adına olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır.Yuxarıda göstərilən bütün avtomobillər və daşınmaz əmlaklar onun şəxsi vəsaiti hesabına alınmışdır. Xahiş edir ki, həmin əmlaklar üzərinə həbs qoyularaq vurduğu ziyanın ödənilməsinə sərf edilsin (cild 4, səh.3-6). Müvafiq olaraq, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin əmlak üzərinə həbs qoyulması barədə 16 may 2019-cu il tarixli qərarı ilə, ziyanın ödənilməsi məqsədilə yuxarıda qeyd edilən əmlakların üzərinə həbs qoyulmuşdur. Bu iş üzrə ən önəmli məsələ ondan ibarətdir ki, icra məmuru tərəfindən hərraca yönəldilən əmlakların cox böyük hissəsi məhkum X16 cinayət törətməmişdən xeyli müddət əvvəl Qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilmişdir və bu məsələlər araşdırılmadan qanunverciliyin tələblərinə məhəl qoyulmadan iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ilkin hüquqverici və mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında tam təsdiq edilir ki, həmin əmlaklar cinayət baş verən vaxtdan uzun illər əvvəl əldə edilmiş və cinayət vaxtıda yəni 2011-ci ilin dekabr ayında Elmira Şirinovaya məxsus olmamış və olması da qeyri-mümkün olmuşdur. Belə ki, - X12: o Şamaxı şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi19 may 2003-cı il tarixli 178219 nömrəli notarial alğı-satqı müqaviləsinə əsasən 73.500.000 manata (köhnə Azərbaycan manatı ilə) alınmış və xx.xx.2017-ci il tarixli cıxansa əsasən onun mülkiyyətindədir. o ünvan 15 ünvanında yerləşən 0,0360 ha həyətyanıtorpaq sahəsi 16 sentyabr 2003-cü il tarixli Şamaxı Bələdiyyəsi başçısının 42 nömrəli qaran ilə onun istifadəsinə verilmişdir. Cavabdeh: o Bakı şəhəri Nərimanov rayonu, Təbrizküçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MTK ilə bağlanmış 20 fevral 2004-cü il tarixli müqaviləyə əsasən 7200 manata almış və xx.xx.2008-ci il tarxli 57 nömrəli maliyyə arayışına əsasən onun MTK-ya borcuyoxdur. xx.xx.2008-ci il tarixli reyest nömrəsi **********33-05301-083001, qeydiyyat nömrəsi ********** olan cıxanşa əsasən mülkiyyətdədir: ünvan 17 ünvanında yerləşən yaşayış sahəsi "xxxx" MTK ilə bağlanmış 31 may 2002-ci il tarixli müqaviləyə əsasən 29.910.000 manata (köhnə Azərbaycan manatı ilə) alınmış (əsas: xx.xx.2002-ci il tarixli, AĞU № 025508 kassa mədaxil orderinin qəbzi) və xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətindədir. ünvan 18 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2011-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətdədir. Həmin evin alq-satqı müqaviləsi isə xeyli əvvəlki tarixə aiddir. ünvan 7 ünvanında yerləşən 0,0365 ha həyətyantorpaq sahəsi 06 avqust 2004-cü il tarixli Şamaxı Bələdiyyəsi başçısının 58 nömrəli qərarı ilə alqı-satqı əsasında və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətindədir. X10: ünvan 19 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2011-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətdədir. Həmin evin alq-satqı müqaviləsi isə xeyli əvvəlki tarixə aiddir. X26: ünvan 20 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətdədir. X8: ünvan 21 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2002-ci il tarixli seriya ÖM 118370 nömrəli qeyydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Aşağıda qeyd edilən nəqliyyat vasitələri texniki pasportlara əsasən Təqsirləndirilən şəxsin Qohumlarının mülkiyyətindədir: X12 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət nömrə nişanlı, Cavabdeh adına olan «Vaz-21093» minik markalı, «AZ-**-BB-***» dövlət nömrə nişanlı, X10 adına olan«Hyundai İX-35» minik markalı, «AZ-99- GO035» dövlət nömrə nişanlı, X26 adına olan «Hyundai S onata» minik markalı, «AZ- 90-DP- 011» dövlət nömrə nişanlı, X8 adına olan «Mercedes C 320» minik markalı, «AZ-10- SH-301» dövlət nömrə nişanlı, X4 olan «Kia Optima» minik markalı, «AZ-**-FL-***» dövlət nömrə nişanlı. Bundan əlavə qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əmlakların dəyəri verilmiş mülki iddianın qiymətindən qat-qat çoxdur. Bu isə son nəticədə üzərinə həbs qoyulmuş əmlakların sayının süni surətdə çoxaldılmasına, guya mülki iddianın təmin edilməsi istiqamətində tədbirlərin görülməsi görüntüsü yaradılmasına, şəxslərin konstitusion hüquqları olan mülkiyyət toxunulmzalığının pozulmasına, qəsədn süründürməçilik yaradılaraq şəxslərə mülkiyyətlərində olan əmlaklardan istifadənin və sərəncam verilməsinin qarşısının alınmasına, bu qədər əmlakı hərraca yönəltməklə, qəsdən qiymətin aşağı salınması, sui-istifadə hallarının yaradılması və sairəyə yönəlməkdədir. İddiaçı tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Bundan əlavə, məhkəmə xüsusi müsadirə və mülki iddianın təmin edilməsi üçün əmlak üzərinə həbs qoyulması və satılaraq iddianın təmininə yönəldilməsini tənzimləyən maddi hüquq normalarını tamamilə qarışdırmış, nəticədə əmlakların xüsusi müsadirəsi barədə qənaəti əks etdirən qərara gəlmişdir. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri müvafiq əmlakların məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin əmlaklar siyahısına elə əmlaklar daxildir ki, bu əmlakların əksəriyyətinin qanuni sahibləri mövcud olmur, heç bir halda həmin əmlaklar və ya pul vəsaitləri üzrə dövlətdən başqa qanuni tələb irəli sürən mövcud olmur və ya olmayacaq, ona görə də bu əmlaklar əvəzsiz olaraq dövlət nəfinə keçir. Məhkəmə hökmündən və qərarlarından görünür ki, bəzi şəxslər mülki iddia vermiş, digərləri isə verməmiş, məhkəmələr şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olmasını izah etmişdir. Mülki iddia vermiş şəxslərin mülki iddiaları təmin edilmiş, onlara maddi ziyanla yanaşı, mənəvi ziyan da tanınmışdır. Cinayət təqibi orqanı əmlak üzərinə həbs barədə vəsatət verərəkən məhz gələcəkdə ola biləcək mülki iddianın təmin edilməsi üçün qanunun onların üzərinə qoyduğu vəzifəni icra etmişlər. Belə ki, CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Başqa sözlə, əmlak üzərinə həbs qoyulması və sair üçün tədbirlər görməlidir. CM-nin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa, əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Deməli bu müddəadan da göründüyü kimi, ilk növbədə müsadirə edilməli olan əmlak ziyanın ödənilməsinə yönəldilir, bu kifayət etmədikdə təqsirləndirilən şəxsin digər qanuni əmlakının ziyanın ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Buradan da belə nəticə çıxır ki, cinayət işi üzrə mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş əmlak xüsusi müsadirənin - dövlət nəfinə keçirmənin predmeti ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsininAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 24 fevral 2022-ci il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki: Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin tətbiqi mexanizminin tənzimlənməməsi, xüsusilə məhkəmənin yekun qərarı ilə müəyyən edilən hallara baxmayaraq, mülki icraat qaydasında əmlakın kimə mənsub olmasının həlli ilə bağlıdır. Göstərilən məsələyə münasibətdə, ilk növbədə, qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Lakin qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) mərhum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr uçun yalnız cinayətin törədilibtörədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində preyudisial xarakter daşıyır.Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Həmçinin məhkəmə qərarına əsasən xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Hərracın yekun hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı əsaslar: 1. Cavabdeh yuxarıda qeyd edilən əsaslara görə mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə bağlı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 1U8 və sair əmlaklarının, hərraca çıxarılmış və ya çıxarılacaq əmlakların siyahısından çıxarılması, onların həbsdən azad olunması və qanuni sahibi olan iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi ilə bağlı Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu haqda Binəqədi İcra Şöbəsinə onun icra məmuruna və hərrac mərkəzinə rəsmi məlumat verilmişdir ki, hərracın dayandırlması barədə qərar qəbul edilsin, lakin icra məmuru qanunsuz hərəkət və hərəkətsizliyə yol verərək verilmiş iddia ərizəsinə dair hüquqi nəticələr gözlənilmədən hərracı keçirməkdə davam etmişlər. 2. Mübahisəli əmlakla bağlı icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərkən Cavabdeh məlumatlandırmamış və nəticədə 59.64 kv.metr sahəsi olan əmlak dəyərindən xeyli aşağı omaqla, yəni 95.000 manat qiymətləndirlməklə hərracın təşkili “Əmlak Hərrac Mərkəzi’ MMC-nə həvalə edilmiş və 30 iyun 2022-ci il tarixli, 1 U6\22 nömrəli “Hərracın Yekunlarının barədə Protokola’ əsasən mübahisəli əmlak 78.250 manata İddiaçı Əüquzu qızına satılmışdır.

3. Məhkum Şirinova ElmiraHüseyn qızı 2019-cu il tarixdə 78 yaşında vəlat etdiyi halda cavabdeh icra və hərrac təşkilatı bütün məktubları onun adına göndərmişdir. Belə ki, 23 oktyabr 1941-cü il tarixdə Şəki şəhərində anadan olmuş, ünvan 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X28 25 iyul 2019-cu il tarixdə«ağciyər ödemi» xəstəliyindən vəlat etmişdir. Bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündə qeyd edilsə də məktublar X14 adına gəlmişdir. Bundan sonra “Hümbətov və partnyorlan” vəkil bürosundan ünvanlanmış xx.xx.2022-ci il tarixli, HP-161/2022 nömrəli məktubla cavabdeh “Əmlak Hərrac Mərkəzi’ MMC-nə hərracın keçiriləcəyi barədəborclu X24 ünvanladığınız məktub şəxsin vəfat etməsiilə bağlı ona təqdim edilməsi mümkün olmadığı büdirilmiş və buna görə də borclu X16 hüquqlarının təmsil edilməsi əlaqədar hüquq varisliyinin müəyyən edilməsi üçün hərracın keçirilməsinin 1ay müddətində təxirə salınması barədə xahiş edilmiş, lakin bu məsələ ilə də bağlı cavabdehlər tərəfindən heç bir tədbir görülməmiş, məktuba da cavab verilmədən hərrac yekunlaşdırılmışdır. 4. Hərracın qanunsuz keçirilməsinin əsaslarından biri də ondan ibarətdir ki, cavabdeh qurum icra məmuru ‘İcra haqqında” Qanunun icra hərəkətlərinin dayandırılması ilə bağlı tələblərinə məhəl qoymadan icra hərəkətlərinin davam etdirməklə iddiaçı və onun aliə üzvlərinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli, HP-166/2022-ci il tarixdə iddiaçı Cavabdeh (onun vəkili və nümayəndəsi) mübahisəli əmlak ilə bağlı mülki işin Binəqədi Məhkəməsinin icraatında olması əsas gətirirməklə və işin məhkəmə icraatında olmasına dair xx.xx.2022-ci il tarixli qərardadı təqdim etməklə icraatın dayandırılmasım cavabdehdən xahiş etmişdir. Lakin cavadeh icra qurumunun icra məmuru hərracın keçirilməsi ilə bağlı icra hərəkətlərini davam etdirmişdir. Hətta İcra məmurunun qanunsuz hərəkətlərindən onun belə hərəkətlərdən çəkindirməmiş sonda əmlak hərracda satılmışdır. 5 . Cavabdeh və onun ailə üzvləri yuxarıda qeyd edilən əmlakların xüsüsi müsadirəyə yönəlmiş əmlakların siyahısından çıxarılması və qanuni sahiblərinə qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə, eləcə də iş üzrə Ali Məhkəmə Qərarının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Yaxın vaxtda bu işlə bağlı Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti və Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət olunacağı barədə məlumat verilib icra hərəkətlərinin dayandırması istiqamətində tədbir görükməsi xahiş edilsə də bunula da bağlı heç bir tədbir də görülməmişdir. Məlumat üçün bildirir ki, iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı ərizə 6 iyun 2022-ci il tarixdə 29357\22, 2958\22 və 2967\22 nömrələr ilə icraata götürülmüşdür. Cinayət işi üzrə qəbul edilmiş qərarlar iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq başqasına məxsus olan əmlak üzərinə həbs qoyularaq mülki iddianın təmin edilməsinə və müsadirəyə yönəldilmişdir. Qarşı tərəfi dinləmədən, sənədlərin əslini yoxlamadan, ən azı təqdim olunan sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti əldə edilmədən son nəticədə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəməyə işin dayandırılması iə bağlı vəsatət vermişdilər, lakin məhkəmə işi dayandırılmalı olduğu halda bunu etməyərək qətnamə qəbul etməklə MPM-nin 254-cü maddəsinin tələblərilə pozmuşdur. Belə ki, mübahisəli yaşayış sahəsi ilə bağlı Yasamal rayon məhkəməsinə "xxxx" MMC-nin ünvan 24 ünvanda yerləşən yaşayış sahəsini hərracda 78250 manata satilmasınada dair 30 iyun 2022-ci il tarixli hərracın nəticələrinin, o cümlədən həmin tarixli 106\22 nömrəli “Hərracın Yekunları barədə Protokolun və onun əsasında mübahisəli əmlaka dair İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********17- 05301-093045, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edilməsi barədə məlumat verilmişdir. Həmin vəsatətlə bildirilmişdir ki, həmin mülki iş № e-2(004)-6318/2022 Bakı Şəhəri Yasamal Rayon Məhkəməslnin hakimi X21 icraatındadır. Bu iş üzrə məhkəmə mübahisəsi baxılıb qurtarmadan icraatda olan işə baxılması qanunun tələblərinə ziddir. Bu iş baxılıb həll edilmədən, iş üzrə yekun qərar qəbul edilmədən və məsələyə son hüquqi qiymət verilmədən bu iddia tələbinə baxıla bilməz.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ona 65000 manat zərər vurulduğunu, həmin zərərin əvəzi və üzərinə 20000 qoyaraq mənzili hərrac vasitəsilə əldə etdiyini, 6 aydır çıxarış aldığını, 6 aydır kommunal xərcləri ödədiyini, amma evin içini görmədiyini, əmlakın halhazırda onun adına olmasına baxmayaraq, qarşı tərəfin qapını açmadığını, onu evə buraxmadığını, lakin mənzilin beş aydır boş olduğunu, mənzildə heç kəsin yaşamadığını, yalnız cavabdehin bir neçə əşyasını olduğunu qeyd etmiş, mənzilin cinayət işi üzrə Elmira Şirinovanın müsadirə edilmiş əmlakı olduğunu,cinayət işi üzrə araşdırma zamanı Elmira Şirinovanın mənzilini özünün aldığını, lakin övladlarının adına qeydiyyatdan keçirdiyinin müəyyən edildiyini, apellyasiya şikayətinin işi uzatmaq məqsədi ilə bağlı verildiyini, qeyd edilən halların bu mülki işə aid olmadığını, həmin halların cinayət işi üzrə aydınlaşdırıldığını bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.

9. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn analogiyası üzrə belə tətbiqi suiistifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn (mülkiyyət hüququnun əsassız mədudlaşması) fəlsəfəsinə ziddir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınaraq, iddiaçının mülkiyyət hüququnu mübahisələndirərək bu hüququn əsassız qeydə alınması sübuta yetirildiyi təqdirdə, cavabdehin pozulmuş hüquqları barədə tələb irəli sürmək və məhkəmə müdafiə hüquqları istisna edilmir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

11. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6327/2022 saylı işi üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar