Məhkəmə qərarları › İş №2(103)-1732/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1732/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1732/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Məmmədli qızının Cavabdeh MTK-ya qarşı “reyestr çıxarışının alınması üçün sənədlərin təqdim edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MTK-nın verdiyi şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Həmin qərardaddan şikayət verilə bilməz. Belə ki, göstərilən qərarardadla qərara alınıb ki, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatəti rədd olunsin. Aidiyyət haqqında qərardaddan şikayət verilməsi qanunda nəzərdə tutulub (Mülki- Posessual Məcəllə, maddə 32.5). Lakin “aidiyyət” deyiləndə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti nəzərdə tutulur (Mülki-Posessual Məcəllə, maddə 24.2). Həmin qərardadın məzmununda qərardaddan şikayət verilməsinin mümkünlüyü qeyd olunsa da, bu, Mülki-Posessual Məcəllənin tələblərinə ziddir. Belə ki, qərardaddan şikayət vermək hüququnun olub-olmadığını qanun müəyyən edir, əgər qanun qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmursa məhkəmə öz təşəbbüsü ilə qərardadın məzmununda belə bir hüququn olmasını göstərə bilməz. MPM-in 395-ci maddəsindən görünür ki, birinci instansiya məhkəmələrinin qərardadlarından 2 halda şikayət verə bilər: 1) MPM-də göstərilən hallarda; 2) qərardad işin sonrakı hərəkətinə mane olduqda. Beləliklə, apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MTK-nın verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar