Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1740/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2(007)- 2397/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 209900 manat (iki yüz doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan başqa, İddiaçı məhkəməyə iddianının təmin tədbiri barəsində ərizə təqdim edərək mülki işə baxılıb qurtarana qədər Cavabdeh MMC-yə məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 216022 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(007)- 2397/2021 saylı qərardadı ilə ərizə təmin olunmuş, 2(007)- 2397/2021 saylı müllki iş üzrə İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh MMC-yə məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə ümumilikdə 216022 manat həcmində həbs qoyulmuş, qərardadın dərhal icra olunması və onun icrasının Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh MMC-nin bank hesablarının olduğu banklara həvalə edilməsi, bu qərardadın, Cavabdeh MMC-nin bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmamasının nəzərə alınması qərara alınmışdır. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Cavabdeh MMC-nin əmlakına qoyulmuş həbsin və məhkəmənin 08.09.2021-ci il tarixli, 2(007)- 2397/2021 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli, 2(007)-2397/2021 saylı qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(007)- 2397/2021 nömrəli qərardadının ləğv edilməsi, 08.09.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-yə məxsus əmlakların (aşkar ediləcəyi təqdirdə), yaxud ona aid pul vəsaitinin (aşkar ediləcəyi təqdirdə) üzərinə, ümumilikdə 216022 manat həcmində qoyulmuş həbsin götürülməsinə dair iddianı təmin etmək üçün görülmüş tədbirin ləğv edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Cavabdeh MMC-nin bank hesablarının olduğu banklara həvalə edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli, 2(007)- 2397/2021 saylı qərardadı ləğv edərək, Cavabdeh MMC-nin ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22.12.2021-ci il tarixli, (007)-2397/2021 saylı qərardadla Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(007)- 2397/2021 nömrəli qərardadı ləğv edilmişdir. Qərardadın 3-cü səhifəsinin 5-ci abzasında qeyd olunur ki, məhkəmə qərardadı ilə iddianın təmin tədbirinin hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək təmin olması müəyyən olunmuşdur. Mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul olunduğundan, qətnamə 10.11.2021-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldiyindən hazırki məhkəmə qərarının icrası ilə bağlı tədbirlər “İcra haqqında” qanuna əsasən davam etdirildiyindən mövcud iddianını təmin tədbirinin qüvvədə qalmasına lüzum qalmamışdır. AR MPM-nin 164-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, iddia tələbi təmin edildiyindən 08.09.2021-ci il tarixli qərardadın ləğvi barəsində olan ərizə təmin edilməməli idi. İddiaçı hesab edir ki, yuxarıda qeyd olunan əsas formal xarakter daşıyır. Məhkəmə qərardadın ləğvinin konrekt əsasını müəyyən etməli və hansı qanun normasına görə qərardadın ləğv edildiyini qərardadda qeyd etməli idi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli, 2(007)-2397/2021 saylı qərardadına əsasən şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul olunduğundan, 10.11.2021-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldiyindən hazırki məhkəmə qərarının icrası ilə bağlı tədbirlər “İcra haqqında” qanuna əsasən davam etdirildiyindən mövcud iddianın təmin tədbirinin qüvvədə qalmasına lüzum qalmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən qeyd olunan iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 saylı, 09.09.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, hətta icra məmurunun icraata başlama haqqında qərarı mövcud olsa da, məhkəmə qərarının icrası başa çatmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddianın təmin edilməsi üçün görülmüş tədbirlər qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi üçün məhkəmə aktının icrasına qədər qüvvəsini saxlayır. Kollegiya işin hallarına və qeyd edilən hüquq normasının tələbinə əsasən qeyd edir ki, iş materiallarında icra tədbirlərinin başa çatmasını göstərən icraata xitam verilməsi haqqında qərar aşkar edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, icra hərəkətləri davam etdirilir və məhkəmə qətnaməsi hələ icra olunmamışdır. Belə olan halda, məhkəmə aktı icra olunmadan birinci instansiya məhkəməsinin həbsin götürülməsinə dair qərardadı Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinin tələblərinə zidd olmuşdur. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi tədbiri məhkəmənin təşəbbüsü və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, əmlakın üzərinə həbs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə qoyulduğundan, hazırda baxılan həbsin götürülməsi ilə bağlı qərardadın ləğv edilməsi 08 sentyabr 2021-ci il tarixli qərardadın öz qüvvəsində qalmasına səbəb olur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2397/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMc tərəfindən həbsin götürülməsi barədə verilmiş ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1740/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1740/2022
28.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver