Məhkəmə qərarları › İş №2(103)-1747/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1747/2024

15.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1747/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 18 dekabr 2023-cü il tarixli qərardadı ilə, iddia ərizəsində cavabdeh hüquqi şəxsin VÖEN-inin qeyd olunmadığı əsas göstərilməklə geri qaytarılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə görə, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, ərizə geri qaytarılır. İddiaçı iddia ərizəsində iki subyekti cavabdeh qismində göstərmiş, həmin cavabdehlərdən birinin – hüquqi şəxs olan "xxxx" MMC-nin – Sabunçu rayonu ərazisində yerləşən ünvanını qeyd etməklə bunu təsdiq edən sənədin Elektron sistemdə əks olunduğunu vurğulamışdır. Başqa sözlə, adı çəkilən hüquqi şəxsi eyniləşdirməyə imkan verən məlumat iddia ərizəsində göstərilmişdir və iddiaçının üzərinə onun VÖEN məlumatlarını da əldə edib təqdim etmək vəzifəsinin qoyulması qanun normasının həddindən artıq formal tətbiqi deməkdir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin məqsədi cavabdeh kimi göstərilən hüquqi şəxsi eyniləşdirməyə imkan verən məlumatların iddia ərizəsində əks etdirilməsinə nail olmaqdır - telefon nömrələri, elektron poçt ünvanı, VÖEN məlumatları isə əgər varsa təqdim edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-8448/2023 saylı iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar