Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1749/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(008)-7552/2024 saylı qərardadından cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı "müqaviləyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli TL-EE000659218 nömrəli tam kart müqaviləsinə xitam verilməsi və icraatın dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh vəsatətlə müraciət edərək, hüquqi ünvanı ünvan 1 Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-7552/2024 nömrəli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş aidiyyətin dəyişdirilməsi barədə vəsatət təmin edilməmişdir. Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-7552/2024 nömrəli qərardadından cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 25 dekabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi cavabdehin aidiyyatı üzrə göndərilmə ilə bağlı vəsatətini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, “banka məxsushər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən, həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır”. Lakin, cavabdeh olaraq hesab edir ki, nəinki hazırki mübahisəyə, ümumiyyətlə, Banklarla vətəndaşlar arasında olan və kredit müqavilələrindən irəli gələn mübahisələrə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun normalarına istinad olunmaqla baxılması mümkünsüzdür. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Lakin qeyd edilməlidir ki, Bankla müştəri arasında olan münasibətlər isə istehlakçı və istehsalçı arasında olan münasibətlərlə ehtiva olunmur və tamamilə ayrı bir qanunvericilik – “Banklar haqqında” Qanun və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Əks halda müştərilərin banklara qarşı olan bütün iddialarında müştəri istehlakçı qismində iştirak edər, buna müvafiq olaraq prosessual qanunvericilik də istehlakçı hüquqlarının pozulması ilə bağlı normalara uyğun tətbiq olunardı. Bu da aydın məsələdir ki, Bank və müştəri arasındakı münasibətlərin hüquqi müstəvisinə tamamilə zidd bir hal olardı. Hazırki işin əsasən iddiaçı məhkəməyə müraciət edərək onun iradəsinə zidd olaraq adına kredit götürüldüyünü bildirmiş və buna görə də tərəflər arasında bağlanılan Tam kart kredit xətti müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbi birbaşa Bankla onun arasında kredit müqaviləsindən və tərəflər arasında olan borclu-kreditor münasibətlərindən irəli gəlmişdir. Mülki Məcəllənin “Borc fəslinin”3-cü paraqrafı olan “İstehlak krediti müqaviləsi” adlı paraqrafının 746.1-ci maddəsində istehlak kreditlərinin anlayışı verilmişdir. Belə ki, həmin maddəyə əsasən İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin paraqrafın 746.3-cü maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyükimi hazırda iddiaçının mübahisələndirdiyi istehlak kreditinin anlayışını təsbit edən Mülki Məcəllənin özündə həmin müqavilədən irəli gələn münasibətlərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin deyil, məhz Mülki Məcəllənin borc və kredit müqaviləsi barədə olan normalarının tətbiq edilməsi təsbit olunmuşdur. Halbuki qanunvericihəmin normada məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunada göndəriş edə bilə və tətbiq edilməli müddəaların dairəsini həmin qanunla müəyyənləşdirə bilərdi. Necə ki,məsələn, Məcəllənin pərakəndə alğı-satqı münasibətlərini tənzimləyən paraqrafında 614.3-cü maddədə fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğısatqı müqaviləsi iləəlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə məhz istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tətbiq edilməli olması öz təsbitini tapmışdır. Bu da o deməkdir ki, qanunverici “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənməsi mümkün olan mübahisələrin dairəsini konkret olaraq müəyyənləşdirmişdir və həmin dairədən kənara çıxılması müvafiq maddi hüquq normalarının yanlış təfsir olunmasına və beləliklə, düzgün olmayan məhkəmə təcrübəsinin yaranmasına gətirib çıxara bilər. Hüquqi şəxsə qarşı qaldırılmış iddia onun hüquqi ünvanın olduğu yer üzrə məhkəməyə verilir və istehlakçı ilə münasibətlər yuxarıda da qeyd edildiyi kimi tamamilə ayrı müstəvi ilə bağlıdır. Əks halda müştərilərin banklara qarşı olan bütün iddialarında müştəri istehlakçı qismində iştirak edər, aidiyyat normaları ona uyğun tətbiq olunar, həmçinin iddiaçı bu əsasla dövlət rüsumunu ödəməkdən azad olunardı. Təsadüfi deyil ki, hazırki iş üzrə mübahisələndirilən qərardadı qəbul edən Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın icraatında daha öncə də ABB-nin cavabdeh olduğu oxşar mübahisə olmuş, iddiaçı öz iddiasının əsasının istehlakçıların hüquqlarının müdafiəsindən irəli gəldiyini bildirmiş, məhkəmə xx.xx.2023-cü il tarixli,2(008)-3352/2023 saylı qərardadı (şikayətə əlavə olunur) iddia ərizəsini ərazi aidiyyatı normalarına uyğun olmadığından geri qaytarmışdır. Qərardad belə əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanı Nəsimi rayonuərazisində olduğundan və Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinəəsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olduğundan iddiaçı tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılmalıdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və yenə də öz iddiasının əsasının istehlakçıların hüquqlarının müdafiəsindən irəli gəldiyini bildirmiş, Bakı Apellyasiya Məhkəməsinin2(103)-3648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Fuad Babayev) Sabunçu Rayon məhkəməsinin qeyd edilən qərardadı qüvvədə saxlanılmışdır (Şikayətə əlavə olunur). Göründüyü kimi oxşar münasibətlə bağlı iddia ərizəsinin ərazi aidiyyatının müəyyən edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən artıq mövqe sərgilənmişdir. Hazırda həmin mövqedən fərqliqərarın qəbul edilməsi vahid məhkəmə təcrübəsinin pozulmasına səbəb olur vəiddiaçıların Banklara qarşı olan mülki işləri ilə bağlı ərazi aidiyyatının müəyyən edilməsi ilə əlaqədar ən azı iki fərqli mövqenin sərgilənməsinə və haqlı olaraq istər iş üzrə tərəflər, istərsə də məhkəmələr arasındafikir ayrılığına gətirib çıxarır. Birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun normalarından irəli gələn qaydalara uyğun olaraq və Sabunçu Rayon Məhkəməsində baxılarsa, iddianın kimin xeyrinə nəticələnməsindən asılı olmayaraq qarşı tərəfin verəcəyi apelyasiya şikayəti nəticəsində işə apelyasiya baxılması zamanı bu cür aidiyyat qaydasının pozulması halı aşkarlanacaqdır və bu da qətnamənin apelyasiya qaydasındaləğv olunması əsaslardan biridir.Beləliklə,hesab edir ki, hazırki mübahisənin məzmunu heç bir halda istehlakçıların hüquqlarının pozulması ilə əlaqələndirilə və həmin qanunun tətbiqi ilə həlledilə bilməzdi. Bu da onu deməyə əsas verir ki, mübahisəyə də iddiaçının yaşadığı yer üzrə deyil, cavabdeh olaraq Bankın hüquqi ünvanı üzrə NəsimiRayon Məhkəməsində baxılmalı idi. Bununla da işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarının kobudcasına pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(008)- 7552/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “iddiaçının seçməsinə görə aidiyyət” adlanan 36-cı maddəsi, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olması ilə bağlı ümumi qaydadan fərqli olaraq iddianın iddiaçının seçiminə görə bu və ya digər məhkəməyə verilə bilməsi imkanlarını nəzərdə tutur. Həmin Məcəllənin 36.9-cu maddəsinə görə, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. "Banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 14.3-cü maddəsinə əsasən, banklarla müştərilər arasında münasibətlər müqavilə xarakteri daşıyır. Bankların ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüquqlarını qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın. Məhkəmə vəsatəti rədd edərkən qeyd etmişdir ki, banka məxsus hər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır. Bu baxımdan da, cavabdehin iddiaçı ilə arasında müqavilənin olmasını əsas gətirməklə bankın qeydiyyatının olduğu yer üzrə məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı hesab edilə bilməz. İş materiallarından müəyyən edilir ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və həmin evdə yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TL-EE000659218 nömrəli tam kart müqaviləsinə əsasən müştəri tərəfindən tam kart vasitəsi ilə aparılmış əməliyyatlara, o, cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Həmin müqavilənin 10-cu maddəsinə əsasən tam kartın təyinatı “şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri. Tam kartdan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərkən süni yolla cashback qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. Göründüyü kimi, istehlakçı şəxsi tələbat üçün mal, iş, xidmətlərdən istifadə edən, onları alan şəxsdir. İşin hallarından göründüyü kimi iddiaçı şəxsi tələbatı üçün tam kart müqaviləsi bağlamışdır. Buna görə də, hazırki iddiaya cavabdehin hüquqi ünvanının olduğu yerdə baxılması ilə bağlı cavabdeh tərəfin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iddia istehlakçının hüququnun müdafiəsi haqqında olduğundan, prosessual qanunvericlikdə bu iddiaların iddiaçının seçiminə görə müraciət etmək imkanı verildiyindən, cavabdeh tərəfin vəsatəti əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(008)- 7552/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1749/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1749/2025
21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver