Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1761/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 346/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-cü maddələrini rəhbər tutaraq, iş üzrə icraatın dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 528 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun icraatında baxılmaqdadır. Kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul olunana kimi hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Çünki hazırkı işdə nəticələrinin etibarsızlığı tələb olunan hərrac digər işdə mübahisə predmeti olan kredit müqaviləsinin təminatı, yəni, nəticəsi kimi bağlanmış ipoteka müqaviləsi əsasında keçirilmişdir. Odur ki, həmin işin nəticəsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən, hərracın nəticələrinin etibarsızlığına dair olan hazırkı mülki iş üzrə icraat kredit müqaviləsinin etibarsızlığına dair olan digər mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul olunana kimi dayandırılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 mülki iş üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmış və qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 254.1.4, 255-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş ilə hazırkı işin qarşılıqlı bağlılığı mülki iş üzrə icraatın dayandırılması üçün deyil, mülki işlərin bir icraatda birləşdirilməsi üçün əsas ola bilər. Çünki, iş materiallarından da göründüyü kimi hazırkı mülki işdə olan tələbin əsası Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-420/2023 saylı mülki işdə tələbin əsası olan kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsi əsasında keçirilmiş hərrac və qiymətləndirmədir. Bundan başqa, 2(004)-420/2023 saylı mülki işlə hazırkı mülki iş bir iddiaçının müxtəlif cavabdehlərə qarşı iddiasıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1, 254.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin hallarına bu prosessual normanın tələblərini düzgün tətbiq etməmiş, nəticədə, kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair digər mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul olunana kimi hazırkı mülki iş üzrə icraatı əsassız olaraq dayandırmamışdır. Hazırkı işdə nəticələrinin etibarsızlığı tələb olunan hərrac digər mülki işdə mübahisə predmeti olan kredit müqaviləsinin təminatı, yəni, nəticəsi kimi bağlanmış ipoteka müqaviləsi əsasında keçirilmişdir. Odur ki, həmin işin nəticəsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, buna görə də, hərracın nəticələrinin etibarsızlığına dair olan hazırkı mülki iş üzrə icraat nəticəsindən asılı olan kredit müqaviləsinin etibarsızlığına dair olan digər mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul olunana kimi dayandırılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254-260, 387.1, 395-398, 400-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilməlidir ki, mülki-prosessual qanunvericilik icraatın dayandırılması qərardadından şikayət verilməsini nəzərdə tutmasa da, konstitusiyanın və prosessual qanunvericiliyinin aidiyyəti olan digər prinsip-normalarının tələbləri baxımından kollegiya artıq qiymət verilmiş şikayət üzrə qərardada baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin qənaəti üzrə, yəni, icraatların birləşdirilməsi mümkünlüyü baxımından hər hansı icraatın dayandırılması istisna edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının tələblərinə əsasən (43.1.) əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biribiri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. (169.3.) Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 346/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1761/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1761/2023
13.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver