Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1766/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Abşeron Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Abşeron Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2, İddiaçı1 və X3 qarşı iddiası qismən təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli BAKU1-28095-11806 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli BAKU1- 28095-13106 saylı razılaşmanın ləğv edilməsi, X2, İddiaçı1, İddiaçı2 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119438,07 manat, dəbbə puluna görə 1000 manat olmaqla cəmi 332490,7 manat borc, sığorta haqqına görə 721 manat, ödənilmiş rüsumlara görə 90 manat olmaqla cəmi 333301,7 manat "xxxx" MMC-nin xeyrinə tutulması,ekspertiza tədqiqatının dəyəri olaraq 30 manat tutulması, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə "xxxx" MMC-nin xeyrinə 300 manat tutulması, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 125000 manat, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120 000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların qətnamə ilə müəyyən olunan borclarının, məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X1 evdən çıxarılması qət edilmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə "xxxx" MMC-yə müraciət etmişdir.
3. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022 tarixlərinə dair 13(38) nömrəsində ipoteka əmlaklarının 04 aprel 2022-ci il tarixində keçirilən təkrar hərracının baş tutmaması barədə elan dərc edilmişdir.
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/1/22 saylı protokola və eyni tarixli müqaviləyə əsasən ipoteka qoyan İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır.
5. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/2/22 saylı protokola əsasən ipoteka qoyan İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2, İddiaçı1 və X3 qarşı iddiası qismən təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli BAKU1-28095-11806 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli BAKU1-28095-13106 saylı razılaşmanın ləğv edilməsi, X2, İddiaçı1, İddiaçı2 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119438,07 manat, dəbbə puluna görə 1000 manat olmaqla cəmi 332490,7 manat borc, sığorta haqqına görə 721 manat, ödənilmiş rüsumlara görə 90 manat olmaqla cəmi 333301,7 manat "xxxx" MMC-nin xeyrinə tutulması,ekspertiza tədqiqatının dəyəri olaraq 30 manat tutulması, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə "xxxx" MMC-nin xeyrinə 300 manat tutulması, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 125000 manat, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120 000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların qətnamə ilə müəyyən olunan borclarının, məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X1 evdən çıxarılması qət edilmişdir.
8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4344/2022 saylı, xx.xx.2022 -ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 16 mart 2022-ci il tarixə hərrac təyin etmiş, bu barədə “Market” qəzetində elan dərc etdirmiş və ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. "xxxx" MMC tərəfindən verilmiş teleqramlardan görünür ki, hərrac barədə bildiriş ipoteka qoyanlar (hazırkı iş üzrə iddiaçılar) tərəfindən alınmışdır. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022 tarixlərinə dair 11(36) nömrəsində ipoteka əmlaklarının 16 mart 2022-ci il tarixində keçirilən ilkin hərracının baş tutmaması və təkrar hərracın 04 aprel 2022-ci il tarixində keçiriləcəyi barədə elan dərc edilmişdir.Təkrar hərrac barədə bildiriş ipoteka qoyan İddiaçı1 göndərilsə də, poçt tərəfindən İddiaçı1 qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Digər ipoteka qoyan İddiaçı2 isə bildiriş göndərilməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə göndərilmiş icra vərəqəsində ipoteka qoyanların əlaqə nömrələri qeyd edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən ipoteka qoyanlara həmin nömrələr vasitəsi ilə məlumat verilməmişdir. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022 tarixlərinə dair 13(38) nömrəsində ipoteka əmlaklarının 04 aprel 2022-ci il tarixində keçirilən təkrar hərracının baş tutmaması barədə elan dərc edilmişdir. İlkin və təkrar hərracların keçirilməsinə dair özünün rəsmi internet saytında elan dərc etdirməsinə dair "xxxx" MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/1/22 saylı protokola və eyni tarixli müqaviləyə əsasən ipoteka qoyan İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/2/22 saylı protokola əsasən ipoteka qoyan İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin pozuntusu ilə həyata keçirilmiş, ipoteka qoyanlar İddiaçı1 və İddiaçı2 təkrar hərracın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Məhkəmə hesab etmişdir ki, 04 aprel 2022-ci il tarixdə keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən həmin hərrac etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokollar və müqavilələr də etibarsız hesab edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 415.5, 416.1, 416.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43, 44-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 218.3, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, ilkin və təkrar hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyana ünvanlanmış bildirişlər lazımi qaydada göndərilmişdir. İlkin və təkrar hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərin məlumatlandırılmasını təsdiq edən sübutlar (bildirişlərin göndərilməsini təsdiq edən poçt qəbzləri və verilməsini təsdiq edən teleqramlar) cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmənin baxış iclasında tədqiq edilməmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən “elot.az” saytında keçirilmiş və baş tutmamış hərraclar barədə “online” rejimdə istənilən məlumatı əldə etmək və ya tanış olmaq olar. İpoteka qoyanların təkrar hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi üçün bildirişlər xx.xx.2022-ci il tarixində kuryer xidməti göstərən "xxxx" MMC vasitəsilə, xx.xx.2022-ci il tarixində isə "xxxx" MMC vasitəsilə göndərilmişdir. İlkin və təkrar hərracın keçirilməsi barədə cavabdeh hərrac təşkilatı özünün “e-lot.az” saytında müvafiq olaraq 25 fevral 2022-ci il və 18 mart 2022-ci il tarixlərində; təkrar hərracın baş tutmaması barədə isə 08 aprel 2022-ci il tarixində elan dərc etmişdir. Hərracın keçirilməsi qaydalarının pozulmasını təsdiq edən sübut məhkəmə iclasında təqdim edilməmişdir İpoteka qoyanların təkrar hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi üçün bildirişlər xx.xx.2022-ci il tarixində kuryer xidməti göstərən "xxxx" MMC vasitəsilə, xx.xx.2022-ci il tarixində isə "xxxx" MMC vasitəsilə göndərilmişdir. İlkin və təkrar hərracın keçirilməsi barədə cavabdeh hərrac təşkilatı özünün “e-lot.az” saytında müvafiq olaraq 25 fevral 2022-ci il və 18 mart 2022-ci il tarixlərində, təkrar hərracın baş tutmaması barədə isə 08 aprel 2022-ci il tarixində elan dərc etmişdir. Hərracın keçirilməsi qaydalarının pozulmaması yuxarıda göstərilən faktlarla öz təsdiqini tapır. Təkrar hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyanlara bildirişin lazımi qaydada göndərilməsini təsdiq edən poçt qəbzləri məhkəmə yətəqdim edilmişdir. İddiaçılar rəsmi reyestrdə qeydə alınmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsini və ya əmlakın iddiaçıların mülkiyyətinə qaytarılmasını istəməmişlər. Onlar peşəkar vəkillə təmsil olunduqlarına görə istəsə idilər həmin tələbləri irəli sürərdilər.
Apelдyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, hərracın keçirilmə qaydalarına əsasən tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. İlkin və o cümlədən təkrar hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərin məlumatlandırılmasını təsdiq edən sübutlar (bildirişlərin göndərilməsini təsdiq edən poçt qəbzləri və verilməsini təsdiq edən teleqramlar) cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmənin baxış iclasında tədqiq edilməmişdir. llkin və təkrar hərracın keçirilməsi barədə cavabdeh hərrac təşkilatı özünün “e-lot.az” saytında müvafiq olaraq 25 fevral 2022-ci il və 18 mart 2022-ci il tarixlərində, təkrar hərracın baş tutmaması barədə isə 08 aprel 2022-ci il tarixində elan dərc etmişdir. Hərracın keçirilməsi qaydalarının pozulmasını təsdiq edən sübut məhkəmə iclasında təqdim edilməmişdir. İpoteka qoyanların təkrar hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi üçün bildirişlər xx.xx.2022-ci il tarixində kuryer xidməti göstərən "xxxx" MMC vasitəsilə, xx.xx.2022-ci il tarixində isə "xxxx" MMC vasitəsilə göndərilmişdir. Cavabdeh hərrac təşkilatı bildirişi rəsmi qaydada göndərmək vəzifəsi daşıyır, çatdırılma vəzifəsi daşımır.
15. İddiaçı1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. İddiaçıların heç birinə bildiriş çatdırılmamışdır. İddiaçıların açıq hərracın keçirilməsi ilə bağlı məlumatları olmamışdır. Onlara açıq hərracın keçirilməsi barədə məlumat vermədən, açıq hərrac keçirilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı 4 dəfə iclas təxirə salınmış lakin cavabdeh heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf hər iclasda iştirak etmişdir, buna görə də apellyasiya instansiyasında yeni sübutların təqdim edilməsi yol verilməzdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı2, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı2, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
18. Həmin Məcəllənin 415.4-cü maddəsində qeyd edilir ki, Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. (Maddə 415.5)
19. Mülki Məcəllənin 416.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (Maddə 416.2)
20. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsində qeyd edilir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
21. “İpoteka haqqında” Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. (Maddə 41.4) Hərrac açıq auksion formasında keçirilir. (Maddə 41.5)
22. Qanunun 42.1-ci maddəsidə qeyd edilir ki, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
23. Qanunun 42.2-ci maddəsində qeyd edilir ki, hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. Qanunun 42.3-cü maddəsində qeyd edilir ki, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. (Maddə 42.4) Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. (Maddə 42.5) Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. (Maddə 42.6) Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. (Maddə 42.7) Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. (Maddə 42.8.)
24. Qanunun 43.1-ci maddəsində qeyd edilir ki, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
25. Qanunun 43.3-cü maddəsində qeyd edilir ki, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
26. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. (Maddə 43.4)
27. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (Maddə 43.5.)
28. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. (Maddə 43.6.)
29. Qanunun 43.7-cü maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. (Maddə 43.7-1) İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (Maddə 43.8) İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. (Maddə 43.9)
30. Qanunun 44-cü maddəsində qeyd edilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
35. Belə ki, iddiaçılar İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsini xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və ona istinad edilmişdir ki, 04 aprel 2022-ci il tarixdə keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən hərrac və onun yekunlarına dair protokollar etibarsız hesab edilməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə 17/75 – 117/4N nömrəli, 13 yanvar 2022-ci il tarixli məktubla müraciət edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-417/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı1 mülkiyyətində olan və ilkin satış qiyməti 125000 manat dəyərində qiymətləndirilən ünvan 3 ünvanında yerləşən ev və həmin evin yerləşdiyi 0,05916 ha torpaq sahəsinin və İddiaçı2 oğlunun mülkiyyətində olan və ilkin satış qiyməti 120000 manat dəyərində qiymətləndirilən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir.
38. "xxxx" MMC tərəfindən əmlakın satılması ilə bağlı 16 mart 2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə hərrac keçirilmişdir.
39. Qanunvericiliyin tələbinə əsasən hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 5 ünvanına göndərilmiş, bildiriş 28 fevral 2022-ci il tarixdə “Ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 6 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “Qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 7 ünvanına göndərilmiş bildiriş isə 27 fevral 2022-ci il tarixdə “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.
40. Bununla yanaşı "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 5 ünvanına göndərilmiş, bildiriş 19 mart 2022-ci il tarixdə “Qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 6 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “Qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 7 ünvanına göndərilmiş bildiriş isə 22 mart 2022-ci il tarixdə “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən e-lot.az saytında 25 fevral 2022-ci il tarixdə elan yerləşdirilərək ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı olaraq 16 mart 2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən e-lot.az saytında 18 mart 2022-ci il tarixdə elan yerləşdirilərək 16 mart 2022-ci il tarixdə saat 11:00-da keçiriləcək ilkin hərracın baş tutmaması və növbəti hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. Həmçinin e-lot.az saytında "xxxx" MMC tərəfindən 08 aprel 2022-ci il tarixdə elan yerləşdirilmiş, elanda qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərrac baş tutmamışdır.
42. "xxxx" MMC tərəfindən “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli aralığı üçün olan 08(33) nömrəli sayında açıq hərracın 16 mart 2022-ci il tarixdə saat 11:00-a keçiriləcəyi barədə elan qeyd edilmişdir. Həmçinin “Market” qəzetinin xx.xx.2022xx.xx.2022-ci il tarixli aralığı üçün olan 11(36) nömrəli sayında 16 mart 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın baş tutmaması və növbəti açıq hərracın 04 aprel 2022-ci il tarixdə saat 11:00-a keçiriləcəyi barədə elan qeyd edilmişdir. Bununla yanaşı “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli aralığı üçün olan 13(38) nömrəli sayında elan yerləşdirilərək xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması qeyd edilmişdir.
43. İş materiallarında olan teleqramlardan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022ci il tarixdə İddiaçı1 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmış, İddiaçı2 xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş isə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə X3 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə, İddiaçı2 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmışdır.
44. Göründüyü kimi "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlarına hərracla bağlı bildiriş və teleqram göndərilmiş, elot.az saytında 3 dəfə elan yerləşdirilmiş, “Market” qəzetində 3 dəfə məlumat dərc edilmişdir.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Abşeron Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
46. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Abşeron Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev