Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1766/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı və vəkili və nümayəndəsi Vəkil Şəmsəddin oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e2(011)- 6794/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 2658,0 manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manat və 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
2. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evinin giriş sağ tərəfində hörülmüş, uzunluğu L=66,0 p.m olan, tək daşla hörülmüş dəmir-beton konstruksiyalı hasara çəkilmiş xərclərin məbləği (material və işçilik daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9214,71 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4607 manat vəsaitin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanışı Yusifli Zərifə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsində təmir-tikinti işlərinin görülməsi ilə bağlı ona köməklik göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmişdir. Sözügedən bağ sahəsinin qonşuluğunda Cavabdeh məxsus olan bağ sahəsi yerləşir. Hansı ki, Yusifli Zərifəyə məxsus olan bağ sahəsinin ayıredici divarları ilə cavabdehin ayırdedici divarları arasında müəyyən məsafə vardır və orada yol olmuşdur. Cavabdeh isə həmin yolu zəbt edərək, Yusifli Zərifəyə məxsus bağ sahəsinin ayıredici divarlarına bitişik depo tikmişdir. Sözügedən bağ sahələrinin ayıredici divarları yararsız vəziyyətdə olduğu üçün iddiaçı həmin bağ sahələri arasında mövcud olan hasarın təmiri ilə bağlı cavabdehə müraciət etmişdir və onlar razılığa gəlmişlər ki, təmir işlərinə çəkilən xərclərdə birgə iştirak edəcəklər. Bundan iddiaçı hasarı təmir etmiş və yaxşılaşdırma nəticəsində hər iki bağ sahəsinin, o cümlədən cavabdehə məxsus bağ sahəsinin hasarı da təmirli vəziyyətə gətirilmişdir. İddia ərizəsinə əlavə edilən fotoşəkillərdən də göründüyü kimi iddiaçı köhnə yararsız hasarın əvəzinə dayanıqlı hasar tikdirmişdir. İddiaçı sözügedən təmir işlərinin görülməsinə ümumilikdə təxmini on min manat vəsait sərf etmişdir və işlərin görülməsi zamanı dəfələrlə cavabdehə təklif etmişdir ki, sözügedən təmir işlərinin çəkilməsinə sərf olunan xərclərdə iştirak etsin. "xxxx" MMCnin 29 iyul 2024- cü il tarixli 02-106/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evinin giriş sağ tərəfində hörülmüş, uzunluğu L=66,0 P.M olan, tək daşla hörülmüş dəmir-beton konsruksiyalı hasara çəkilmiş xərclərin məbləği (material və işçilik daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9214,71 manat (doqquz min iki yüz on dörd manat, 71 qəpik) təşkil edir. Sözügedən mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 300 manat xidmət haqqı ödənilmişdir. Lakin, cavabdeh sözügedən təmir işlərinin görülməsi üçün iddiaçıya heç bir vəsait ödəməmişdir. İddiaçı sözügedən hasarın təmirinə çəkdiyi xərclərin yarısını cavabdehdən tələb etdikdə cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan pul tələb etmişdir. Belə ki, Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01 A ünvanında yerləşən bağ sahəsində olan anbara və bağ evinin hasarına İddiaçı vurduğu maddi ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, mütəxəssis rəyi üçün ödədiyi 250 (iki yüz əlli) manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 800 manat, məhkəməyə müraciət üçün ödədiyi 30 (otuz) manat olmaqla ümumilikdə isə 9536 (doqquz min beş yüz otuz altı) manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ə.Səkinəyə məxsus bağ sahəsinin zaborunu sökmüş və ona maddi ziyan vurmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı 2658,0 (iki min altı yüz əlli səkkiz) manat maddi ziyana görə pul, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 250 manat olmaqla, cəmi 3408 manat və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamədən tərəfimizdən apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. İndiki halda, Rəhimli X1 Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinin icrası məqsədilə sözügedən məbləği Cavabdeh ödəməlidir. Digər tərəfdən, İddiaçı artıq Cavabdeh məxsus olan bağ sahəsinin hasarını tam təmir etdirib və Ə.Səkinə bu təmirin edilməsi üçün heç bir vəsait sərf etməyib. Nəzərə alınsa ki, İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinin icrası məqsədilə qeyd edilən məbləği Ə.Səkinəyə ödəməlidir, bu halda Ə.Səkinə də sözügedən təmir işlərinin görülməsi üçün iddiaçının çəkdiyi xərclərin yarısını, yəni 4607 manat pul vəsaitini iddiaçıya ödəməlidir, çünki iddiaçının etdiyi təmir işləri nəticəsində Ə.Səkinəyə məxsus bağ sahəsinin hasarı da təmirli vəziyyətə gətirilmişdir. Hətta, Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsində də qeyd edilib ki ,“İddiaçı bu məsələ ilə bağlı cavabdehlə danışarkən iddiaçıya öz evinin tikintisi bitdikdə guya iddiaçının da zaborunu düzəltdirəcəyini söz vermişdir. Lakin iddiaçı bu qədər vaxtı gözləyə bilmir”. Göründüyü kimi əgər İddiaçı Ə.Səkinəyə məxsus bağ sahəsinin hasarını sökdüyünün həqiqi olduğunu qəbul etsək belə, Ə.Səkinə bilirdi ki, İddiaçı onun hasarını düzəldəcək. Başqa sözlə, Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə qeyd edilən pul məbləğinin İddiaçı tutularaq Ə.Səkinəyə ödəniləcəyinə baxmayaraq, Ə.Səkinə öz hasarını R.Turalın hesabına təmir etdirməklə əsassız olaraq varlanmışdır.
5. Cavabdeh X3 iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində yazdıqları ilə razılaşmır. İddiaçı hansı tarixdə kimə hansı şəraitdə pul verdiyini konkret göstərməmişdir. Nə özü, nə də həyat yoldaşı ondan hər hansı məbləğdə borc pul almamışlar.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)- 6794/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakimŞəhriyar Əliyev).
7. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsi Cavabdeh məxsus olmaqla İddiaçı məxsus olan bağ sahəsinin qonşuluğunda yerləşir, bağ sahələri arasında yerləşən hasar iddiaçı tərəfindən dağıdılmışdır, bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hasarı dağıtması ilə müşayiət olunan zərərin İddiaçı tərəfindən ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin hasarın onun tərəfindən inşa edildiyini, hasar çəkilməsi nəticəsində cavabdehin əsassız varlandığını qeyd edərək, cavabdehdən hasarın inşası məqsədilə çəkilmiş xərclərin yarısını tələb edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddaçı, əvvəllər mövcud olmuş mərzin (daş hasarın) yenisi ilə əvəz edilməsi zəruriliyi barədə sübutetmə vəzifəsi daşıyır. Lakin o, mübahisəli tikilinin sökülməsinə haqq qazandıran halların mövcudluğu ilə bağlı sübutlar təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bundan başqa, cavabdehin həmin hasarın inşa edilməsi ilə bağlı xərclərin yarısında iştirak edəcəyinə dair razılığı da yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 176, 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
d) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsi Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 01a ünvanında yerləşən bağ sahəsinin qonşuluğunda yerləşir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 12/2024 saylı xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iki qonşu arasında cavabdeh tərəfindən inşa edilmiş hasar ona xəbər verilmədən iddiaçı tərəfindən sökdürülmüş, nəticəsində onun bağ sahəsində yerləşən anbarına da ziyan dəymişdir. Sözügedən qətnamə hazırki mübahisə üçün preyudisial xarakter daşımaqdadır.
22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.2-ci maddəsində də qeyd edildiyi kimi, qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Lakin sözügedən müddəanın tam əksinə İddiaçı, ona və cavabdehə məxsus bağ sahələri arasında olan hasarı cavabdehi xəbərdar etmədən sökmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə ona hasarın sökülməsi barədə məlumat verilmədiyini və hasarın sökülməməsini istədiyini bildirmişdir.
23. Beləliklə, iş materiallarında olan sənədlərdən cavabdehin tərəfin iddiaçıya borclu olduğu faktı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçı pul vəsaitini tələb etməkdə haqlı olmamışdır.
24. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-390-cı, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)- 6794/2024 nömrəli 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.