Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1767/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh Bakı Dövlət X2 Həmkarlar Təşkilatının sədri dosent X7 və onun vəkili X12 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 1556/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə cavabdeh Bakı Dövlət X2 Həmkarlar Təşkilatının sədri dosent X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin müddəalarının təhrif edilməsi nəticəsində və iddiaçının qanuni mənafeyinin təmin olunması ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması səbəbindən işsiz qalması ilə bağlı ona dəymiş 41562 AZN məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsi; cavabdeh Ərəstun Qasımovun İddiaçı qarşısında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1096, 1097, 1100 və 1115-ci maddələrinin tələblərinə müvafiq olaraq mülki məsuliyyət daşıdığı nəzərə alınaraq iddianın təmin olunması məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159-cu maddələrinin tələblərində nəzərdə tutulmuş qaydada qərardadın çıxarılması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23- cü maddəsinin tələblərində nəzərdə tutulmuş əsaslara uyğun olaraq cavabdeh Ərəstun Qasımov tərəfindən BDU-nun HİK-nin xx xxx 2017-ci il tarixli iclasında səsləndirilmiş təhrifedici ifadələrin məhkəmə qaydasında təkzib edilməsi və iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin müəyyən edilməsi; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129- cu maddəsinin tələblərində qanunverici orqanın müəyyən etdiyi əsaslarla X11 Həmkarlar İttifaqı Komitəsinin xx xxx 2017-ci il tarixli iclasında səsləndirdiyi fikirlər arasındakı uyğunsuzluğun işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edilməsi və hüquqi baxımdan qanuni əsaslar üzrə qiymətləndirilməsi; İddiaçı uzun illər Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq X10 Təşkilatının sədri Ərəstun Qasımov tərəfindən iddiaçının qanuni mənafəyi əleyhinə səsləndirilmiş fikirlərin qanunauyğunluğu “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasl Qanununun 11, 12 və digər maddələrinin tələbləri baxımından yoxlanılmaqla hüquqi qiymətləndirmənin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 16 fevral - xx xxxxxx 2017-ci il tarixlərini əhatə edən dövrdə stasionar müalicədə olarkən xx xxxxxx 2017-ci il tarixdə Bakı Dövlət Universitetinin sabiq rektoru (işəgötürən) X5 dəvəti ilə Universiterin inzibati binasında yerləşən xidməti otağına gəlmiş və burada özlərini hüquq-mühafizə orqanının əməkdaşları kimi təqdim edən mülki geyimli naməlum şəxslərin fiziki təzyiqlərinə məruz qalmışdır. İddiaçı aldığı xəsarətlərlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) həkim briqadası tərəfindən xüsusi avadanlıqlarla təchiz olunmuş xərək vasitəsilə Bakı Dövlət Universitetinin inzibati binasından götürülərək X22 reanimasiya şöbəsinə yerləşdirilmiş və 24 fevral - xx xxx 2017-ci il tarixlərini əhatə edən dövrdə daimi həkim nəzarəti altında stasionar və ambulator müalicələr almışdır. Aldığı müalicələrdən sonra xx xxx 2017-ci il tarixdə işə başlamalı olan iddiaçı səhhətində və ailə vəziyyətində mövcud olan real problemlər səbəbindən 06 may xx xxx 2017-ci il tarixləri əhatə edən təqvim günlərində işə çıxa bilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən ona iki ay müddətində öz hesabına ödənişsiz məzuniyyətin verilməsinə dair xəstəlik dövrü bitməmiş işəgötürənə xx xxx 2017-ci il tarixli ərizə ünvanlanmış və həmin ərizəyə baxılmasının nəticələrinə dair Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyevanın və baş hüquqşünas Tofiq Sadıxovun imzaları ilə təsdiq olunmuş xx xxx 2017-ci il tarixli, T-722 saylı cavab məktubu iddiaçıya ünvanlanmış, bu cavab məktubu isə xx xxx 2017-ci il tarixdə iddiaçının yaşadığı ünvanın poçt indeksinə daxil olmuşdur. Öz hesabına ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı iddiaçının xx xxx 2017-ci il tarixli müraciətinin işəgötürən tərəfindən xx xxx 2017-ci il tarixli məktubla cavablandırılmasına və bu məktubun xx xxx 2017-ci tarixdə iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı işəgötürənin xx xxx 2017-ci il tarixli, 1/156 saylı əmri ilə Bakı Dövlət Universitetində tutduğu vəzifədən azad edilmiş onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Məlumdur ki, İddiaçı xx xxxxxx 1980-ci ildən başlayaraq xx xxx 2017-ci ilədək Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə qüsursuz xidmət etmiş və bu illər ərzində Bakı Dövlət X3 Komitəsinin üzvü olmaqla aylıq əmək haqqından hər ay 2 % üzvlük haqqı ödəmişdir. Bu səbəbdən də işəgötürən şəxs qismində Bakı Dövlət Universitetinin sabiq rektoru X8 iddiaçının işdən azad olunmasına dair xx xxx 2017-ci il tarixli, 1/156 saylı əmri imzalamamışdan əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə müvafiq olaraq X6 Komitəsi razılığının alınması üçün xx xxx 2017-ci il tarixli təqdimatla aidiyyəti üzrə müraciət etmişdir. İşəgötürənin müraciəti əsasında xx xxx 2017-ci il tarixdə Bakı Dövlət X3 Komitəsinin iclası keçirilmiş, iclasa Bakı Dövlət X3 Komitəsi sədrinin birinci müavini, professor Şahid2 sədrlik etmiş, iclasda iddiaçının 8, 10 və 11 may tarixlərində işə gəlməməsinin səbəbləri müzakirə edilmiş, iclas iştirakçıları iddiaçının öz hesabına ona ödənişsiz məzuniyyətin verilməsinə dair xx xxx 2017-ci il tarixli ərizəsinin mövcudluğu barədə məlumatlandırılmış, ərizəyə xx xxx 2017-ci il tarixli, 72 saylı məktubla verilmiş cavabın müddəaları iclas iştirakçılarının diqqətinə çatdırılmış və müzakirə edilən məsələyə dair hüquqi və qanuni münasibətin bildirilməsi üçün söz X10 təşkilatının sədri, X23a verilmişdir. Bu barədə məlumat Azərbaycan Respublikası Həmkarlat İttifaqları Konfederasiyasının Azərbaycan X26 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx xxx 2019-cu il tarixli, 103 saylı müşayiət məktubuna əlavə edilərək təqdim olunmuş BDU-nun HİK-in xx xxx 2017-ci il tarixli iclasının 01 saylı protokolundan çıxarışda öz əksini tapmışdır. Protokola əsasən X16 çıxarışında qeyd edir: “Hörmətli həmlarlar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətin tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini nəzərə alaraq işəgötürən tərəfindən ödənişsiz məzuniyyətin verilməməsi qanunauyğundur. İddiaçı üzrsüz səbəbdən işə gəlməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmək) qaydanı pozmuş, bu hal isə Əmək Məcəlləsinin həmin bəndində “işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması” hesab edilir. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının nəticəsi isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tələbi ilə belə izah edilir: “İşçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər”. X11 bu çıxışından sonra iclasın digər iştirakçıları da məsələyə ümumi mövqedən yanaşaraq öz münasibətlərini bildirərək iddiaçının işdən azad olunmasına dair iclas iştirakçılarının razılığı səsə qoyulmuşdur. İclasın yekununda X11 səsləndirdiyi hüquqi mövqeyə uyğun olaraq iddiaçının işdən azad olunmasına dair razılığın verilməsi barədə qərar qəbul edilmiş və bu razılıq alındıqdan sonra işəgötürən iddiaçını xx xxx 2017-ci il tarixli, 1/156 saylı əmrlə işdən azad etməyə nail olmuşdur. İşəgötürənin xx xxx 2017-ci il tarixli, 1/156 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında xitam verilmişdir. İclas iştirakçıları iddiaçının ona ödənişsiz məzuniyyətin verilməsinə dair rəsmi ərizə formasında xahişinin mövcud olması barədə kifayət qədər məlumatlı olmuşlar. Məhz X11 hüquqi mövqeyindən sonra iclasın digər iştirakçıları iddiaçının əməlini kobud qanun pozuntusu hesab edərək onun işdən azad olunmasına yekdilliklə səs verməklə öz razılıqlarını ifadə etmişlər. Bu razılığın əldə edilməsindən sonra işəgötürənin xx xxx 2017-ci il tarixli, 1/156 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında tutduğu vəzifədən azad edilərək əmək hüququndan məhrum olmuş və nəticədə bu günə qədər işsiz qalmışdır. BDU-nun HİK-in tərtib etdiyi xx xxx 2017-ci il tarixli, 01 saylı iclas protokolunun çıxarışında qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, X16 məsələyə dair qanuni əsaslar üzrə hüquqi mövqeyini ifadə edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsi 129-cu maddəsinin müddəalarını təhrif etmiş, eləcə də həmin Məcəllədə təsbit olunmuş digər hüquqi normaların tələbləri əsasında iddiaçının müəyyən edilmiş hüquqlarını işin faktiki hallarına uyğun şəkildə qiymətləndirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 129 maddəsinin 1-ci hissəsinin tələbindən görünür ki, qanunverici orqan işçiyə ödənişsiz məzuniyyətin verilməsinın iki mühüm halını müəyyən etmişdir: 1.işçilərin xahişi; 2.tərəflərin qarşılıqlı razılığı. Məhz bu səbəbdən də istinad olunan maddi hüquq normasının tələbində qeyd olunur ki, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. X16 isə iclas zamanı səsləndirdiyi fikirlərdə Əmək Məcəlləsi 129 maddəsinin tələbini təhrif edərək ödənişsiz məzuniyyətin yalnız tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini iddia etmişdir. Real vəziyyətdə isə hüquqi normanın tələbinə görə ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı əgər işçinin xahişi varsa, o zaman tərəflərin qarşılıqlı razılığının alınmasından söhbət belə gedə bilməz. Əmək Məcəlləsinin 9 və 128-ci maddələrinin tələblərindən aydın şəkildə görünür ki, qanunla müəyyən edilmiş konkret hallarda ödənişsiz məzuniyyətdən istifadə etmək işçinin hüququdur və heç bir şərt qoyulmadan bu hüququn məhdudlaşdırılması yolverilməzdir. İclasda Azərbaycan Respublikası Əmək Məcəlləsi 129 maddəsinə istinad olunarkən Ərəstun Qasımov tərəfindən işin faktiki halı düzgün qiymətləndirilməmiş, ödənişsiz məzuniyyətin verilməsinın yalnız tərəflərin qarşılıqlı razılığı əsasında verildiyi bildirilmişdir. Amma normada cümləyə əlavə olaraq “işçinin xahişi ilə məzuniyyətin verilməsi mümkünlüyü bildirilmişdir”. Ərəstun Qasımov öz çıxışı ilə digər iclas iştirakçılarında yanlış fikir formalaşdırmışdır. Ərəstun Qasımov iddiaçının iş fəaliyyətində kobud pozuntuya yol verdiyinə digər iclas iştirakçılarını inandırmağa nail olmuşdur. Ərəstun Qasımov iclasın digər iştirakçılarını inandırmışdır ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbində nəzərdə tutulan kobud qanun pozuntusuna yol vermiş və bu səbəbdən də onun həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında işdən azad olunması qanunauyğundur. Real vəziyyətdə isə iddiaçı Əmək Məcəlləsinin 9 və 128-ci maddələrinin tələbləri ilə müəyyən edilmiş hüququndan istifadə etməklə öz hesabına 2 ay müddətində ödənişsiz məzuniyyətə buraxılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə Əmək Məcəlləsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyərək iddiaçını ödənişsiz məzuniyyətdən istifadə etmək hüququndan məhrum etmişdir. Mövcud hüquq və qanun pozuntusuna münasibət bildirməli olan X16 həmkarlar ittifaqının üzvü olan iddiaçının pozulmuş hüquqlarının müdafiəsini təmin etmək naminə əmək qanunvericiliyinin tələblərini iclas iştirakçılarının diqqətinə çatdırmaqla işəgötürənin əməllərinə qanuni əsaslar üzrə hüquqi qiymət vermək əvəzinə, “Həmkarlar İttifaqı haqqında” Qanunun 11, 12 və digər maddələrinin tələblərinə zidd mövqe nümayiş etdirmişdir. X16 iddiaçıya münasibətdə səsləndirdiyi fikirlərdə hüquqi normaların tələblərini təhrif etmiş, bununla qərəzli şəkildə mövqeyini açıq ifadə etmiş, işəgötürənin törətmiş olduğu kobud və ciddi hüquq və qanun pozuntularına göz yummaqla onun mənafeyi naminə qərarın qəbul edilməsinə nail olmuş və məhz bu qərarın qəbul edilməsindən sonra iddiaçı əmək hüququndan məhrum olmaqla ona maddi və mənəvi zərər vurulmuşdur. X11 hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuş, bununla o, əmək hüququndan məhrum olmuş və nəticədə o, adi mülki dövriyyə şəraitində hər ay əmək haqqı olaraq əldə etdiyi 1057 AZN gəlirindən məhrum olmuşdur. Məhz X11 hüquqi normaların tələblərini təhrif etməsi və iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının müdafiəsinin təmin edilməməsi nəticəsində onun işsiz qaldığı 3 il ərzində hər ay 1057 AZN olmaqla ümumilikdə iddiaçıya 41562 AZN maddi ziyan dəymişdir. Bundan əlavə iddiaçı işsiz qalması nəticəsində psixoloji istirab və sarsıntılar keçirməklə mənəvi zərərin təsirinə məruz qalmışdır. X11 hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1096, 1097, 1100, 1115 və digər maddələrinin tələbləri əsasında cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də iddiaçının məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)- 1556/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin X10 Təşkilatının sədri X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikasının X1rşı əmək münasibətləri üzrə mübahisələr tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, X23 tərəfindən Azərbaycan Respublkasının Əmək Məcəlləsinin 129-cu maddəsinin müddəalarının təhrif edildiyi bilavasitə maddi hüququ normasının tələbi əsasında müəyyən edilir. Belə ki, ödənişsiz məzuniyyətin işçilərin xahişi və ya tərəflərin qarşılıql razılığı əsasında verilməsinin mümkünlüyü qanunla müəyyən edilən hal olsa da, dosent X20 bu müddəasını təhrif edərək ödənişsiz məzuniyyətin yalnız tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini iddia etmiş, bununla da iclas iştirakçılarını çaşdırmışdır. X23 təhrifə ona qarşı münasibətdə yol verməklə onun barəsində xüsusi əhəmiyyətli məsələyə baxılmasında iştirak edən digər şəxslərin mövqeyini dəyişməyə nail olmuş, nəticədə isə qəbul edilmiş qərar onun əmək hüququnun xitmına səbəb olmuşdur. Maddi hüququ normasının təhrifi nəticəsində X23 tərəfindən ona qarşı münasibətdə mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Belə ki, Ərəstun Qasımov bilavasitə rəsmi mövqeyindən sonra komitə üzvlərinin qərarı qəbul edilmiş, bu qərar əsasında işəgötürənin xx xxx 2017-ci il tarixli 11/156 saylı əmri imzalanmış, bu əmrlə onun əmək hüququna xitam verilmiş, nəticədə isə bu günə qədər aylıq əmək haqqından məhrum edilərək qanuni mənafeyinə 41562 AZN məbləğində maddi zərər vurulduğunu qeyd etmişdir. İş üzrə mövcud olan obyektiv və konkret faktlarla sübut olunur ki, Komitənin xx xxx 2017-ci il tarixli qərarının qəbul edilməsinin və işəgötürənin eyni tarixli 1\156 saylı əmrinin imzalanmasının birbaşa səbəkarı məhz təqsirkar X15 olmuş və bilavəsitə onun səsləndirdiyi təhrifedici ifadələr onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirmişdir.Maddi hüquq normasının tələbləri baxımından işin faktiki hallarını qiymətləndirdikdə aydın şəkildə görünür ki, X23un qərəzli və qanunsuz mövqeyi bilavasitə onun qanuni mənafeyinə zərər vurduğunu, nəticədə isə o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəridən məhrum olduğunu bildirmişdir. X23 tərəfindən onun qanunla müəyyən edilmiş hüququna müdaxiləsi bilavasitə onun qanuni mənafeyinə toxunduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı Dövlət X2 Həmkarlar Təşkilatının sədri dosent X15 apelyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, hüquqşünasların iştirakları ilə qəbul edilmiş protokol əsasında qanuni əmr verilmiş, həmin əmr iddiaçı tərəfindən mübahisələndirilsə də, həmin iddia tələbinin rədd edilməsi barədə məhkəmə qərarı qüvvədə qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X18 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tədris şöbəsinin müdürü İddiaçı tərəfindən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən ailə vəziyyətində və səhhətində mövcud olan problemlərlə əlaqədar olaraq ona öz hesabına (ödənişsiz) 2 ay müddətinə (xx xxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək) məzuniyyət verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibb Universiteti X4 İbadov barəsində əmək qabiliyyətinin olmaması barədə SN 00005 seriya nömrəli vərəqədən görünür ki, o, 16.11.16-cı il tarixdən 24.11.16-cı il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibb Universiteti X4 İbadov barəsində əmək qabiliyyətinin olmaması barədə SN 00005 seriya nömrəli vərəqədən görünür ki, o, 16.02.17-ci il tarixdən 27.02.17-ci il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə X25 Mərkəzi 307725 saylı İddiaçı barəsində əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, o, 24.02.17-cil ildən 06.03.17-ci il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş materiallarında olan 39 N-li Bakı şəhər Polikinikasının xx xxxx 2017-ci il tarixli İddiaçı barəsində əmək qabiliyyətinin olmaması barədə 532601 nömrəli vərəqədən görünür ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş materiallarında olan 39 N-li Bakı şəhər Polikinikasının xx.xx.2017-ci il tarixli İddiaçı barəsində əmək qabiliyyətinin olmaması barədə 532659 nömrəli vərəqədən görünür ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əmək qabiliyyətsiz olmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə X25 Mərkəzi kardiologiya şöbəsi 2177 n-li epikrizdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2017ci il tarixdə evə buraxılmışdır. Müayinəyə əsas Stabil gərginlik stenkardiyası olmuşdur. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, t-722 saylı məkubdan görünür ki, iddiaçıya ödənişsiz məzuniyyətin verilməsi haqqında BDU-nun rektoru akad. A.M.Məhərrəmova ünvanlanmış 05.05.17-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, AR ƏM-nin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət tərəflərin qarşılıqlı razılığı əsasında verilə bilər. 2016/2017-ci tədris ilinin sonu olduğundan tədris sahəsində həlli vacib olan məsələlərin mövcudluğunu, cari ilin may ayının 30-dan başlayaraq buraxılış kurs tələbələrinin Yekun Dövlət Attestasiyasının və 05 iyun tarixində yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı işlərin çoxluğunu, hazırda BDU-da audit məqsədilə X14 qrupunun fəaliyyəti zamanı tələb etdiyi sənədlərin böyük qisminin tədrislə bağlı olduğunu və Tədris departamentinin yaradılması ilə əlaqədar ərizəçinin çalışdığı sahədə islahatların aparılması onun işdə olmağı zərurətini yaradır. Bununla bağlı cari ilin may-iyun aylarında ona ödənişsiz məzuniyyətin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İ.N.Əliyeva tərəfindən Bakı Dövlət Universitetinin rektoru A.M.Məhərrəmova ünvanlanmış xx.xx.2017-ci il tarixli təqdimatdan görünür ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimya fakültəsinin "Kimyanın tədrisi metodikası” kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosenti İddiaçı xx xxxxxx 2017-ci il tarixindən xx xxx 2017-ci il tarixinədək təqdim edilmiş xəstəlik vərəqələrinə əsasən işə gəlməmişdir. Lakin xx xxx 2017-ci il tarixindən əmək fəaliyyətinə başlamalı olan dos.İddiaçı Tədris şöbəsinin və Tədris şöbəsinin müdiri vəzifəsinin ləğvi ilə bağlı yenidən işlə təmin olunması məqsədi ilə BDU-nun rektoruna müraciət etməmiş və iki aylıq ödənişsiz məzuniyyətinin verilməsini xahiş etmişdir. Bu barədə müsbət cavab almamasına baxmayaraq o, 08, 10 və xx xxx 2017-ci il tarixlərində (6, 7 və x xxx 2017-ci il qeyri iş günləri olmuşdur) işə gəlməmişdir. 2016/2017-ci tədris ilinin sonu olduğundan tədris sahəsində həlli vacib olan məsələlərin mövcudluğunu, cari ilin may ayının 30-dan başlayaraq buraxılış kurs tələbələrinin Yekun Dövlət Attestasiyasının və 05 iyun tarixindən yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı işlərin çoxluğunu, hazırda BDUda audit məqsədilə X14 qrupunun fəaliyyəti zamanı tələb etdiyi sənədlərin böyük qisminin tədrislə bağlı olduğunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətin tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini nəzərə alaraq dos.İddiaçı may-iyun 2017-ci il tarixlərində ödənişsiz məzuniyyətin verilməsi məqsədə uyğun hesab edilməmişdir. Bu barədə ərizəçi dos.İddiaçı prorektor və baş hüquqşünasın imzaları ilə yazılı məlumat poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Əlavə olaraq bu qərar xx xxx 2017-ci il tarixində dos.İddiaçı BDU-nun baş hüquqşünası tərəfindən mobil telefonla zəng vurularaq bildirilmişdir. Ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosenti İddiaçı ödənişsiz məzuniyyət verilməsinin məqsədə uyğun hesab edilmədiyini və xx xxx 2017-ci il tarixindən etbarən işə çıxmamasını nəzərə alaraq onun işdə qalıb-qalmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan BDU HİK-nin xx xxx 2017-ci il tarixli iclasın 01 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ “BDU rəhbərliyindən daxil olmuş dosent İddiaçıla bağlı təqdimat” haqqında olmuşdur. İclasda gündəlik məsələ üzrə BDU HİK-in sədr müavini Şahid2, Hüquq fakültəsinin HT sədri X23un, məclis üzvlərindən Əmirxan Mirzəyevin, Elşad Qurbanovun, fakültə və bölmə həmkarları sədrlərindən Zaur Babayevin, Əlinağı Məhəmmədovun, Kərəm Məmmədovun çıxışları dinlənilmiş, dosent İddiaçı tutduğu vəzifədən azad olunmasına razılıq verilməsi təklifi səsə qoyulmuş və BDUnun Tədris şöbəsinin müdiri dosent İddiaçı AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi, heç bir üzrlü səbəb olmadan 3 gün işə gəlmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsinə dair yekdilliklə qərar qəbul olunmuşdur. İş materiallarında olan Bakı Dövlət Universitetinin xx.xx.2017-ci il tarixli, 1/156 saylı əmrindən görünür ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdürü, Kimya fakultəsi Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi İddiaçı xəstəliyi bitən gündən etibarən işə çıxmadığına və yeni yaradılmış Tədris Departamentində müvafiq işlə təmin olunması barədə ərizə ilə müraciət etmədiyinə, Kimyanın tədrisi metodikası kafedrasında daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi kimi dərslərə gəlmədiyinə görə xx xxx 2017-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdürü və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2788/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4381/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12814/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4381/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qeyd olunan qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12814/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunun istinad olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimya fakültəsinin "Kimyanın tədrisi metodikası” kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosenti İddiaçı xx xxxxxx 2017-ci il tarixindən xx xxx 2017-ci il tarixinədək təqdim edilmiş xəstəlik vərəqələrinə əsasən işdə olmamış, xx xxx 2017- ci il tarixindən əmək fəaliyyətinə başlamalı olduğu halda, xx.xx.2017-ci il tarixdə ərizə ilə BDUnun rektoruna müraciət edərək, ona iki aylıq ödənişsiz məzuniyyətinin verilməsini xahiş etmişdir. İddiaçının ödənişsiz məzuniyyət verilməsi xahişinə Bakı Dövlət Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə müsbət cavab verilməmiş və bu barədə məktub iddiaçı tərəfindən xx xxx 2017-ci il tarixdə alınmışdır. İddiaçı ərizəsinə müsbət cavab almamasına baxmayaraq, 08, 10 və xx xxx 2017-ci il tarixlərində (6, 7 və x xxx 2017-ci il qeyri iş günləri olmuşdur) işə çıxmamışdır. İddiaçı ödənişsiz məzuniyyət verilməsinin məqsədə uyğun hesab edilmədiyini və xx xxx 2017-ci il tarixindən etbarən işə çıxmamasını nəzərə alaraq, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İ.N.Əliyeva tərəfindən Bakı Dövlət Universitetinin rektoru A.M.Məhərrəmova xx.xx.2017-ci il tarixli təqdimat ünvanlanaraq, İddiaçı işdə qalıb-qalmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. xx xxx 2017-ci il tarixdə işəgötürən İddiaçı işdən azad olunmasına razılıq verilməsi barədə təqdimatla Həmkarlar Komitəsinə müraciət etmiş, HİK-nin xx xxx 2017-ci il tarixdə keçirilən iclasında HİK-nin üzvlərinin, o cümlədən, Universitetin X10 Təşkilatının sədri X7 da çıxışları dinlənilmiş, dosent İddiaçı tutduğu vəzifədən azad olunmasına razılıq verilməsi təklifi səsə qoyulmuş və İddiaçı AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi, heç bir üzrlü səbəb olmadan 3 gün işə gəlmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsinə dair yekdilliklə qərar qəbul olunmuşdur. İddiaçı məhz X11 HİK-nin iclasındakı çıxışında hüquqi normaların tələblərini təhrif etməsi və iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının müdafiəsinin təmin edilməməsi nəticəsində işsiz qaldığını iddia edərək, ona dəymiş 41562 manat maddi zərərin və mənəvi zərərin əvəzinin cavabdeh Ərəstun Qasımovdan onun xeyrinə tutulması barədə tələb irəli sürmüşdür. Bununla yanaşı, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına dair hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya baxışı zamanı təqdim etməmişdir. Eləcə də, müəyyən edilmişdir ki, iddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4381/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarında da iddiaçının hazırki tələbdə irəli sürdüyü ödənişsiz məzuniyyət verilməsinə dair mövqeyi ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə verilə bilər. Yəni işçinin təşəbbüsü özü-özlüyündə ona ödənişsiz məzuniyyətin veriləcəyi anlamına gələ bilməz. Bu səbəbdən də, işçi müraciət etməklə yanaşı, işə çıxmalı və əmək müqaviləsi (eləcə də, əmək qanunvericiliyi) ilə üzərinə düşən vəzifələri icra etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X27 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X27 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə qarşı maddi zərərin və mənəvi ziyanın əvəzinin tutulması tələbləri əsassız olduğundan təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)- 1556/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1767/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1767/2021
28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver