Məhkəmə qərarları › İş №2(103)-1767/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1767/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1767/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3447/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Changan” minik markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil X16 mülkiyyətindədir və o, xx.xx.2021-ci il tarixli etibarnamə ilə daşınmaz əmlak istisna olmaqla, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakının idarə edilməsini, istifadə edilməsinə dair etibarnamələrin verilməsini, onları almaq haqqında əqdlərin bağlanmasını və digər aidiyyəti səlahiyyətlərin həyata keçirilməsini Cavabdeh (bundan sonra cavabdeh) və "xxxx" MMC-yə etibar etmişdir. Bu avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edilməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı (bundan sonra iddiaçı) yol vərəqəsi verilmişdir. Həmin ərəfədə iddiaçı tərəfindən avtomobil üzərində olan inzibati cərimələr ödənilmiş və avtomobil onun tərəfindən 2.300 manat pula X22 adlı şəxsə satmışdır. Lakin bir müddət sonra avtomobil cavabdeh tərəfindən X12 alınmışdır. Bununla bağlı X22 bu şəxslərə qarşı iddia qaldıraraq, avtomobilə görə ödənilmiş pulun onlardan tutulmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-442/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, avtomobilin alınması üçün ödənilmiş 2.300 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat pulun və 48 manat dövlət rüsumunun iddiaçıdan tutularaq X17 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun avtomobil almaq fikri olduğunu bilən tanışı X18 zəng vuraraq bildirmişdir ki, Bakı şəhər DYP İdarəsinin Adil adlı əməkdaşının qayınanası avtomabil satır. Hazırda onlarda büdcəsinə uyğun maşın vardır. O, həmin maşına X8 və X9 iştirakı ilə baxış keçirib, cavabdeh ilə razılaşaraq cavabdehdən xx.xx.2021-ci il tarixdə **-UB-*** dövlət nişanlı Changan markalı avtomobili 2.500 manat ilkin ödəniş etməklə almışdır və cavabdeh ona minik avtomobilinin "xxxx" MMC-nin yol vərəqəsini vermişdir. Avtomaşını aldıqdan sonra cərimə borclarını tam şəkildə ödəmiş, bəzi yerlərində problemlər olduğu üçün təmir etdirmişdir. Həmin avtomobili o, “Rent a Car” üçün almışdır. Atmomaşın “Rent a Car” üçün yararsız olduğundan satmaq məcburiyyətində qalmışdır. Cavabdeh bildirmişdir ki, avtomaşına alıcı tapıb satacaq və onlar öz aralarında razılığa gəlmişlər. Həmin avtomobili cavabdehin razılığı ilə X2. O, 2.500 manat ödədiyi ilkin ödənişini cavabdehin ofisində yanında almışdır. Sonra cavabdeh onun xəbəri olmadan X12 avtomaşını axtarışa verərək almışdır. Elə bu səbəbdən Hüseyn onların hər ikisini cavabdeh qismində cəlb etməklə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə avtomobilin alınması üçün ödənilmiş 2.300 manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat pulun və 48 manat dövlət rüsumunun ondan alınaraq iddiaçı X17 verilməsi qət olunmuşdur. O, bundan sonra dəfələrlə cavabdehdən ödədiyi 2.500 manat pulunu tələb etsə də, lakin cavabdeh pulunun geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3447/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X28).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında “Changan” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair şifahi müqavilə bağlanmış, ödəniş qrafiki razılaşdırılmış, İddiaçı həmin avtomobilə dair yol vərəqi və daşınar əmlakın idarə edilməsi və istifadə hüquqlarına dair etibarnamələrin verilməsinə dair etibarnamə verilmişdir. Bununla da, cavabdehin nəqliyyat vasitəsini iddiaçının istifadəsində olmasına razılıq verməsi işin mübahisəsiz halıdır. Münasibətlərin mahiyyətindən görünür ki, razılaşmalar əvəzli xarakter daşımış, cavabdeh tərəfindən ümumilikdə 1.000 manat pulun (nəqliyyat vasitəsinin yığılmış cərimələrinin ödənilməsi və ilkin ödənişin edilməsi) müqabilində nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi hüququnu iddiaçıya vermişdir. Cərimələrin iddiaçı tərəfindən ödənildiyini cavabdeh etiraf etməklə qəbul etmiş, ilkin ödənişi isə vasitəçilər tərəfindən edilməsi ilə yekunda nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı sənədələri və açarları İddiaçı vermişdir. Bununla da, alqı-satqı münasibətlərinin əsasını təşkil edən əlamətlər, yəni satıcının əşyanı verməsi, alıcının isə əşyanı qəbul etməklə ödənişin edilməsi öz əksini tapmışdır. Sonradan iddiaçı həmin avtomobili Hüseyn Orucova satmış, o, isə Cavabdeh qaytarmışdır. Hüseyn Orucov iddiaçıya ödədiyi məbləğlə məhkəməyə müraciət etməklə, geri almışdır. Məhkəmə iclasında şahid ifadələri, cavabdehin izahatı və təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh “Changan” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı idarə edilməsinə və istifadəsinə verilməsi üçün avtomobilin cərimələrinin ödənilməsi ilə birlikdə 1.000 manat pul qəbul etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.000 manat alınaraq İddiaçı ödənilməlidir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 88-ci, 106-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, tərəflər arasında avtomobilin mülkiyyətə verilməsi və bunun qarşılığında vəsaitin ödənilməsi haqqında heç bir razılıq olmamışdır. Avtomobil iddiaçıya Məmmədov Rəvan tərəfindən təklif edilmiş və satılmışdır. Pul vəsaiti də Məmmədov Rəvana ödənilmişdir. Onun tərəfindən tərəflərin bildirişinə əsasən müqavilədə dəyişiklik aparılmışdır. Lakin, birinci instansiya məhkəməsi sübutları tam və hər tərəfli araşdırmayaraq səhv nəticəyə gəlmişdir. İş materiallarında tərəflər arasında etibarlı alqısatqı müqaviləsinin bağlanması haqqında heç bir sübut və əsas olmamasına baxmayaraq həmin hüquq münasibətlərinin olduğuna əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən onunla aralarında alqı-satqı münasibətlərinin mövcud olduğu iddia olunsa da, bunu sübut edəcək heç bir sənəd təqdim edilməmişdir. Buna görə də, öhdəlik münasibətlərinin yaranmadığı halda, onun tərəfindən hər hansı öhdəliyin icra edilməməsindən bəhs oluna bilməz və öhdəliyin icra edilməməsi haqqında normaların tətbiq edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi işin faktiki hallarının tam müəyyən edilməsində yardımçı rol oynayacaq şəxsləri onun xahişlərinə baxmayaraq şahid olaraq cəlb etməmişdir. Halbuki, həmin şəxslər dindirilsə idi, işin nəticəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olardılar. Belə ki, X19, X4 avtomobillə əlaqəli danışıqlar aparılarkən Orucov Hüseynlə birlikdə olmuşdurlar və hüquq münasibətlərinin necə yarandığına, tərəflərin mövqelərinə, hadisələrin baş vermə ardıcıllığına şahidlik etmişdirlər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin şəxsləri ümumiyyətlə şahid olaraq cəlb etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin və öz apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur; 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırda mahiyyət etibarı ilə iddiaçının apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hisssəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini, o cümlədən iddiaçının qarşı tərəfin apellyasiya şikayətinə qarşı etirazını iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu baxımdan qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

22. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

23. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

24. Bu baxımdan iddiaçı cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olmasını və bu münasibətlər çərçivəsində mübahisəli avtomobilin satın alınmasına görə 2.500 manat məbləğində iddiaçıya pul ödədiyini sübut etməli idi. Lakin iddiaçı öz mövqeyinə uyğun olaraq hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə bu halları etiraf etmir, iddiaçı ilə heç bir münasibətinin yaranmadığını, aralarında hər hansı müqavilənin bağlanmadığını bildirir. İş materiallarında olan sübutlarla isə cavabdehin iddiaçıya nəinki 2.500 manat, ümumiyyətlə hər hansı məbləğdə borcunun yarandığı müəyyən edilmir.

25. Məhkəmə kollegiyası bu konteksdə xüsusilə qeyd edir ki, iddiaçı iddia ərizəsində mübahisəli avtomobilə görə 2.500 manat məbləğin cavabdehə ödənildiyini bildirsə də, birinci instansiya məhkəməsində verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilə görə ilkin olaraq 300 manat məbləğində beh vermiş, sonradan 1.700 manat pulu Rəvan adlı şəxsə vermiş, o da həmin məbləği cavabdehə ötürmüşdür. Ümumilikdə avtomobili 2300 manat məbləğinə satın almışdır. İzahatında isə cavabdehə ofisdə 200 manat müqavilə pulu verdiyini və avtomobilə görə cərimələr ödədiyini qeyd etmişdir (i.v.73).

26. Bununla belə, iddiaçının nəinki iddia tələbində göstərilən məbləğlə (2.500 manat) izahatında qeyd etdiyi məbləğ arasında (2.200 manat), o cümlədən avtomobilə ümumi ödədiyi məbləğlə avtomobilin satın alınması üçün beh verdiyi və sonradan Rəvan adlı şəxsə ödədiyi məbləğlər arasında ziddiyyət vardır. Belə ki, iddiaçının izahatına əsasən onun beh olaraq (300 manat) və sonradan Rəvan adlı şəxsə (1.700 manat), ofisdə cavabdehə verdiyi (200 manat), habelə inzibati cərimənin əvəzi olaraq ödədiyi pul vəsaiti, ümumilikdə 2.000 manatdan artıq məbləğ edir. İnzibati cərimənin ödənilməsi məqsədi ilə verilmiş məbləğ də 1.700 manat pulun tərkib hissəsi kimi qəbul edildikdə isə ümumi məbləğ 2.200 manat təşkil etmiş olur. Başqa sözlə, iddiaçı tərəfindən ayrı-ayrılıqda deyilən məbləğlərin cəmi ümumi məbləğ kimi səsləndirilən məbləğlə üst-üstə düşmür. Ümumiyyətlə iddiaçı inzibati cərimə üzrə aparılmış ödənişin məbləğini dəqiq göstərə bilmir, təxmini rəqəm söyləyir.

27. Cavabdeh isə iddiaçıdan hər hansı məbləğdə pul almadığını, iddiaçı ilə bağlanmış müqaviləyə görə 200 manat, ümumilikdə isə 1.500 manat məbləğində pulun Adil adlı şəxs vasitəsi ilə ona verildiyini, bu münasibətlərdə adı hallanan Rəvan adlı şəxsin ona bu iş üzrə pul ötürmədiyini göstərir. Şahid qismində ifadəsi alınmış X13 da öz ifadəsində eyni mövqedən çıxış edir və avtomobilə görə 500 manat, sonradan avtomobilin Tərxan adlı şəxsə verildiyinə görə sonuncudan 1.000 manat pul alaraq cavabdehə verdiyini bildirir.

28. X6 isə ifadəsində avtomobilə görə iddiaçı tərəfindən ona 200-500 manat məbləğində behin verildiyini bildirmiş, qalan ödənişin isə iddiaçı tərəfindən cavabdehə ofisində verildiyini, həmin pul verilən zaman çöldə olduğuna görə görmədiyini qeyd etmişdir. Halbuki, X22 adlı şəxsin iddiaçı və cavabdehə qarşı qeyd edilən avtomobilə görə ödənilmiş pulun qaytarılması (iddiaçı bu avtomobili əldə etdikdən sonra X3) tələbinə dair iddiasına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan zaman X20 iddiaçının ona 1.700 manat məbləğində pul verdiyini, 600-700 manat hissəsinin avtomobilin üzərində olan inzibati cərimə məbləği olduğunu, həmin pulu iddiaçıdan axşam aldığını, növbəti gün isə pulu aparıb cavabdehə verdiyini bildirmişdir. Həmin icraat çərçivəsində ifadəsi alınmış şahid X18 isə iddiaçının çoxdan tanıdığını, qeyd edilən avtomobilə görə 1.700 manat pulu götürərək X14 verdiyini və avtomobilin sənədlərini ondan götürdüyünü bildirmişdir. Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamə ilə X15 iddiası qismən təmin edilərək, 2.300 manat pulun məhz iddiaçıdan tutularaq, ona verilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.

29. Məhkəmə kollegiyası xüsusilə o halı qeyd edir ki, cavabdeh ümumiyyətlə həmin avtomobilin mülkiyyətçisi olmamış, avtomobilə dair onunla iddiaçı arasında hər hansı müqavilə bağlanmamış, avtomobilə müəyyən səlahiyyətlərin verilməsini təsdiq edən etibarnamə və yol vərəqəsi də iddiaçıya cavabdeh tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilmişdir. İddiaçının təqdim etdiyi ödəniş cədvəlində də cavabdehə aid hər hansı qeyd mövcud deyil. Nəzərə alınmalıdır ki, məzmununa uyğun olaraq, xx.xx.2021-ci il tarixli etibarnamə ümumiyyətlə nəqliyyat vasitəsinin idarə edilməsini istisna etmişdir. Avtomobillə bağlı iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" MMC-yə də xx.xx.2021-ci il tarixli etibarnamə cavabdeh tərəfindən deyil, məhz mülkiyyətçi tərəfindən verilmiş və orada əks etdirilmiş səlahiyyətlərə görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququ istisna edilmişdir. Nəticə etibarı ilə cavabdeh iddiaçı ilə şifahi olsa belə, nisyə alqı-satqı müqaviləsi bağlamaq, habelə avtomobili idarə etmək üçün ona vermək səlahiyyətinə malik olmamışdır.

30. Məhkəmə kollegiyası avtomobil üzərində olan inzibati cərimələrin iddiaçı tərəfindən ödəməsi ilə bağlı qeyd edir ki, ümumiyyətlə inzibati cərimə qismində ödənilmiş pulun dəqiq məbləği məluma deyil. Digər tərəfdən avtomobil cavabdehin deyil, X16 mülkiyyətindədir. Belə olan halda, iddiaçı hər hansı məbləğdə pul ödəmişdirsə də hüquqi nəticə etibarı ilə tapşırıq və ya digər əsas olmadan məhz mülkiyyətçiyə münasibətdə ödəmişdir. Bu baxımdan iddiaçı mülkiyyətçiyə münasibətdə vicdanlı hərəkət edərək, onun mənafeyinə uyğun davranış nümayiş etdirmişdir ki, bu məbləğin əvəzini də ödənişləri təsdiq edən sübutları təqdim etməklə cavabdehdən deyil, məhz ondan tələb edə bilər.

31. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri, o cümlədən iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pulun verilməsinin öz təsdiqini tapmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, iddia əsassızdır və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğdə pul tutula bilməz. Birinci instansiya məhkəməsi cavabdehdən 1.000 manat məbləğində pul tutmaqda haqlı olmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3447/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

33. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3447/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar