Məhkəmə qərarları › İş №2(103)-1774/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1774/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1774/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş Nərimanov Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadı Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə baxışı zamanı mülki işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-5027/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, iddia tələbi daşınmaz əmlaka vurulmuş ziyanın ödənilməsi ilə bağlı olsa da, MPM-in 39-cu maddəsinin təsiri altına düşmür, buna görə də həmin maddənin tələbləri hazırki mülki iş üzrə tətbiq edilə bilməz, çünki 39-cu maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin normada göstərilən konkret tələblər üzrə iddiaları ehtiva edir, bu səbəbdən də iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilmiş, aidiyyətlə bağlı fikri ayrılığı yarandığı üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. (maddə 39.1). Mülki iş materiallarından görünür ki, İddiaçı Xəzər rayonunda yerləşən özünə məxsus daşınmaz əmlaka dəyən maddi ziyanı cavabdehdən tələb edir, başqa sözlə tərəflər arasındakı iddia məhz pul tələbi ilə bağlıdır. Baxmayaraq ki, iddiaçı daşınmaz əmlaka dəyən ziyanı tələb edir, lakin hazırki iddia müstəsna aidiyyət qaydalarını tənzimləyən 39-cu maddədə sadalanan konkret tələblərin dairəsinə düşmür. Bundan əlavə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, mülki iş üzrə cavabdehin qeydiyyatda olduğu ünvan - ünvan 1yətdə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Nərimanov Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək mülki iş üzrə 03.05.2021-ci il tarixə hazırlıq iclası, 01.06.2021-ci il tarixə məhkəmə baxışı təyin edilmiş və mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat verilmişdir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bununla da kollegiya qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, Nərimanov Rayon Məhkəməsi işi Xəzər Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamış və iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mülki iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməli və mahiyyəti üzrə elə həmin məhkəmədə də həll edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 35, 36, 44, 400, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar