Məhkəmə qərarları › İş №2(103)-1779/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1779/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1779/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 nümyəndəsi və vəkili Hüseynov AzaVəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər “xxxx (xxxx)” ASC-nə və X4 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx (xxxx)” ASC cəlb edilməklə) pul tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx (xxxx)” ASCyə olan kredit borcu üçün onun və arvadı X5 tərəfindən ödənilmiş 1.549 manat və 1.089 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi, ilkin alqı-satqı razılaşmasında ilkin ödənişin əvəzi olaraq tərəfindən Cavabdeh2 verilmiş 1998-ci il istehsallı “Mercedes Benz” markalı avtomobilin əvəzi kimi 5.000 manat pulun Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Cavabdeh2 onlara müraciət edərək Cavabdeh1 “Kia-Rio” markalı 90-SJ150 dövlət qeydiyyat nişanlı avtomobili ipoteka krediti əsasında satın aldığını, lakin aylıq ödənişləri ödəyə bilmədiyi üçün çətinlik çəkdiyindən həmin avtomobili satmaq niyyətində olduğunu bildirmişdir. Bunun üçün də həmin avtomobilə dair Cavabdeh1 kredit borcunu onların ödəmələrini, həmçinin oğluna məxsus olan 1998-ci il buraxılışlı, 2013-cü ilin satış qiymətinə uyğun olaraq 5.000 manat miqdarında qiymətləndirilən “Mercedes Benz C180” markalı minik avtomobilini, qeyd edilən kredit ödənişi üçün ilkin ödəniş qismində ödədiyi pulun əvəzi kimi Cavabdeh2 vermələrini təklif etmişdir. Onun bu təklifi ilə razılaşaraq o, 2013-cu il tarixdə hazırkı iş üzrə Cavabdeh1 ilə Cavabdeh2 vasitəsi ilə razılığa gələrək “Kia-Rio” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin notariat qaydasında verilmiş etibarnamə əsasında alqı-satqsına dair razılığa gəlmişlər. Aralarında əldə olunmuş razılığa əsasən Cavabdeh1 mülkiyyətində olan (ipoteka krediti əsasında bankda girovda olan) “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona verməyi öhdəsinə götürmüşdür. O, isə qeyd edilən razılaşmaya əsasən həmin avtomobilin ipoteka predmeti olduğu kredit müqaviləsi üzrə “xxxx (xxxx)” ASC-yə Cavabdeh1 kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən bu razılaşmadan sonra oğluna məxsus olan “Mercedes Benz C180” markalı minik avtomobili Cavabdeh2 vermişlər. Tərəflər arasında bu kimi razılıq əldə edildikdən sonra o və onun ailə üzvləri (oğlu və arvadı) Cavabdeh1 “xxxx (xxxx)” ASC qarşısında olan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra edərək onun borcunun bağlanmasına nail olmuşlar. Bütün bu proseslər zamanı sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün heç bir ilkin ödəniş ödəməmişdir və o, ilkin ödəniş qismində guya ki, ödədiyi 5.000 manatın əvəzi olaraq “Mercedes Benz C180” markalı minik avtomobilini onları aldatmaq yolu ilə mənimsəmişdir. Belə ki, razılaşma predmeti olan “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra həmin maşının onlardan alınmaması üçün Cavabdeh1 əvəzinə pul vəsaitlərini bankın xeyrinə ödəmişlər. Bu ödənişləri bankın hesabına köçürmə yolu ilə həyata keçirərək “xxxx” QSC-də həm onun, həm oğlu X3, həm də arvadı X1 adına hesablar açdırmış, həmin bankda açılmış həmin hesablarla müntəzəm olaraq aidiyyəti üzrə pul vəsaitləri tərəflərindən ödənilməklə Cavabdeh1 qeyd edilən kredit borcu tam ödənilmişdir. Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı “xxxx (xxxx)” ASC-də birbaşa xəzinədən və “xxxx” QSC-də onun və arvadı X1 adına olan hesabdan edilmiş ödənişlər aşağıdakı kimi olmuşdur: “xxxx” QSC-də arvadı X1 adına olan hesabdan xx xxxxxx 2014-cü il tarixdə 410 manat, xx xxxxxx 2014-cü il tarixdə 10 manat, xx xxxxxxxx 2014-cü il tarixdə 410 manat, xx xxxxxxx 2014-cü il tarixdə 410 manat, xx xxxxxxx 2014-cü il tarixdə 9 manat, xx xxxxxx 2014-cü il tarixdə 300 manat, “xxxx” QSC-də onun adına olan hesabda isə xx xxx 2015-ci il tarixdə 536 ABŞ dolları və xx xxxx 2015-ci il tarixdə 553 ABŞ dolları. Beləliklə “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh1 (onun Banka olan kredit borcuna) onun və arvadı X5 olmaqla tərəflərindən ümumilikdə 1.549 manat və 1.089 ABŞ dolları ödənilmişdir. Lakin daha sonra həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh1 adına olduğundan Cavabdeh1 barədə olan məhkəmə mübahisəsinə görə iddia predmeti qismində məhkmə qaydasında alınaraq özgəninkiləşdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Prezidentin "xxxx Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanı qəbul edildikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 kredit borcuna görə onun tərəfindən Banka ödənilmiş artıq pul məbləği (kompensasiya) sənəd üzərində əsas borclu olduğu üçün Cavabdeh1 ödəniləcəkdir. Bu hal özü yəni, Cavabdeh1 Banka olan kredit borcunun faktiki ödəyicisi o, və ailə üzvləri olduğu halda, fərmanın təsir sahəsinə düşən kompensasiya ödənişinin heç bir faktiki ödəniş etməyən biri tərəfindən alınması nə qanunidir, nə də ədalətlidir. Belə ki, belə bir halın baş verməsi özlüyündə mühüm hüquq pozuntuları ilə müşayiət olunmaqla Cavabdeh1 əsassız varlanmasına gətirib çıxaracaqdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, avtomobil aralarında olan alqısatqısı ilə bağlı əldə edilmiş razılaşmaya əsasən Cavabdeh1 əvəzindən onun Banka olan kredit borcunu o, və ailə üzvləri ödədiyi üçün hesab edir ki, həmin fərman əsasında hesablanmış, xxxx (xxxx) ASC tərəfindən kompensasiya kimi ödənilməsi nəzərdə tutulmuş 4.515,78 manat məbləğində pul vəsaiti Cavabdeh1 ödənilməməlidir. Hesab edir ki, onların pozulmuş hüquqlarının bərpası üçün həmin avtomobillə bağlı Cavabdeh1 kredit borcuna görə onun və ailə üzvlərinin Banka ödədikləri pul məbləğləri cavabdehdən alınaraq ona qaytarılmalıdır. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi daha sonra həmin avtomobil Cavabdeh1 barədə olan məhkəmə icraatı nəticəsində məhkəmə qaydasında özgəninkiləşdirilmişdir. xx xxxxx 2015- ci il tarixli etibarnamənin surətindən də görünür ki, aralarında qarşılıqlı razılaşması əsasında “Kia-Rio” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır (yəni qeyd edilən etibarnamənin məzmunundan bəlli olur ki, onun həmin avtomobilə dair səlahiyyətləri mövcud olmuşdur). Həmçinin iş materiallarında olan, tərəfindən Cavabdeh1 Banka olan borcunun müntəzəm ödənilməsini təsdiq edən ödəniş tapşırıqlarından da görünür ki, razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyi mövcud kredit borcu üzrə əsl ödəyicinin o, və arvadı X5 olduğu açıqca görünməkdədir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx (xxxx)” ASC-yə olan kredit borcu üçün onun tərəfindən ödənilmiş 4.211 manat və 1.291 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin “xxxx (xxxx)” ASC tərəfindən Cavabdeh1 kompensasiya olaraq ödəniləcək 4.515,78 manat pul vəsaiti olmaqla, ümumilikdə 8.726,78 manat və 1.291 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Cavabdeh2 atasına müraciət edərək, Cavabdeh1 Kia- Rio markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka krediti əsasında satın aldığını, lakin aylıq ödənişləri ödəyə bilmədiyi üçün çətinlik çəkdiyindən həmin avtomobili satmaq niyyətində olduğunu bildirmişdir. Bunun üçün də həmin avtomobilə dair kredit borcunu onların ödəməyini, həmçinin onlara məxsus olan 1998-ci il buraxılışlı, 2013-cü ilin satış qiymətinə uyğun olaraq 5.000 manat miqdarında qiymətləndirilən “Mercedes Benz C180” mainik markalı avtomobilini, qeyd edilən kredit ödənişi üçün ilkin ödəniş qismində ödədiyi pulun əvəzi kimi ona vermələrini təklif etmişdir. Onun bu təklifi ilə razılaşaraq İddiaçı 2013-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 vasitəsi ilə razılığa gələrək “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin notariat qaydasında verilmiş etibarnamə əsasında alqı-satqısına dair razılığa gəlmişlər. Aralarında əldə olunmuş razılığa əsasən Cavabdeh1 mülkiyyətində olan (ipoteka krediti əsasında bankda girovda olan) “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən razılaşmaya əsasən həmin avtomobilin ipoteka predmeti olduğu kredit müqaviləsi üzrə “xxxx (xxxx)” ASC-yə Cavabdeh1 kredit borcunu ödəməyi öhdələrinə götürmüşlər. Qeyd edilən bu razılaşmadan sonra ona məxsus olan “Mercedes Benz C180” markalı minik avtomobilini Cavabdeh2 vermişlər. Tərəflər arasında bu kimi razılıq əldə edildikdən sonra onlar (o, atası və anası) Cavabdeh1 bank qarşısında olan kredit müqaviləsi uzrə öhdəliklərini vaxtında və lazımınca icra edərək onun borcunun bağlanmasına nail olmuşlar. Bütün bu proseslər zamanı sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 “Kia-Rio” markalı, 90-5J-150 dövlət qeydiyyat nişanlı avtomobil üçün heç bir ilkin ödəniş ödəməmişdir və o, ilkin ödəniş qismində guya ki ödədiyi 5.000 manatın əvəzi olaraq onlardan aldığı “Mercedes Benz C180” minik markalı avtomobilini onları aldatmaq yolu ilə mənimsəmişdir. Həmçinin, razılaşma predmeti olan “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra həmin maşının əllərindən alınmaması üçün Cavabdeh1 əvəzinə 10.500 ABŞ dolları məbləğində pul vəsaitini “xxxx (xxxx)” ASC-nin xeyrinə ödəmişlər. Bu ödənişləri bankın hesabına köçürmə yolu ilə həyata keçirmək üçün “xxxx” QSCdə həm onun, həm də anası X1 adına hesab açmışlar, “xxxx” QSC-də açılmış həmin hesabla müntəzəm olaraq aidiyyəti üzrə pul vəsaitləri tərəflərindən ödənilməklə Cavabdeh1 qeyd edilən kredit borcu tərəflərindən tam ödənilmişdir. Cavabdeh1 oğlunun kredit borcunun ödənilməsi ilə bağlı bankda birbaşa xəzinədən və “xxxx” QSC-də adına olan hesabdan edilmiş ödənişlər bunlardır: “xxxx” QSC-də adına olan hesabdan xx xxxxxx 2014-cü il tarixdə 800 manat, xx xxxxx 2014-cü il tarixdə 250 manat, xx xxx 2014-cü il tarixdə 1.810 manat, xx xxxx 2014-cü il tarixdə 410 manat, xx xxxxxx 2014-cü il tarixdə 410 manat, xx xxxxxx 2014-cü il tarixdə 121 manat, xx xxxxxx 2014-cü il tarixdə 200 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixdə 410 manat, xx xxxx 2015-ci il tarixdə “xxxx (xxxx)” ASC-nin Gəncə filialının xəzinəsinə ödəməklə 388 ABŞ dolları, xx xxx 2015-ci il tarixdə sabit ödəniş terminalı vasitəsi ilə 703 ABŞ dolları. Beləliklə, “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh1 (onun Banka olan kredit borcuna) onun tərəfindən ümumilikdə 4.211 manat və 1.291 ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin daha sonra həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh1 adına olduğundan Cavabdeh1 barədə olan məhkəmə mübahisəsinə görə iddia predmeti qismində məhkmə qaydasında alınaraq özgəninkiləşdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Prezidentin "xxxx Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanı qəbul edildikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 kredit borcuna görə onun tərəfindən Banka ödənilmiş artıq pul məbləği (kompensasiya) sənəd üzərində əsas borclu olduğu uçün Cavabdeh1 ödəniləcəkdir. Bu hal özü yəni, Cavabdeh1 banka olan kredit borcunun faktiki ödəyicisi o olduğu halda, cənab prezidentin məlum fərmanının təsir sahəsinə düşən kompensasiya ödənişinin heç bir faktiki ödəniş etməyən biri tərəfindən alınması nə qanunidir, nə də ədalətlidir. Belə ki, belə bir halın baş verməsi özlüyündə mühüm hüquq pozuntuları ilə müşayiət olunmaqla Cavabdeh1 əsassız varlanmasına gətirib çıxaracaqdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, avtomobil alqı-satqısı ilə bağlı əldə edilmiş razılaşmaya əsasən Cavabdeh1 əvəzindən onun Banka olan kredit borcunu o ödədiyi üçün hesab edir ki, cənab prezidentin fərmanı əsasında hesablanmış, xxxx (xxxx) ASC tərəfindən kompensasiya kimi ödənilməsi nəzərdə tutulmuş 4.515,78 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Daha sonra həmin avtomobil Cavabdeh1 barədə olan məhkəmə icraatı nəticəsində məhkəmə qaydasında özgəninkiləşdirilmişdir. xx xxxxx 2015-ci il tarixli etibarnamədən də göründüyü kimi atasının qeyd edilən avtomobilə dair səlahiyyətləri mövcud olmuşdur. Yəni həmin etibarnamədən də görünür ki, tərəflərin qarşılıqlı razılaşması əsasında “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı satılmışdır. Həmçinin iş materiallarında olan, tərəfindən Cavabdeh1 Banka olan borcunun müntəzəm ödənilməsini təsdiq edən ödəniş tapşırıqlarından da razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyi, mövcud kredit borcu üzrə əsl ödəyicinin o, olduğu açıqca görünməkdədir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Ona görə də hesab edir ki, Cavabdeh1 Banka olan kredit borcunun ödənişlərini o, ödədiyindən həmin pullar cavabdehdən alınaraq ona qaytarılmalı, həmçinin xxxx (xxxx) ASC tərəfindən Cavabdeh1 ödənilməli olan kompensasiya cavabdehə deyil, mövcud olmuş kredit öhdəliklərini Cavabdeh1 əvəzinə o, icra etdiyi üçün həmin kompensasiya məbləği ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən hər iki iddia təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Namazov Zaur apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, obyektiv araşdırılmamışdır. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, üçüncü şəxslər X7 və “xxxx (xxxx)” ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. xxxx Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xxxx Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 105 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X7 (etibar edən) Cavabdeh2 (etibar edilən) X2 mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə xx xxxxxx 2016cı il tarixə qədər qüvvədə olmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(001)- 4881/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 əsas borc üzrə 13.535,72 ABŞ dolları, faiz borcu üzrə 168,93 ABŞ dolları, cərimə borc üzrə 1,40 ABŞ dolları, cəmi 13.706,05 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul “xxxx (xxxx)” ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 məxsus “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış avtomaşının hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə ilə X7 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “Bank Hesabı” müqaviləsindən görünür ki, bank müştəriyə hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. İşdə olan xx xxxxx 2015-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 (etibar edən) X4 və İddiaçı (etibar edilənlər) daşınmaz əmlak istisna olmaqla, bütün daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipotekaya (girova) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən sənədləri və arayışları almağı, bütün təşkilatlarda, idarə və müəssisələrdə, o cümlədən AR DİN BDYPİ-də, gömrük orqanlarında işləri aparmağı, əvəzindən ərizə verməyi, sənədlərə imza etməyi və bununla əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx xxxxxx 2043-cü il tarixədək qüvvədədir. İşə əlavə edilmiş xx xxx 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 müştəri olduğu “xxxx (xxxx)” ASC-nin hesabına İddiaçı tərəfindən 536 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. xx xxxx 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 müştəri olduğu “xxxx (xxxx)” ASC-nin hesabına İddiaçı tərəfindən 553 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. xx xxxx 2015-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 müştəri olduğu “xxxx (xxxx)” ASC-nin hesabına X7 tərəfindən 388 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 420 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 800 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 250 manat məbləğində vəsait ödənilmişdir.xx xxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 1.810 manat məbləğində vəsait ödənilmişdir. xx xxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 120 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxx 2015ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 müştəri olduğu “xxxx (xxxx)” ASC-nin hesabına 703 ABŞ dolları məbləğində pul ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 10 manat məbləğində vəsait ödənilmişdir. 09 sentyabr2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 410 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 9 manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırığı və köçürmə orderindən görünür ki, X5 tərəfindən Cavabdeh1 krediti üzrə “xxxx (xxxx)” ASC-nin hesabına 300 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx xxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(001)-4881/2014 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Samux RPŞ-nin müvəqqəti saxlama dayanacağında saxlanılmış iş üzrə Cavabdeh1 mülkiyyətində olan “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanc üçün tələbkar təşkilatın etibarnamə üzrə nümayəndəsinə təhvil verildi. Tələbkar təşkilatın nümayəndəsinə sözügedən avtomobilin özgəninkiləşdirilməməsisi, israf edilməməməsi, mənimsənilməməsi, və gizlədilməməsi elan edilmiş və vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə xxxx Respublikası cinayət qanunvericiliyinə uyğun oğlaraq cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Həmçinin qeyd edilmişdir ki, avtomobilin açarı tələbkara təhvil verilmiş, ancaq texniki şəhadətnaməsi avtomobili idarə edən İddiaçı tərəfindən təqdim edilməmişdir. Avtomobil işlək vəziyytdədir, hər hansı əziyi və söküyü aşkar edilməmişdir. Aktın doğruluğu Samux icra şöbəsinin icra məmuru Şöhrət Tağıyev, Samux RPŞnin sahə müvəkkili İslam Mehdiyev, tələbkarın nümayəndəsi Zaur İsmayılov, hal şahidləri Rövşən Şirazi və Rəşad Hacıyev tərəfindən təsdiq edilmişdir. xx xxx 2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən “xxxx (xxxx)” ASC-nin hesabına 7.521,20 manat məbləğində vəsait ödənilmişdir. İşə əlavə olunmuş Azəraycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1536 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxxxx 2015-ci il tarixdən sonra “xxxx” ASC-yə 2.180,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin, ödəniş qəbzlərinə əsasən əsasən ödənilmiş 2.180,00 ABŞ dolları məbləğin 1.477,00 ABŞ dolları hissəsi İddiaçı tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Həmçinin qeyd edilmişdir ki, “xxxx Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbayca Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.1 və 3.2 bəndlərinə əsasən kompensasiyaya düşən fiziki şəxslərin siyahısı və hər bir şəxsə ödəniləcək vəsaitin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. “Problemli kreditlərin kompensasiyası” ilə bağlı məlumatlardan görünür ki, Cavabdeh1 “xxxx” ASC tərəfindən 4.515,78 manat məbləğində kompensasiya hesablanmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 ilə “xxxx (xxxx)” ASC arasında kredit münasibətləri olmuş və ona məxsus “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil kredit öhdəliyinin icrası üçün ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, Cavabdeh1 özünə məxsus “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı vermiş və ona görə də Cavabdeh1 qeyd olunan bank qarşında olan kredit öhdəliyinin 1.089 ABŞ dolları İddiaçı tərəfindən, 1.549 manatı X5 tərəfindən, 1.091 ABŞ dolları və 4630 manatı isə X7 tərəfindən Banka ödənilmişdir. Həmin ödənişləri həyata keçirmiş şəxslər bir ailənin üzvləridirlər. xx xxxxxx 2014-cü il tarixdə X7 tərəfindən başqa şəxsin mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 etibarnamə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(001)- 4881/2014 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 cəmi 13.706,05 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul “xxxx (xxxx)” ASC-nin xeyrinə tutulmuş, tələb üzrə tutma Cavabdeh1 məxsus “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar Cavabdeh1 məxsus “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, onu idarə edən İddiaçı təhvil alınaraq tələbkar təşkilata təhvil verilmiş və bununla bağlı xx xxxxx 2017-ci il tarixdə akt tərtib edilmişdir. xx xxx 2017-ci il tarixdə isə Cavabdeh1 tərəfindən “xxxx (xxxx)” ASC-nin hesabına 7.521 manat məbləğində vəsait ödənilmişdir. xxxx Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. xxxx Respublikası “İpoteka haqqında” Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İş materiallarından müəyyən olunduğu kimi, iddiaçı Cavabdeh1 mülkiyyətində olan “Kia- Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı şifahi razılıq əldə etmiş və bu razılıq etibarnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısında öhdəliyinə görə “xxxx “xxxx” ASC-yə 1.089 ABŞ dolları məbləğində vəsait ödənilmiş, xx xxxxx 2017-ci il tarixdə isə “Kia-Rio” markalı, 90- SJ-150 dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi Rayon Məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar iddiaçıdan alınmışdır. Göründüyü kimi, həmin avtomobilin alqı-satqısı qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, habelə ipoteka saxlayan bankın buna razılığı alınmamışdır. Ona görə də Cavabdeh1 qanuni və ya müqavilə əsası olmadan, iddiaçının hesabına əmlak hüquqları əldə etmişdir, yəni əsassız varlanmışdır. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq iddiçının tələb etmə hüququnun yuxarıda istinad edilən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə qüvvədən düşdüyünü hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əsassız varlanması ilə əlaqədar öz hüququnun məlum olduğu xx xxxxx 2017-ci il tarixdə “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alındığı zaman aşkar edilmiş, lakin hazırki iddia 2 il müddət keçdikdən sonra – xx xxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin X5 tərəfindən ödənilmiş 1.549 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi hissəsi də bağlı haqlı olaraq təmin edilməmişdir. Belə ki, xxxx Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə xxxx Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının xxxx Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İş materiallarından müəyyən edildiyi kimi, 1.549 manat məbləğində pul iddiaçı tərəfindən deyil, iddiaçının arvadı X5 tərəfindən “xxxx (xxxx)” ASC-yə ödənilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində iddiaçının iddiasının bu hissədə rədd edilməsini şərtləndirir. İşə baxan birinci instasiya məhkəməsi iddia tələbinin “5.000 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması” hissədə də təmin etməmişdir. Belə ki, iddiaçı tərəfindən onunla Cavabdeh2 ilə sonuncunun ödədiyi 5.000 manatın əvəzi olaraq ona “Mercedes Benz C180” markalı minik avtomobilinin verilməsi barədə razılıqla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, qeyd olunan avtomobilin mülkiyyətçisi iddiaçı olmamış, digər şəxs - X6 olmuş və cavabdehə həmin nəqliyyat vasitəsinin xx xxxxxx 2016-cı il tarixə qədər etibarnamə əsasında yalnız idarə edilməsi səlahiyyəti verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının “4.211 manat və 1.291 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, həmin hissədə da iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısında öhdəliyinə görə “xxxx “xxxx” ASC-yə tələb olunduğu kimi 1.291 ABŞ dolları deyil, 1.091 ABŞ dolları və 4.630 manat məbləğində pul vəsaiti hər hansı qanuni və ya müqavilə əsası olmadan ödənilmiş, bununla da cavabdeh iddiaçının hesabına əmlak hüquqları əldə etmişdir, yəni əsassız varlanmışdır. Buna baxmayaraq, iddiaçının tələb etmə hüququ yuxarıda istinad edilən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs iddiaçının oğlu olmaqla “Kia-Rio” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, cavabdehin əsassız varlanması ilə əlaqədar öz hüququnun məlum olduğu xx xxxxx 2017-ci il tarixdə həmin avtomobil iddiaçıdan (atasından) alındığı zaman aşkar etmiş, lakin hazırki iddia ilə 3 ildən artıq müddət keçdikdən sonra–xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin “4.515,78 manat kompensasiya məbləğininin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi törəmə tələb olduğundan və bu tələblin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “4.211 manat və 1.291 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bu səbəbdən iddia tələbi bu hissədə də təmin edilməmişdir. İddiaçı Cavabdeh1 hesablanmış 4.515,78 manat kompensasiya məbləğini tələb etsə də, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısındakı kredit öhdəliyi tam deyil, qismən icra edilmişdir. Başqa sözlə, X7 tərəfindən Banka kredit öhdəliyinə görə ümumilikdə 1.091 ABŞ dolları və 4.630 manat məbləğində vəsait ödənilmişdir. xxxx Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və xxxx Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə xxxx Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar