Məhkəmə qərarları › İş №2(103)-1808/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1808/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1808/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı, Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 2721/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 Nəsrəddın oğluna qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsiniə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi və mülki iş üzrə cavabdehlər tərəfindən saxta sübutlar təqdim edilməklə məhkəmələri yanıltmağa çalışdıqlarından cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olduğundan onlar barəsində xüsusi qərardad qəbul edilərək, bu barədə prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müraciəti əsasında Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 33/8 nömrəli, xx xxxxx 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinin 550 metr məsafəsində ona 1000 kv.m torpaq sahəsi ayrılması və mülkiyyətinə verilməsi qərara alınmış və torpaq sahəsinin 4 pay yanaşı olmaqla, uzunu 40 metr, eni 25 metr ölçüdə cizgi-sxemi çəkilərək, ona təqdim edilmiş, Bələdiyyənin qərarına müvafiq olaraq “Torpaqların alğı-satqısına dair akt” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi onun adına rəsmiləşdirilərək, torpağa dair mülkiyyət hüququ yaranmışdır. Lakin cavabdehlər 3 dəfə saxta cizgi sxemləri düzəldərək dələduzluq yolu ilə, ona aid olan torpağı ayrı-ayrı vaxtlarda yaxınlığında ofisi olan, torpaq alğı-satqısı ilə məşğul olan əsl adı X9 olan makler Adil deyə də tanınan şəxsə, qonşu Rövşən adlı şəxsə və X1. Belə ki, cavabdehlər 2013-cü ilin yazında ona ayrılmış torpaq sahəsinə saxta cizgi-sxemi tərtib etmiş və həmin cizgi-sxemi əsasında, yəni 50x20 kv.m ölçüsü adıyla, onun 40x25 kv.m ölçüsündə olan ona məxsus yeri, tökdürdüyü 2000 mişar daşı ilə birlikdə əvvəl X2. Bu hal ona məlum olduqdan sonra, məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsinin 2-ci Polis Bölməsinə müraciət etmiş, istintaq başlamış və paralel olaraq Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsrəddin və arvadı Südabə vəziyyətdən yayınmaq məqsədilə şər və böhtan xarakter daşıyan iddia tələbləri ilə məhkəmələrə müraciət etmişlər. Cavabdeh1 saxta sənədlə Tələtə satdığı ona məxsus torpağı uzun mübahisədən sonra Tələtdən geri qaytara bilmişdir. Tələt məsələni anlayıb geri çəkilmiş və ona aid torpağa hər hansı iddia irəli sürməmişdir. Birinci torpaq alan X3 Rayon Polis İdarəsində verdiyi ifadəsində “torpağı Nəsrəddindən alandan sonra İddiaçı həmin torpaq sahəsinə gəlib, israrla torpağın ona məxsus olduğunu tələb etmişdir” sözlərini demişdir. Bunu görən Cavabdeh1 yeni bir saxta cizgi-sxemi hazırlayıb torpağı qonşu Rövşənə satmışdır. Rövşən biləndə ki, iş məhkəmədədir torpağı geri qaytarmışdır. Mübahisəli işlə bağlı istintaq və məhkəmə işi davam etdiyi bir vaxtda və Xəzər Rayon Məhkəməsi həmin ərazidə tikinti işinin aparılmasına qadağa qərarı çıxarmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 başqa bir saxta cizgi-sxemi tərtib edərək onun torpağını təkrar Nəzakət Bədəlovaya guya satmışlar. Hansı ki, bu qanunla yolverilməzdir. Cavabdehlər tərəfindən təqdim edilmiş Maştağa Bələdiyyəsinin 33/7 nömrəli, xx xxxxx 2006-cı il tarixli qərarı ilə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinin 605 metr məsafəsində Cavabdeh2 ayrılmış, 8 pay yanaşı olmaqla, ona ayrılmış torpaq sahəsinin uzunluğu 50 metr, eni 20 metr ölçüsündə və qarşıdan 8 metr, yandan 6 metr yol göstərilmişdir. Lakin sonradan polis və məhkəmə orqanlarında aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdehlərin torpağa dair cizgi-sxemləri olmamış, sənəd saxta olmuş, əslində, Nəsrəddinin adına nə Maştağa Bələdiyyəsində, nə də Buzovna Bələdiyyəsində hər hansı rəsmi sənəd mövcud olmamışdır. Hətta bununla bağlı aparılmış digər məhkəmə iclaslarında araşdırılmış plansxemdə Bələdiyyə sədrinin imzasının yerində müxtəlif imzalar olmuş və heç bir imza Maştağa Bələdiyyəsinə aid olmamışdır. O X8 Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 33/7 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin ona ayrıldığını bildirmiş, torpağın cizgisxemini göstərərək onda olan ölçülərlə Nəzakət Bədəlovanın torpağının ölçülərinin üstüstə düşməməsini, Nəzakət Bədəlovanın torpaq sahəsinin onun torpaq sahəsinə heç bir aidiyyətinin olmamasını, Bundan başqa, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, Nəzakət Bədəlovanın torpağına dair Maştağa Bələdiyyəsinin arxivində heç bir aidiyyəti sənədin olmadığını onun diqqətinə çatdıraraq onun torpağına müdaxilə etməməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, Nəzakət Bədəlova onun olmayan bir torpaq sahəsinə görə ona qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət etmişdir. Nəzakət Bədəlovanın ona qarşı irəli sürmüş olduğu vicdansızcasına əsassız iddialar nəticəsində uzun müddət aralarında məhkəmə çəkişmələri olmuşdur ki, bunların hamısının səbəbi cavabdehlərin qanunsuz və vicdansız əməlləridir. Cavabdehlər tərəfindən ona qarşı əsassız olaraq irəli sürülmüş iddialar və şikayətlər nəticəsində o, dəfələrlə məhkəmə, istintaq və icra orqanlarında məcburi iştirak etməli olmuşdur. Bütün bunlar onun üçün çoxlu iş vaxtı itirilməsinə səbəb olmuşdur. Həmçinin cavabdehlər tərəfindən saxta sənədlərdən istifadə edilməsi nəticəsində o uzun müddət digər aldadılmış şəxslərlə çəkişmələrdə olmuş, mübahisələr etmişdir.Ona görə də, saxta sənədlərdən istifadə etməklə torpağı başqa şəxslərə satdığına görə onu başqa şəxslərlə mübahisələrə cəlb etdiyinə, bu azmış kimi özləri də ona qarşı məhkəmələrdə iddialar irəli sürdüklərinə, habelə iş vaxtının itirilməsinə görə nəqliyyat və digər xərcləri də ümumi nəzərə alaraq, cavabdehlər tərəfindən müştərək qaydada ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul tutulmasını ağlabatan hesab edir. Eyni zamanda, cavabdehlərin qanunsuz əməlləri və vicdansızcasına iddiaları nəticəsində ona mənəvi ziyan vurulmuşdur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Cavabdehlərin yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməlləri nəticəsində o maddi ziyan çəkməklə yanaşı, fiziki və mənəvi sarsıntılar keçirmiş, iztirablar çəkmiş beyin qan damarlarının patlaması və təzyiqlə bağlı yaranmış xəstəlik nəticəsində özünü güclə idarə edir, hazırda da səhhəti qeyri-sabitdir, şərəf və ləyaqəti ilə oynanaraq ictimaiyyət arasında təhqir olunmuş, bunlar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir, cavabdehlərin qanunsuz hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri aşkardır. Ona dəymiş mənəvi ziyanın ölçüsü yoxdur. Lakin tələbində konkret miqdarını qeyd etməli olduğundan və vurulmuş maddi ziyanın həcmini, habelə Cavabdeh2 ona qarşı haqsız irəli sürdüyü mənəvi ziyan tələbində 10.000 manat tələb etməsini nəzərə alaraq, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 10.000 manat məbləğində pul müştərək qaydada tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilən dəlillərlə cavabdehlərin dələduzluq edərək bir torpaq sahəsini saxta sənədlər əsasında bir neçə nəfərə satması, haqsız olduğunu bilə-bilə ona qarşı uydurma və yalan dəlillərlə vicdansız iddialar irəli sürməsi və məhkəmələrə saxta sübutlar təqdim etməklə məhkəmələri yanıltmağa çalışması tam təsdiq olunur. Ona görə də iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul cavabdehlərdən tutularaq ona ödənilməli, cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onlar barəsində xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməlidir. Qeyd olunanlara əsasən vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi və mülki iş üzrə cavabdehlər tərəfindən saxta sübutlar təqdim edilməklə məhkəmələri yanıltmağa çalışdıqlarından cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olduğundan onlar barəsində xüsusi qərardad qəbul edilərək bu barədə prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəsrəddın oğlu cavabdeh İddiaçı qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı “vurulmuş maddi və mənəvi ziyanının əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 (on min) manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun onlardan müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və onlar barəsində xüsusi qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, əvvələr onların sahibliyində olmuş, hazırda isə Nəzakət Bədəlovanın sahibliyində və istifadəsində olan torpaq sahəsini ələ keçirmək üçün qeyri qanuni olaraq həmin sahəni özbaşına zəbt etməyə çalışmışdır. Bununla bağlı müvafiq araşdırmalar və məhkəmə çəkişmələri getdikdən sonra, heç bir müsbət nəticə əldə etmədiyini görən İddiaçı, hazırki işlə bağlı məhkəməyə verdiyi öz iddia ərizəsində etiraf etdiyi kimi, hüquq mühafizə orqanlarına onların şərəf və ləyaqətini alçaldıcı xarakterli məktublar və teleqramlar göndərməyə başlamışdır. Onlara qarşı yalan və böhtan dolu ərizələrlə müraciət etmiş və bu ərizələrdə onların şərəf və ləyaqətini ləkələyən elə böhtanlar atmışdır ki, bu böhtanların iztirabından azad ola bilmir. Bununla da cavabdeh onlara böyük bir mənəvi ziyan vurub ki, bu iztirablardan əsəbləri və ümumiyyətlə səhhəti pozulmuşdur. Həmin ərizələrdə iddiaçı onları “cinayətkar və dələduz” adlandırsa da, buna dair hər hansı bir dəlil göstərə bilməmişdir. Belə olan halda onlar hazırda stress vəziyyətinə düşmüşlər. Belə ki, onun bu böhtanlarının və həqiqətə uyğun olmayan məlumatlarının yalan olduğuna tez-tez ətrafı inandırmalı olur və onlar, bu böhtandan xilas olmaq üçün böyük mənəvi əziyyət çəkirlər. Onlara qarşı əsassız iddiaları və onlardan əsassız şikayətləri həmişə məhz qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş və onlar yalnız həmin proseslərdə özlərini müdafiə etməli olmuşlar. İddiaçının onlara qarşı əsassız olaraq irəli sürmüş olduğu iddialar və şikayətlər nəticəsində onlar, dəfələrlə məhkəmə, istintaq və icra orqanlarına cəlb olunmuş, nəticədə həm sağlamlıqları, əsəbləri, həm də dəyərli vaxtlarını itirməli olmuşlar. Bunu İddiaçı özü də ilkin iddia ərizəsində etiraf edir. Hətta, qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh1, İddiaçı və təsisçisi olduğu Diplomat qəzetinə qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi, təkzib verilməsinə və üzr istənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, hazırda isə icra mərhələsindədir. Azərbaycan Respublikası Konstitusiyası ilə hər bir şəxsin malik olduğu hüquqlarla yanaşı dövlət və cəmiyyət qarşısında onun hüquq və və azadıqlarından irəli gələn vəzifələr daşıması da müəyən olunmuşdur və bu hüquqlardan isə başqasına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasında və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Qeyd olunan əsasən onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 2721/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair ilk iddia tələbinin təmin olunmaması və iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cavabdeh İddiaçı qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyator ilk iddia tələbinə istinad etməklə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyii məhkəmə aktlarından görünür ki, vicdansızcasına əsassız iddialar irəli sürülərək, saxta sübutlardan istifadə edilərək, yalan izahatlar verilərək məhkəmə yanıldılmağa çalışılmışdır. Uzun müddət məhkəmə çəkişmələri nəticəsində keçirdiyi stress, əsəblərinin pozulması nəticəsində beyninə qan sızmışdır. Bunu təsdiq edən həkim arayışını da məhkəməyə təqdim etməyinə baxmayaraq, Nizami Rayon Məhkəməsi iş üzrə səhv qənaətə gəlmiş, işi mahiyyəti üzrə hərtərəfli, obyektiv, tam araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ikin iddia ərizəsinə istinad etməklə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ilkin iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı tələb üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavbadeh İddiaçı apelyasiya şikayəti vermiş və o, qətnaməni qismən- ilk iddia tələbinin təmin olunmamasına dair hissədə mübahisələndirir. Qarşı tərəf isə apelyasiya şikayəti verməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatlarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözumü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona ziyan dəyməsini əks tərəfin hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməsi, bunun maqabilində uzun müddət həmin orqanlara gedib gəlməsi ilə əlaqələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin öz hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara müraciət etməsi başqa şəxslərin mənəvi ziyana düşməsi üçün əsas ola bilməz. Digər tərəfdən, apelyator ona qarşı tərəfin təqsiri ucbatından ziyan dəyməsini təsdiq edən sübutları nə birinci, nə də ki, apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 2721/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar